AKTIN NÖVÜ
Vergilər Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
12.06.2017
QEYDİYYAT NÖMRƏSİ
1717050000009300
ADI
“Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın və müvafiq sənədlərin doldurulması qaydalarının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.07.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.030.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201706129300
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.06.2017
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN KOLLEGİYASI

 

QƏRAR

 

№ 1717050000009300

 

Bakı şəhəri                                                                                      12” iyun 2017-ci il

 

“Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın və müvafiq sənədlərin doldurulması qaydalarının təsdiq edilməsi haqqında

 

“2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin 14-cü hissəsinin icrasının təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 17-ci hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR

 

1. “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” və müvafiq sənədlərin doldurulması qaydaları təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 30.04.2013-cü il tarixli 1317050000002400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq Sazişlərin inzibatçılığı Qaydaları” və ona əlavə edilən formalar ləğv edilsin.

3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzinə tapşırılsın ki, bu Qərar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi gündən sonra “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın və müvafiq sənədlərin doldurulması qaydalarının Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

 

Vergilər nazirinin vəzifə

səlahiyyətlərinin icraçısı,

vergilər nazirinin birinci müavini,

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

Sahir Məmmədxanov

 


 

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun 2017-ci il tarixli 1717050000009300 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

“Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları (bundan sonra - Qaydalar) “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin 14-cü hissəsinin icrasının təmin edilməsi məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası ilə hər hansı xarici dövlət arasında imzalanmış və müvafiq dövlətdaxili prosedurlara uyğun qaydada qüvvəyə minmiş gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin icrasının təmin edilməsi qaydalarını müəyyənləşdirir.

 

2. Əsas anlayışlar

 

2.0. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. Beynəlxalq müqavilə - Azərbaycan Respublikasının ikiqat vergitutmanın aradan qaldırılması haqqında dövlətlərarası və ya hökumətlərarası müqaviləsi;

2.0.2. Razılığa gələn digər dövlət - Azərbaycan Respublikası ilə beynəlxalq müqavilə bağlamış xarici dövlət;

2.0.3. Müvafiq vergi orqanı:

1. Azərbaycan Respublikasında fəaliyyətini daimi nümayəndəlik vasitəsilə həyata keçirən qeyri-rezident üçün – daimi nümayəndəliyin uçotda olduğu vergi orqanı;

2. Azərbaycan Respublikasında vergi uçotuna alınmamış qeyri-rezident üçün – ona gəlir ödəyən şəxsin (vergi agentinin) uçotda olduğu vergi orqanı.

2.0.4. Rezidentlik dövləti - şəxsin beynəlxalq müqaviləyə əsasən vergi məqsədləri üçün rezident hesab edildiyi dövlət;

2.0.5. Gəlir ödəyən şəxs (vergi agenti) - qeyri-rezidentə gəlir ödəyən və həmin gəlirdən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş vergiləri hesablamağa, onları qeyri-rezidentdən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxs;

2.0.6. Rezident – Vergi Məcəlləsində və beynəlxalq müqavilənin müddəalarına əsasən vergi məqsədləri üçün Azərbaycan Respublikasının rezidenti hesab edilən şəxs;

2.0.7. Qeyri-rezident –beynəlxalq müqavilənin müddəalarına əsasən vergi məqsədləri üçün razılığa gələn digər dövlətin rezidenti hesab edilən şəxs.

2.0.8. Bu Qaydalarda istifadə edilən digər anlayışlar aidiyyəti normativ hüquqi aktlarda müəyyən edilmiş mənaları ifadə edir.

2.0.9. Rezidentlik sertifikatı –vergi məqsədləri üçün Azərbaycan Respublikasının və ya digər dövlətin rezidentliyini təsdiq edən sənəd.

 

3. Rezidentlik sertifikatının verilməsi

 

3.1. Azərbaycan Respublikasının rezidentinə beynəlxalq müqavilənin tətbiqi məqsədilə Azərbaycan Respublikasının vergi orqanı tərəfindən rezidentlik sertifikatı verilir.

3.1-1. Rezidentlik sertifikatı növbəti il üçün təqdim olunmur. [1]

3.2. Rezidentlik sertifikatı əldə etmək istəyən şəxs tərəfindən vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Rezidentlik sertifikatının alınması haqqında” Ərizə (bundan sonra - DTA-01 forması) (Əlavə №1) ilə müraciət edilməlidir.

3.3. Rezidentlik sertifikatı almaq üçün müraciət edən şəxs tərəfindən, həmin rezidentlik sertifikatının təqdim ediləcəyi xarici dövlət və həmin dövlətin müvafiq orqanı və ya şəxsi və işlərin (xidmətlərin) təsviri barədə məlumatlar DTA-01 formasında dolğun və ətraflı şəkildə əks etdirilməlidir. Bu məlumatların təqdim edilmədiyi halda müraciət edən şəxsə rezidentlik sertifikatı verilmir. Əgər rezidentlik sertifikatı razılığa gələn digər dövlətdə hər hansı gəlirə beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı vergi dərəcəsinin tətbiqi məqsədilə istənilirsə, DTA-01 formasında həmin gəlirin əldə edilməsinə əsas verən müqavilənin tarixi, nömrəsi, həmçinin əldə ediləcək gəlirin müvafiq valyuta ilə məbləği (əgər məlumdursa) də göstərilməlidir. [2]

3.4. Xarici dövlətdə gəlir əldə edən və rezidentlik sertifikatını əldə etmək istəyən fiziki şəxslər DTA-01 formasını uçotda olduqları vergi orqanına təqdim etməlidirlər. [3]

3.5. Vergi uçotunda olmayan fiziki şəxs rezidentlik sertifikatının alınması üçün DTA-01 formasını yaşadığı yer və ya olduğu yer üzrə vergi orqanına təqdim edə bilər. Vergi Məcəlləsinə əsasən həmin şəxsin vergi uçotuna alınması tələb olunarsa rezidentlik sertifikatı vergi uçotuna alındıqdan sonra verilir.

