Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin fəaliyyətinin təşkili haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (bundan sonra – Agentlik) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
2.1. Azərbaycan Respublikasının Prezidentinə:
2.1.1. nizamnaməsinin təsdiqi, nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
[1]
2.1.2. idarəetmə orqanlarının yaradılması, idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
[2]
2.1.3. yenidən təşkili və ləğv edilməsi;
[3]
2.1.4. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;
2.1.5. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;
2.1.6. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;
[4]
2.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
2.2.1. illik maliyyə hesabatlarının təsdiqi;
2.3. Agentliyə:
2.3.1. strukturunun, işçilərinin say həddinin və əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi;
[5]
2.3.2. inkişaf istiqamətlərinin müəyyən edilməsi.
3. Müəyyən edilsin ki:
3.1. Agentliyin nizamnamə fondu 10 000 (on min) manatdır və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır;
3.2. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədilə üç üzvdən ibarət İdarə Heyəti yaradılır.
[6]
3.3. Agentliyin İdarə Heyətinin sədrini və onun müavinlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
4. Agentliyin ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 000 000 (bir milyon) manat ayrılsın.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.3. Agentliyin müvafiq inzibati bina ilə təmin edilməsi üçün iki ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.4. Aşağıdakı tədbirlərin həyata keçirilməsini bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
5.4.1. açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi ilə məşğul olan yerli icra hakimiyyəti orqanlarının yanındakı qurumların və tabeliyindəki hüquqi şəxslərin Agentliyin tabeliyinə verilməsini;
5.4.2. yerli icra hakimiyyəti orqanlarının (o cümlədən yanındakı qurumların və tabeliyindəki hüquqi şəxslərin) balansında olan və açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi ilə bağlı istifadə edilən dövlət əmlakının Agentliyin balansına verilməsini;
5.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Agentlik:
6.1. dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;
6.2. 2017-ci il avqustun 1-dən açıq məkanda reklam daşıyıcılarının və reklam yerləşdirilməsinin tənzimlənməsi və bu sahədə nəzarətin təmin edilməsi üçün “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Fərmanla təsdiq edilmiş Nizamnamə ilə müəyyən edilmiş qaydada tədbirlər görsün.
7. Yerli icra hakimiyyəti orqanlarına və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə tapşırılsın, bələdiyyələrə isə tövsiyə edilsin ki, 2017-ci il avqustun 1-dək müvafiq ərazidə açıq məkanda mövcud olan reklam daşıyıcıları və yayımlanan reklam haqqında məlumatları, bununla bağlı mövcud olan bütün sənədlərin (o cümlədən icazə, texniki şərtlər pasportu və s.) surətlərini və həmin məlumatları əks etdirən elektron siyahını 20 gün müddətində Agentliyə təqdim etsinlər.
8. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu Fərmanın 7-ci hissəsində göstərilən tapşırığın icrası və tövsiyənin nəzərə alınması üçün zəruri tədbirlər görsün.
9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3.1-ci bəndində və 4-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni 10 gün müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 iyul 2017-ci il
№ 1566
|
Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 31 iyul tarixli 1566 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir
|
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin
NİZAMNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (bundan sonra – Agentlik) “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş açıq məkanda (Şuşa şəhərinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisi istisna olmaqla) reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarında yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində (bundan sonra - müvafiq sahə) vahid tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.
[7]
1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Agentlik ümumdövlət əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
1.5. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.6. Qanuna uyğun olaraq Agentliyin əqd bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır, o, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.7. Agentlik Bakı şəhərində yerləşir.
2. Agentliyin fəaliyyət istiqamətləri, vəzifə və hüquqları
[8]
2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
[9]
2.1.1. müvafiq sahədə tənzimləməni və qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək;
2.1.2. müvafiq sahənin inkişafını təmin etmək.
