![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI |
Qəbul edildiyi tarix |
29.06.2017 |
Qeydiyyat nömrəsi |
13-N |
Adı |
“Qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərc olunması barədə sənədin verilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2015-ci il 30 mart tarixli 2-N nömrəli qərarında dəyişikliklər edilməsi haqqında |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
30.06.2017 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
380.010.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201706290013 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
29.06.2017 |
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 dekabr tarixli 1153 nömrəli Fərmanının 7-ci hissəsinin icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə uyğun olaraq Kollegiya
QƏRARA ALIR:
1. “Qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərc olunması barədə sənədin verilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2015-ci il 30 mart tarixli 2-N nömrəli qərarında dəyişikliklər təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).
3. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.
Azərbaycan Respublikasının |
|
ədliyyə naziri |
|
I dərəcəli dövlət ədliyyə müşaviri |
Fikrət Məmmədov |
|
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 iyun 2017-ci il tarixli 13-N nömrəli qərarı ilə təsdiq edilmişdir. |
“Qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərc olunması barədə sənədin verilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2015-ci il 30 mart tarixli 2-N nömrəli qərarında edilmiş dəyişikliklər:
1. adından və 1-ci hissəsindən “və təhsil müəssisəsinin” sözləri çıxarılsın.
2. bu qərarla təsdiq edilmiş “Qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərc olunması barədə sənədin verilməsi üzrə inzibati reqlament” üzrə:
2.1. adından, 1.1-ci, 1.2-ci, 1.8-ci bəndlərdən “və təhsil müəssisəsinin” sözləri çıxarılsın;
2.2. 2.3-cü bənddən “və təhsil müəssisələri” sözləri çıxarılsın;
2.3. 2.6-cı bənddən “və ya təhsil müəssisəsinin” sözləri çıxarılsın;
2.4. 3.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi elektron xidmətin təqdim edildiyi internet ünvanlarından birinə daxil olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş istifadəçi adını və şifrəni aidiyyəti sahələrə daxil edib “daxil ol” düyməsini vuraraq sistem tərəfindən eyniləşdirilir və ərizə formasının yerləşdirildiyi səhifəyə keçid alır. Daha sonra reqlamentə əlavə edilmiş ərizə formasına reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin rekvizitləri və müvafiq məlumatlar əlavə edilərək sorğu formalaşdırılır.”;
2.5. “Qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərc olunması barədə sənədin verilməsi üzrə inzibati reqlament”ə əlavə üzrə:
2.5.1. yuxarı sağ küncündən “və təhsil müəssisəsinin” sözləri çıxarılsın;
2.5.2. “Qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti barədə ilk məlumatın dərc olunması haqqında Ərizə”nin adından “və təhsil müəssisəsinin” sözləri çıxarılsın və “Təşkilati-hüquqi forması” sətri ləğv edilsin.