3.6. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində müraciət edən şəxsin Azərbaycan Respublikasının rezidenti olması təsdiqlənərsə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) elektron informasiya sistemində bu Qaydalara əlavə edilən forma (Əlavə № 2) üzrə kodlu rezidentlik sertifikatı tərtib edilir və Dövlət Vergi Xidmətinin Aparatının əsasnamə ilə səlahiyyət verilmiş müvafiq struktur bölməsinin (bundan sonra – müvafiq struktur bölməsi) məsul şəxsi ilə razılaşdırıldıqdan sonra, elektron formada imzalanaraq, müraciət edən şəxsin elektron poçt ünvanına göndərilir. [4]

3.7. Müraciət edən şəxs vergi orqanından sertifikatın kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsini tələb edə bilər. Bu halda sertifikatın kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsi müraciət edən şəxsin seçiminə əsasən onun poçt ünvanına göndərilir və ya şəxsən vergi orqanından əldə edilir.

3.8. Razılığa gələn digər dövlət rezidentliyin yalnız həmin dövlətin qaydalarında nəzərdə tutulmuş forma üzrə təsdiq olunmasını tələb etdiyi halda vergi orqanı rezidentliyi həmin dövlətin forması üzrə təsdiq edir. Bunun üçün, müraciət edən şəxs bunu öz müraciətində xüsusi olaraq qeyd etməli və təqdim etdiyi DTA-01 formasına xarici dövlətin formasını və onun notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də əlavə etməlidir. Bu halda vergi orqanı müraciət edən şəxsin rezidentliyini həm digər dövlətin təsdiq etdiyi formanın xarici dildə olan əslində, həm də onun Azərbaycan dilində olan tərcüməsində təsdiq edir.

3.9. Razılığa gələn digər dövlətlə Azərbaycan Respublikası arasında elektron imzaların tanınması barədə razılaşma olduğu təqdirdə vergi orqanının səlahiyyətli şəxsi tərəfindən elektron qaydada imzalanmış rezidentlik sertifikatı birbaşa olaraq razılığa gələn digər dövlətdə müvafiq şəxsə və ya dövlət orqanına da göndərilir. [5]

3.10. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində rezidentlik sertifikatının verilməsindən aşağıdakı hallarda imtina edilir:

3.10.1. şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsinə və beynəlxalq müqavilənin tələblərinə əsasən rezident hesab edilmədiyi halda;

3.10.2. DTA-01 formasında təhrif olunmuş məlumatlar olduğu və ya bu Qaydaların 3.3-cü bəndinin tələbləri pozulduğu halda.

3.11. Rezidentlik sertifikatının verilməsindən bu Qaydaların 3.10-cu bəndinə uyğun olaraq imtina edildiyi halda Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində səbəbləri göstərilməklə bu Qaydalara əlavə edilən forma (Əlavə №11) üzrə imtina haqqında bildiriş tərtib edilir və elektron formada və ya kağız daşıyıcısında müraciət edən şəxsə göndərilir. Müraciət etmiş şəxsə rezidentlik sertifikatının alınması ilə bağlı bu Qaydaların 3.10.2-ci yarımbəndinə uyğun olaraq imtina edildiyi halda, həmin imtina haqqında bildirişdə qeyd edilən hallar aradan qaldırıldıqdan sonra yenidən vergi orqanına müraciət edilə bilər. [6]

 

4. Razılığa gələn digər dövlətdə ödənilmiş və Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmalı olan vergi məbləğinin təsdiq edilməsi

 

4.1. Razılığa gələn digər dövlətdə ödənilmiş vergilərin həm Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 127-ci maddəsinin, həm də beynəlxalq müqavilənin müddəalarına müvafiq qaydada Azərbaycan Respublikasında hesablanan vergidən çıxılması üçün rezident tərəfindən özünün uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair” Ərizə (bundan sonra – DTA-02 forması) (Əlavə №3) təqdim edilməlidir.

4.2. DTA-02 formasına xarici dövlətdə əldə edilmiş gəlir və həmin gəlirdən ödənilmiş (tutulmuş) vergilərlə bağlı bütün təsdiqedici sənədlərin (müqavilələr, xarici dövlətdə vergilərin ödənilməsini sübut edən, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər və s.) bu Qaydaların 8.9-8.13-cü bəndlərinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir. [7]

4.2-1. Xaricdə ödənilmiş vergilərin nəzərə alınması Vergi Məcəlləsinin, həm də beynəlxalq müqavilənin müddəalarına uyğun hesab edildiyi halda, Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində bu Qaydalara əlavə edilən forma (Əlavə №4) üzrə razılıq məktubu tərtib edilir və Dövlət Vergi Xidmətinin Aparatının müvafiq struktur bölməsinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra elektron formada imzalanaraq, müraciət edən şəxsə göndərilir. Müraciət edən şəxs vergi orqanından razılıq məktubunun kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsini tələb edə bilər. Bu halda razılıq məktubunun kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsi müraciət edən şəxsin seçiminə əsasən onun poçt ünvanına göndərilir və ya şəxsən vergi orqanından əldə edilir.