2.2. Agentlik aşağıdakı vəzifələri yerinə yetirir:
2.2.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə, istismarına icazə verir, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydasına uyğun olaraq müvafiq tədbirlər görür;
[10]
2.2.2. açıq məkanda reklam yerləşdirilməsinə icazə verir;
2.2.3. müvafiq sahədə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında, habelə həyata keçirilməsində iştirak edir;
[11]
Qeyd: Agentlik 2017-ci il avqustun 1-dək açıq məkanda reklam yerləşdirmək üçün icazə almış və icazəsi qüvvədə olan reklam yayıcılarına “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 755-VQD nömrəli Qanununun 3-cü maddəsinə uyğun olaraq icazə müqaviləsinin bağlanılması zərurəti barədə bildiriş göndərir.
2.2.3-1. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir;
[12]
2.2.4. açıq məkanda reklam fəaliyyətinə nəzarət edir, o cümlədən açıq məkanda yerləşdirilmiş reklam qurğularının və yayımlanan reklamın qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, onların həmin tələblərə uyğunlaşdırılması üçün göstərişlər verir, bu, nəticə vermədikdə, bu cür reklam daşıyıcılarının sökülməsi barədə qərar qəbul edir, reklamın yerləşdirilməsinə verilmiş icazəyə münasibətdə isə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tədbirlər görür;
[13]
2.2.5. müasir informasiya-kommunikasiya texnologiyalarını və innovasiyaları tətbiq etməklə, açıq məkanda reklamların yayımı və tərtibatı sahəsində mərkəzləşdirilmiş idarəetmə sistemi yaradır;
2.2.6. müvafiq sahədə elektron xidmətləri “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq təşkil edir;
2.2.7. açıq məkanda yerləşdirilmiş reklam daşıyıcılarının və yayımlanan reklamın uçotunu aparır, onların elektron bazasını yaradır;
2.2.8. Azərbaycan Respublikasının müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərin, həyata keçirilən islahatların mahiyyətinin sosial reklamlar vasitəsilə vətəndaşlara çatdırılmasını təmin edir və bu məqsədlə, həmçinin açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi ilə bağlı tədbirlər görür;
2.2.9. bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı reklam yayıcısının Agentliyə etdiyi müraciət əsasında müvafiq bələdiyyə ilə həmin əmlakın icarəsinə dair müqavilə bağlayır;
[14]
2.2.10. reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir;
[15]
2.2.11. dövlət orqan və qurumlarının keçirdiyi irimiqyaslı tədbirlərin təşkilində və tərtibatında iştirak edir;
2.2.12. dövlət orqan və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirir;
2.2.13. açıq məkanda reklam yerləşdirilməsi və şəhər mühitinin informasiya-bədii tərtibatı ilə əlaqədar dövlət orqan və qurumları ilə, yerli özünüidarəetmə orqanları ilə, habelə hüquqi və fiziki şəxslərlə əməkdaşlıq edir;
2.2.14. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir;
2.2.15. ayrılan büdcə vəsaitlərindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
2.2.16. müvafiq sahədə Azərbaycan Respublikasının dövlət dili və dövlət rəmzləri ilə bağlı Azərbaycan Respublikası qanunlarının tələblərinə riayət olunmasını təmin edir;
2.2.17. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;
2.2.18. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet səhifəsinin yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin səhifədə yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;
2.2.19. Agentliyin informasiya təminatını təşkil edir və onun təhlükəsizliyini təmin edir;
[16]
2.2.20. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;
2.2.21. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür;
[17]
2.2.21-1. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir, Agentlik əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görür;
[18]
2.2.22. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.
