×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
11.07.2017
QEYDİYYAT NÖMRƏSİ
285
ADI
“Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 13-07-2017, Nəşr Nömrəsi: 148), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2017, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 1482)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.07.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
330.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201707110285
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.07.2017
«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olm

“Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 avqust tarixli 1008 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 11 iyul 2017-ci il

                   № 285

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu

 

QAYDALARI

 

1. Bu Qaydalar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.5-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısını və sənədlərin qəbulu qaydalarını müəyyən edir.

2. Müsabiqənin test imtahanının nəticələri haqqında məlumat Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra – Mərkəz) internet portalında verilir. Test imtahanından keçmiş namizəd imtahanın nəticələri elan edildiyi gündən 10 (on) iş günü müddətində Mərkəzin internet portalında (bundan sonra – portal) bu Qaydaların əlavəsində göstərilmiş dövlət qulluğu üzrə müraciət formasını (bundan sonra – Forma) doldurur. Namizədin Forma vasitəsilə təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri həmin Formaya əlavə edilir:

2.1. tam orta təhsil, orta ixtisas təhsili və ya ali təhsil haqqında sənədin surəti; [1]

2.2. əmək kitabçasının surəti (olduğu halda).

Qeyd. Tam orta təhsil və orta ixtisas təhsili haqqında sənəd namizədin yardımçı dövlət qulluğu vəzifəsinə iddia etdiyi halda əlavə edilir. [2]

3. Formaya daxil edilmiş məlumatların və sənədlərin düzgünlüyü dövlət orqanları tərəfindən aparılan aşağıdakı elektron informasiya ehtiyatları əsasında yoxlanılır:

3.1. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi;

3.2. “Tələbə-məzun” dövlət elektron məlumat sistemi;

3.2-1. “Şagird-məzun” dövlət elektron məlumat sistemi; [3]

3.3. Azərbaycan Respublikası Dövlət Qulluqçularının Reyestri;

3.4. fərdi uçot sistemində sığortaolunanların məlumat bazası;

3.5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi; [4]

3.6. Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi; [5]

3.7. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid elektron informasiya sistemi.

4. Bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq Formaya daxil edilmiş məlumatların və sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmadığı halda, Mərkəzin tələbi əsasında namizəd bu Qaydaların 2-ci hissəsində nəzərdə tutulan sənədlərin müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əsillərini 5 (beş) iş günü müddətində Mərkəzə təqdim etməlidir.

Qeyd. Skan edilmiş sənədlər tam, ardıcıl, oxunaqlı və aydın olmalıdır.

5. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə müsahibə elan edildikdə, namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı”na (bundan sonra – sertifikat) uyğun olaraq həmin müsahibədə iştirak edə bilər. [6]

6. Müsahibədə iştirakla bağlı müraciət etmək istəyən namizəd Forma vasitəsilə portala daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, bu Qaydaların 2-ci və 3-cü hissələrində nəzərdə tutulmuş qaydada portalda müvafiq düzəlişləri edir, həmin məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq edir və müsahibə elanı verildiyi gündən 30 (otuz) gün müddətində həmin müsahibədə iştirak üçün portal vasitəsilə müvafiq dövlət orqanına elektron müraciət edir.

7. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın 2.5-ci bəndinə uyğun olaraq müəyyən edilən vakant vəzifələrinin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. [7]

8. Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

9. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

10. Mərkəz müvafiq dövlət qulluğu vəzifəsi üzrə müsahibədə iştirakla bağlı qeydiyyatdan keçmiş namizədin müraciətinin və müraciətə əlavə edilmiş aşağıdakı sənədlərin (elektron şəxsi işini) bu Qaydaların 6-cı hissəsi ilə müəyyən edilmiş müddət başa çatdığı gündən 3 (üç) iş günü ərzində portal vasitəsilə vakant vəzifənin aid olduğu dövlət orqanına təqdim olunmasını təmin edir:

10.1. vakant vəzifə göstərilməklə, müsahibədə iştirak üçün müraciət;

10.2. şəxsiyyəti təsdiq edən sənədin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

10.3. kadrlar uçotunun şəxsi vərəqəsi;

10.4. təhsil haqqında sənədin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

10.5. əmək kitabçasının surəti (olduğu halda) və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

10.6. müvafiq dövlət qulluğu vəzifəsi üzrə malik olduğu sertifikat barədə Mərkəzin informasiya ehtiyatlarından çıxarış.

