×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
19.07.2017
QEYDİYYAT NÖMRƏSİ
297
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2017, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 1494)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.07.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.07.2017
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişikliklər ed

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117; 2011, № 9, maddə 853; 2013, № 7, maddə 883, № 10, maddə 1232; 2014, № 1, maddə 57, № 6, maddələr 736, 752; 2015, № 4, maddə 455, № 8, maddə 967; 2016, № 5, maddə 955, № 6, maddə 1208, № 8, maddə 1435, № 11, maddə 1953; 2017, № 2, maddə 301, №4, maddə 667) ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. “Azərbaycan Milli Elmlər Akademiyası üzrə” bölməsində:

1.1.1. “Yer elmləri bölməsi”nə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

 

3.

Neft və Qaz İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

 

1.1.2. “Biologiya və Tibb elmləri bölməsi”ndə:

1.1.2.1. 6-cı hissənin dördüncü sütununa “elmlər doktoru üzrə” sözləri əlavə edilsin;

1.1.2.2. aşağıdakı məzmunda 8-ci hissə əlavə edilsin:

 

8.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

 

1.1.3. “Humanitar elmlər bölməsi”nə aşağıdakı məzmunda 6-cı hissə əlavə edilsin:

 

6.

N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

 

1.1.4. “İctimai elmlər bölməsi”nin 8-ci hissəsi ləğv edilsin;

1.2. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə” bölməsində:

1.2.1. 22-ci hissə ləğv edilsin;

1.2.2. aşağıdakı məzmunda 30-cu və 31-ci hissələr əlavə edilsin:

 

30.

Bakı Mühəndislik Universiteti

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

31.

Bakı Biznes Universiteti

fəlsəfə doktoru üzrə

___

 

1.3. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə” bölməsinə aşağıdakı məzmunda 8-ci hissə əlavə edilsin:

 

8.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu

fəlsəfə doktoru üzrə

___

 

1.4. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti üzrə” bölməsindən sonra aşağıdakı məzmunda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə” bölməsi əlavə edilsin:

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə

1.

“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu

fəlsəfə doktoru üzrə

___

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 19 iyul 2017-ci il

     № 297

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status