2.3. Agentliyin aşağıdakı hüquqları vardır:
2.3.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğvi haqqında aidiyyəti üzrə təklif vermək;
[19]
2.3.1-1. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;
[20]
2.3.1-2. açıq məkanda yerləşdirilmiş reklam qurğularının və yayımlanan reklamların qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamaq, onların həmin tələblərə uyğunlaşdırılması üçün göstərişlər vermək, bunun nəticəsi olmadıqda, belə reklam qurğularının sökülməsi barədə qərar qəbul etmək, reklamın yerləşdirilməsinə verilmiş icazəyə münasibətdə isə “Lisenziyalar və icazələr haqqında”, habelə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş tədbirlər görmək;
2.3.2. açıq məkanda reklam yerləşdirməyə icazə verilməsinə görə tutulan dövlət rüsumunun Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hissəsini əldə etmək;
[21]
2.3.2-1. açıq məkanda reklam yerləşdirməyə icazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu, habelə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, açıq məkanda reklam yayımına görə müvafiq məbləğdə haqq tutmaq;
[22]
2.3.3. müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
2.3.4. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) və reklam yayıcıları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
2.3.5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
[23]
2.3.6. dövlət orqan və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
2.3.7. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
[24]
2.3.8. fəaliyyət istiqamətlərinə uyğun olaraq konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
2.3.8-1. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
[25]
2.3.8-2. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
2.3.9. vəzifələrinin yerinə yetirilməsi məqsədilə təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;
2.3.10. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
3. Agentliyin idarə olunması
3.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
[26]
3.2. Agentliyin idarəetmə orqanı İdarə Heyətidir.
3.3. İdarə Heyəti Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç üzvdən – Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyəti sədrindən və sədrin iki müavinindən ibarətdir.
3.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.
3.5. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:
3.5.1. Agentliyin fəaliyyətini təşkil etmək;
3.5.2. Agentliyin inkişaf istiqamətlərini, strateji məqsədlərini və planlarını müəyyən etmək;
3.5.3. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün, müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək və sənədlər (o cümlədən Agentliyin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
3.5.4. Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;
3.5.5. Agentliyin fəaliyyətinə nəzarət etmək;
3.5.6. Agentliyin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;
3.5.7. Agentliyin strukturunu, işçilərinin say həddini və əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq etmək, Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;
3.5.8. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;
3.5.9. Agentlikdə daxili audit bölməsi yaradıldığı halda həmin bölmənin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
3.5.10. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;
3.5.11. bu Nizamnamənin 2.2.3-cü və 2.3.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;
3.5.12. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;
3.5.13. Agentliyin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;
3.5.14. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
3.5.15. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
3.5.16. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
3.5.17. bu Nizamnamənin 2.2.15-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.5.18. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;
3.5.19. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.
3.6. İdarə Heyətinin iclası ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir.
3.7. İdarə Heyətinin üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə, yazılı məlumat verilir. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı öz maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
3.8. İdarə Heyətinin sədri:
3.8.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;
3.8.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və onlara sədrlik edir;
3.8.3. özünün, yaxud İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;
3.8.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;
3.8.5. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
3.8.6. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
3.8.7. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
3.8.8. müəyyən edilmiş struktur, işçilərinin say həddi və əməkhaqları daxilində Agentliyin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;
3.8.9. Agentliyin işçilərinin əməkhaqlarının, əməkhaqlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;
3.8.10. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul edir;
3.8.11. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlər üçün istifadə olunmasına nəzarət edir;
3.8.12. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
3.8.13. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;
3.8.14. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
3.8.15. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
3.8.16. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.
3.9. İdarə Heyətinin üzvləri:
3.9.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;
3.9.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
3.9.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;
3.9.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;
3.9.5. İdarə Heyətinin qərarları və iclas protokolları ilə, habelə digər sənədlərlə tanış olurlar.
3.10. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
4. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları
4.1. Agentliyin nizamnamə fondu 10 000 (on min) manatdır.
4.2. Agentliyin əmlakı təsisçi tərəfindən ödənilən nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitdən, habelə fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.
4.3. Agentlik əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.
4.4. Agentlik açıq məkanda reklam yerləşdirməyə icazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutur. Həmin dövlət rüsumunun Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hissəsi Agentliyin fəaliyyətinin, o cümlədən işçilərinin əməkhaqqı fondunun maliyyələşdirilməsi məqsədi ilə Agentliyin hesabına köçürülür.
[27]
4.4-1. Agentlik “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-3-cü maddəsinə uyğun olaraq açıq məkanda reklam yayımına görə müvafiq məbləğdə haqq tutur.