4.2-2. Bu Qaydaların 4.2-1-ci bəndində qeyd edilən razılıq məktubu rezident fiziki şəxslər tərəfindən gəlir vergisinin bəyannaməsi, rezident hüquqi şəxslər tərəfindən isə mənfəət vergisinin bəyannaməsi ilə birlikdə xaricdə ödənilmiş verginin nəzərə alınması üçün müvafiq vergi orqanına təqdim olunmalıdır. [8]

4.3. Müraciət elektron formada edildiyi halda, elektron formatda təqdim edilmiş təsdiqedici sənədlərin əsli vergi ödəyicisi tərəfindən saxlanılmalı və müvafiq hesabat dövrü üzrə vergi nəzarəti tədbirləri həyata keçirilən zaman vergi orqanının vəzifəli şəxslərinə təqdim edilməlidir.

4.4. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində xaricdə ödənilmiş vergilərin nəzərə alınması beynəlxalq müqavilənin, həm də Vergi Məcəlləsinin müddəalarına uyğun hesab edilmədiyi halda Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində səbəbləri göstərilməklə bu Qaydalara əlavə edilən forma (Əlavə № 11) üzrə imtina haqqında bildiriş tərtib edilir və Dövlət Vergi Xidmətinin Aparatının müvafiq struktur bölməsinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra elektron formada və ya kağız daşıyıcısında müraciət edən şəxsə göndərilir. [9]

 

5. Beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı vergi dərəcəsinin qeyri-rezidentə münasibətdə tətbiq edilməsi

 

5.1. Əgər beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, qeyri-rezident ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” Ərizə (bundan sonra - DTA-03 forması) (Əlavə № 5) təqdim etməklə həmin azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsi ilə bağlı müraciət edə bilər. [10]

5.2. DTA-03 forması qeyri-rezident tərəfindən ona gəlir ödəyən hər bir şəxs (vergi agenti) üzrə ayrıca doldurularaq, təqdim edilməlidir.

5.3. DTA-03 forması gəlirin ödənildiyi cari rüb bitənədək təqdim edilməli və həmin müraciətə qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər, gəlir ödəyən şəxsdən görülmüş və ya görüləcək işlər (xidmətlər) barədə arayış və s.) bu Qaydaların 8.9 – 8.13-cü bəndlərinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir. [11]

5.3-1. Müraciət görülmüş və ya görüləcək işlərlə (xidmətlərlə) bağlı olduğu halda, gəlir ödəyən şəxsdən əldə edilmiş arayışa aşağıdakı məlumatlar əlavə edilməlidir:

5.3-1.1. görülmüş və ya görüləcək hər bir işin (xidmətin) məzmunu ilə bağlı məlumat;

5.3-1.2. işlərin (xidmətlərin) görüldüyü və ya görüləcəyi yer (ölkə) və dövr;

5.3-1.3. işlərin (xidmətlərin) görülməsi üçün xarici və yerli işçilər cəlb olunduğu halda (əvvəlcədən cəlb olunacağı məlumdursa) hər bir işçi üzrə ayrılıqda məlumatlar (pasport və ya şəxsiyyəti təsdiq edən sənəd məlumatları).

5.3-2. Beynəlxalq müqavilənin müddəalarına uyğun olaraq güzəştin tətbiq edilməsi şərti (şərtlərindən biri) gəlirin onun faktiki sahibi tərəfindən əldə edilməsidirsə, bu Qaydaların 5.3-3-cü bəndinin müddəaları nəzərə alınmaqla, DTA-03 forması ilə birlikdə bu Qaydaların 7-1-ci hissəsində göstərilən sənədlər də müvafiq vergi orqanına təqdim edilməlidir.

5.3-3. Beynəlxalq ixtisaslaşmış agentliklərin məlumat bazalarında və ya mənbəyi bəlli olan məlumatların yerləşdiyi rəsmi məlumat bazalarında faktiki sahibliyi sübut edə biləcək məlumatlar mövcud olduğu halda, Qaydaların 5.3-1-ci bəndinin tətbiqi məqsədləri üçün bu Qaydaların 7-1-ci hissəsində göstərilən sənədlər təqdim edilmir.

5.3-4. Görüləcək işlərin (xidmətlərin) xüsusiyyətlərinə, faktiki icra müddətinə və (və ya) gəlir ödəyən şəxslə qeyri-rezident arasında bağlanmış müvafiq müqavilənin müddətinə görə və beynəlxalq müqaviləyə əsasən qeyri-rezident daimi nümayəndəlik yaratmalıdırsa, əvvəlcədən azadolma tətbiq edilmir. [12]

5.4. Müraciət elektron formada edildiyi zaman təsdiqedici sənədlər Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi (bundan sonra-internet vergi idarəsi) vasitəsi ilə yalnız o zaman yüklənə bilər ki, müraciət edən şəxs internet vergi idarəsinə daxil olmaq üçün müvafiq autentifikasiya vasitələrinə (şifrə, parol, istifadəçi adı və gücləndirilmiş elektron imza) malik olsun. [13]

5.5. Tələb olunan azadolma və ya aşağı vergi dərəcəsi qeyri-rezidentə münasibətdə tətbiq edilməlidirsə, Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində bu Qaydalara əlavə edilən forma (Əlavə № 6) üzrə razılıq məktubu tərtib edilir və Dövlət Vergi Xidmətinin Aparatının müvafiq struktur bölməsinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra, elektron formada imzalanaraq, eyni zamanda həm müraciət edən şəxsə, həm də gəlir ödəyən şəxsə (vergi agentinə) göndərilir. Müraciət edən şəxs vergi orqanından razılıq məktubunun kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsini tələb edə bilər. Bu halda razılıq məktubunun kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsi müraciət edən şəxsin seçiminə əsasən onun poçt ünvanına göndərilir və ya şəxsən vergi orqanından əldə edilir. [14]