11. Namizəd bu Qaydaların 7-ci hissəsi ilə müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatların verilməsi aşkar edildikdə, namizədin test imtahanında və (və ya) müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul olunur və 3 (üç) iş günü müddətində portal vasitəsilə namizədə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

12. Namizədin nəticələri etibarsız hesab edildiyi halda, onun müsabiqədə iştirak etməsi ilə bağlı etdiyi ödənişlər geri qaytarılmır.

13. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər bu barədə qərar qəbul edildikdən sonra 5 (beş) iş günü müddətində vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün Mərkəz tərəfindən dövlət orqanının rəhbərinə təqdim olunur.

14. Dövlət orqanı Mərkəz tərəfindən təqdim olunmuş namizədlərin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasını Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 568 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydaları”na uyğun olaraq yoxlayır.

 


 

“Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na

əlavə

Dövlət qulluğu üzrə müraciət

 

FORMASI

 

 

 

 

 

 

 

FOTO

(3x4)

 

1. Vətəndaş haqqında məlumat:

 

1.1.    adı

 

 

soyadı

 

 

  atasının adı

 

 

 

 

 

 

 

1.2. cinsi:

kişi

1.3. doğulduğu tarix (gün, ay, il)

 

 

 

qadın

 

 

1.4.   doğulduğu yer (ölkə, şəhər (rayon), kənd)

 

 

 

 

 

 

 

 

1.5. soyadını, adını və ya atasının adını dəyişdirmişsə, nə vaxt və hansı səbəbə görə__________________________

 

 

2. Vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat:

2.1. şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi   ___________________

2.2. şəxsiyyət vəsiqəsinin verildiyi tarix (gün, ay, il)_________________

2.3. şəxsiyyət vəsiqəsini verən orqanın adı  _______________________

2.4. fərdi identifikasiya nömrəsi (FİN) ____________ [8]

 

 3. Vətəndaşla əlaqə vasitələri haqqında məlumat:

 

3.1. qeydiyyatda olduğu ünvan (şəhər, rayon, kənd və küçə göstərilməklə)

 

 

 

3.2. faktiki yaşadığı ünvan (vətəndaş qeydiyyatda olduğu ünvanda yaşamırsa)

 

 

 

3.3. elektron poçt ünvanı

 

 

 

3.4. mobil telefonu (operatorun kodu göstərilməklə)

 

 

 

3.5. ev telefonu (şəhər (rayon) kodu göstərilməklə)

 

3.6. iş telefonu (şəhər (rayon) kodu göstərilməklə)

 

 

4. Vətəndaşın dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmaması haqqında məlumat:

 

 

4.1. fəaliyyət qabiliyyətinə malik olmamağınız və ya məhdud fəaliyyət qabiliyyətinə malik olmağınız
 məhkəmənin qərarı ilə təsdiq
edilmişdirmi?

 

bəli

 

xeyr

 

 

 

 

 

 

 

 

 

4.2.   ödənilməmiş və ya götürülməmiş məhkumluğunuz varmı?

 

bəli

 

xeyr

 

 

 

 

 

4.3.   barənizdə tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varmı?

 

 

 

 

 

 

bəli

 

xeyr

4.4.   bilavasitə tabeliyində və ya nəzarəti altında qulluq keçəcəyiniz vəzifəli şəxslə yaxın qohumluq və ya qudalıq (ər

         arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəniz varmı?

 

 

 

 

 

bəli

 

xeyr

4.5.   dövlət qulluqçususunuzsa, son bir il ərzində barənizdə intizam tənbehi tətbiq edilmişdirmi?

 

 

 

 

 

bəli

 

xeyr

          

  5. Vətəndaşın hərbi mükəlləfiyyəti barədə məlumat:

 

 

5.1. hərbi mükəlləfiyyətlisinizmi?