[28]
4.5. Agentliyin məhsullarının (mallarının, işlərinin, xidmətlərinin) qiymətləri (açıq məkanda reklam yayımına görə haqqın məbləği istisna olmaqla) dövlət tərəfindən tənzimlənmir.
[29]
4.6. Agentlik qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun təsərrüfat cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəəti üzərində müstəqil sərəncam vermək hüququna malikdir. Agentliyin mənfəəti yalnız Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.
[30]
5. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
5.1. Agentliyin fəaliyyətinə nəzarət Azərbaycan Respublikasının Prezidenti, həmçinin illik maliyyə hesabatlarının təsdiqi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti tərəfindən həyata keçirilir.
[31]
5.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
6. Agentlikdə uçot və hesabat
6.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
6.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
[32]
6.3. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
6.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.
7. Agentliyin ləğvi və yenidən təşkili
Agentliyin ləğvi və yenidən təşkili Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
19 dekabr 2017-ci il tarixli 1741 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 dekabr 2017-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2309)
2.
27 noyabr 2018-ci il tarixli 376 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2289)
3.
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588)
4.
29 dekabr 2021-ci il tarixli 1539 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1404)
5.
30 mart 2023-cü il tarixli 2078 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 30 mart 2023-cü il, “Xalq” qəzeti, 31 mart 2023-cü il, № 65)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə 2.1.1-ci yarımbəndə “edilməsi” sözündən sonra “, onların dəyişdirilməsi” sözləri əlavə edilmişdir.
[2]
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə 2.1.2-ci yarımbənd yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2.1.2. icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
[3]
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə 2.1.3-cü yarımbənddə “ləğvi məsələləri” sözləri “ləğv edilməsi” sözləri ilə əvəz edilmişdir.
[4]
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə yeni məzmunda 2.1.6-cı yarımbənd əlavə edilmişdir.
[5]
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə 2.3.1-ci yarımbəndə “strukturunun” sözündən sonra “, işçilərinin say həddinin və əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin)” sözləri əlavə edilmişdir.
[6]
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə 3.2-ci və 3.3-cü bəndlər yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
3.2. Agentlikdə 3 nəfər üzvdən ibarət Müşahidə Şurası yaradılır;
3.3. Agentliyin Müşahidə Şurası üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
[7]
27 noyabr 2018-ci il tarixli 376 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2289) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 1.1-ci bəndinə “qoruqlarının” sözündən sonra “, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın” sözləri əlavə edilmişdir.
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 1.1-ci bəndində “avtomobil yollarının torpaq sahəsində, şəhər, qəsəbə, kənd və digər (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisi istisna olmaqla) yaşayış məntəqələrində (bundan sonra – açıq məkanda)” sözləri “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş açıq məkanda (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisi istisna olmaqla)” sözləri ilə əvəz edilmişdir.
30 mart 2023-cü il tarixli 2078 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 30 mart 2023-cü il, “Xalq” qəzeti, 31 mart 2023-cü il, № 65) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 1.1-ci bəndinə “İçərişəhər” sözündən əvvəl “Şuşa şəhərinin,” sözləri əlavə edilmişdir.
[8]
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 2-ci hissənin adında “fəaliyyətinin məqsədi” sözləri “fəaliyyət istiqamətləri” sözləri ilə əvəz edilmişdir.
[9]
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 2.1-ci bənd yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2.1. Agentliyin fəaliyyətinin əsas məqsədi açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarında yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləmənin və nəzarətin həyata keçirilməsini təmin etməkdir.
[10]
19 dekabr 2017-ci il tarixli 1741 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 dekabr 2017-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2309) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 2.2.1-ci və 2.2.4-cü yarımbəndlərində “daşıyıcılarının” sözü “qurğularının” sözü ilə əvəz edilmişdir.
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 2.2.1-ci yarımbəndindən “ölçülərindən asılı olmayaraq” sözləri çıxarılmışdır, həmin yarımbəndə “edilməsinə” sözündən sonra “, istismarına” sözü, “verir” sözündən sonra “, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydasına uyğun olaraq müvafiq tədbirlər görür” sözləri əlavə edilmişdir.
