AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
07.07.2017
QEYDİYYAT NÖMRƏSİ
277
ADI
Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin normativ hüquqi aktlarının və onların struktur elementlərinin, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktlarının ləğv edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 08-07-2017, Nəşr Nömrəsi: 144), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2017, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 1475)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.07.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.310.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201707070277
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
11.07.2017
«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olm

Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin normativ hüquqi aktlarının və onların struktur elementlərinin, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktlarının ləğv edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 304-VKQD nömrəli Konstitusiya Qanununun tətbiqi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 oktyabr tarixli 1070 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bu qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan normativ hüquqi aktları və onların struktur elementləri ləğv edilsin.

2. Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin bu qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan hüquqi aktları və onların struktur elementləri müvafiq olaraq Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikası Prezidentinin aktlarında nəzərdə tutulmuş hallarda qəbul etdiyi eyni münasibətləri tənzimləyən normativ xarakterli aktları Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən (həmin aktlarda onların qüvvəyə minməsinin daha gec müddəti nəzərdə tutulduğu halda isə həmin tarixdən) ləğv olunmuş hesab edilsin. [1]

3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası mərhələlərlə bu qərarın 2-ci hissəsində nəzərdə tutulan normativ xarakterli aktları təsdiq etsin və onların Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin. [2]

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 7 iyul 2017-ci il

                   № 277

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 7 iyul tarixli 277 nömrəli qərarına

1 nömrəli əlavə

 

Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ləğv edilən normativ hüquqi aktlar və onların struktur elementləri

 

1. 2000-ci il 9 fevral tarixli 026 nömrəli əmrin 2-ci hissəsi ilə təsdiq olunmuş “Xarici hüquqi və fiziki şəxslərin qiymətli kağızlar bazarında iştirakı Qaydaları” və “Azərbaycan Respublikasının Dövlət və bələdiyyə qiymətli kağızlarının buraxılması, yerləşdirilməsi və tədavülü haqqında Qaydalar” (2001-ci il 4 aprel tarixli 036 nömrəli əmrlə edilmiş dəyişikliklər). [3]

2. “Kredit təşkilatlarının depozit sertifikatları haqqında” Əsasnamənin təsdiq edilməsi haqqında” 2000-ci il 15 fevral tarixli 029 nömrəli əmrin 1-ci hissəsi (2003-cü il 23 iyul tarixli 169 nömrəli əmrlə edilmiş dəyişikliklər). [4]

3. “Azərbaycan Respublikasında qiymətli kağızlar bazarında sığorta Standartları”nın təsdiq edilməsi barədə” 2000-ci il 24 mart tarixli 045 nömrəli əmr (2001-ci il 10 iyul tarixli 070 nömrəli əmrlə edilmiş dəyişikliklər). [5]

4. “Azərbaycan Respublikasında fyuçerslərin tədavülü Qaydaları”nın təsdiq edilməsi haqqında” 2001-ci il 8 yanvar tarixli 007 nömrəli əmr.

5. “Dövlət qiymətli kağızları ilə Azərbaycan Respublikası Milli Bankının repo/əks-repo əməliyyatlarının aparılması haqqında Qaydalar”ın təsdiq edilməsi haqqında” 2001-ci il 7 fevral tarixli 020 nömrəli əmr (2006-cı il 29 sentyabr tarixli 0182 nömrəli əmrlə edilmiş dəyişikliklər). [6]

6. “Azərbaycan Respublikasının Dövlət və bələdiyyə qiymətli kağızlarının buraxılması, yerləşdirilməsi və tədavülü haqqında Qaydalar”ına dəyişikliklərin təsdiq edilməsi haqqında” 2001-ci il 4 aprel tarixli 036 nömrəli əmr. [7]

7. “Azərbaycan Respublikası Milli Bankının qısamüddətli notlarının buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2001-ci il 4 iyun tarixli 049 nömrəli əmr (2004-cü il 2 sentyabr tarixli 151 nömrəli, 2006-cı il 29 sentyabr tarixli 0182 nömrəli və 2008-ci il 2 aprel tarixli 034 nömrəli əmrlərlə edilmiş dəyişikliklər). [8]

8. “Azərbaycan Respublikasında qiymətli kağızlar bazarında sığorta Standartları”na dəyişikliklərin edilməsi haqqında” 2001-ci il 10 iyul tarixli 070 nömrəli əmr.

