Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 22 avqust tarixli 111 nömrəli qərarı ilə təsdiq edilmiş “Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizasının layihə mərhələsi də daxil olmaqla keçirilmə Qaydaları”nda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 22 avqust tarixli 111 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 465; 2006, № 5, maddə 472) ilə təsdiq edilmiş “Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizasının layihə mərhələsi də daxil olmaqla keçirilmə Qaydaları”nın 2.2-ci bəndinin beşinci cümləsində “elmi-tədqiqat və layihə təşkilatları” sözləri “elmi müəssisə və təşkilatlar” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 28 aprel 2017-ci il
№ 179