5.6. Gəlir ödəyən şəxs (vergi agenti) yalnız uçotda olduğu vergi orqanından bu Qaydaların 5.5-ci bəndində qeyd olunmuş razılıq məktubunu əldə etdikdən sonra beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı vergi dərəcəsini tətbiq edə bilər. [15]

5.7. DTA-03 forması vergi orqanına təqdim edilmədikdə, vaxtında təqdim edilmədikdə, yaxud hər hansı digər səbəbdən ödəniş tarixinədək razılıq məktubu alınmadıqda, gəlir ödəyən şəxs (vergi agenti) qeyri-rezidentə etdiyi ödənişdən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada ödəmə mənbəyində vergi tutmalıdır. Bu halda ödəmə mənbəyində artıq tutulmuş vergi bu Qaydaların 7-ci hissəsində göstərilən qaydada qeyri-rezidentə qaytarılır.

5.8. Sənədlərin qeyri-rezident tərəfindən təqdim edilmiş əsli gəlir ödəyən şəxs (vergi agenti) tərəfindən saxlanılaraq, müvafiq dövr üzrə vergi nəzarəti tədbirləri həyata keçirilən zaman vergi orqanının vəzifəli şəxslərinə təqdim edilməlidir.

5.9. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində aşağı vergi dərəcəsi və ya azadolmanın tətbiq edilməsi beynəlxalq müqavilənin və (və ya) Vergi Məcəlləsinin müddəalarına uyğun hesab edilmədiyi təqdirdə, Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində səbəbləri göstərilməklə bu Qaydalara əlavə edilən forma (Əlavə № 11) üzrə imtina haqqında bildiriş tərtib edilir və Dövlət Vergi Xidmətinin Aparatının müvafiq struktur bölməsinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra, elektron formada və ya kağız daşıyıcısında müraciət edən şəxsə göndərilir. [16]

 

6. Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsi

 

6.1. Qeyri-rezident razılığa gələn digər dövlətdə vergi ödəyərkən Azərbaycan Respublikasında ödənilmiş vergilərin nəzərə alınması məqsədi ilə Azərbaycan Respublikasının müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsi haqqında” Ərizə (bundan sonra - DTA-04 forması) (Əlavə № 7) təqdim etməklə, onun tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergi məbləğlərinin təsdiq edilməsi ilə bağlı müraciət edə bilər. [17]

6.2. DTA-04 forması gəlir ödəyən şəxs (vergi agenti) tərəfindən müvafiq dövr üzrə təqdim olunan ödəmə mənbəyində tutulan vergi bəyannaməsi məlumatlarında müraciət olunan qeyri-rezident şəxs ilə bağlı gəlir və vergi məbləği bəyan olunduqdan sonra müvafiq vergi orqanına təqdim olunur. [18]

6.3. DTA-04 forması həm işəgötürən tərəfindən (hər bir qeyri-rezident muzdlu işçi üzrə ayrılıqda), həm də qeyri-rezident muzdlu işçinin özü tərəfindən işəgötürənin uçotda olduğu vergi orqanına təqdim edilə bilər. Bu halda qeyri-rezidentin aldığı əmək haqqı və ona bərabər tutulan ödənişlər, habelə, həmin ödənişlərdən vergilərin tutularaq aidiyyəti üzrə köçürülməsinə dair bütün təsdiqedici sənədlərin bu Qaydaların 8-ci hissəsinə müvafiq qaydada təsdiq edilmiş surətləri formaya əlavə edilməlidir.

6.4. Müraciət edən şəxs internet vergi idarəsinə daxil olmaq üçün müvafiq autentifikasiya vasitələrinə (şifrə, parol, istifadəçi adı və gücləndirilmiş elektron imza) malik olduğu təqdirdə, elektron formada müraciət edə bilər. [19]

6.5. “Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində DTA-04 formasında göstərilmiş məlumatlar gəlir ödəyən şəxsin (vergi agentinin) təqdim etdiyi ödəmə mənbəyində tutulan bəyannamə məlumatları əsasında təsdiqlənərsə, Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində bu Qaydalara əlavə edilən forma (Əlavə № 8) üzrə “Ödənilmiş vergilər haqqında” arayış tərtib edilir və Dövlət Vergi Xidmətinin Aparatının müvafiq struktur bölməsinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra, elektron formada imzalanaraq, müraciət edən şəxsə göndərilir. Bu Qaydaların məqsədləri üçün vergi ödəyicisinin şəxsi hesab vərəqəsində olan ödəmələr hesabına əvəzləşdirilən vergi məbləği də ödənilmiş vergi hesab edilir və qeyri-rezident tərəfindən ödənilmiş vergilər haqqında arayışda əks etdirilir. [20]

6.6. Müraciət edən şəxs vergi orqanından arayışın kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsini tələb edə bilər. Bu halda razılıq məktubunun kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsi müraciət edən şəxsin seçiminə əsasən onun poçt ünvanına göndərilir və ya şəxsən vergi orqanından əldə edilir.

6.7. Razılığa gələn digər dövlətlə Azərbaycan Respublikası arasında elektron imzaların tanınması barədə razılaşma olduğu təqdirdə vergi orqanının səlahiyyətli şəxsitərəfindən elektron qaydada imzalanmış ödənilmiş vergilər haqqında arayış birbaşa olaraq razılığa gələn digər dövlətin səlahiyyətli orqanına da göndərilə bilər.

