×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
23.06.2017
QEYDİYYAT NÖMRƏSİ
1501
ADI
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 24-06-2017, Nəşr Nömrəsi: 135), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2017, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 1117)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
24.06.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
450.010.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201706231501
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.06.2017
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında 2017-ci il aprelin 3-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Respublikası Hökumətinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 iyun 2017-ci il

                 № 1501


Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Qazaxıstan

Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında

arxiv işi sahəsində əməkdaşlıq haqqında

 

SAZİŞ

 

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi, Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının zəngin tarixi- mədəni irsə malik olduqlarını etiraf edərək,

Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ənənəvi dostluq və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinin hər iki ölkənin özünəməxsusluğu, tarixi, mədəniyyəti və nailiyyətləri ilə qarşılıqlı tanış olmaq və onlara hörmətlə yanaşmaq prinsipinə əsaslanmasının və bu məqsədlə Tərəflərin dövlətlərinin arxiv materiallarının öyrənilməsi və istifadəsinin vacibliyindən çıxış edərək,

Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının arxiv təşkilatları arasında əlaqələri inkişaf etdirməyə səy göstərərək, aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Tərəflər bərabərlik və qarşılıq prinsipləri əsasında beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş prinsip və normalarına, öz dövlətlərinin arxiv işi sahəsində milli qanunvericiliklərinə uyğun olaraq əməkdaşlığı inkişaf etdirirlər.

 

Maddə 2

 

Tərəflər öz dövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq, arxiv işi sahəsində normativ hüquqi aktların, məlumat və sənədlərin, arxivşünaslıq, arxeoqrafiya və sənədşünaslıq məsələlərinə dair ədəbiyyatın, habelə qarşılıqlı maraq doğuran arxiv sənədlərinin nəşrlərinin mübadiləsini həyata keçirirlər.

 

Maddə 3

 

Tərəflər Azərbaycan Respublikası və Qazaxıstan Respublikası tədqiqatçılarına dövlət arxivlərində saxlanılan sənəd irsinin öyrənilməsi işində yardım göstərəcəklər. Tərəflərdən hər biri öz dövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq, digər Tərəfin tədqiqatçılarına dövlət arxivlərinin fondları, elmi-məlumat aparatı, nəşr olunmuş və ya olunmamış məlumat materialları ilə işləməsinə imkan yaradır.

 

Maddə 4

 

Tərəflər öz dövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq, öz milli arxiv fondlarını Azərbaycan Respublikası və Qazaxıstan Respublikası xalqlarının tarixi və mədəniyyətinə aid məlumatı əks etdirən sənədlərlə zənginləşdirmək məqsədilə onların aşkar edilməsinə və surətlərinin bir-birinə verilməsinə kömək göstərirlər.

 

Maddə 5

 

Tərəflərdən hər biri öz dövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq, sərəncamlarında olan arxiv sənədlərindən istifadə etməklə digər Tərəfin dövlətinin vətəndaşları və təşkilatlarının sorğularını nəzərdən keçirir.

 

Maddə 6

 

Bu Saziş çərçivəsində alınmış məlumat və arxiv sənədləri onu təqdim edən Tərəfin yazılı razılığı olmadan belə məlumatın sorğu və ya təqdim edildiyi məqsədlərdən fərqli məqsədlər üçün istifadə edilə bilməz.

Bu Saziş əsasında Tərəflərdən biri digər Tərəfdən aldığı məlumatı və arxiv sənədlərini onu verən Tərəfin əvvəlcədən yazılı razılığı olmadan üçüncü tərəfə verə bilməz.

 

Maddə 7

 

Hər bir konkret halda, başqa hər hansı bir qayda razılaşdırılmadığı təqdirdə, Tərəflər bu Sazişin yerinə yetirilməsi zamanı çəkilən xərcləri öz dövlətlərinin milli qanunvericilikləri ilə nəzərdə tutulmuş vəsait çərçivəsində ödəyirlər.

 

Maddə 8

 

Bu Saziş Tərəflərin iştirakçısı olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.

 

Maddə 9

 

Bu Sazişin həyata keçirilməsi ilə bağlı mübahisələr qarşılıqlı danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.

 

Maddə 10

 

Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə onun ayrılmaz hissəsi olan və ayrıca protokollarla rəsmiləşdirilən əlavələr və dəyişikliklər edilə bilər.

 

Maddə 11

 

Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Azərbaycan tərəfinin yazılı bildirişinin Qazaxıstan tərəfindən diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.

Bu Saziş beş il müddətinə bağlanılır və əgər Tərəflərdən biri bu müddətin qurtarmasına ən azı altı ay qalanadək Sazişin qüvvəsini dayandırmaq niyyətini yazılı surətdə diplomatik kanallar vasitəsilə digər Tərəfə bildirməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılır.

Bu Sazişin qüvvədən düşməsi Tərəflərin onun müddəaları əsasında razılaşdırılmış və qüvvədəndüşmə anında icrası başa çatdırılmamış layihə və proqramlarının yerinə yetirilməsinə təsir etmir.

Bakı şəhərində 3 aprel 2017-ci il tarixində, iki əsl nüsxədə, hər biri Azərbaycan, qazax və rus dillərində olmaqla imzalanmışdır və bütün nüsxələr bərabər autentikliyə malikdir.

Bu Sazişin mətnləri arasında fikir ayrılığı yarandığı təqdirdə, Tərəflər rus dilindəki mətnə müraciət edirlər.

 

 

Azərbaycan Respublikasının

Qazaxıstan Respublikasının

Milli Arxiv İdarəsi

Mədəniyyət və İdman Nazirliyi

adından

adından

(imza)

(imza)

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status