Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 373-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 dekabr tarixli 2506 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 452; 2012, № 2, maddə 184; 2013, № 6, maddə 744; 2014, № 1, maddə 69; 2016, № 4, maddə 834) ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 6.1.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.1.7-ci yarımbənd əlavə edilsin:
“6.1.7. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında.”.
2. 6.2-ci bəndin birinci cümləsinə “dayandırılması” sözündən sonra “(dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla)” sözləri əlavə edilsin.
3. 6.7-ci bənddə “6.1.2-ci yarımbəndi” sözləri “6.1.2-ci və 6.1.7-ci yarımbəndləri” sözləri ilə əvəz edilsin və həmin bənddən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:
“Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilir.”.
4. Qaydalara 2 nömrəli əlavə – “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”nə aşağıdakı məzmunda 2.2.6.7-ci yarımbənd əlavə edilsin:
“2.2.6.7. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında;”.
5. Qaydalara 3 nömrəli əlavə – “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”nə aşağıdakı məzmunda 2.2.7.7-ci yarımbənd əlavə edilsin:
“2.2.7.7. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında;”.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 8 iyun 2017-ci il
№ 253