“Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı”nın və “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı” təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı” təsdiq edilsin (3 nömrəli əlavə).
4. “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı” təsdiq edilsin (4 nömrəli əlavə).
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri istisna olmaqla, bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı”nın və “Tikintisinə icazə tələb olunmayan və məlumatlandırma icraatı istisna olmaqla, bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 27 fevral tarixli 34 nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 155; 2013, № 6, maddə 743) və “Tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan işlər və xidmətlərin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 31 mart tarixli 49 nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 3, maddə 206) qərarları ləğv edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 15 may 2017-ci il
№ 206
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə
təsdiq edilmişdir
1 nömrəli əlavə
|
Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin
SİYAHISI
1. Özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlər
Sıra
№-si
|
Xidmətlərin adı
|
1.1.
|
Ambulator tibbi xidmət
|
1.2.
|
Stasionar tibbi xidmət
|
1.3.
|
Səyyar tibbi xidmət
|
1.4.
|
Sanator-kurort müəssisələrində tibbi xidmət
|
1.5.
|
Tibbi profilaktika xidməti
|
2. Özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər
Sıra
№-si
|
İşlərin adı
|
1
|
2
|
2.1.
|
Terapiya:
|
2.1.1.
|
terapevtik
|
2.1.2.
|
pulmonoloji
|
2.1.3.
|
diyetoloji
|
2.1.4.
|
herontoloji
|
2.2.
|
Kardiologiya:
|
2.2.1.
|
kardioloji
|
2.3.
|
Qastroenterologiya:
|
2.3.1.
|
qastroenteroloji
|
2.4.
|
Nefrologiya:
|
2.4.1.
|
nefroloji
|
2.5.
|
Endokrinologiya:
|
2.5.1.
|
endokrinoloji
|
2.6.
|
Revmatologiya:
|
2.6.1.
|
revmatoloji
|
2.7.
|
Hematologiya:
|
2.7.1.
|
hematoloji
|
2.8.
|
Allerqologiya:
|
2.8.1.
|
allerqoloji
|
2.9.
|
İmmunologiya:
|
2.9.1.
|
immunoloji
|
2.10.
|
Nevropatologiya:
|
2.10.1.
|
nevropatoloji
|
2.11.
|
Psixiatriya:
|
2.11.1.
|
psixiatrik
|
2.12.
|
Narkologiya:
|
2.12.1.
|
narkoloji
|
2.13.
|
Dermatologiya:
|
2.13.1.
|
dermatoloji
|
2.13.2.
|
kosmetoloji
|
2.14.
|
Fizioterapiya:
|
2.14.1.
|
fizioterapevtik
|
2.15.
|
Ümumi cərrahiyyə:
|
2.15.1
|
ümumi cərrahi
|
2.16.
|
Neyrocərrahiyyə:
|
2.16.1
|
neyrocərrahi
|
2.17.
|
Ürək-damar cərrahiyyəsi:
|
2.17.1.
|
ürək-damar cərrahi
|
2.18.
|
Plastik cərrahiyyə:
|
2.18.1.
|
plastik cərrahi
|
2.19.
|
Uşaq cərrahiyyəsi:
|
2.19.1.
|
uşaq cərrahi
|
2.20.
|
Urologiya:
|
2.20.1.
|
uroloji
|
2.21.
|
Travmatologiya-ortopediya:
|
2.21.1.
|
travmatoloji-ortopedik
|
2.22.
|
Anesteziologiya-reanimatologiya:
|
2.22.1.
|
anestezioloji-reanimatoloji
|
2.22.2.
|
toksikoloji
|
2.23.
|
Mama-ginekologiya:
|
2.23.1.
|
ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla)
|
2.23.2.
|
doğuşa yardım
|
2.24.
|
Stomatologiya:
|
2.24.1.
|
terapevtik stomatoloji
|
2.24.2.
|
cərrahi stomatoloji
|
2.24.3.
|
ortopedik stomatoloji
|
2.24.4.
|
ortodontik stomatoloji
|
2.24.5.
|
diş texniki
|
2.25.
|
Üz-çənə cərrahiyyəsi:
|
2.25.1.
|
üz-çənə cərrahi
|
2.26.
|
Pediatriya:
|
2.26.1.
|
pediatrik
|
2.27.
|
Şüa diaqnostikası:
|
2.27.1.
|
rentgenoloji
|
2.27.2.
|
radioloji
|
2.27.3.
|
nüvə-maqnit rezonansı
|
2.27.4.
|
kompüter tomoqrafiyası
|
2.27.5.
|
ultrasəs müayinəsi
|
2.28.
|
Oftalmologiya:
|
2.28.1.
|
oftalmoloji
|
2.29.
|
Otorinolarinqologiya:
|
2.29.1.
|
otorinolarinqoloji
|
2.30.
|
Patoloji anatomiya:
|
2.30.1.
|
histomorfoloji
|
2.31.
|
Genetika:
|
2.31.1.
|
genetik
|
2.32.
|
Epidemiologiya:
|
2.32.1.
|
dezinfeksiya
|
2.32.2.
|
dezinseksiya
|
2.32.3.
|
deratizasiya
|
2.33.
|
Mikrobiologiya:
|
2.33.1.
|
mikrobioloji
|
2.33.2.
|
virusoloji
|
2.34.
|
Laboratoriya:
|
2.34.1.
|
klinik
|
2.34.2.
|
klinik-biokimyəvi
|
2.34.3.
|
immunogenetik
|
Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə
təsdiq edilmişdir
2 nömrəli əlavə
|
Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin
SİYAHISI
Sıra
№-si
|
İşlərin adı
|
1.
