AKTIN NÖVÜ
Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı
QƏBUL EDİLDİYİ TARİX
07.07.2017
QEYDİYYAT NÖMRƏSİ
15
ADI
“Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
21.07.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23201707070015
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
20.07.2017
“Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI

Qəbul edildiyi tarix

07.07.2017

Qeydiyyat nömrəsi

15

Adı

“Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

21.07.2017

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201707070015

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

20.07.2017

 

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 5.3.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası

 

QƏRARA  ALIR:

 

“Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Hüquq və icraat departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

Bu Qərarın icrasına nəzarət Baş icraçı direktora (İbrahim Alışov) həvalə edilsin.

 

Direktorlar Şurasının sədri

Rüfət Aslanlı


 

 

“Təsdiq edilmişdir”

 

Azərbaycan Respublikasının

 

Maliyyə Bazarlarına Nəzarət Palatası

 

Qərar № 15

 

 

“07” iyul 2017-ci il

 

Direktorlar Şurasının sədri

 

 

 

___________________

 

Rüfət Aslanlı

 

Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi

 

Qaydası

 

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununun  5-ci maddəsinin 8-ci hissəsinə və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun  3.4-cü maddəsinə müvafiq olaraq hazırlanmışdır və kredit ittifaqına bank fəaliyyəti üçün lisenziya verilməsi (bundan sonra - lisenziya) qaydalarını müəyyən edir.

1.2. Lisenziya alınması üçün təqdim edilən sənədlər və məlumatlar (notariat qaydasında təsdiq edilən sənədlər, habelə bu Qaydada nəzərdə tutulmuş digər hallar istisna olmaqla) səlahiyyətli şəxs tərəfindən imzalanır və Kredit ittifaqının möhürü ilə təsdiq olunur. Sənədlər bir səhifədən artıq olduqda onlar tikilir və nömrələnir.

1.3. Lisenziyanın verilməsi üçün müraciətə baxılması, lisenziyanın  dayandırılması və ləğvi ilə bağlı icraat  “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qaydaya uyğun olaraq həyata keçirilir.

1.4. Lisenziya barədə müvafiq qərarlar Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (bundan sonra – Palata) Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırılmaqla qəbul edilir. [1]

 

2. Lisenziyanın alınması üçün müraciət

 

2.1. Lisenziya almaq üçün Kredit ittifaqı tərəfindən Palataya aşağıdakı sənədlər və məlumatlar təqdim olunur:

2.1.1. təsisçilər və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən imzalanmış ərizə (Əlavə 1);

2.1.2. dövlət qeydiyyatı haqqında sənədin surəti və nizamnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;

2.1.3. minimum nizamnamə (şərikli) kapitalının ödənilməsi barədə bank sənədi;

2.1.4. üzvlərin başqa Kredit ittifaqının üzvü olmaması barədə məlumat;

2.1.5. Müşahidə Şurası, İdarə Heyəti, Kredit Komissiyasının üzvlərinin və daxili auditorun təyin edilməsi barədə Kredit ittifaqının üzvlərinin ümumi yığıncağının qərarı;

2.1.6. Kredit ittifaqının kredit siyasətini, təşkilati strukturunu, habelə ilk üç il üçün maliyyə proqnozunu müəyyənləşdirən biznes plan (üzvlərin ümumi yığıncağında təsdiq olunmaqla);

 2.1.7. İdarə Heyəti üzvlərinin təhsilini və iş təcrübəsini təsdiq edən sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri, habelə qəsdən törədilmiş cinayətlərə görə məhkumluqlarının olub-olmaması haqqında məlumat (Əlavə 2);

2.1.8. daxili auditorun (auditorların) “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ixtisas və peşə tələblərinə uyğunluğu, habelə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maliyyə-təsərrüfat sahəsində müəyyən vəzifələr tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi və ya bu növ cəza ilə bağlı məhkumluğunun ödənilməsi və ya götürülməsi barədə məlumat (Əlavə 3).

2.2. Bu Qaydaların 2.1.5-ci və 2.1.6-cı yarımbəndlərində nəzərdə tutulmuş iclas protokolu iclasın sədri və katibi tərəfindən imzalanır və Kredit ittifaqının möhürü ilə təsdiq edilir.

