×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
28.04.2017
QEYDİYYAT NÖMRƏSİ
183
ADI
“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 30-04-2017, Nəşr Nömrəsi: 91), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2017, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 666)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.04.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
200.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201704280183
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
02.05.2017
“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 695; 2013, № 10, maddə 1228; 2014, № 1, maddə 56) ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndə “hazırlanmışdır və” sözlərindən sonra “Təhsil haqqında” və ”Elm haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq” sözləri əlavə edilsin.

2. 1.2-ci bənddən “və elmi-pedaqoji” sözləri çıxarılsın.

3. 1.5-ci bənddə “və elmi təşkilatlar elmi və elmi-pedaqoji” sözləri “, elmi müəssisə və təşkilatlar elmi” sözləri ilə əvəz edilsin.

4. 1.8-ci bənddə “və elmi təşkilatların” sözləri “, elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilsin.

5. 1.9-cu bənddə “başa çatdırmış məzunlara təhsil aldıqları müəssisənin müvafiq arayışı və imtahanların verilməsi haqqında vəsiqə” sözləri “müvəffəqiyyətlə bitirən və elmi dərəcəyə layiq görülən müvafiq elm sahəsi üzrə fəlsəfə doktorlarına və elmlər doktorlarına vahid formalı dövlət sənədi – diplom” sözləri ilə əvəz edilsin.

6. 1.10-cu bənddə “və elmi (elmi tədqiqat, elmi istehsalat)” sözləri “, elmi müəssisə və” sözləri ilə əvəz edilsin.

7. 2.1-ci bənddə “və elmi (elmi tədqiqat, elmi istehsalat)” sözləri “, elmi müəssisə və” sözləri ilə əvəz edilsin.

8. 2.2-ci bənddə “və elmi təşkilatların” sözləri “, elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilsin.

9. 2.3-cü bəndin birinci cümləsində “(elmi tədqiqat, elmi istehsalat)” sözləri “müəssisə və təşkilatların” sözləri ilə əvəz edilsin.

10. 2.4-cü bənddə “və elmi təşkilatlarda doktoranturanın yaradılması üçün onların mövcud elmi potensialı, elm və innovasiya sahəsində əldə etdikləri göstəricilər haqqında məlumatların təhlili aparılmalı və onların elmi potensialı” sözləri “elmi müəssisə və təşkilatlarda doktoranturanın yaradılması üçün onların yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr potensialına, zəruri maddi-texniki bazaya və müvafiq infrastruktura malik olması” sözləri ilə əvəz edilsin.

11. 2.5-ci bəndin birinci cümləsində “Ali təhsil müəssisələrinin və elmi təşkilatların elmi potensialının müəyyənləşdirilməsi” sözləri “Ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda doktoranturanın yaradılması” sözləri ilə əvəz edilsin.

12. 3.5-ci, 3.11-ci, 3.15-ci, 3.20-ci, 3.23-cü, 3.29-cu, 3.31-ci, 3.33-cü bəndlərdə, 3.30-cu bəndin birinci və ikinci cümlələrində və 3.34-cü bəndin ikinci cümləsində ismin müvafiq hallarında “və elmi təşkilatlar” sözləri ismin müvafiq hallarında “, elmi müəssisə və təşkilatlar” sözləri ilə əvəz edilsin.

13. 3.6-cı bəndin birinci cümləsində, 3.9-cu bəndin ikinci cümləsində, 3.12-ci bəndin birinci abzasında və ikinci abzasının üçüncü cümləsində, 3.25-ci, 3.26-cı və 3.35-ci bəndlərdə ismin müvafiq hallarında “və elmi təşkilat” sözləri ismin müvafiq hallarında “, elmi müəssisə və təşkilat” sözləri ilə əvəz edilsin.

14. 3.12-ci bəndin ikinci abzasının dördüncü cümləsindən “(alimlik)” sözü çıxarılsın.

15. 3.14-cü, 3.16-cı və 3.23-cü bəndlərdə ismin müvafiq hallarında “və ya elmi təşkilatlar” sözləri ismin müvafiq hallarında “, elmi müəssisə və təşkilatlar” sözləri ilə əvəz edilsin.

16. 3.18-ci bənddə “müəssisəyə və ya elmi təşkilata” sözləri “ali təhsil müəssisəsinə, elmi müəssisə və təşkilata” sözləri ilə əvəz edilsin.

17. 3.26-cı bənddə “elmi təşkilatdan başqasına” sözləri “elmi müəssisə və təşkilatdan digər ali təhsil müəssisəsinə, elmi müəssisə və təşkilata” sözləri ilə əvəz edilsin.

18. 4.1-ci bənddən və 4.2-ci bəndin doqquzuncu abzasından “(alimlik)” sözü çıxarılsın.

19. 4.3-cü bəndin birinci cümləsində “elmi təşkilatın” sözləri “elmi müəssisə və təşkilatın” sözləri ilə və ikinci cümləsində “və elmi təşkilatların” sözləri “, elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilsin.

20. 4.6-cı bənddə “və elmi təşkilatın” sözləri “, elmi müəssisə və təşkilatın” sözləri ilə əvəz edilsin.

21. 5-ci hissədən, 5.1-ci, 5.3-cü, 5.4-cü bəndlərdən və 5.2-ci bəndin birinci cümləsindən “və elmi-pedaqoji” sözləri çıxarılsın.

22. 5.1-ci bənddə “elmi və” sözləri “elmi müəssisə və təşkilatların və” sözləri ilə əvəz edilsin.

23. 5.2-ci bəndin birinci cümləsində “və elmi təşkilatların” sözləri “, elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilsin.

24. 5.4-cü bənddə “təşkilatın” sözü “ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatın” sözləri ilə əvəz edilsin.

25. 6-cı hissədən və 6.1-ci bənddən “və elmi-pedaqoji” sözləri çıxarılsın.

26. 6.1-ci bənddə və 6.2-ci bəndin birinci cümləsində (birinci halda) “elmi və” sözləri ismin müvafiq hallarında “elmi müəssisə və təşkilatlar” sözləri ilə əvəz edilsin.

27. 6.7-ci bəndin birinci cümləsində “və elmi təşkilatın” sözləri “, elmi müəssisə və təşkilatın” sözləri ilə və ikinci cümləsində “və ya elmi təşkilatın” sözləri “, elmi müəssisə və təşkilatın” sözləri ilə əvəz edilsin.

28. 7.2-ci bəndin ikinci və üçüncü cümlələrində və 7.5-ci bənddə ismin müvafiq hallarında “və elmi təşkilatlar” sözləri ismin müvafiq hallarında “, elmi müəssisə və təşkilatlar” sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 28 aprel 2017-ci il

     № 183

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status