6.8. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində aşağıdakı hallarda qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsindən imtina edilir:

6.8.1. fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsinə və beynəlxalq müqavilənin tələblərinə əsasən rezident hesab edildiyi halda;

6.8.2. bu Qaydaların 6.2-ci bəndinin tələbləri pozulduğu halda. [21]

6.9. Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsindən imtina edildiyi halda Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində səbəbləri göstərilməklə bu Qaydalara əlavə edilən forma (Əlavə № 11) üzrə imtina haqqında bildiriş tərtib edilir və elektron formada və ya kağız daşıyıcısında müraciət edən şəxsə göndərilir. [22]

 

7. Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında artıq ödənilmiş vergilərin qeyri-rezidentə geri qaytarılması

 

7.1. Beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmasına baxmayaraq, bu Qaydaların 5-ci hissəsində nəzərdə tutulmuş DTA-03 forması vaxtında təqdim edilmədikdə qeyri-rezident beynəlxalq müqavilədə nəzərdə tutulandan artıq vergi ödədikdə, həmin qeyri-rezident, vergi hesabatı dövrü bitdikdən sonrakı 5 il müddətindən gec olmayaraq müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” Ərizə formasını(bundan sonra - DTA-05 forması) (Əlavə № 9) təqdim etməklə, artıq ödənilmiş (tutulmuş) vergi məbləğlərinin geri qaytarılması ilə bağlı müraciət edə bilər. [23]

7.2. DTA-05 forması qeyri-rezident tərəfindən ona gəlir ödəyən hər bir şəxs (vergi agenti) üzrə ayrıca doldurularaq, təqdim edilməlidir.

7.3. Artıq ödənilmiş vergilərin geri qaytarılması üçün DTA-05 formasına qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən və həmin gəlirdən müvafiq vergilərin faktiki olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər, ödəniş sənədləri, gəlir ödəyən şəxsdən görülmüş və ya görüləcək işlər (xidmətlər) barədə arayış və s.) bu 8.9-8.13-cü bəndlərinə müvafiq qaydada təsdiq edilmiş surətlər əlavə edilməlidir. [24]

7.3-1. Müraciət görülmüş işlərlə (xidmətlərlə) bağlı olduğu halda, gəlir ödəyən şəxsdən əldə edilmiş arayışa aşağıdakı məlumatlar əlavə edilməlidir:

7.3-1.1. görülmüş hər bir işin (xidmətin) məzmunu ilə bağlı məlumat;

7.3-1.2. işlərin (xidmətlərin) görüldüyü yer (ölkə) və dövr;

7.3-1.3. işlərin (xidmətlərin) görülməsi üçün xarici və yerli işçilər cəlb olunduğu halda hər bir işçi üzrə ayrılıqda məlumatlar (pasport və ya şəxsiyyəti təsdiq edən sənəd məlumatları).

7.3-2. Beynəlxalq müqavilənin müddəalarına uyğun olaraq güzəştin tətbiq edilməsi şərti (şərtlərindən biri) gəlirin onun faktiki sahibi tərəfindən əldə edilməsidirsə, bu Qaydaların 7.3-3-cü bəndinin müddəaları nəzərə alınmaqla, DTA-05 forması ilə birlikdə bu Qaydaların 7-1-ci hissəsində göstərilən sənədlər də müvafiq vergi orqanına təqdim edilməlidir.

7.3-3. Beynəlxalq ixtisaslaşmış agentliklərin məlumat bazalarında və ya mənbəyi bəlli olan məlumatların yerləşdiyi rəsmi məlumat bazalarında faktiki sahibliyi sübut edə biləcək məlumatlar mövcud olduğu halda, Qaydaların 7.3-1-ci bəndinin tətbiqi məqsədləri üçün bu Qaydaların 7-1-ci hissəsində göstərilən sənədlər təqdim edilmir.

7.3-4. Qeyri-rezident vergilərin artıq ödənildiyi dövr üzrə DTA-05 forması ilə müraciət edirsə və həmin dövr üzrə əvvəllər ödənilmiş vergilərin təsdiq edilməsi barədə müvafiq vergi orqanından arayış almışdırsa, DTA-05 formasına ödənilmiş vergilərin Razılığa gələn digər dövlətdə nəzərə alınmaması barədə müvafiq səlahiyyətli orqanın təsdiqedici məktubu da əlavə edilməlidir. [25]

7.4. Müraciət elektron formada edildiyi zaman təsdiqedici sənədlər Vergilər Nazirliyinin internet vergi idarəsi vasitəsi ilə yalnız o zaman yüklənə bilər ki, müraciət edən şəxs internet vergi idarəsinə daxil olmaq üçün müvafiq autentifikasiya vasitələrinə (şifrə, parol, istifadəçi adı və gücləndirilmiş elektron imza) malik olsun. [26]

7.5. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində DTA-05 formasında göstərilmiş vergi məbləğlərinin qeyri-rezidentə geri qaytarılmalı olması təsdiqlənərsə, Dövlət Vergi Xidmətinin Aparatının müvafiq struktur bölməsinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra, Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində bu Qaydalara əlavə edilən forma (Əlavə №10) üzrə “DTA-05 formasının nəzərə alınması haqqında” arayış tərtib edilir, elektron formada imzalanaraq, müraciət edən şəxsə göndərilir və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nda müəyyən edilmiş prosedura uyğun olaraq “Vergi ödəyicisinin vergilər üzrə artıq ödəmələrinin qaytarılması barədə Rəy” hazırlanaraq, Bakı şəhərindəki vergi orqanları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, yerli vergi orqanları tərəfindən isə yerli maliyyə orqanına (bundan sonra - maliyyə orqanı) göndərilir. [27]