9. “Azərbaycan Respublikasının dövlət daxili uduşlu istiqrazlarının buraxılışı, tədavülü və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2001-ci il 20 iyul tarixli 079 nömrəli əmr.

10. “Girov kağızı haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2002-ci il 17 yanvar tarixli 013 nömrəli əmr.

11. “Gömrük ödənişlərinə sadə veksel vasitəsilə zəmanət verilməsinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi haqqında” 2002-ci il 4 aprel tarixli 62 nömrəli əmr.

12. “Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bir sıra normativ hüquqi aktlarının qüvvədən düşməsi haqqında” 2002-ci il 11 aprel tarixli 66 nömrəli əmrin 3-cü və 4-cü hissələri.

13. “Kredit təşkilatlarının depozit sertifikatları haqqında Əsasnamə”yə əlavələrin və dəyişikliklərin edilməsi haqqında” 2003-cü il 23 iyul tarixli 169 nömrəli əmr.

14. “Bəzi normativ hüquqi aktlara əlavə və dəyişikliklərin təsdiq edilməsi haqqında” 2004-cü il 25 may tarixli 074 nömrəli əmrin 2-ci hissəsi.

15. “Hüquqi şəxs olan sığortaedənlər ləğv olunduqda, onların məcburi dövlət sosial sığorta haqları üzrə Dövlət Sosial Müdafiə Fonduna olan borclarının ödənilməsində dövlət qiymətli kağızlarından, habelə kredit və digər təşkilatların veksellərindən istifadə edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 26 may tarixli 076 nömrəli əmr.

16. “Azərbaycan Respublikası Milli Bankının qısamüddətli notlarının buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında Qaydalar”ına əlavə və dəyişikliklərin edilməsi haqqında” 2004-cü il 2 sentyabr tarixli 151 nömrəli və 2008-ci il 2 aprel tarixli 034 nömrəli əmrlər.

17. Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2005-ci il 30 sentyabr tarixli 166 nömrəli əmrinin 1-ci və 2-ci hissələri.

18. “Azərbaycan Respublikası ərazisində istehsal olunan və ölkə ərazisinə idxal edilən alkoqollu içkilərə, pivəyə, etil (yeyinti) spirtinə və tütün məmulatlarına tətbiq olunan dövlət aksiz markalarının sifarişi, satışı, uçotunun aparılması və onlardan istifadə olunması Qaydaları”na əlavə və dəyişikliklərin edilməsi haqqında” 2006-cı il 28 iyul tarixli 0143 nömrəli əmr.

19. “Azərbaycan Respublikası Milli Bankının qısamüddətli notlarının buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında” və “Dövlət qısamüddətli istiqrazları ilə Azərbaycan Respublikası Milli Bankının repo/əks-repo əməliyyatlarının aparılması haqqında müvəqqəti Qaydaları”na əlavə və dəyişikliklərin təsdiq edilməsi haqqında” 2006-cı il 29 sentyabr tarixli 0182 nömrəli əmr.

20. “İnvestisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi Qaydaları”na əlavə və dəyişikliklərin təsdiq edilməsi haqqında” 2007-ci il 10 iyul tarixli 079 nömrəli əmr.

21. “Bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyətə xüsusi razılıq (lisenziya) almış mətbəələrin aylıq hesabatının təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2008-ci il 7 may tarixli 054 nömrəli qərar.

22. 2011-ci il 14 fevral tarixli 040/1 nömrəli əmrin 1-ci hissəsi ilə təsdiq edilmiş “İnvestisiya qiymətli kağızlarla repo əməliyyatlarının aparılması Qaydaları”.

23. “Bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyətin həyata keçirilməsinə dair Tələblər”in təsdiq edilməsi barədə” 2012-ci il 6 mart tarixli 03 nömrəli qərar.

24. “Dövlət istiqrazlarının emissiyası və tədavülü” Qaydalarının təsdiq edilməsi barədə” 2012-ci il 30 aprel tarixli 06 nömrəli qərarın 1-ci hissəsi.

