“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. altı ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.3. həmin Qanunun 4.0.19-cu maddəsinə uyğun olaraq, məktəbəqədər təhsil müəssisələrinə qəbul qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.4. həmin Qanunun 5.4-cü maddəsinə uyğun olaraq, sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartlarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.5. həmin Qanunun 8.8-ci maddəsinə uyğun olaraq, ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.6. həmin Qanunun 14.3-cü maddəsinə uyğun olaraq, məktəbəqədər təhsil müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidməti göstərilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.7. həmin Qanunun 18.2.10-cu maddəsinə uyğun olaraq, məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.8. həmin Qanunun 20.2-ci maddəsinə uyğun olaraq, dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.9. həmin Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, dövlət məktəbəqədər təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativləri müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.10. həmin Qanunun 22.2-ci maddəsinə uyğun olaraq, dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.11. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. həmin Qanunun 14.2-ci, 23.3-cü və 23.7-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin Qanunun 4.0.3-cü, 4.0.4-cü, 4.0.7-ci, 4.0.8-ci, 4.0.10-cu, 4.0.12-ci (məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyasını və işçilərinin attestasiyasını həyata keçirmək üzrə), 4.0.14-cü, 4.0.15-ci, 4.0.18-ci maddələrində nəzərdə tutulmuş vəzifələri həyata keçirəcək icra hakimiyyəti orqanları barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsində (məktəbəqədər təhsil sahəsində dövlət siyasətini formalaşdırmaq üzrə), və 4.0.2-ci maddəsində (məktəbəqədər təhsilə dair normativ hüquqi aktlar təsdiq etmək üzrə) və 4.0.4-cü maddəsində (məktəbəqədər təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin həcmini müəyyən etmək üzrə) nəzərdə tutulmuş vəzifələri və həmin Qanunun 12.1-1-ci maddəsinin dördüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
[1]
2.2. həmin Qanunun 5.2-ci, 5.4-cü, 8.2-ci maddələrində, 8.5-ci maddəsinin ikinci cümləsində, 8.8-ci, 9.1-ci, 9.3-cü, 14.1-ci, 14.3-cü, 14.5-ci, 15.8-ci, 18.2.10-cu, 20.2-ci, 21.5-ci, 22.2-ci, 22.3-cü, 23.1-ci, 23.7-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin Qanunun 4.0.1-ci (məktəbəqədər təhsil sahəsində dövlət siyasətini həyata keçirmək üzrə), 4.0.2-ci (məktəbəqədər təhsilə dair normativ hüquqi aktlar, o cümlədən səmərəli təhsil modelinə əsaslanan dövlət təhsil standartları və proqramları (kurikulumlar) təsdiq etmək üzrə), 4.0.4-cü (məktəbəqədər təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin maliyyə mexanizmlərini və normativlərini müəyyən etmək üzrə), 4.0.6-cı, 4.0.9-cu maddələrində, 4.0.12-ci (məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyası və işçilərinin attestasiyası qaydalarını müəyyən etmək üzrə), 4.0.15-ci (məktəbəqədər təhsil müəssisələrinin yaradılması və inkişafını təşviq edən mexanizmləri hazırlamaq üzrə) və 4.0.19-cu maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
[2]
2.3. həmin Qanunun 4.0.11-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;
2.4. həmin Qanunun 15.3-cü və 23.3-cü maddələrində (uşaq evlərinə münasibətdə) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, habelə həmin Qanunun 4.0.5-ci, 4.0.8-ci, 4.0.12-ci (işçilərin attestasiyasını həyata keçirmək üzrə), 4.0.13-cü, 4.0.14-cü (uşaqların qidalanmasını təmin etmək üzrə) və 4.0.16-cı maddələrində nəzərdə tutulmuş vəzifələri tabeliyində olan uşaq evlərinə münasibətdə yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
[3]
2.5. həmin Qanunun 15.3-cü və 23.3-cü maddələrində (uşaq evləri istisna olmaqla) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, habelə həmin Qanunun 4.0.5-ci, 4.0.8-ci, 4.0.12-ci (işçilərin attestasiyasını həyata keçirmək üzrə), 4.0.13-cü, 4.0.14-cü (uşaqların qidalanmasını təmin etmək üzrə), 4.0.15-ci (müəssisələrin yaradılması və inkişafını təşviq edən mexanizmləri həyata keçirmək üzrə), 4.0.16-cı maddələrində (uşaq evləri istisna olmaqla) nəzərdə tutulmuş vəzifələri tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə münasibətdə, eləcə də 4.0.2-ci (məktəbəqədər təhsil proqramları (kurikulumlar) təsdiq etmək üzrə), 4.0.3-cü, 4.0.7-ci, 4.0.10-cu, 4.0.12-ci (məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyasını həyata keçirmək üzrə), 4.0.18-ci və 9.1-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;
2.5-1. həmin Qanunun 12.1-1-ci maddəsinin dördüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur;
[4]
2.6. həmin Qanunun 14.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini və 4.0.14-cü maddəsində nəzərdə tutulmuş məktəbəqədər təhsil müəssisələrində tibbi xidməti təmin etmək üzrə vəzifəni Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
2.7. həmin Qanunun 4.0.4-cü maddəsində nəzərdə tutulmuş məktəbəqədər təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin icrasına nəzarəti təmin etmək üzrə vəzifəni Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.
[5]
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun 2017-ci il
№ 1471
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
23 aprel 2018-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 aprel 2018-ci il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 700)
2.
30 oktyabr 2018-ci il tarixli 318 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 noyabr 2018-ci il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2018)
3.