 

bəli

 

xeyr

 

 

6. Vətəndaşın əmək fəaliyyəti haqqında məlumat:

6.1. əmək fəaliyyəti:

 

indiyədək işləməmişəm

 

hazırda işləmirəm

 

işləyirəm

 

6.2. əmək kitabçasının nömrəsi

 

6.3. əmək kitabçasının açılması tarixi

 

 

  6.4. vətəndaşın əmək fəaliyyətinə başladığı tarixdən etibarən (hərbi xidmət və əvəzçilik üzrə iş də daxil olmaqla) gördüyü işlər

 

Tarix

(gün, ay, il)

İş yeri

(Nazirliyin, idarənin, təşkilatın, müəssisənin adını vaxtilə olduğu kimi göstərməklə)

 

Vəzifəsi

daxil olduğu

çıxdığı

1

2

3

4

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

6.5. əmək stajı (əmək kitabçası üzrə):

 

 

ümumi iş stajınız

 

il

 

ay

 

gün

 

 

 

 

iddia etdiyiniz struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri

üzrə iş stajınız

 

il

 

ay

 

gün

 

 

 

 

vəzifə təlimatında vəzifə üzrə müəyyən edilmiş müvafiq  ali təhsil

istiqaməti üzrə iş stajınız

 

il

 

ay

 

gün

 

 

 

7. Vətəndaşın təhsili  haqqında məlumat:

7.1.    ali təhsilin səviyyəsi:

 

bakalavriat 

 

 

magistratura

 

 

doktorantura

 

digər

 

 

 

7.1.1. bitirdiyiniz təhsil müəssisəsinin adı, daxil  olduğunuz və bitirdiyiniz il

 

 

7.1.2. diplom üzrə ixtisasın şifri və adı

 

7.1.3. diplomun seriyası və nömrəsi

 

7.1.4. diplomun verildiyi tarix (gün, ay, il)

 

 

Diplom xarici dövlətin təhsil müəssisəsi tərəfindən verildiyi və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması tələb edildiyi halda

7.1.5. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair şəhadətnamənin nömrəsi [9]

 

7.1.6. verildiyi tarix (gün, ay, il)

 

 

7.2.    ali təhsilin səviyyəsi:

bakalavriat

magistratura

doktorantura

  digər 

 

 

7.2.1. bitirdiyiniz təhsil müəssisəsinin adı, daxil olduğunuz  və bitirdiyiniz il                                                     

 

_________________________________________________________________

7.2.2. diplom üzrə ixtisasın şifri və adı

_________________________________________________________________

7.2.3. diplomun seriyası və nömrəsi

 

7.2.4. diplomun verildiyi tarix (gün, ay, il)

 

 

Diplom xarici dövlətin təhsil müəssisəsi tərəfindən verildiyi və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması tələb edildiyi halda

7.2.5. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair şəhadətnamənin nömrəsi______________

7.2.6. verildiyi tarix (gün, ay, il)

 

 

7.3.    ali təhsilin səviyyəsi:

Bakalavriat

 

Magistratura

Doktorantura

 

digər

 

7.3.1. bitirdiyiniz təhsil müəssisəsinin adı, daxil  olduğunuz  və bitirdiyiniz il

 

______________________________________________________________

7.3.2. diplom üzrə ixtisasın şifri və adı

________________________________________________________________

7.3.3. diplomun seriyası və nömrəsi

 

7.3.4. diplomun verildiyi tarix (gün, ay, il)

 

 

Diplom xarici dövlətin təhsil müəssisəsi tərəfindən verildiyi və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması tələb edildiyi halda

7.3.5. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair şəhadətnamənin nömrəsi

 

7.3.6. verildiyi tarix (gün, ay, il)

 

 

  7.4.    tam orta təhsil və orta ixtisas təhsili haqqında məlumat: [10]

  7.4.1. bitirdiyiniz təhsil müəssisəsinin (tam orta təhsil və orta ixtisas təhsili müəssisəsinin) adı, daxil olduğunuz və bitirdiyiniz il  _________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________

  7.4.2. təhsil haqqında dövlət sənədinin (tam orta təhsil haqqında attestatın və orta ixtisas təhsili haqqında diplomun) seriyası və nömrəsi ______________________________________________________________________

  7.4.3. təhsil haqqında dövlət sənədinin (tam orta təhsil haqqında attestatın və orta ixtisas təhsili haqqında diplomun) verildiyi tarix (gün, ay, il) __________________________________________________________________

 

  8.   Vətəndaşın əlavə təhsili (ixtisasartırma, təkmilləşdirmə və s. kurslarda iştirakı) haqqında məlumat:

  8.1. bitirdiyiniz təhsil müəssisəsinin adı, daxil  olduğunuz və bitirdiyiniz il _________________________________________________________