25. “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən göstərilən xidmətlərin avtomatlaşdırılması ilə əlaqədar inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” 2012-ci il 25 iyun tarixli 08 nömrəli qərar (2012-ci il 27 dekabr tarixli 21 nömrəli2015-ci il 22 iyul tarixli 14-q nömrəli qərarlarla edilmiş dəyişikliklər). [9]

26. “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən göstərilən xidmətlərin avtomatlaşdırılması ilə əlaqədar inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2012-ci il 25 iyun tarixli 08 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” 2012-ci il 27 dekabr tarixli 21 nömrəli2015-ci il 22 iyul tarixli 14-q nömrəli qərarlar.

27. “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydaları”na dəyişikliklər edilməsi barədə” 2012-ci il 6 sentyabr tarixli 10 nömrəli qərarın 1-ci hissəsi.

28. “İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”na dəyişikliklər edilməsi barədə” 2012-ci il 13 sentyabr tarixli 14 nömrəli14 dekabr tarixli 17 nömrəli qərarlar.

29. “İnvestisiya fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında Qaydalar”a dəyişikliklər edilməsi barədə” 2012-ci il 12 dekabr tarixli 18 nömrəli2013-cü il 18 dekabr tarixli 5 nömrəli qərarlar.

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 2017-ci il 7 iyul tarixli 277 nömrəli qərarına

2 nömrəli əlavə

 

Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin normativ hüquqi aktları və onların struktur elementləri və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktları

 

1. “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 3 fevral tarixli 9-q nömrəli qərarın 1-ci hissəsi.

2. “Qiymətli kağızlar bazarında emitentlər tərəfindən məlumatların açıqlanması Qaydaları”nın təsdiq edilməsi barədə” 2016-cı il 3 fevral tarixli 15-q nömrəli qərar.

3. “İnvestisiya qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda buraxılışı və yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 3 fevral tarixli 8-q nömrəli qərarın 1-ci hissəsi.

4. “Hüquqi şəxslərin yenidən təşkili zamanı investisiya qiymətli kağızlarının emissiyası və konvertasiyası Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 3 fevral tarixli 14-q nömrəli qərar.

5. “Qiymətli kağızların dövlət reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 3 fevral tarixli 13-q nömrəli qərar.

6. “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin kənar auditorlarına dair tələblər haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2015-ci il 29 sentyabr tarixli 11-q nömrəli qərar.

7. “Emitentin idarəetmə hesabatlarına dair tələblər haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2016-cı il 3 fevral tarixli 10-q nömrəli qərarın 1-ci hissəsi.

8. “Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2016-cı il 27 yanvar tarixli 05 nömrəli qərarın 1-ci hissəsi.

9. “İnvestisiya qiymətli kağızları ilə alqı-satqı əqdlərinin bağlanması Qaydaları”nın təsdiq edilməsi barədə” 2016-cı il 21 yanvar tarixli 02 nömrəli qərarın 1-ci hissəsi.

10. “Azərbaycan Respublikasında daşınmaz əmlak sertifikatları haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2016-cı il 3 fevral tarixli 11-q nömrəli qərarın 1-ci hissəsi.

11. “Qiymətli kağızlar və onların emitentləri barədə tədqiqatlar aparan və onların nəticələrini yayan, həmçinin investisiya strategiyasını təklif və ya tövsiyə edən şəxslərin məlumatları açıqlaması Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 3 fevral tarixli 16-q nömrəli qərar.

12. “Səhmlərin birləşdirilməsi, xırdalanması və onların nominal dəyərinin artırılması zamanı səhmlərin emissiyası haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2016-cı il 3 fevral tarixli 18-q nömrəli qərar.

13. “İnvestisiya qiymətli kağızlarına abunə yazılışı və yerləşdirilməsi haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2016-cı il 27 yanvar tarixli 04 nömrəli qərar.

14. “Qiymətli kağızlara sərəncam verilməsinə dair notariat qaydasında təsdiqlənmiş müqavilələr üzrə ödənişlərin həyata keçirilməsi və həmin müqavilələrin depozitar sistemində qeydiyyatı Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 21 yanvar tarixli 01 nömrəli qərar.

15. “Fond birjasının məlumatları açıqlaması Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 14 dekabr tarixli 31-q nömrəli qərar.

16. “Törəmə maliyyə alətlərinin yerləşdirilməsi və tədavülü Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 14 dekabr tarixli 32-q nömrəli qərar.

17. “Depozitar qəbzlərinin buraxılışı, onların dövlət qeydiyyatına alınması və tədavülü Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 14 dekabr tarixli 30-q nömrəli qərar.

