AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 613; 2016, № 6, maddə 1200, № 12, maddə 2239) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci bənddə “elmi tədqiqat müəssisələrində” sözləri “elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilsin.
2. 4.4-cü bəndin birinci cümləsində “elmi təşkilatların” sözləri “elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 28 aprel 2017-ci il
№ 188