“İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1230; 2006, № 9, maddə 822, № 11, maddə 1000; 2007, № 4, maddə 387, № 10, maddə 1021, № 12, maddə 1337; 2009, № 2, maddə 144; 2010, № 6, maddə 558; 2012, № 9, maddə 925; 2014, № 1, maddə 69, № 6, maddə 747; 2015, № 5, maddə 660; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi Qaydaları”nın 2.1.1-ci yarımbəndinin beşinci abzasına “texniki təsnifatı haqqında məlumat” sözlərindən sonra “(bu Qaydalarla müəyyən edilmiş hallarda)” sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 10 avqust 2017-ci il
№ 323