18. “Ticarətsonrası sistem və klirinq fəaliyyətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2015-ci il 3 dekabr tarixli 29-q nömrəli qərarın 1-ci hissəsi.

19. “İpoteka örtüyünün reyestrinin aparılması və sərəncamçı tərəfindən ipoteka örtüyünün yoxlanılmasının nəticələri barədə hesabata dair tələblər haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2015-ci il 17 noyabr tarixli 28-q nömrəli qərar.

20. “İpoteka istiqrazlarının və ipoteka örtüyünə daxil olan ipoteka kreditlərinin orta çəki metodu ilə ödəniş müddətlərinin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 17 noyabr tarixli 27-q nömrəli qərar.

21. “Emitentin istiqraz buraxılışının maksimum həcminə dair tələblər haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2015-ci il 19 oktyabr tarixli 21-q nömrəli qərar.

22. “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin nizamnamə kapitalının minimum miqdarı və onun formalaşdırılması haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2015-ci il 29 sentyabr tarixli 10-q nömrəli qərar.

23. “Qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınması haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2015-ci il 29 sentyabr tarixli 09-q nömrəli qərarın 1-ci hissəsi.

24. “İnvestisiya qiymətli kağızlarının qiymətinin sabitləşdirilməsi haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2015-ci il 29 sentyabr tarixli 04-q nömrəli qərar.

25. “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin icra orqanlarının üzvlərinin və investisiya şirkətinin filiallarının rəhbərlərinin attestasiyasının keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 29 sentyabr tarixli 16-q nömrəli qərar.

26. “İnvestisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə dair ixtisas şəhadətnamələrinin alınması məqsədi ilə attestasiya keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 29 sentyabr tarixli 13-q nömrəli qərarın 1-ci hissəsi.

27. “Lotereyaların təşkili və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 2 may tarixli 4 nömrəli qərarın 1-ci hissəsi.

28. “İnvestisiya fondunun depozitarı tərəfindən pul hesablarının açılması, aparılması və pul köçürmələrinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 23 noyabr tarixli 15 nömrəli qərar.

29. “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 17 fevral tarixli 02 nömrəli qərarın 1-ci hissəsi (2012-ci il 6 sentyabr tarixli 10 nömrəli qərarın 1-ci hissəsi ilə edilmiş dəyişikliklər). [10]

30. “Azərbaycan Respublikası ərazisində istehsal olunan və ölkə ərazisinə idxal edilən alkoqollu içkilərə, pivəyə, etil (yeyinti) spirtinə və tütün məmulatlarına tətbiq olunan dövlət aksiz markalarının sifarişi, satışı, uçotunun aparılması və onlardan istifadə olunması Qaydaları”nın təsdiq edilməsi barədə” 2002-ci il 14 yanvar tarixli 009 nömrəli əmrin 1-ci hissəsi (2006-cı il 28 iyul tarixli 0143 nömrəli əmrlə edilmiş dəyişikliklər). [11]

31. “İnvestisiya şirkətinin hesabatlarının tərtib və təqdim olunma Qaydası”nın təsdiq olunması barədə” 2016-cı il 3 fevral tarixli 17-q nömrəli qərarın 1-ci hissəsi.

32. “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 3 fevral tarixli 12-q nömrəli qərarın 1-ci hissəsi .

33. “İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2015-ci il 29 sentyabr tarixli 12-q nömrəli qərarın 1-ci hissəsi.

34. “Qiymətli kağızlar bazarında marja ticarətinə dair Qaydalar”ın təsdiq edilməsi barədə” 2015-ci il 29 sentyabr tarixli 14-q nömrəli qərar.

35. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bir sıra normativ hüquqi aktların təsdiqi barədə” 2011-ci il 3 avqust tarixli 01 nömrəli qərarın 1-ci hissəsi (2012-ci il 6 sentyabr tarixli 14 nömrəli, 30 noyabr tarixli 17 nömrəli, 12 dekabr tarixli 18 nömrəli və 2013-cü il 18 dekabr tarixli 5 nömrəli qərarlarla edilmiş dəyişikliklər). [12]

36. “Azərbaycan Respublikasında veksellərin dövriyyəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2000-ci il 2 fevral tarixli 022 nömrəli əmr (2004-cü il 25 may tarixli 074 nömrəli əmrin 2-ci hissəsi ilə edilmiş dəyişikliklər). [13]

37. “Azərbaycan Respublikasında xəzinə veksellərinin buraxılması və dövriyyəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2000-ci il 19 sentyabr tarixli 159 nömrəli əmr.