7.6. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində formada göstərilmiş vergi məbləğlərinin qeyri-rezidentə geri qaytarılması beynəlxalq müqavilənin və (və ya) Vergi Məcəlləsinin müddəalarına uyğun hesab edilmədiyi təqdirdə Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində səbəbləri göstərilməklə bu Qaydalara əlavə edilən forma (Əlavə № 11) üzrə imtina haqqında bildiriş tərtib edilir və Dövlət Vergi Xidmətinin Aparatının müvafiq struktur bölməsinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra, elektron formada və ya kağız daşıyıcısında müraciət edən şəxsə göndərilir. [28]

7.7. Artıq ödənilmiş vergilərin maliyyə orqanları tərəfindən qeyri-rezidentə qaytarılmasının prosedurları, müddətləri və digər aidiyyəti məsələlər bu Qaydaların 7.5-ci bəndində nəzərdə tutulmuş Qaydalarla tənzimlənir.

7.8. DTA-05 formasının vergi orqanı tərəfindən araşdırılması zamanı qeyri-rezidentə ödənilməli olan məbləğin tam şəkildə ödənilməsi təsdiqlənərsə və artıq ödənilmiş (tutulmuş) vergilər, gəlir ödəyən şəxsin (vergi agentinin) müvafiq dövr üzrə təqdim etdiyi mənfəət (gəlir) vergisi bəyannaməsində vergi orqanı tərəfindən xərclərdə nəzərə alınmamışdırsa, həmin vergi məbləği gəlir ödəyən şəxsin digər vergi öhdəlikləri ilə əvəzləşdirilir. Bu halda Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində bu Qaydalara əlavə edilən forma (Əlavə № 12) üzrə razılıq məktubu elektron formada imzalanıb gəlir ödəyən şəxsə (vergi agentinə) və bu barədə məlumat bu Qaydalara əlavə edilən forma (Əlavə № 13) üzrə qeyri-rezidentə göndəriləcək. Bu zaman vergi orqanı tərəfindən müvafiq dövr bəyannamələrində zəruri düzəlişlər edilir. [29]

 

7-1. Faktiki sahibliyin müəyyən olunmasının xüsusi şərtləri [30]

 

7-1.1. Beynəlxalq müqavilənin müddəalarına uyğun olaraq güzəştin tətbiq edilməsi şərti (şərtlərindən biri) gəlirin onun faktiki sahibi tərəfindən əldə edilməsidirsə, vergi orqanı qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi gəlirlər üzrə faktiki sahiblik statusunu müəyyənləşdirir.

7-1.2. Qeyri-rezidentin faktiki sahibliyi aşağıdakı sənədlərə əsasən sübut edilir:

7-1.2.1. Qeyri-rezidentin gəlirlərdən istifadə etmək və (və ya) üzərində sərəncam vermək hüququnu təsdiq edən sənədlər (təsisçilər və sonuncu benefisiar haqqında xarici dövlətin müvafiq orqanından alınan rəsmi təsdiqedici sənədlər və ya çıxarışlar, nizamnamə və s.);

7-1.2.2. Üçüncü şəxslərin (Azərbaycan Respublikası ilə beynəlxalq müqavilə bağlamayan xarici ölkənin rezidenti) qarşısında, bu cür gəlirlərdən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə istifadə etmək və (və ya) idarə etmək hüquqlarını məhdudlaşdıran öhdəliklərin olmadığına dair sənədlər (iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər və.s.);

7-1.2.3. Qeyri-rezidentin, vergi rezidenti olduğu dövlətdə sahibkarlıq və (və ya) digər fəaliyyəti həyata keçirdiyini təsdiq edən sənədlər (maliyyə və vergi hesabatları, fəaliyyəti, işçiləri və əmlakı haqqında xarici dövlətin müvafiq orqanından alınan təsdiqedici rəsmi sənədlər, vergi bəyannamələri, qeydiyyat şəhadətnaməsi və.s ).

7-1.3. Bu Qaydaların 7-1.2-ci bəndində göstərilən sənədlərdən başqa vergi orqanının qeyri-rezidentdən bu gəlirin faktiki sahibi olduğu barədə xarici dövlətin vergi orqanı tərəfindən təsdiqlənmiş sənədi, habelə faktiki sahibin gəliri üzrə beynəlxalq müqavilədə nəzərdə tutulan güzəşti əldə etmək hüququnu əsaslandırmaq üçün digər sənədləri (məlumatları) tələb etmək hüququ var.

7-1.4. Bu Qaydaların 7-1.2-ci və 7-1.3-cü bəndlərində göstərilən sənədlərin bu Qaydaların 8.9-8.13-cü bəndlərinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir.

