AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
25.04.2017
QEYDİYYAT NÖMRƏSİ
630-VQD
ADI
Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 21-05-2017, Nəşr nömrəsi: 108), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2017, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 730)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
21.05.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
390.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201704250630
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
22.05.2017
Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azər

Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11 və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 696; 2009, № 12, maddə 965; 2016, № 6, maddə 995) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “I siyahı. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” bölməsi üzrə:

1.1 “I. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” fəslinə aşağıdakı məzmunda 114-115-ci maddələr əlavə edilsin:

“114. MT-45 (İC-6)

115. Asetilfentanil.”.

1.2. “II. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” fəslinə aşağıdakı məzmunda 53-56-cı maddələr əlavə edilsin:

“53. alfa-pirrolidinovalerofenon (a-PVP)

54. Metoksetamin (MXE)

55. para-metoksimetilamfetamin (PMMA)

56. para-metil-4-metilaminoreks (4,4-DMAR).”.

2. “III. siyahı. Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr” bölməsinə aşağıdakı məzmunda 64-cü maddə əlavə edilsin:

“64. Fenazepam.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 aprel 2017-ci il

№630-VQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status