![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASININ QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI |
Qəbul edildiyi tarix |
18.12.2013 |
Qeydiyyat nömrəsi |
5 |
Adı |
“İnvestisiya fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında” Qaydalara dəyişikliklər edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
28.12.2013 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.110.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201312180005 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
27.12.2013 |
İnvestisiya fondlarının fəaliyyətinin təşviq edilməsi məqsədilə “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010-cu il tarixli 353 nömrəli Fərmanını və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməni rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
QƏRARA ALIR:
1. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 03 avqust 2011-ci il tarixli 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnvestisiya fondunun fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında” Qaydalara aşağıdakı dəyişikliklər edilsin:
1.1. Qaydaların mətnində ismin müvafiq hallarında bütün hallarda “səhm investisiya fondu” sözləri “sərmayə investisiya fondu” sözləri ilə əvəz edilsin;
1.2. 1.1.4-cü yarımbənddə “Baa3” sözü “Aa3” sözü ilə əvəz edilsin;
1.3. Aşağıdakı məzmunda 1.1.10-cu yarımbənd əlavə edilsin:
“1.1.10.korporativ qiymətli kağızlar – kommersiya təşkilatları, habelə paylı investisiya fondları tərəfindən emissiya edilən qiymətli kağızlardır.”;
1.4. Aşağıdakı məzmunda 3.4.6-cı yarımbənd əlavə edilsin:
“3.4.6. hüquqi şəxslərin nizamnamə kapitalında iştirak payı.” ;
1.5. 3.10.3-cü yarımbənddən “Azərbaycan Respublikasının və İƏİT ölkələrinin” sözləri çıxarılsın;
1.6. 3.10.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“korporativ qiymətli kağızlar;” ;
1.7. 3.10.5-ci yarımbənd çıxarılsın;
1.8. Aşağıdakı məzmunda 3.10.7-ci yarımbənd əlavə edilsin:
“3.10.7. hüquqi şəxslərin nizamnamə kapitalında iştirak payı.” ;
1.9. 3.11.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“dövlət və bələdiyyə qiymətli kağızları;” ;
1.10. 3.11.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“korporativ qiymətli kağızlar;” ;
1.11. Aşağıdakı məzmunda 3.11.6-cı yarımbənd əlavə edilsin:
“3.11.6. hüquqi şəxslərin nizamnamə kapitalında iştirak payı.” ;
1.12. 4.2.2-ci, 4.2.3-cü və 4.2.5-ci yarımbəndlər çıxarılsın.
2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarı 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Lisenziyalaşdırma və nəzarət şöbəsinə (F.Rəhimli) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələlərin həll edilməsini təmin etsin.
4. Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.
5. Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.
Sədr |
R.Aslanlı |