|
Mühəndis-geodeziya
|
2.
|
Mühəndis-geoloji axtarış
|
3.
|
Mühəndis-hidrogeoloji axtarış
|
4.
|
Geofiziki
|
5.
|
Qruntların laboratoriya tədqiqatı
|
Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə
təsdiq edilmişdir
3 nömrəli əlavə
|
Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin
SİYAHISI
Sıra
№-si
|
İşlərin və xidmətlərin adı
|
1
|
2
|
1.
|
Xüsusi torpaq işləri:
|
1.1.
|
ankerlərin torpağa bərkidilməsi və binaların “torpaqda divar” üsulu ilə tikilməsi
|
1.2.
|
enmə quyularının və kessonların qurulması
|
1.3.
|
qazma-partlayış işləri və qaya torpaqlarının çıxarılması
|
2.
|
Beton və dəmir-beton konstruksiyaların quraşdırılması
|
3.
|
Metal konstruksiyaların quraşdırılması
|
4.
|
Ağac konstruksiyaların quraşdırılması
|
5.
|
Fasad işləri
|
6.
|
Svay işləri
|
7.
|
Mühəndis-kommunikasiya və şəbəkələrinin qurulması işləri
|
8.
|
Hidrotexniki işlər:
|
8.1.
|
sualtı-texniki işlər
|
8.2.
|
dambaların (torpaq bəndlərin) tikintisi
|
8.3.
|
limanların tikintisi
|
8.4.
|
pirslərin tikintisi
|
8.5.
|
sahilbərkitmə işləri
|
8.6.
|
su anbarları
|
9.
|
Yol tikintisi:
|
9.1.
|
avtomobil yolları
|
9.2.
|
aerodromların uçuş-enmə zolaqları
|
9.3.
|
elektrik sərnişin nəqliyyatı (tramvay, trolleybus və hava-kanat xətləri) yolları
|
9.4.
|
nəqliyyat tunelləri və metropolitenlər
|
9.5.
|
dəmiryol xətləri
|
10.
|
Körpülərin, estakadaların və yol ötürücülərinin tikintisi
|
11.
|
Xüsusi qurğuların tikintisi və quraşdırılması:
|
11.1.
|
radiorabitə, radio və televiziya qurğuları və qüllələr
|
11.2.
|
rezervuarlar və qazholderlər (qaz anbarları)
|
11.3.
|
elektrik ötürücü xətləri
|
12.
|
Sənaye və mülki obyektlərin tikintisi:
|
12.1.
|
aşırımı 24 metrədək
|
12.2.
|
aşırımı 24 metr və daha çox
|
12.3.
|
hündürlüyü 65 metrədək
|
12.4.
|
hündürlüyü 65 metr və daha çox
|
12.5.
|
tutumu 5 min nəfərədək
|
12.6.
|
tutumu 5 min nəfər və daha çox
|
Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə
təsdiq edilmişdir
4 nömrəli əlavə
|
Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin
SİYAHISI
Sıra
№-si
|
İşlərin adı
|
1
|
2
|
1.
|
Ərazi planlaşdırılması:
|
1.1.
|
ümumi planlar və yaşayış məntəqələrinin baş planlarının hazırlanması
|
1.2.
|
müfəssəl planların hazırlanması
|
2.
|
Tikinti obyektlərinin memarlıq layihələndirilməsi:
|
2.1.
|
bina və qurğuların memarlıq layihələndirilməsi
|
2.2.
|
memarlıq abidələrinin bərpası
|
3.
|
İnşaat konstruksiyalarının layihələndirilməsi
|
4.
|
Nəqliyyat qurğularının layihələndirilməsi:
|
4.1.
|
dəmir yollarının layihələndirilməsi
|
4.2.
|
tunel, körpü və yolötürücülərinin layihələndirilməsi
|
4.3.
|
avtomobil yollarının layihələndirilməsi
|
4.4.
|
aerodromların uçuş-enmə zolaqlarının layihələndirilməsi
|
4.5.
|
metropolitenlərin layihələndirilməsi
|
4.6.
|
magistral boru kəmərlərinin layihələndirilməsi
|
5.
|
Hidrotexniki qurğuların layihələndirilməsi
|
6.
|
Meliorasiya qurğularının layihələndirilməsi
|
7.
|
Mühəndis sistemlərinin layihələndirilməsi:
|
7.1.
|
yüksəkgərginlikli elektrik enerjisinin ötürücü xətləri və qurğularının layihələndirilməsi
|
7.2.
|
elektrik təchizatı sistemlərinin layihələndirilməsi
|
7.3.
|
su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi
|
7.4.
|
istilik və qaz təchizatı, soyuqluq təchizatı, ventilyasiya və kondisionerləşdirmə sistemlərinin layihələndirilməsi
|
7.5.
|
rabitə, radio və televiziya sistemlərinin layihələndirilməsi
|
7.6.
|
nəzarət-ölçü cihazları, yanğın-mühafizə siqnalizasiya və avtomatik yanğınsöndürmə sistemlərinin layihələndirilməsi
|
8.
|
Layihələrin xüsusi bölmələrinin işlənilməsi:
|
8.1.
|
tikintinin təşkilinin layihələndirilməsi
|
8.2.
|
smetaların tərtib edilməsi
|
9.
|
Bina, qurğu və mühəndis sistemlərinin texniki vəziyyətinin müayinəsi:
|
9.1.
|
bina və qurğuların müayinəsi
|
9.2.
|
mühəndis sistemlərinin müayinəsi
|
10.
|
Baş layihəçi funksiyasının həyata keçirilməsi (fəaliyyət sahələri üzrə)
|
Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.