38. “Kredit təşkilatlarında veksellərin uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 29 dekabr tarixli 191 nömrəli əmr.

39. “Sənədləşdirilmiş emissiya qiymətli kağızların sertifikatlarının məcburi rekvizitləri”nin təsdiq edilməsi haqqında” 1999-cu il 19 noyabr tarixli 67 nömrəli əmr.

40. “Xarici emitentlərin qiymətli kağızlarının Azərbaycan Respublikasında tədavülə buraxılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2000-ci il 6 sentyabr tarixli 155 nömrəli əmr.

41. “Dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışı, qeydiyyatı və tədavülü Qaydaları”nın təsdiq edilməsi haqqında” 2000-ci il 29 sentyabr tarixli 167 nömrəli əmr.

42. “İnvestisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 8 iyun tarixli 079 nömrəli əmr (2007-ci il 10 iyul tarixli 079 nömrəli əmrlə edilmiş dəyişikliklər). [14]

43. Ləğv edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktları:

43.1. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmalar barədə statistik məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim olunma Forması barədə” 2011-ci il 9 fevral tarixli 005 nömrəli qərar;

43.2. “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair Tələblər barədə” 2010-cu il 25 iyun tarixli 002 nömrəli qərar;

43.3. “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin hazırlanmasına dair Tələblər barədə” 2010-cu il 21 sentyabr tarixli 004 nömrəli qərar.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 noyabr 2017-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2017-ci il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2152)

2.       12 oktyabr 2018-ci il tarixli 442 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2018-ci il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10 , maddə 2157)

3.       14 fevral 2023-cü il tarixli 49 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 16 fevral 2023-cü il, “Xalq” qəzeti, 22 fevral 2023-cü il, № 40)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 13 noyabr 2017-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2017-ci il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2152) ilə 2-ci hissədə “eyni münasibətləri tənzimləyən normativ xarakterli aktları Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi gündən qüvvədən düşmüş” sözləri “Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikası Prezidentinin aktlarında nəzərdə tutulmuş hallarda qəbul etdiyi eyni münasibətləri tənzimləyən normativ xarakterli aktları Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən (həmin aktlarda onların qüvvəyə minməsinin daha gec müddəti nəzərdə tutulduğu halda isə həmin tarixdən) ləğv olunmuş” sözləri ilə əvəz edilmişdir.

 

12 oktyabr 2018-ci il tarixli 442 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2018-ci il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10 , maddə 2157) ilə 2-ci hissəyə “struktur elementləri” sözlərindən sonra “müvafiq olaraq” sözləri və “Palatasının” sözündən sonra “və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin” sözləri əlavə edilmişdir.

 

[2] 13 noyabr 2017-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2017-ci il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2152) ilə 3-cü hissə ləğv edilmişdir.

 

[3] 13 noyabr 2017-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2017-ci il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2152) ilə 1 nömrəli əlavə – “Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ləğv edilən normativ hüquqi aktları və onların struktur elementləri”nin 1-ci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1. 2000-ci il 9 fevral tarixli 026 nömrəli əmrin 2-ci hissəsi ilə təsdiq olunmuş “Xarici hüquqi və fiziki şəxslərin qiymətli kağızlar bazarında iştirakı Qaydaları” və “Azərbaycan Respublikasının Dövlət və bələdiyyə qiymətli kağızlarının buraxılması, yerləşdirilməsi və tədavülü haqqında Qaydalar”.

 

[4] 13 noyabr 2017-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2017-ci il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2152) ilə 1 nömrəli əlavə – “Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ləğv edilən normativ hüquqi aktları və onların struktur elementləri”nin 2-ci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2. “Kredit təşkilatlarının depozit sertifikatları haqqında” Əsasnamənin təsdiq edilməsi haqqında” 2000-ci il 15 fevral tarixli 029 nömrəli əmrin 1-ci hissəsi.