[11]
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 2.2.3-cü bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2.2.3. açıq məkanda reklam yerləşdirilməsinə icazə verərkən açıq məkanda reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsi bağlayır;
[12]
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nə yeni məzmunda 2.2.3-1-ci yarımbənd əlavə edilmişdir.
[13]
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 2.2.4-cü yarımbəndindən “, o cümlədən açıq məkanda yerləşdirilmiş reklam qurğularının və yayımlanan reklamın qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, onların həmin tələblərə uyğunlaşdırılması üçün göstərişlər verir, bu, nəticə vermədikdə, bu cür reklam daşıyıcılarının sökülməsi barədə qərar qəbul edir, reklamın yerləşdirilməsinə verilmiş icazəyə münasibətdə isə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tədbirlər görür” sözləri çıxarılmışdır.
[14]
19 dekabr 2017-ci il tarixli 1741 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 dekabr 2017-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2309) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 2.2.9-cu yarımbəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2.2.9. dövlət və bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı Agentliyə edilmiş müraciət əsasında həmin əmlakın mülkiyyətçisi ilə (və ya onun barəsində sərəncam vermək hüququ olan şəxslə) müraciət edən şəxs arasında müvafiq müqavilənin bağlanmasını təşkil edir;
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 2.2.9-cu yarımbəndində “əmlakdan istifadəyə” sözləri “əmlakın icarəsinə” sözləri ilə əvəz edilmişdir.
[15]
19 dekabr 2017-ci il tarixli 1741 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 dekabr 2017-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2309) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 2.2.10-cu yarımbəndində “və cinayət əlamətləri olduqda” sözləri “əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə” sözləri ilə əvəz edilmişdir.
[16]
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 2.2.19-cu yarımbəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2.2.19. müvafiq sahədə kadr hazırlığını təmin edir, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görür;
[17]
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 2.2.21-ci yarımbəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2.2.21. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxır;
[18]
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nə yeni məzmunda 2.2.21-1-ci yarımbənd əlavə edilmişdir.
[19]
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 2.3.1-ci yarımbəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2.3.1. müvafiq sahəyə aid hüquqi aktların layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək, həmçinin onların hazırlanmasında iştirak etmək;
[20]
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nə yeni məzmunda 2.3.1-1-ci və 2.3.1-2-ci yarımbəndlər əlavə edilmişdir.
[21]
29 dekabr 2021-ci il tarixli 1539 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1404) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 2.3.2-ci yarımbənd ləğv edilmişdir.
[22]
19 dekabr 2017-ci il tarixli 1741 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 dekabr 2017-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2309) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nə yeni məzmunda 2.3.2-1-ci yarımbənd əlavə edilmişdir.
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 2.3.2-1-ci yarımbəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2.3.2-1. açıq məkanda reklam yayımına görə haqq tutmaq;
[23]
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 2.3.5-ci yarımbəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2.3.5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmaların və texniki ekspertizaların aparılması, məsləhət xidmətləri göstərilməsi üçün elmi tədqiqat və təhsil müəssisələri ilə əməkdaşlıq etmək, işçi qruplar, komissiyalar və elmi-texniki şura yaratmaq;
[24]
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 2.3.7-ci yarımbəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2.3.7. müvafiq sahə üzrə analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək;
[25]
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nə yeni məzmunda 2.3.8-1-ci və 2.3.8-2-ci yarımbəndlər əlavə edilmişdir.
[26]
19 dekabr 2017-ci il tarixli 1741 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 dekabr 2017-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2309) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nə yeni məzmunda 3.6.3-1-ci yarımbənd əlavə edilmişdir.
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 3-cü hissənin mətni yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
3.1. Agentliyi Müşahidə Şurası və direktor idarə edirlər.
3.2. Agentliyin Müşahidə Şurası (bundan sonra – Şura) Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
3.3. Şura, onun sədri də daxil olmaqla, üç üzvdən ibarətdir. Şura üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Şura üzvlərinin səlahiyyət müddəti 5 ildir.