____________________________________________________________________________________________________________________________

  8.2. təhsil proqramının adı (istiqaməti)  ________________________________________________________________________________________

  8.3. diplomun (və ya digər sənədin) seriyası və nömrəsi  _________________________________________________________________________

  8.4. diplomun (və ya digər sənədin) verildiyi tarix (gün, ay, il) ____________________________________________________________________

 

  9.   Vətəndaşın elmi dərəcələri və elmi adları haqqında məlumat:

  9.1. elmi dərəcə (elmi ad)                                                                  9.2. verildiyi tarix (gün, ay, il)

___________________________________________________     _____________________________________________________

  9.3. kim tərəfindən verilib                                                                   9.4. diplomun nömrəsi və verilmə tarixi (gün, ay, il)

___________________________________________________     _____________________________________________________

 

 

 

10. Vətəndaşın xarici dil və kompüter bilikləri:

10.1. xarici dil və həmin dili bilmə səviyyəsi:

 

 

Xarici dil

 

bilmə səviyyəsi

zəif

orta

sərbəst

A1

A2

B1

B2

C1

C2

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

10.2. kompüter bilikləri:

__________________________________________________________________________________________________________

__________________________________________________________________________________________________________

 

 

 

 

  11.   Vətəndaşın dövlət qulluğunda ixtisas dərəcəsi, diplomatik və ya digər xüsusi rütbələri və verilmə tarixi:

___________________________________________________________________________________________________________

 

  12.   Vətəndaşın dövlət təltifləri:

  12.1. dövlət təltifi  ____________________________________________________________________________________________________

  12.2. təltifolunma tarixi ________________________________________________________________________________________________

 

  13.   Vətəndaşın konfrans, seminar və digər tədbirlərdə iştirakı:

____________________________________________________________________________________________________________ ____________________________________________________________________________________________________________ ____________________________________________________________________________________________________________ ____________________________________________________________________________________________________________ ______________________________________________________________________

 

  14. Vətəndaşın seçkili orqanlarda iştirakı: [11]

_____________________________________________________________________________________________________________ _____________________________________________________________________________________________________________ _____________________________________________________________________________________________

 

  15. Vətəndaşın cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi haqqında məlumat:

 

15.1. cinayət məsuliyyətinə cəlb edilmisinizmi?                                                       bəli      xeyr 

15.2. cinayət məsuliyyətinə cəlb edilmisinizsə, nə vaxt və hansı əmələ görə __________________________________________________________________

                

 

16. Vətəndaşın ailə vəziyyəti və yaxın qohumları haqqında məlumatlar:

ailə vəziyyəti __________________________________________________________________________________________________________

yaxın qohumlarınız (atanız, ananız, qardaşlarınız, bacılarınız, arvadınız* (əriniz), uşaqlarınız, qayınatanız, qayınananız, qayınlarınız, baldızlarınız) haqqında məlumat: [12]

Qohumluğun dərəcəsi

Soyadı, adı və atasının adı

 

Doğulduğu tarix (gün, ay, il) və yer

İş yeri və vəzifəsi

 

Yaşadığı ünvan

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

* arvad ərinin soyadını daşıyırsa, onun əvvəlki soyadı da qeyd edilməlidir.

 

 

  17. Vətəndaşın iddia etdiyi vakant vəzifə haqqında məlumat:

 

17.1. müsahibənin elan edildiyi tarix (gün, ay, il)

 

  17.2. vəzifənin kodu  _________________________

 

17.3. dövlət orqanı

 

17.4. tabe təşkilat və ya struktur bölmə

 

______________________________________________________________________________________________

_______________________________________________________________________________________________________________________________

_______________________________________________________________________________________________________________________________

 

17.5. vəzifənin adı

 

 

 

 

Müraciətdə göstərilən məlumatların doğruluğunu təsdiq edirəm

müraciətin doldurulduğu tarix (gün, ay, il)

 

imza

 

 

 

BU HİSSƏ MÜRACİƏTİ QEYDƏ ALAN VƏZİFƏLİ ŞƏXS TƏRƏFİNDƏN DOLDURULUR

 

Namizədin şəxsi kodu

 

Müraciətin təqdim edildiyi tarix

 

 

 

 

 

 

 

Müraciəti qəbul edən şəxsin adı və soyadı

 

İmza

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müraciətin doldurulması ilə bağlı qeydlər:

 

1.      Bu Formanın 6.1-ci bəndində göstərilən qrafalardan biri doldurulmalıdır. Bu bənddə “hazırda işləmirəm” və ya “işləyirəm” qrafası seçildiyi halda, müvafiq olaraq 6.2-ci, 6.3-cü və 6.4-cü bəndlər də doldurulur.