2.3. Lisenziyanın verilməsi üçün tələb olunan zəruri şərtlər aşağıdakılardır:

2.3.1. İdarə Heyətinin üzvləri ali təhsilə və ən azı bir il iş təcrübəsinə, yaxud tam orta və ya orta ixtisas təhsilə və ən azı üç il iş təcrübəsinə, maliyyə hesabatlarının hazırlanmasına məsul idarə heyətinin üzvü isə ali təhsilə və mühasibatlıq sahəsində ən azı bir il iş təcrübəsinə, yaxud tam orta və ya orta ixtisas təhsilə və mühasibatlıq sahəsində ən azı üç il iş təcrübəsinə malik olmalıdırlar;

2.3.2. İdarə Heyəti üzvlərinin qəsdən törədilmiş cinayətlərə görə məhkumluqları olmamalıdır;

2.3.3. daxili auditor (auditorlar) “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş ixtisas və peşə tələblərinə cavab verməlidir, habelə maliyyə-təsərrüfat sahəsində müəyyən vəzifələr tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməli və ya bu növ cəza ilə bağlı məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxs olmamalıdır;

2.3.4. üzvlər başqa Kredit ittifaqının üzvü olmamalıdır;

2.3.5. Kredit ittifaqının formalaşdırdığı nizamnamə kapitalı Palatanın müəyyən etdiyi minimum məbləğdən az olmamalıdır.

2.4. Lisenziya almaq üçün təqdim edilən sənədlər və məlumatlar Palata tərəfindən qəbul edilir, xüsusi kitabda qeydə alınır, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq on beş gündən gec olmayaraq lisenziya verilməsi haqqında qərar qəbul edilir.

2.5. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə beş gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara beş gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

2.6. Palata iki iş günü müddətindən gec olmayaraq lisenziyanın verilməsi haqqında qərarı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, həmçinin ərizəçiyə lisenziyanın verilməsi üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə şifahi və ya məktub vasitəsilə məlumat verir. Həmin qərar ərizəçiyə daxil olduqdan sonra lisenziyanın verilməsi üçün dövlət rüsumu beş  iş günü müddətində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd Palataya təqdim edilir.

2.7. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd Palataya ərizəçi tərəfindən təqdim edildikdən sonra lisenziya iki iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd Palataya təqdim edilmədikdə, Palata tərəfindən lisenziya ləğv edilir və bu barədə məlumat iki iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

2.8. Lisenziyanın verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.8.1. təqdim edilmiş sənədlərdə yanlış məlumat olduqda;

2.8.2. ərizəçi bu Qaydaların 2.3-cü bəndində göstərilmiş lisenziya şərtlərinə cavab vermədikdə.

2.9. Ərizəçiyə lisenziya verilməsindən imtina edildikdə, bu barədə ona imtinanın səbəbləri göstərilməklə beş gün müddətində yazılı məlumat verilir.

 

3. Lisenziya

 

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

3.1.1. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi;

3.1.2. lisenziya verən orqanın adı və hüquqi ünvanı;

3.1.3. lisenziya verilən Kredit ittifaqının adı və hüquqi ünvanı;

3.1.4. lisenziyanın qeyri-müəyyən müddətə verilməsi barədə qeyd;

3.1.5. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü.

3.2. Lisenziya Palatanın səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

 

4. Lisenziyanın dayandırılması və ləğv edilməsi

 

4.1. Palatanın lisenziyanı aşağıdakı hallarda dayandırır:

4.1.1. Kredit ittifaqının müraciəti ilə;

4.1.2. Kredit ittifaqı müflis elan edildikdə.

4.2. Lisenziyanın dayandırılması və bərpa olunması haqqında inzibati akt qəbul olunduğu tarixdən üç gün müddətində Kredit ittifaqına təqdim edilir və ya alınmasını təsdiq edən poçt vasitəsilə göndərilir.

4.3. Lisenziyanın dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra lisenziya Kredit ittifaqının müraciətinə əsasən on gün müddətində bərpa edilir. Palata tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edildiyi andan üç gün müddətində Kredit ittifaqına təqdim edilir və ya alınmasını təsdiq edən poçt vasitəsilə göndərilir.

