Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 13 iyul tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası”nda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 13 iyul tarixli 94 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 585) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası”nın 2.3.1-ci yarımbəndinin on birinci abzasında “milli” sözü “etnik” sözü ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 10 aprel 2017-ci il
№ 124