AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
26.05.2017
QEYDİYYAT NÖMRƏSİ
229
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 31-05-2017, Nəşr Nömrəsi: 115), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2017, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 1000)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.05.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
060.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201705260229
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.06.2017
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydaları”nda dəyişiklikl

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1175 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 13 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 91; 2011, № 5, maddə 449; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 aprel tarixli 133 nömrəli qərarı) ilə təsdiq edilmiş “Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1.1-ci yarımbəndin ikinci abzasında və 2.1.2-ci yarımbənddə “nağd yolla” sözləri “yalnız nağdsız qaydada” sözləri ilə əvəz edilsin.

2. 2.2-ci bənd ləğv edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 26 may 2017-ci il

     № 229

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status