“Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
[1]
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 120; 2001, № 12, maddə 736; 2004, № 4, maddə 202) 21-ci maddəsinin birinci abzasında “, məhsulların, texnoloji proseslərin, xidmətlərin, enerji istehlakının dövlət standartlarında, yaxud standartlaşdırma üzrə digər normativ sənədlərdə müəyyən olunmuş göstəricilərə” sözləri “malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 aprel 2017-ci il
№ 593-VQD
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
9 iyul 2021-ci il tarixli 359-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 avqust 2021-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 901)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
9 iyul 2021-ci il tarixli 359-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 avqust 2021-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 901) ilə ləğv edilmişdir.