×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
13.06.1998
QEYDİYYAT NÖMRƏSİ
720
ADI
“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-1998, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 381)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
440.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
«Qrant haqqında» Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə

“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə

 

Azərbaycan Respublİkası Prezİdentİnİn Fərmanı

 

“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək  məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə  təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını  təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

“Qrant haqqında” Azərbaycan Respublikası Qanununun və qrant haqqında müqavilədə (qərarda) göstərilən şərtlərin pozulmasına  görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

öz səlahiyyətləri daxilində “Qrant haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki: [1]

2.1. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci hissəsinin birinci cümləsində, 3-cü maddəsinin 2-1-ci və 2-2-ci (hər üç halda) hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [2]

2.2. həmin Qanunun 2-ci maddəsinin 2-ci hissəsinin ikinci cümləsində və 5-1-ci hissəsində, 3-cü maddəsinin 2-ci hissəsinin ikinci abzasında və 4-cü maddəsinin 4-2-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2-1. həmin Qanunun 3-cü maddəsinin 2-2-ci hissəsində (ikinci və üçüncü hallarda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; [3]

2.3. həmin Qanunun 4-cü maddəsinin 4-cü hissəsinin birinci və ikinci cümlələrində və 5-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir; [4]

2.4. həmin Qanunun 2-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

2.4-1. həmin Qanunun 3-cü maddəsinin 2-2-ci hissəsində (birinci halda) “orqan (qurum)” dedikdə mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus hüquqi şəxslər nəzərdə tutulur;

2.5. həmin Qanunun 3-cü maddəsinin 2-ci hissəsinin üçüncü abzasında “müvafiq icra hakimiyyəti orqanları” dedikdə, mərkəzi və digər icra hakimiyyəti orqanları nəzərdə tutulur;

2.6. həmin Qanunun 4-cü maddəsinin 4-3-cü hissəsində “müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemi nəzərdə tutulur. [5]

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 

Bakı şəhəri, 13 iyun 1998-ci il

                  № 720

 

 


 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       27 sentyabr 2003-cü il tarixli 927 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 478)

2.       24 iyul 2014-cü il tarixli 241 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyul 2014-cü il, № 159; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 07, maddə 823)

3.       21 oktyabr 2015-ci il tarixli 653 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2015-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1125)

4.       16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

5.       9 mart 2017-ci il tarixli 1290 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 mart 2017-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 368)

6.       10 avqust 2020-ci il tarixli 1128 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 avqust 2020-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1031)

7.       21 yanvar 2023-cü il tarixli 1986 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 22 yanvar 2023-cü il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 74)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 27 sentyabr 2003-cü il tarixli 927 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 478) ilə 2-ci bəndindən "4-cü maddəsinin 4-cü və 5-ci bəndlərində" sözləri çıxarılmışdır.

 

24 iyul 2014-cü il tarixli 241 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyul 2014-cü il, № 159; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 07, maddə 823) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2. Müəyyən edilsin ki, “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci bəndində, 3-cü maddəsinin 2-ci  bəndində nəzərdə tutulan “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan  Respublikasının Nazirlər Kabineti həyata keçirir.

 

21 oktyabr 2015-ci il tarixli 653 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2015-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1125) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2. Müəyyən edilsin ki:

2.1. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci hissəsində və 3-cü maddəsinin 2-ci hissəsinin birinci bəndində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. həmin Qanunun 4-cü maddəsinin 4-cü hissəsinin birinci və ikinci cümlələrində və 5-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

 

[2] 21 yanvar 2023-cü il tarixli 1986 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 22 yanvar 2023-cü il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 74) ilə 2.1-ci bənddə “və 3-cü maddəsinin 2-1-ci hissəsində” sözləri “, 3-cü maddəsinin 2-1-ci və 2-2-ci (hər üç halda) hissələrində” sözləri ilə əvəz edilmişdir.

 

[3] 21 yanvar 2023-cü il tarixli 1986 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 22 yanvar 2023-cü il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 74) ilə yeni məzmunda 2.2-1-ci və 2.4-1-ci bəndlər əlavə edilmişdir.

 

[4] 16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 2.3-cü bənddən “və Sənaye” sözləri çıxarılmışdır.

9 mart 2017-ci il tarixli 1290 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 mart 2017-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 368) ilə 2.3-cü bəndinə “kommersiya qurumlarına” sözlərindən sonra “və publik hüquqi şəxslərə” sözləri əlavə edilmişdir.

 

[5] 10 avqust 2020-ci il tarixli 1128 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 avqust 2020-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1031) ilə 2.5-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.6-cı bənd əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status