×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
18.05.2017
QEYDİYYAT NÖMRƏSİ
1415
ADI
“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 25-05-2017, Nəşr nömrəsi: 111), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2017, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 819)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.05.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.120.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201705181415
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
22.05.2017
“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi haqqında

“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci hissəsində və 13-10.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [1]

2.2. həmin Qanunun 9-cu maddəsinin 3-cü, 11-ci maddəsinin 4-cü hissələrində və 13-1.2.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir; [2]

2.3. həmin Qanunun 13-1.2.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

2.4. həmin Qanunun 13-11.1-ci maddəsində “rəsmi dövri mətbu nəşr” dedikdə “Azərbaycan” və “Xalq qəzeti” qəzetləri nəzərdə tutulur;

2.5. həmin Qanunun 13-10.1-ci maddəsində nəzərdə tutulmuş girov vəsaitinin məbləği:

2.5.1. Bakı şəhərində 50 000 (əlli min) manat və 50 000 (əlli min) ABŞ dolları;

2.5.2. Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 25 000 (iyirmi beş min) manat və 25 000 (iyirmi beş min) ABŞ dolları;

2.5.3. bu Fərmanın 2.5.1-ci və 2.5.2-ci yarımbəndlərində nəzərdə tutulan inzibati ərazi vahidləri istisna olmaqla, digər şəhər və rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında 10 000 (on min) manat və 10 000 (on min) ABŞ dollarıdır.

3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası:

3.1. üç ay müddətində aşağıdakı normativ xarakterli aktları qəbul edib həmin aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

3.1.1. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, valyuta əməliyyatlarının aparılması qaydasını;

3.1.2. həmin Qanunun 3-cü maddəsinin 9-cu hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə razılaşdırmaqla, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatları üzrə gəlirlərin və xərclərin uçotunun aparılması qaydasını; [3]

3.1.3. həmin Qanunun 13-1.1-ci maddəsinə uyğun olaraq, valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın alınması üçün ərizənin formasını;

3.1.4. həmin Qanunun 13-9-cu maddəsinə uyğun olaraq, valyuta mübadiləsi fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını;

3.1.5. həmin Qanunun 13-10.4-cü maddəsinə uyğun olaraq, girov vəsaitinin geri alınmasına dair rəyin formasını;

3.2. bu Fərmanın 3.1.1-ci bəndində göstərilən valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydasında valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi üçün təşkilati, texniki təchizat və təhlükəsizlik tələblərini, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmənin vahid formalarını, onların təqdim olunması qaydasını və müddətlərini, valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi əraziləri, habelə həmin Qanunun 13-1.2.9-cu maddəsində nəzərdə tutulan təsdiqedici sənədlərin siyahısını müəyyən etsin;

3.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

4. Yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırmaqla, onlara aid inzibati ərazi vahidlərinin ərazilərində valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlər üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müvafiq yerlərin ayrılmasını bir ay müddətində təmin etsinlər.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 may 2017-ci il

   № 1415

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       1 mart 2019-cu il tarixli 567 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 408)

2.       21 dekabr 2021-ci il tarixli 1508 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 22 dekabr 2021-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1373)

3.       3 avqust 2022-ci il tarixli 1796 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 avqust 2022-ci il, “Xalq” qəzeti, 4 avqust 2022-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 856)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 1 mart 2019-cu il tarixli 567 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 408) ilə 2.1-ci bənddə “, 13-2.5-ci və 13-10.1-ci maddələrində” sözləri “və 13-10.1-ci maddəsində” sözləri ilə əvəz edilmişdir.

 

[2] 21 dekabr 2021-ci il tarixli 1508 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 22 dekabr 2021-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1373) ilə 2.2-ci bənddən 3-cü maddəsinin 9-cu hissəsində və sözləri çıxarılmışdır.

3 avqust 2022-ci il tarixli 1796 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 avqust 2022-ci il, “Xalq” qəzeti, 4 avqust 2022-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 856) ilə 2.2-ci bənddə “Qanunun” sözündən sonra “9-cu maddəsinin 3-cü, 11-ci maddəsinin 4-cü hissələrində və” sözləri əlavə edilmişdir və həmin bənddə “Vergilər” sözü “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat” sözləri ilə əvəz edilmişdir.

 

[3] 21 dekabr 2021-ci il tarixli 1508 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 22 dekabr 2021-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1373) ilə 3.1.2-ci yarımbənd ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status