Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440; 2006, № 3, maddə 229, № 6, maddə 498; 2007, № 2, maddələr 86, 101, № 3, maddələr 217, 227, № 7, maddə 714, № 9, maddə 867, № 10, maddə 948, № 12, maddə 1242; 2008, № 1, maddə 9, № 3, maddələr 173, 179, № 6, maddə 499, № 8, maddələr 717, 723; 2009, № 2, maddə 66, № 6, maddələr 419, 421, 422; 2010; № 2, maddə 80, № 3, maddə 183, № 10, maddə 850; 2011, № 2, maddə 85; 2012, № 11, maddə 1078; 2013, № 3, maddə 236, № 8, maddə 901; 2014, № 9, maddə 1027; 2016, № 5, maddə 854, № 6, maddələr 1029, 1073) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 1.9.2-1-ci, 1.9.2-2-ci, 1.9.9-1-ci və 1.9.9-2-ci yarımbəndlər əlavə edilsin:
“1.9.2-1. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi;
1.9.2-2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini;
1.9.9-1. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi rəisinin müavini;
1.9.9-2. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi;”.
2. 1.9.8-ci yarımbənd ləğv edilsin.
3. 2.1.1-ci yarımbənddə ikinci - beşinci abzaslar müvafiq olaraq 1-4-cü abzaslar, 2.1.3-cü yarımbənddə ikinci - on beşinci abzaslar müvafiq olaraq 1-14-cü abzaslar, 2.1.4-cü yarımbənddə ikinci - iyirminci abzaslar müvafiq olaraq 1-19-cu abzaslar, 2.1.5-ci yarımbənddə ikinci - on birinci abzaslar müvafiq olaraq 1-10-cu abzaslar, 2.1.6-cı yarımbənddə ikinci - on ikinci abzaslar müvafiq olaraq 1-11-ci abzaslar, 2.1.7-ci yarımbənddə ikinci - yeddinci abzaslar müvafiq olaraq 1-6-cı abzaslar, 2.1.8-ci yarımbənddə ikinci - beşinci abzaslar müvafiq olaraq 1-4-cü abzaslar, 2.3.1-ci yarımbənddə ikinci - altıncı abzaslar müvafiq olaraq 1-5-ci abzaslar, 2.3.2-ci və 2.3.3-cü yarımbəndlərdə ikinci və üçüncü abzaslar müvafiq olaraq 1-ci və 2-ci abzaslar, 2.3.4-cü yarımbənddə ikinci-dördüncü abzaslar müvafiq olaraq 1-3-cü abzaslar hesab edilsin.
4. 2.1.1-ci yarımbəndin 4-cü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin yarımbəndə aşağıdakı məzmunda 5-ci abzas əlavə edilsin:
“5. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi.”.
5. 2.1.2-ci yarımbənd üzrə:
5.1. aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini;”;
5.2. ikinci — on dördüncü abzaslar müvafiq olaraq 1-13-cü abzaslar hesab edilsin;
5.3. 7-ci abzas ləğv edilsin;
5.4. aşağıdakı məzmunda 8-1-ci və 8-2-ci abzaslar əlavə edilsin:
“8-1. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi rəisinin müavini;
8-2. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 may 2017-ci il
№ 1436