4.4. Palata lisenziyanı aşağıdakı hallarda ləğv edir:

4.4.1. Kredit ittifaqının müraciəti ilə;

4.4.2. lisenziya alınması üçün təqdim olunmuş məlumatların yanlış olduğu aşkar edildikdə;

4.4.3. Kredit ittifaqı lisenziyanı aldığı gündən başlayaraq bir il müddətində bank fəaliyyətini həyata keçirmədikdə, yaxud bank fəaliyyətini bir il müddətinə dayandırıldığı müəyyən edildikdə;

4.4.4. Kredit ittifaqı tərəfindən hesabatlar iki hesabat tarixinə Palataya təqdim olunmadıqda və ya illik kənar audit keçirilmədikdə;

4.4.5. Kredit ittifaqının təqvim ili ərzində təqdim etdiyi hesabatlarda azı iki dəfə təhrif olunmuş məlumatların daxil edilməsi müəyyənləşdirildikdə;

4.4.6. Kredit ittifaqının üzvlərinin sayı azaldığı halda 3 ay ərzində onların sayı 11-ə çatdırılmadıqda;

4.4.7. Kredit ittifaqının nizamnamə kapitalının məbləği Palata tərəfindən müəyyən edilmiş minimum məbləğdən az olduqda;

4.4.8. Kredit ittifaqı “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu və Palatanın normativ xarakterli aktları ilə müəyyən edilmiş prudensial normativ və tələbləri (nizamnamə kapitalının minimum məbləğinə dair tələb istisna olmaqla) və ya “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə bağlı fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə Palatanın göstərişlərinə əməl etmədikdə;

4.4.9 məhkəmənin müvafiq qərarı olduqda;

4.4.10. Kredit ittifaqı ləğv edildikdə.

4.5. Lisenziyanın ləğvi haqqında inzibati akt qəbul olunduğu tarixdən üç gün müddətində Kredit ittifaqına təqdim edilir və ya alınmasını təsdiq edən poçt vasitəsilə göndərilir.

 

5. Lisenziyanın yenidən rəsmiləşdirilməsi

 

5.1. Lisenziya aşağıdakı hallarda yenidən rəsmiləşdirilir:

5.1.1. kredit ittifaqı yenidən təşkil edildikdə (bölünmə və ayrılma istisna olmaqla);

5.1.2. kredit ittifaqının adı və ya hüquqi ünvanı dəyişdikdə.

5.2. Bu Qaydanın 5.1-ci bəndində göstərilən əsaslar olduqda, lisenziyanın sahibi və ya onun hüquqi varisi həmin əsasların yarandığı gündən beş iş günündən gec olmayaraq lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün Palataya ərizə ilə müraciət etməlidir.

5.3. Həmin ərizəyə yenidən rəsmiləşdirilməli olan lisenziya və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətləri əlavə olunur.

5.4. Palata ərizə və ona əlavə olunan sənədlər daxil olduqdan beş iş günü ərzində müvafiq düzəlişləri edərək yenidən rəsmiləşdirilmiş lisenziyanı lisenziyanın sahibinə və ya onun hüquqi varisinə təqdim edir, yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərir.

5.5. Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə lisenziyanın sahibi və ya onun hüquqi varisi öz fəaliyyətini Palataya təqdim etdiyi ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında arayış əsasında həyata keçirir.

 

6. Lisenziyanın dublikatının verilməsi

 

6.1. Lisenziya itirildikdə və ya zədələndikdə lisenziyanın sahibi lisenziyanın dublikatının verilməsi üçün Palataya ərizə ilə müraciət edir.

6.2. Palata ərizənin daxil olduğu tarixdən beş iş günü müddətində lisenziyanın dublikatını hazırlayaraq ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

6.3. Lisenziyanın dublikatının verildiyi müddətdə lisenziyanın sahibi öz fəaliyyətini Palataya təqdim etdiyi ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında arayış əsasında həyata keçirir. Həmin arayış Palatanın səlahiyyətli şəxsi tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

6.4. Lisenziyanın dublikatı itirilmiş və ya zədələnmiş lisenziya ilə eyni hüquqi qüvvəyə malikdir.

 

7. Yekun müddəalar

 

Kredit ittifaqı lisenziyanın alınması üçün təqdim edilmiş məlumat və sənədlərdə edilən dəyişikliklər barədə beş iş günü müddətində müvafiq sənədləri əlavə etməklə Palataya yazılı məlumat göndərməlidir.


