“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. həmin Qanunun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.4. aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
[1]
1. həmin Qanunun 8-ci maddəsinə uyğun olaraq, sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı qaydasını;
2. həmin Qanunun 17.8-ci maddəsinə uyğun olaraq, fərdi məşğulluq proqramının yerinə yetirilməsi qaydasını və hesabatın formasını;
3. həmin Qanunun 17.9-cu maddəsinə uyğun olaraq, sığorta ödənişinin verilməsi qaydasını;
4. həmin Qanunun 18.0.7-ci maddəsinə uyğun olaraq, sığorta ödənişini alan şəxsin işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərinin və müddətlərinin müəyyən edilməsi qaydasını;
5. həmin Qanunun 19.0.2.6-cı maddəsinə uyğun olaraq, sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi qaydasını;
6. həmin Qanunun 22.2-ci maddəsinə uyğun olaraq, işsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması qaydasını;
1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.15-ci, 6.2.11-ci (hər iki halda), 7.1.1-ci, 7.1.3-cü, 7.1.3-1-ci, 10.2-ci, 13.2.3-cü, 14.3-cü, 16-cı, 17.1-ci, 19.0.2.6-cı (hər iki halda), 19.0.5-ci maddələrində, 20.3-cü maddəsinin birinci cümləsində, 20.4-cü, 21.0.5-ci maddələrində, 22.1-ci maddəsinin birinci cümləsində, 23-cü maddəsinin adında, birinci (hər üç halda) və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
[2]
2.1-1. həmin Qanunun 20.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
[3]
2.2. həmin Qanunun 8-ci, 17.8-ci, 17.9-cu, 18.0.7-ci, 19.0.2.6-cı və 22.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
[4]
2.3. həmin Qanunun 2.0.5-ci, 5.1.6-cı, 13.1-ci, 13.1-1-ci, 17.2-ci, 18.0.6-cı, 19.0.3-cü maddələrində, 17.1-ci və 17.7-ci maddələrinin birinci və ikinci cümlələrində, 23-cü maddəsinin adında və birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;
[5]
2.4. həmin Qanunun 14.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi həyata keçirir;
2.5. həmin Qanunun 20.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;
2.6. həmin Qanunun 19.0.2.6-cı maddəsində (birinci halda) və 23-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
[6]
2.7. həmin Qanunun 23-cü maddəsinin adında və birinci cümləsində (hər üç halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
[7]
2.7-1. həmin Qanunun 13.2.3-cü, 14.3-cü, 17.1-ci və 19.0.2.6-cı (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
[8]
2.8. həmin Qanunun 10.2-ci maddəsində və 2.0.15-ci maddəsində və 20.3-cü maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Dövlət Məşğulluq Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
[9]
2.9. həmin Qanunun 19.0.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, habelə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
[10]
2.10. həmin Qanunun 23-cü maddəsinin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanının işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri və vergi orqanlarının işçiləri nəzərdə tutulurlar;
[11]
2.11. həmin Qanunun 23-cü maddəsinin adında və birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirirlər;
[12]
2.12. həmin Qanunun 6.2.11-ci (hər iki halda), 7.1.1-ci, 7.1.3-cü, 7.1.3-1-ci və 10.2-ci maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
[13]
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
3.1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, ərizənin formasını və ərizəyə əlavə olunan sənədlərin siyahısını üç ay müddətində təsdiq edib, həmin normativ hüquqi aktın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. həmin Qanunun 20.2-ci maddəsinə uyğun olaraq, işsizlikdən sığorta fondunun hər il üçün büdcəsinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada hazırlanıb təqdim edilməsini təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 avqust 2017-ci il
№ 1569
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
21 dekabr 2018-ci il tarixli 422 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 dekabr 2018-ci il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2579)
2.
14 iyun 2019-cu il tarixli 746 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 1038)
3.
3 iyul 2019-cu il tarixli 769 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1217)
4.
16 dekabr 2019-cu il tarixli 879 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 dekabr 2019-cu il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1922)
5.
22 may 2020-ci il tarixli 1036 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 561)
6.