12 iyun 2020-ci il tarixli 1057 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 iyun 2020-ci il, № 112, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 699)
4.
25 noyabr 2020-ci il tarixli 1193 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 27 noyabr 2020-ci il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1362)
5.
20 dekabr 2021-ci il tarixli 1501 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 dekabr 2021-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1366)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
23 aprel 2018-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 aprel 2018-ci il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 700) ilə 2.1-ci bənddə “(məktəbəqədər təhsil sahəsində dövlət siyasətini formalaşdırmaq üzrə)” sözlərindən sonra vergül işarəsi qoyulmuşdur, “və” sözü çıxarılmışdır və “(məktəbəqədər təhsilə dair normativ hüquqi aktlar təsdiq etmək üzrə)” sözlərindən sonra “və 4.0.4-cü maddəsində (məktəbəqədər təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin həcmini müəyyən etmək üzrə)” sözləri əlavə edilmişdir.
25 noyabr 2020-ci il tarixli 1193 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 27 noyabr 2020-ci il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1362) ilə 2.1-ci bəndə “vəzifələri” sözündən sonra “və həmin Qanunun 12.1-1-ci maddəsinin dördüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini” sözləri əlavə edilmişdir.
[2]
23 aprel 2018-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 aprel 2018-ci il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 700) ilə 2.2-ci bənddə “23.1-ci” sözlərindən sonra “, 23.7-ci” sözləri, “4.0.6-cı” sözlərindən əvvəl “4.0.4-cü (məktəbəqədər təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin maliyyə mexanizmlərini və normativlərini müəyyən etmək üzrə),” sözləri, “və 4.0.19-cu” sözlərindən əvvəl “, 4.0.15-ci (məktəbəqədər təhsil müəssisələrinin yaradılması və inkişafını təşviq edən mexanizmləri hazırlamaq üzrə)” sözləri əlavə edilmişdir.
12 iyun 2020-ci il tarixli 1057 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 iyun 2020-ci il, № 112, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 699) ilə 2.2-ci bənddən “9.1-ci,” və “və proqramları (kurikulumlar)” sözləri çıxarılmışdır.
[3]
23 aprel 2018-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 aprel 2018-ci il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 700) ilə 2.4-cü bənddə “15.3-cü maddəsində” sözləri “15.3-cü və 23.3-cü maddələrində” sözləri ilə əvəz edilmişdir, “4.0.13-cü” sözlərindən əvvəl “4.0.8-ci, 4.0.12-ci (məktəbəqədər təhsil müəssisəsinin işçilərinin attestasiyasını həyata keçirmək üzrə),” sözləri, “və 4.0.16-cı” sözlərindən əvvəl “, 4.0.14-cü (dövlət məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasını təmin etmək üzrə)” sözləri, “həyata keçirirlər” sözlərindən əvvəl “, 4.0.15-ci maddəsində (məktəbəqədər təhsil müəssisələrinin yaradılması və inkişafını təşviq edən mexanizmləri həyata keçirmək üzrə) nəzərdə tutulmuş vəzifəni yerli icra hakimiyyəti orqanları (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyəti, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyəti)” sözləri əlavə edilmişdir.
30 oktyabr 2018-ci il tarixli 318 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 noyabr 2018-ci il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2018) ilə 2.5-ci bəndə “həmin Qanunun” sözlərindən sonra “4.0.3-cü,” sözləri əlavə edilmişdir.
12 iyun 2020-ci il tarixli 1057 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 iyun 2020-ci il, № 112, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 699) ilə 2.5-ci bəndə “Qanunun” sözündən sonra “4.0.2-ci (məktəbəqədər təhsil proqramları (kurikulumlar) təsdiq etmək üzrə),” sözləri əlavə edilmişdir və həmin bənddə “və 4.0.18-ci” sözləri “, 4.0.18-ci və 9.1-ci” sözləri ilə əvəz edilmişdir.
20 dekabr 2021-ci il tarixli 1501 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 dekabr 2021-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1366) ilə 2.4-cü və 2.5-ci bəndlər yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2.4. həmin Qanunun 15.3-cü və 23.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin Qanunun 4.0.5-ci, 4.0.8-ci, 4.0.12-ci (məktəbəqədər təhsil müəssisəsinin işçilərinin attestasiyasını həyata keçirmək üzrə), 4.0.13-cü, 4.0.14-cü (dövlət məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasını təmin etmək üzrə) və 4.0.16-cı maddələrində nəzərdə tutulmuş vəzifələri yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə münasibətdə yerli icra hakimiyyəti orqanları, 4.0.15-ci maddəsində (məktəbəqədər təhsil müəssisələrinin yaradılması və inkişafını təşviq edən mexanizmləri həyata keçirmək üzrə) nəzərdə tutulmuş vəzifəni yerli icra hakimiyyəti orqanları (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyəti, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyəti) həyata keçirirlər;
2.5. həmin Qanunun 4.0.2-ci (məktəbəqədər təhsil proqramları (kurikulumlar) təsdiq etmək üzrə), 4.0.3-cü, 4.0.7-ci, 4.0.10-cu, 4.0.12-ci (məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyasını həyata keçirmək üzrə), 4.0.18-ci və 9.1-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;
[4]
25 noyabr 2020-ci il tarixli 1193 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 27 noyabr 2020-ci il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1362) ilə ilə məzmunda 2.5-1-ci bənd əlavə edilmişdir.
[5]
23 aprel 2018-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 aprel 2018-ci il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 700) ilə 2.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.5-ci, 2.6-cı, 2.7-ci bəndlər əlavə edilmişdir.