![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının ödəniş hesablaşma hesablarında edilmiş dəyişikliklər ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyası
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyasının 2016-cı il 03 avqust tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.2.2.6-cı yarımbənddə “Bakı Vergilər” sözləri “Milli gəlirlər” sözləri ilə əvəz edilsin;
1.2. 2.2.2.8-ci yarımbənddə “1403006271” rəqəmləri “1602473621” rəqəmləri ilə əvəz edilsin;
1.3. 2.2.2.9-cu yarımbənddə “142213” rəqəmləri “142234” rəqəmləri ilə əvəz edilsin.
2. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi |
|
|
|
II dərəcəli dövlət miqrasiya xidməti müşaviri |
Firudin Nəbiyev |