 

8. Beynəlxalq müqavilənin tətbiqi ilə bağlı müraciətlərin vergi orqanlarına təqdim edilməsi və onlar tərəfindən baxılmasının ümumi qaydaları

 

8.1. Bu Qaydaların 3.2-ci, 4.1-ci, 5.1-ci, 6.1-ci və 7.1-ci bəndlərində nəzərdə tutulmuş ərizə formaları elektron və ya kağız daşıyıcısında qəbul edildiyi zaman müraciət edən şəxsə bildiriş göndərilir (Əlavə № 14). [31]

8.1-1. DTA-03, DTA-04 və DTA-05 forması qeyri-rezident tərəfindən ona gəlir ödəyən hər bir şəxs (vergi agenti) üzrə ayrıca doldurularaq, təqdim edilməlidir. [32]

8.2. Bu Qaydaların 7-ci hissəsinə əsasən daxil olmuş müraciətlər istisna olmaqla, daxil olmuş müraciətlərə vergi orqanı tərəfindən 30 gün ərzində baxılır. Bu Qaydaların 7-ci hissəsinə əsasən daxil olmuş müraciətlərə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” nda nəzərdə tutulmuş müddətdə baxılır.

8.3. Bu Qaydaların 7-ci hissəsinə əsasən daxil olmuş müraciətlər istisna olmaqla, daxil olmuş müraciətin araşdırılması üçün əlavə vaxt tələb olunduğu halda, səbəbi əsaslandırılmaqla, vergi orqanının müraciətə baxılma müddətini hər dəfə 30 gün olmaqla iki dəfə uzatmaq hüququ var. Bu halda müraciət edən şəxsə icra müddətinin uzadıldığı tarixdən gec olmayaraq məlumat verilməlidir.

8.4. Ərizədə təqdim edilmiş məlumatlar və ya təsdiqedici sənədlərlə bağlı vergi orqanının xarici şəxslərə, eləcə də digər dövlətlərin səlahiyyətli orqanlarına, həmçinin ölkə daxilində sorğu göndərmək hüququ var. Bu halda, müraciətə baxılması müddəti sorğuya cavab daxil olanadək dayandırılmalı və müraciət edən şəxsə icra müddətinin dayandırıldığı tarixdən 5 iş günündən gec olmayaraq bununla bağlı yazılı məlumat verilməlidir.

8.5. Ərizəyə baxılması zamanı müraciət edən şəxs tərəfindən sənədlər və ya məlumatlar təqdim edilməmişdirsə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, vergi orqanının müraciət edən şəxsə bu Qaydalara əlavə edilən forma (Əlavə № 15) üzrə məktub göndərilməklə müəyyən edilmiş müddətdə əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb etmək hüququ var. [33]

8.5-1. Bu Qaydanın 8.5-ci bəndinin tələbləri nəzərə alınmaqla, əlavə sənəd və ya məlumatlar təqdim olunmadıqda ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır.

8.5-2. Əlavə sənədlərin və ya məlumatların vergi orqanına təqdim olunduğu andan müddətin axımı bərpa olunur. [34]

8.6. DTA-03 forması üzrə ödənişlərin aparılacağı dövr üçün alınmış rezidentlik sertifikatı rezidentliyin təsdiq edildiyi il nəzərə alınmaqla növbəti ilin sonunadək etibarlı hesab edilir. DTA-03 və DTA-05 formaları üzrə rezidentlik sertifikatı işlərin görüldüyü (xidmətlərin göstərildiyi) dövrü və ödənişlərin aparılacağı (aparıldığı) dövrü əhatə etməlidir. [35]

8.7. Müraciət təmin edildiyi halda müraciət edən şəxsə məsələnin mahiyyətindən asılı olaraq, bu Qaydalarda nəzərdə tutulmuş rezidentlik sertifikatı, razılıq məktubları və ya arayış göndərilir, təmin edilmədiyi halda isə müraciət edən şəxsə müraciətin təmin edilməməsinin səbəbi ətraflı izah edilməklə cavab məktubu göndərilir.

8.8. Müraciət edən şəxsdən müraciətin mahiyyətinə aid olmayan məlumatların və sənədlərin tələb edilməsinə yol verilmir.

8.9. Müraciətə əlavə edilən və razılığa gələn digər dövlətin səlahiyyətli orqanı tərəfindən həmin dövlətin milli qanunvericiliyi və inzibatçılığına müvafiq qaydada verilmiş təsdiqedici sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki konsulluqları tərəfindən leqallaşdırılmaqla təqdim edilməlidir.

8.10. Bu Qaydaların 8.9-cu bəndindən asılı olmayaraq, razılığa gələn digər dövlət “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 1961-ci il tarixli Haaqa Konvensiyasına qoşulduğu və həmin Konvensiya Azərbaycan Respublikası ilə həmin digər dövlət arasında tətbiq edildiyi halda təqdim edilən təsdiqedici sənədlərin leqallaşdırılması tələb olunmur. Bu halda, sənədlərə həmin dövlətin Haaqa Konvensiyası üzrə səlahiyyətli orqanı tərəfindən apostil vurulur.

8.11. Bu Qaydaların 8.9-cu və 8.10-cu bəndlərindən asılı olmayaraq, razılığa gələn digər Dövlət Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlər arasında “Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” 1993-cü il 22 yanvar tarixli Minsk Konvensiyasına və (və ya) “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Kişinyov Konvensiyasına qoşulduğu və həmin Konvensiyalar Azərbaycan Respublikası ilə həmin digər dövlət arasında tətbiq edildiyi halda, həmin dövlətin səlahiyyətli orqanı yaxud şəxsi tərəfindən öz səlahiyyəti çərçivəsində verilmiş və gerbli möhürlə təsdiqlənmiş sənədlər leqallaşdırılmadan və apostil vurulmadan qəbul edilir. [36]

8.12. Həm Azərbaycan Respublikasının, həm də razılığa gələn digər dövlətin iştirakçısı olduqları digər beynəlxalq sazişlərdə bu Qaydaların 8.9.-cu, 8.10.-cu və 8.11-ci bəndlərində göstərilənlərdən fərqli qaydalar nəzərdə tutulduqda, sənədlərin rəsmiləşdirilməsi həmin müddəalara müvafiq qaydada həyata keçirilir.