2.      6.5-ci bənd və 17-ci hissə  namizəd müsahibədə iştirakla bağlı müraciət etmək istədiyi halda doldurulur və iddia edilən vəzifənin tutulması şərtlərində staja dair tələblər müəyyən edildiyi halda 6.5-ci bəndin müvafiq abzasları doldurulur.

3.      7-ci hissə doldurularkən, bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrinin ardıcıllığı gözlənilməlidir. Əsas (baza ali) tibb təhsili və 5 illik ali təhsil almış məzunlar, rezidenturanı, ordinaturanı, aspiranturanı və s. bitirmişlər “Digər” qrafasını seçməlidirlər. “Digər” qrafası seçildiyi halda, “Diplom üzrə ixtisasın şifri və adı” yarımbəndi doldurularkən, vətəndaşın təhsil səviyyəsi də qeyd edilməlidir. Məsələn: HS190101-müalicə işi, əsas (baza ali) tibb təhsili. [13]

4.      7.4-cü bənd namizəd yardımçı vəzifə üzrə müsahibədə iştirakla bağlı müraciət etmək istədiyi halda doldurulur. [14]

5.      Qanunvericiliyə uyğun olaraq bilərəkdən yanlış məlumatlar vermiş namizədlər müsabiqədən kənarlaşdırılırlar.

6.      10-cu bənd aşağıdakı qrafa nəzərə alınmaqla doldurulur:

 

Səviyyə

Səviyyənin təsviri

A1

·           gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir;

·           özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi

sualları cavablandıra bilir;

·           yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilir

A2

·           gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri (şəxsi və ailə üzvləri ilə bağlı olan əsas   

   məlumatlar, alış-veriş, yaşayış yeri, iş və s.) başa düşür;

·           ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir;

·           özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir

B1

·           iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür;

·           müvafiq dildən istifadə edilən ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir;

·           şəxsi maraq dairəsi və ya oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir;

·           müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və 

   planları haqqında qısa arayış verə bilir

B2

·           ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli mürəkkəb

   mətnlərin əsas məğzini başa düşür;

·           əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir;

·           müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya, aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi

   cəhətləri haqqında fikir bildirə bilir

C1

·           müxtəlif mövzularda genişhəcmli və mürəkkəb mətnləri başa düşür;

·           lüğətdən istifadə etmədən öz fikirlərini sərbəst və birbaşa ifadə edə bilir;

·           sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv  istifadə edə bilir;

·           mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir

C2

·           dinlədiyi və ya oxuduğu hər şeyi praktiki olaraq asan şəkildə başa düşür;

·           müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı

   təqdimat formasında hazırlaya bilir;

·           özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

 

Qeyd. Elektron daşıyıcı vasitəsilə göndərilən müraciətin “Müraciətdə göstərilən məlumatların doldurulduğunu təsdiq edirəm” bölməsində yalnız göstərilən məlumatların doğruluğunun təsdiqi üçün müvafiq düymə və müraciətin doldurulduğu tarix əks olunur və müraciəti qeydə alan vəzifəli şəxs tərəfindən doldurulan hissə nəzərdə tutulmur.

 

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       17 oktyabr 2017-ci il tarixli 444 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 oktyabr 2017-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1906)

2.       27 noyabr 2017-ci il tarixli 515 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2017-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2177)

3.       8 noyabr 2018-ci il tarixli 482 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2432)

4.       13 dekabr 2018-ci il tarixli 534 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 dekabr 2018-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2730)

5.       25 dekabr 2019-cu il tarixli 499 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2019-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2080)

6.       30 dekabr 2019-cu il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 2099)

7.       19 mart 2021-ci il tarixli 75 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 aprel 2021-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 294)

8.       25 noyabr 2021-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1289)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 27 noyabr 2017-ci il tarixli 515 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2017-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2177) ilə “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın 2.1-ci bəndindən “tam orta təhsil, orta ixtisas təhsili və ya” sözləri çıxarılmışdır.

