“Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 243 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 12 may 2017-ci il
№ 202
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2017-ci il 12 may tarixli 202 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
|
Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən hazırlanmışdır və balıqçılıq subyektlərinin uçotunun forması və aparılması qaydalarını müəyyən edir.
1.2. Balıqçılıq subyektlərinin uçotu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən aparılır və balıqçılıq təsərrüfatı kadastrının tərkib hissəsidir.
1.3. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada balıqçılıq obyektlərinin artırılması, yetişdirilməsi, istifadəsi, mühafizəsi, habelə balıq məhsullarının istehsalı və saxlanması ilə məşğul olan hüquqi və fiziki şəxslər balıqçılıq subyektləridir.
1.4. Balıqçılıq subyektlərinin uçotu bu Qaydaların əlavəsi ilə müəyyən edilən forma üzrə aparılır.
2. Balıqçılıq subyektlərinin uçotunun aparılması qaydaları
2.1. Balıqçılıq subyektlərinin uçotunun aparılması üçün aşağıdakı dövlət orqanlarının məlumatları rübdə bir dəfə, hər növbəti ayın 15-dək elektron və kağız formasında Nazirliyə təqdim edilir:
2.1.1. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində balıq və digər su bioresurslarından istifadəyə baytarlıq və fitosanitar nəzarəti üzrə;
[1]
2.1.2. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansında olan su təsərrüfatı obyektlərində balıqçılıq məqsədi ilə sudan istifadə üzrə;
2.1.3. Azərbaycan Respublikasının Vergilər Nazirliyində balıq və digər su bioresurslarının fəaliyyəti üzrə vergi uçotuna alınmış vergi ödəyicilərinin adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı), VÖEN-i;
2.1.4. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində balıqçılıq subyektlərinin balansında olan su anbarlarından istifadə və ümumi tutumu 300 registr tondan və mühərrikinin gücü 250 kvt-dan az olan bütün növ balıqçı gəmiləri üzrə;
2.1.5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyində ümumi tutumu 300 registr tondan və mühərrikinin gücü 250 kvt-dan çox olan bütün növ balıqçı gəmiləri üzrə.
[2]
2.2. Balıqçılıq subyektlərinin uçotu elektron və kağız formasında aparılır. Hər bir kağız formasında uçot məlumatı daxilolma ardıcıllığına və qeydiyyat nömrəsinə uyğun olaraq 5 (beş) gün müddətində elektron bazaya daxil edilir.
2.3. Nazirlik balıqçılıq subyektlərinin uçot məlumatları əsasında balıqçılıq subyektlərinin vahid informasiya sistemini yaradır, fəaliyyətini təşkil edir və daxil olan məlumatların mütəmadi olaraq yenilənməsini təmin edir.
“Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydaları”na
əlavə
|
Balıqçılıq subyektlərinin uçotunun
F O R M A S I
Hüquqi statusu
|
Ölkə mənsubiyyəti
|
İstifadənin əsası
|
İstifadənin növü
|
İstifadə qaydalarının
pozulması
|
|||||||||||||||||||||||||||||||
balıq və digər su bioresurslarının ovu
|
akvakultura
|
hüququ pozan şəxslər
|
hüquqi tədbirlər
|
||||||||||||||||||||||||||||||||
ov növləri
|
ov üsulu
|
ov yeri
|
balıq növləri
|
||||||||||||||||||||||||||||||||
hüquqi şəxs (adı), o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (soyadı, adı, atasının adı)
|
VÖEN
|
fiziki şəxs (soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin nömrəsi/pin kodu)
|
ünvan (hüquqi və faktiki ünvanı)
|
telefon nömrəsi
|
e-mail
|
rezident
|
qeyri-rezident
|
kvotalar
|
balıqovlama bileti
|
icazələr
|
bioloji və texnoloji əsaslandırmalar
|
sənaye ovu
|
həvəskar və idman ovu
|
nəzarət məqsədi ilə ov
|
elmi tədqiqat məqsədi ilə ov
|
akvakultura məqsədi ilə ov
|
gəmidən (qayıqdan) ov
|
sahildən ov
|
Xəzər dənizi (gölü)
|
xarici dövlətlərin su hövzələri
|
beynəlxalq sular və dünya okeanı
|
digər su obyektləri
|
|
örüş (balıqartırma)
|
göl akvakulturası
|
nohur akvakulturası
|
sənaye akvakulturası
|
dəniz (marikultura) akvakulturası
|
qəfəs akvakulturası
|
qapalı su təchizatı sistemləri akvakulturası
|
rekreasiya akvakulturası
|
|
inzibati xəta
|
cinayət məsuliyyəti
|
vurulan zərərin miqdarı
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 dekabr 2018-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2722)
- 21 yanvar 2019-cu il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 165)
- 4 aprel 2022-ci il tarixli 127 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 377)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 dekabr 2018-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2722) ilə “Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydaları”nın 2.1.1-ci yarımbəndində “Kənd Təsərrüfatı Nazirliyində” sözləri “Qida Təhlükəsizliyi Agentliyində” sözləri ilə əvəz edilmişdir.
[2]
21 yanvar 2019-cu il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 165) ilə “Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydaları”nın 2.1.5-ci yarımbəndində “Dövlət Dəniz Administrasiyasında” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyində” sözləri ilə əvəz edilmişdir.
4 aprel 2022-ci il tarixli 127 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 377) ilə “Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydaları”nın 2.1.5-ci yarımbəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman” sözləri ilə əvəz edilmişdir.