2 iyul 2020-ci il tarixli 1081 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyul 2020-ci il, № 127, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 861)
7.
21 sentyabr 2020-ci il tarixli 1153 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 sentyabr 2020-ci il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1143)
8.
12 noyabr 2020-ci il tarixli 1179 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 noyabr 2020-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1348)
9.
9 mart 2021-ci il tarixli 1295 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 219)
10.
3 avqust 2022-ci il tarixli 1796 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 avqust 2022-ci il, “Xalq” qəzeti, 4 avqust 2022-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 856)
11.
17 aprel 2023-cü il tarixli 2108 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 17 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 18 aprel 2023-cü il, № 80)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
14 iyun 2019-cu il tarixli 746 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 1038) ilə 1.1.4-cü yarımbəndində dördüncü abzas ləğv edilmişdir.
[2]
21 dekabr 2018-ci il tarixli 422 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 dekabr 2018-ci il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2579) ilə 2.1-ci bənddə “16-cı” sözləri “6.2.11-ci (hər iki halda), 7.1.1-ci, 7.1.3-cü, 7.1.3-1-ci, 10.2-ci, 16-cı, 19.0.5-ci” sözləri ilə əvəz edilmişdir.
22 may 2020-ci il tarixli 1036 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 561) ilə 2.1-ci bənddə “və 21.0.5-ci maddələrində” sözləri “, 21.0.5-ci maddələrində, 23-cü maddəsinin adında, birinci (hər üç halda) və ikinci cümlələrində” sözləri ilə əvəz edilmişdir.
2 iyul 2020-ci il tarixli 1081 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyul 2020-ci il, № 127, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 861) ilə 2.1-ci bəndə “16-cı,” sözlərindən sonra “19.0.2.6-cı (hər iki halda),” sözləri əlavə edilmişdir.
21 sentyabr 2020-ci il tarixli 1153 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 sentyabr 2020-ci il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1143) ilə 2.1-ci bənddə “10.2-ci, 16-cı” sözləri “10.2-ci, 13.2.3-cü, 16-cı, 17.1-ci” sözləri ilə əvəz edilmişdir.
12 noyabr 2020-ci il tarixli 1179 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 noyabr 2020-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1348) ilə 2.1-ci bəndə “21.0.5-ci maddələrində,” sözlərindən sonra “22.1-ci maddəsinin birinci cümləsində,” sözləri əlavə edilmişdir.
17 aprel 2023-cü il tarixli 2108 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 17 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 18 aprel 2023-cü il, № 80) ilə 2.1-ci bəndə “Qanununun” sözündən sonra “2.0.15-ci,” sözləri əlavə edilmişdir, həmin bənddə “19.0.5-ci,” sözləri “19.0.5-ci maddələrində, 20.3-cü maddəsinin birinci cümləsində, 20.4-cü,” sözləri ilə əvəz edilmişdir və həmin bənddən “22.1-ci maddəsinin birinci cümləsində,” sözləri çıxarılmışdır.
[3]
17 aprel 2023-cü il tarixli 2108 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 17 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 18 aprel 2023-cü il, № 80) ilə yeni məzmunda 2.1-1-ci bənd əlavə edilmişdir.
[4]
2 iyul 2020-ci il tarixli 1081 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyul 2020-ci il, № 127, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 861) ilə 2.2-ci bənddən “, 19.0.2.6-cı” sözləri çıxarılmışdır.
[5]
21 dekabr 2018-ci il tarixli 422 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 dekabr 2018-ci il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2579) ilə 2.3-cü bənddən “, 23-cü maddəsinin adında və birinci cümləsində (birinci halda)” sözləri çıxarılmışdır.
3 iyul 2019-cu il tarixli 769 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1217) ilə 2.3-cü bəndə “13.1-ci,” sözlərindən sonra “13.1-1-ci,” sözləri əlavə edilmişdir.
[6]
21 dekabr 2018-ci il tarixli 422 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 dekabr 2018-ci il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2579) ilə 2.6-cı bəndə “işçilərinə” sözündən sonra “və vergi orqanları işçilərinə” sözləri əlavə edilmişdir.