 

[2] 27 noyabr 2017-ci il tarixli 515 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2017-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2177) ilə “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın 2.2-ci bəndin “Qeyd”i ləğv edilmişdir.

 

[3] 8 noyabr 2018-ci il tarixli 482 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256) ilə “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na yeni məzmunda 3.2-1-ci bənd əlavə edilmişdir.

 

[4] 13 dekabr 2018-ci il tarixli 534 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 dekabr 2018-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2730) ilə “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın 3.5-ci bəndinə “mərkəzləşdirilmiş” sözündən sonra “elektron” sözü əlavə edilmişdir.

 

[5] 30 dekabr 2019-cu il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 2099) ilə “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın 3.6-cı bəndində “Milli Təhsil Məlumat Bazası” sözləri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” sözləri ilə əvəz edilmişdir.

 

[6] 25 noyabr 2021-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1289) ilə “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın 5-ci hissəsində “sertifikata” sözü “Dövlət qulluğu sertifikatı”na (bundan sonra – sertifikat)” sözləri ilə əvəz edilmişdir.

 

[7] 17 oktyabr 2017-ci il tarixli 444 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 oktyabr 2017-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1906) ilə “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın 7-ci hissəsinin birinci cümləsində “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 17 sentyabr tarixli 143 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının ümumi şərtləri”nin” sözləri “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın 2.5-ci bəndinə uyğun olaraq müəyyən edilən vakant vəzifələrinin tutulmasının ümumi şərtlərinin” sözləri ilə əvəz edilmişdir.

 

[8] 25 dekabr 2019-cu il tarixli 499 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2019-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2080) ilə “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavə - “Dövlət qulluğu üzrə müraciət Forması”na yeni məzmunda 2.4-cü bənd əlavə edilmişdir.

 

[9] 19 mart 2021-ci il tarixli 75 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 aprel 2021-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 294) ilə “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavə - “Dövlət qulluğu üzrə müraciət Forması”nın 7-ci hissəsində hər üç halda “Diplom xarici dövlətin təhsil müəssisəsi tərəfindən verildiyi və nostrifikasiyası tələb edildiyi halda” sözləri “Diplom xarici dövlətin təhsil müəssisəsi tərəfindən verildiyi və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması tələb edildiyi halda” sözləri ilə, 7.1.5-ci, 7.2.5-ci və 7.3.5-ci yarımbəndlərində “nostrifikasiya şəhadətnaməsinin” sözləri “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair şəhadətnamənin” sözləri ilə əvəz edilmişdir.

 

[10] 27 noyabr 2017-ci il tarixli 515 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2017-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2177) ilə “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavə - “Dövlət qulluğu üzrə müraciət Forması”nın 7.4-cü bəndi ləğv edilmişdir.

 

[11] 25 dekabr 2019-cu il tarixli 499 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2019-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2080) ilə “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavə - “Dövlət qulluğu üzrə müraciət Forması”nın 14-cü hissə ləğv edilmişdir.

 

[12] 25 dekabr 2019-cu il tarixli 499 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2019-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2080) ilə “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavə - “Dövlət qulluğu üzrə müraciət Forması”nın 16-cı hissəyə “qayınananız” sözündən sonra “qayınlarınız, baldızlarınız” sözləri, “Doğulduğu tarix” sözlərindən sonra “(gün, ay, il)” sözləri əlavə edilmişdir.

 

[13] 8 noyabr 2018-ci il tarixli 482 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2432) ilə “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın “Dövlət qulluğu üzrə müraciət Forması”nın “Müraciətin doldurulması ilə bağlı qeydlər”in 3-cü hissəsi ikinci cümlədə “Baza ali” sözləri “Əsas (baza ali)” sözləri ilə əvəz və dördüncü cümlədə “baza ali” sözləri “əsas (baza ali)” sözləri ilə əvəz edilmişdir.

 

[14] 27 noyabr 2017-ci il tarixli 515 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2017-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2177) ilə “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavə - “Dövlət qulluğu üzrə müraciət Forması”nın “Müraciətin doldurulması ilə bağlı qeydlər”in 4-cü hissəsi ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status