×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
13.06.2017
QEYDİYYAT NÖMRƏSİ
739-VQD
ADI
Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 20-07-2017, Nəşr nömrəsi: 154), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2017, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 1298)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.07.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201706130739
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
19.07.2017
Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 612; 2011, № 12, maddə 1108; 2012, № 6, maddə 501; Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 632-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 109.1-ci maddəyə “sahələrinin” sözündən sonra “bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq” sözləri əlavə edilsin.

2. 109.5-ci maddədə “bütün yaşayış və qeyri-yaşayış sahələrinə” sözləri “yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna” sözləri ilə, “altı” sözü “bir” sözü ilə əvəz edilsin.

3. 123.0.2-ci maddəyə “müqavilələr” sözündən sonra “(bu Məcəllənin 141-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydanın müvafiq müddəaları nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

4. 141.6-cı maddənin ikinci cümləsinə “təşkilatla” sözündən sonra “bu Məcəllənin 141-1.2-ci maddəsi və” sözləri əlavə edilsin.

5. Aşağıdakı məzmunda 141-1-ci maddə əlavə edilsin:

“Maddə 141-1. Çoxmənzilli binanın idarə edilməsi qaydası

141-1.1. Bu Məcəllənin 141.2-ci maddəsində nəzərdə tutulmuş idarəetmə üsulundan asılı olmayaraq çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir.

141-1.2. Bu Məcəllənin 142-ci maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydada nəzərdə tutulmuş bütün müddəaları (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklər nəzərə alınmaqla) əks etdirməklə bağlanmalıdır.

141-1.3. Bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydanı pozmaqla çoxmənzilli binanın idarə edilməsi, habelə həmin qaydanın müddəalarının (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklərin) çoxmənzilli binanın idarə edilməsi müqaviləsində əks etdirilməməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.”.

6. 142.1-ci maddəsinin ikinci cümləsinə “şərtlərlə” sözündən sonra “və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla” sözləri əlavə edilsin.

7. 142.3.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 142.3.5-ci maddə əlavə edilsin:

“142.3.5. bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydada nəzərdə tutulmuş bütün müddəalar.”.

8. 144.1-ci maddəyə “müqavilələri” sözündən sonra “(bu Məcəllənin 141-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydanın müvafiq müddəaları nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2017-ci il

№739-VQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status