AKTIN NÖVÜ
Vergilər Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
31.07.2017
QEYDİYYAT NÖMRƏSİ
1717050000018300
ADI
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 26 iyul tarixli 1617050000008600 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar operator və satıcı arasında bağlanan xidmət müqaviləsi”ndə dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.08.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.030.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201707318300
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
17.08.2017
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 26 iyul tarixli 1617050000008600 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar operator və satıcı arasında baǧlanan xidmət müqaviləsi”ndə dəyişikliklər edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

31.07.2017

Qeydiyyat nömrəsi

1717050000018300

Adı

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 26 iyul tarixli 1617050000008600 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar operator və satıcı arasında bağlanan xidmət müqaviləsi”ndə dəyişikliklər edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

18.08.2017

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.030.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201707318300

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

17.08.2017

 

 

“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 yanvar tarixli 1201 nömrəli Fərmanının və “Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin Siyahısı”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 fevral tarixli 1220 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasının təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 17-ci hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR

 

1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 26 iyul tarixli 1617050000008600 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar operator və satıcı arasında bağlanan xidmət müqaviləsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. Giriş hissədə “rəisi (rəis müavini)” sözləri “baş direktoru (direktoru) və ya onun müavini” sözləri ilə əvəz edilsin;

1.2. 2.2.10.2-ci yarımbənddə “yalnız hava” sözləri “hava və su” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzinə tapşırılsın ki, bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində dərc edildikdən sonra bu Qərarla edilmiş dəyişikliklər nəzərə alınmaqla “Əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar operator və satıcı arasında bağlanan xidmət müqaviləsi”nin Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

 

Vergilər naziri,

1-ci dərəcəli dövlət vergi xidməti müşaviri                                             Fazil Məmmədov

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status