3.4. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
3.5. Şura qərar qəbul etməkdə müstəqildir.
3.6. Şura aşağıdakı vəzifələri yerinə yetirir:
3.6.1. Agentliyin inkişaf istiqamətlərini müəyyən edir;
3.6.2. Şura üzvlərinin və direktorun müraciətlərinə baxır və qərar qəbul edir;
3.6.3. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləyir;
3.6.3-1. Agentliyin kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;
3.6.4. Agentliyin strukturunu, əməkhaqqı fondunu və işçilərin say həddini təsdiq edir;
3.6.5. Agentliyin fəaliyyətinə dair daxili qaydaları, habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq edir.
3.7. Şuranın iclasları ildə azı bir dəfə olmaqla çağırılır. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya direktor çıxış edir. Şuranın iclasları Şura üzvlərinin hamısı iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.
3.8. Şuranın sədri:
3.8.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;
3.8.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslarda sədrlik edir;
3.8.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya direktorun xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;
3.8.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.
3.9. Şuranın üzvləri:
3.9.1. Şuranın səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;
3.9.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
3.9.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;
3.9.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılması barədə təkliflər verirlər;
3.9.5. Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
3.10. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər.
3.11. Agentliyin cari fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir. Direktor Agentliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün cavabdehdir.
3.12. Direktorun vəzifəyə təyin və vəzifədən azad etdiyi iki müavini vardır. Direktorun müavinləri direktor tərəfindən onlara həvalə edilmiş vəzifələri yerinə yetirirlər. Direktor müvəqqəti olmadıqda onu müvafiq əmrlə onun müavinlərindən biri əvəz edir.
3.13. Direktor aşağıdakı vəzifələri yerinə yetirir:
3.13.1. Agentliyin fəaliyyətini təşkil edir, onun cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;
3.13.2. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir və sənədlər təqdim edir;
3.13.3. Agentliyin fəaliyyətinə dair illik hesabatı hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
3.13.4. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələri həyata keçirmək üçün Şuraya təkliflər verir və sənədlər təqdim edir;
3.13.5. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edir;
3.13.6. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;
3.13.7. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;
3.13.8. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və qurumlarının strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;
3.13.9. Agentliyin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;
3.13.10. icrası məcburi olan sərəncam və əmrlər verir;
3.13.11. Agentliyin, o cümlədən idarə, filial və nümayəndəliklərinin işçilərinin, həmçinin təsərrüfat cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə qərarlar qəbul edir;
3.13.12. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
3.13.13. Agentliyin fəaliyyət istiqamətləri üzrə məşvərətçi komitələr və işçi qruplar yaradır;
3.13.14. Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir.
3.14. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
[27]
29 dekabr 2021-ci il tarixli 1539 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1404) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 4.4-cü bəndin ikinci cümləsi ləğv edilmişdir.
[28]
19 dekabr 2017-ci il tarixli 1741 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 dekabr 2017-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2309) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nə yeni məzmunda 4.4-1-ci bənd əlavə edilmişdir.
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 4.4-1-ci bəndə “Agentlik” sözündən sonra “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-3-cü maddəsinə uyğun olaraq” sözləri əlavə edilmişdir.
[29]
19 dekabr 2017-ci il tarixli 1741 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 dekabr 2017-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2309) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 4.5-ci bəndinə “qiymətləri” sözündən sonra “(açıq məkanda reklam yayımına görə haqqın məbləği istisna olmaqla)” sözləri əlavə edilmişdir.
[30]
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 4.6-сı bəndə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
[31]
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 5.1-ci bəndinə “Kabineti” sözündən sonra “, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti” sözləri əlavə edilmişdir.
[32]
17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 6.2-ci bəndində “, statistik uçot aparır və statistik hesabatlar tərtib” sözləri “statistik hesabatları tərtib və təqdim” sözləri ilə əvəz edilmişdir.