8.12-1. Bu Qaydaların 4.2-ci, 5.3-cü və 7.3-cü bəndlərində qeyd olunan təsdiqedici sənədlərin həqiqiliyini onları təqdim edən xarici dövlətin müvafiq qurumunun rəsmi internet səhifəsindən QR kod və (və ya) identifikasiya nömrəsi ilə yoxlamaq mümkün olduğu təqdirdə, həmin sənədlər bu Qaydaların 8.9-8.12-ci bəndlərinə uyğun olaraq təsdiq olunmadan müvafiq vergi orqanına təqdim olunur. [37]

8.13. Müraciətə əlavə olunan sənədlər xarici dildə olduğu halda onların Azərbaycan dilinə notariat qaydasında təsdiq edilmiş tərcüməsi də təqdim edilməlidir.

8.14. Bu Qaydaların tələblərinə əsasən vergi orqanına təqdim edilən ərizə müraciət edən şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanaraq, təqdim edildiyi halda, həmin səlahiyyətli nümayəndənin müraciət edən şəxsi təmsil etmək səlahiyyətlərinə malik olması barədə etibarnamənin Azərbaycan Respublikasında notariat qaydasında təsdiq edilmiş surəti də ərizəyə əlavə edilməlidir.

8.14-1. Gəlir ödəyən şəxs (vergi agenti) tərəfindən qeyri-rezidentin əvəzinə DTA-03, DTA-04 və DTA-05 forması ilə müvafiq vergi orqanına müraciət oluna bilər. [38]

8.15. Bu Qaydaların tətbiqi zamanı hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər və onların tətbiqi ilə bağlı müvafiq sənədlərin xüsusiyyətləri nəzərə alınmalıdır.

8.16. Vergi orqanı tərəfindən bu Qaydaların 3.6-cı bəndinə əsasən verilmiş bütün rezidentlik sertifikatlarının, 5.5-ci bəndə əsasən verilmiş bütün razılıq məktublarının və 6.5-ci bəndə əsasən verilmiş bütün arayışların elektron versiyaları eyni şəxslər tərəfindən sonrakı müraciətlər zamanı istifadə edilməsi və gələcək vergi nəzarəti tədbirlərinin məqsədləri üçün Dövlət Vergi Xidmətinin elektron məlumat bazasında saxlanılmalıdır. [39]

8.17. Müraciət edən şəxsin yeni müraciət zamanı əvvəlcədən təqdim etdiyi, etibarlılıq müddəti bitməmiş və ləğv edilməmiş sənədləri yenidən təqdim etməmək hüququ var. [40]

 

 


 

“Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”na 1 nömrəli əlavə
The Annex 1 to the “Regulations for Administration of International Agreements for the Avoidance of Double Taxation Concluded Between the Republic of Azerbaijan and other States”
[41]

Rezidentlik sertifikatının alınması haqqında ƏRİZƏ (DTA-01)
Application form for Certificate of Residency (COR) (DTA-01)

Formanın doldurulma qaydalarını diqqətlə oxuyun/Please read carefully the rules of filling in the form

Kağız daşıyıcısında doldurulduqda tünd göy və ya qara rəngli diyircəkli qələmlə doldurun.

Use a dark blue or black ballpoint pen for filling out the hard copy.

səhifə 1/page 1

1. Ərizənin təqdim edildiyi vergi orqanı/Tax authority receiving the form

 

Müraciət edilən vergi orqanının adı
Tax authority

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1.1.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2. Müraciət edən şəxs haqqında ümumi məlumat/General information on the applicant

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2.1.

Fiziki şəxs/Individual

 

 

 

 

2.2. Hüquqi şəxs/Legal person

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2.3.

VÖEN/TIN

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Fiziki şəxs olduqda/Individual

2.4.

Soyadı/Surname

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2.5.

Adı/Name

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2.6.

Atasının adı/Patronymic

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hüquqi şəxs olduqda/Legal person

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2.7.

Tam adı/Full name

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3. Ünvanlar/Addresses

Hüquqi ünvan/Legal address

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3.1.

Poçt indeksi/Postal code

 

A

Z

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3.2.

Şəhər (rayon)/City (district)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3.3.

Kənd (qəsəbə)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Village (settlement)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3.4.

Küçə/Street

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3.5.

Ev/House №

 

 

 

 

 

 

 

 

 

 

 

3.6.

Mənzil/Apartment

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Faktiki ünvan/Actual address

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3.7.

Poçt indeksi/Postal code

 

A

Z

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3.8.

Şəhər (rayon)/City (district)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3.9.

Kənd (qəsəbə)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Village (settlement)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3.10.

Küçə/Street

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3.11.

Ev/House №

 

 

 

 

 

 

 

 

 

 

 

3.12.

Mənzil/Apartment

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Rezidentlik sertifikatının alınması haqqında ƏRİZƏ-nin (DTA-01) davamı

Application form for Certificate of Residency (COR) (DTA-01) (cont.)

səhifə 2/page 2

4. Əlaqə vasitələri/Contacts

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

4.1.

Poçt əlaqəsi üçün ünvan (birini seçin və X işarə edin)

 

 

 

 

Hüquqi

 

 

 

 

 

Faktiki

 

 

 

 

Digər

 

 

 

 

 

Postal address (choose and put the X in the relevant box)

 

 

 

Legal

 

 

 

 

 

Actual

 

 

 

 

Other