 

 

Kredit ittifaqına bank əməliyyatlarının

 

 

həyata keçirilməsi üçün lisenziya

 

 

verilməsi Qaydası”na Əlavə 1

 

 

 

 

Azərbaycan Respublikasının

 

Maliyyə Bazarlarına Nəzarət Palatasına

 

“___” ___________ 20__-_ il

 

№ __________________

 

 

 

 

Lisenziya alınması üçün

 

ƏRİZƏ

 

 

“_____”_____________20___-c_ il tarixində təsis edilmiş və _____________________________________

 

________________________________________________________________________________

 

_________________________________________________________________________________ yerləşən

 

(Kredit ittifaqının ünvanı)

 

________________________________________________________________________________

 

________________________________________________________________________________

 

(Kredit ittifaqınının adı)

 

 

bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilməsini xahiş edir.

Bank hesabı nömrəsi və bankın adı: _________________________________________

 

 

Əlavə: (təqdim olunan sənədlərin siyahısı, nüsxələri və hər nüsxə üzrə vərəqlərin sayı).

Mən, aşağıda imza edən bu Ərizədə və ona əlavə olunan bütün sənədlərdə olan məlumatların düzgünlüyünü təsdiq edirəm və əmin edirəm ki, məndə olan məlumata görə onlar dəqiq və tamdır. Həmin məlumatlarda baş verən əhəmiyyətli dəyişikliklər barədə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına dərhal məlumat verməyi öhdəmə götürürəm.

 

 

 

 

Ərizə verən şəxsin (şəxslərin)

_______________________

 

 

 

soyadı, adı, atasının adı

 

İmza _______________________

 

 

M.Y.

 

 

 


 

 

“Kredit ittifaqına bank əməliyyatlarının

 

həyata keçirilməsi üçün lisenziya verilməsi

 

Qaydası”na Əlavə 2

 

 

___________________________________________Kredit ittifaqının

 

İdarə Heyətinin üzvü barədə

MƏLUMAT

 

 

Soyadı, adı, atasının adı____________________________________________________________________

Təhsili___________________________________________________________________________________

_________________________________________________________________________________________

(təhsil aldığı müəssisənin adı və aldığı ixtisas)

Ümumi əmək stajı_________________________________________________________________________

Maliyyə/bank

 

sistemində əmək stajı (əgər varsa)___________________________________________________________

Mühasibatlıq sahəsində iş staji (maliyyə hesabatlarının hazırlanmasına məsul olan İdarə Heyətinin üzvü üçün)

_________________________________________________________________________________________

Qəsdən törədilmiş cinayətlərə görə məhkumluğunun olub-olmaması barədə məlumat

_________________________________________________________________________________________

İdarə Heyətinin üzvünün elektron poçt ünvanı (əgər varsa) və əlaqə telefonu

_________________________________________________________________________________________

 

 

Müşahidə Şurasının

 

sədri _________________________________

_____________________

(soyadı, adı, atasının adı)

(imza)

 

 

Tarix_________

 

M.Y.

 

 


 

 

“Kredit ittifaqına bank əməliyyatlarının həyata

 

keçirilməsi üçün lisenziya verilməsi

 

Qaydası”na Əlavə 3

 

 

________________________________________Kredit ittifaqının

 

 

Daxili auditoru barədə

MƏLUMAT

 

 

Soyadı, adı, atasının

adı______________________________________________________________________________________

Təhsili___________________________________________________________________________________

_______________________________________________________________________________

(təhsil aldığı müəssisənin adı və aldığı ixtisas)

Audit, yaxud əlaqədar sahələrdə iş stajı (əgər varsa)____________________________________________________________________________________

Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maliyyə-təsərrüfat sahəsində müəyyən vəzifələr tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi və ya bu növ cəza ilə bağlı məhkumluğu ödənilməsi və ya götürülməsi barədə məlumat

_______________________________________________________________________________

Daxili auditorun elektron poçt ünvanı (əgər varsa) və əlaqə

Telefonu _________________________________________________________________________________

 

 

Müşahidə Şurasının sədri

 

____________________________________

_____________________

(soyadı, adı, atasının adı)

(imza)

 

 

Tarix_________

 

M.Y

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       20 dekabr 2018-ci il tarixli 18051000017 nömrəli Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201812200017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 dekabr 2018-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 20 dekabr 2018-ci il tarixli 18051000017 nömrəli Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201812200017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 dekabr 2018-ci il) ilə “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 1.4-cü bəndində “5.3.20-ci” sözü “4.10.5-ci” sözü ilə əvəz edilmişdir, “Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırılmaqla” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status