22 may 2020-ci il tarixli 1036 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 561) ilə 2.6-cı bənd yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2.6. həmin Qanunun 23-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini vəsaitlərin orqanlar arasında bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitlərdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçilərinə və vergi orqanları işçilərinə münasibətdə) həyata keçirirlər;
2 iyul 2020-ci il tarixli 1081 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyul 2020-ci il, № 127, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 861) ilə 2.6-cı bəndə “Qanunun” sözündən sonra “19.0.2.6-cı maddəsində (birinci halda) və” sözləri əlavə edilmişdir.
[7]
21 dekabr 2018-ci il tarixli 422 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 dekabr 2018-ci il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2579) ilə 2.7-ci bəndə “Administrasiyası” sözündən sonra “, Azərbaycan Respublikasının Vergilər Nazirliyi” sözləri əlavə edilmişdir.
22 may 2020-ci il tarixli 1036 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 561) ilə 2.7-ci bənd yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2.7. həmin Qanunun 23-cü maddəsinin birinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirirlər;
[8]
2 iyul 2020-ci il tarixli 1081 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyul 2020-ci il, № 127, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 861) ilə yeni məzmunda 2.7-1-ci bənd əlavə edilmişdir.
21 sentyabr 2020-ci il tarixli 1153 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 sentyabr 2020-ci il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1143) ilə 2.7-1-ci bənddə “19.0.2.6-cı maddəsində (ikinci halda)” sözləri “13.2.3-cü, 17.1-ci və 19.0.2.6-cı (ikinci halda) maddələrində” sözləri ilə əvəz edilmişdir.
9 mart 2021-ci il tarixli 1295 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 219) ilə 2.1-ci və 2.7-1-ci bəndlərə “13.2.3-cü,” sözlərindən sonra “14.3-cü,” sözləri əlavə edilmişdir.
[9]
21 dekabr 2018-ci il tarixli 422 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 dekabr 2018-ci il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2579) ilə 2.8-ci bənddən “10.2-ci maddəsində və” sözləri çıxarılmışdır.
12 noyabr 2020-ci il tarixli 1179 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 noyabr 2020-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1348) ilə 2.8-ci bənddə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “orqan (qurum)” sözləri ilə, “Nazirliyi yanında” sözləri “Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilmişdir.
17 aprel 2023-cü il tarixli 2108 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 17 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 18 aprel 2023-cü il, № 80) ilə 2.8-ci bənddə “22.1-ci” sözləri “2.0.15-ci maddəsində və 20.3-cü” sözləri ilə və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu” sözləri “Dövlət Məşğulluq Agentliyi” sözləri ilə əvəz edilmişdir.
[10]
21 dekabr 2018-ci il tarixli 422 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 dekabr 2018-ci il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2579) ilə 2.9-cu bənd yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2.9. həmin Qanunun 19.0.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
16 dekabr 2019-cu il tarixli 879 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 dekabr 2019-cu il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1922) ilə 2.9-cu bənd yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2.9. həmin Qanunun 19.0.5-ci maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
12 noyabr 2020-ci il tarixli 1179 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 noyabr 2020-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1348) ilə 2.9-cu bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2.9. həmin Qanunun 19.0.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya nəzərdə tutulur;
[11]
21 dekabr 2018-ci il tarixli 422 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 dekabr 2018-ci il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2579) ilə 2.10-cu bəndə “işçiləri” sözündən sonra “və vergi orqanlarının işçiləri” sözləri əlavə edilmişdir.
22 may 2020-ci il tarixli 1036 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 561) ilə 2.10-cu və 2.11-ci bəndlər ləğv edilmişdir.
[12]
21 dekabr 2018-ci il tarixli 422 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 dekabr 2018-ci il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2579) ilə 2.10-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.11-ci və 2.12-ci bəndlər əlavə edilmişdir.
[13]
3 avqust 2022-ci il tarixli 1796 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 avqust 2022-ci il, “Xalq” qəzeti, 4 avqust 2022-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 856) ilə 2.12-ci bənddə “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.