 

[5] 13 noyabr 2017-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2017-ci il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2152) ilə 1 nömrəli əlavə – “Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ləğv edilən normativ hüquqi aktları və onların struktur elementləri”nin 3-cü hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3. “Azərbaycan Respublikasında qiymətli kağızlar bazarında sığorta Standartları”nın təsdiq edilməsi barədə” 2000-ci il 24 mart tarixli 045 nömrəli əmr.

 

[6] 13 noyabr 2017-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2017-ci il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2152) ilə 1 nömrəli əlavə – “Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ləğv edilən normativ hüquqi aktları və onların struktur elementləri”nin 5-ci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5. “Dövlət qiymətli kağızları ilə Azərbaycan Respublikası Milli Bankının repo/əks-repo əməliyyatlarının aparılması haqqında Qaydalar”ın təsdiq edilməsi haqqında” 2001-ci il 7 fevral tarixli 020 nömrəli əmr.

 

[7] 13 noyabr 2017-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2017-ci il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2152) ilə 1 nömrəli əlavə – “Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ləğv edilən normativ hüquqi aktları və onların struktur elementləri”nin 6-cı, 8-ci, 13-cü, 14-cü, 16-cı, 18-ci, 19-cu, 20-ci, 26-cı, 27-ci, 28-ci və 29-cu hissələr ləğv edilmişdir.

 

[8] 13 noyabr 2017-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2017-ci il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2152) ilə 1 nömrəli əlavə – “Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ləğv edilən normativ hüquqi aktları və onların struktur elementləri”nin 7-ci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

7. “Azərbaycan Respublikası Milli Bankının qısamüddətli notlarının buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2001-ci il 4 iyun tarixli 049 nömrəli əmr.

 

[9] 13 noyabr 2017-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2017-ci il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2152) ilə 1 nömrəli əlavə – “Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ləğv edilən normativ hüquqi aktları və onların struktur elementləri”nin 25-ci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

25. “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən göstərilən xidmətlərin avtomatlaşdırılması ilə əlaqədar inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” 2012-ci il 25 iyun tarixli 08 nömrəli qərar.

 

[10] 13 noyabr 2017-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2017-ci il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2152) ilə 2 nömrəli əlavə - “Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin normativ hüquqi aktları və onların struktur elementləri və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktları”nın 29-cu hissə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

29. “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 17 fevral tarixli 02 nömrəli qərarın 1-ci hissəsi.

 

[11] 13 noyabr 2017-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2017-ci il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2152) ilə 2 nömrəli əlavə - “Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin normativ hüquqi aktları və onların struktur elementləri və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktları”nın 30-cu hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

30. “Azərbaycan Respublikası ərazisində istehsal olunan və ölkə ərazisinə idxal edilən alkoqollu içkilərə, pivəyə, etil (yeyinti) spirtinə və tütün məmulatlarına tətbiq olunan dövlət aksiz markalarının sifarişi, satışı, uçotunun aparılması və onlardan istifadə olunması Qaydaları”nın təsdiq edilməsi barədə” 2002-ci il 14 yanvar tarixli 009 nömrəli əmrin 1-ci hissəsi.

14 fevral 2023-cü il tarixli 49 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 16 fevral 2023-cü il, “Xalq” qəzeti, 22 fevral 2023-cü il, № 40) ilə “Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin normativ hüquqi aktları və onların struktur elementləri və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktları”nın 30-cu hissəsi ləğv edilmişdir.

 

[12] 13 noyabr 2017-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2017-ci il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2152) ilə 2 nömrəli əlavə - “Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin normativ hüquqi aktları və onların struktur elementləri və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktları”nın 35-ci hissə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

35. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bir sıra normativ hüquqi aktların təsdiqi barədə” 2011-ci il 3 avqust tarixli 01 nömrəli qərarın 1-ci hissəsi.

 

[13] 13 noyabr 2017-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2017-ci il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2152) ilə 2 nömrəli əlavə - “Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin normativ hüquqi aktları və onların struktur elementləri və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktları”nın 36-cı hissə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

36. “Azərbaycan Respublikasında veksellərin dövriyyəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2000-ci il 2 fevral tarixli 022 nömrəli əmr.

 

[14] 13 noyabr 2017-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2017-ci il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2152) ilə 2 nömrəli əlavə - “Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin normativ hüquqi aktları və onların struktur elementləri və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktları”nın 42-ci hissə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

42. “İnvestisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 8 iyun tarixli 079 nömrəli əmr.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status