×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
02.05.2017
QEYDİYYAT NÖMRƏSİ
662-VQD
ADI
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 02-06-2017, Nəşr nömrəsi: 117), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2017, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 748)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.06.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.080.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201705020662
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.05.2017
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 26-cı bəndini rəhbər tutaraq, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 360-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812; 2016, № 11, maddə 1755; № 12, maddə 1996; Azərbaycan Respublikasının 1 fevral 2017-ci il tarixli 512-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 29.2.7-ci maddədə “bioloji aktiv əlavə və qida əlavəsi” sözləri “bioloji fəallığa malik qida əlavəsi” sözləri ilə əvəz edilsin.

2. 30-cu maddə üzrə:

2.1. adında “Bioloji aktiv əlavələrin, qida əlavələrinin” sözləri “Bioloji fəallığa malik qida əlavələrinin” sözləri ilə əvəz edilsin;

2.2. 30.1-ci maddədə “Bioloji aktiv əlavələrin və qida əlavələrinin” sözləri “Bioloji fəallığa malik qida əlavələrinin” sözləri ilə əvəz edilsin;

2.3. 30.4-cü, 30.5-ci və 30.6-cı maddələrdə “Bioloji aktiv əlavələrin, qida əlavələrinin” sözləri “Bioloji fəallığa malik qida əlavələrinin” sözləri ilə əvəz edilsin.

3. Aşağıdakı məzmunda 30.7-ci maddə əlavə edilsin:

“30.7. Bioloji fəallığa malik qida əlavələrinin reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 may 2017-ci il

№ 662-VQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status