“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 129 nömrəli qərarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 129 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 540; 2006, № 2, maddə 195; 2014, № 7, maddə 913) 2-ci hissəsinin “Kollegiyanın üzvləri” bölməsi aşağıdakı redaksiyada verilsin:
“Kollegiyanın üzvləri:
Əliyev Firdovsi Şahmirzə oğlu – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Quliyev Novruz Məhəmməd oğlu – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Hacıyev Rauf Vahid oğlu – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Yaqubov Hafiz Siyavuş oğlu – Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri
Cəlilov Rövşən Adil oğlu – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatının rəhbəri
Səttar-zadə Rasim İsrafil oğlu – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri
Hüseynov Xalıqverdi Cəmil oğlu – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru
Ramazanov Xəlil Ramazan oğlu – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru
Aslanov Azər Hidayət oğlu – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi
Əşrəfov Ramik Yunis oğlu – “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinin sədri.”.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 10 aprel 2017-ci il
№ 136