AKTIN NÖVÜ
Dövlət Miqrasiya Xidməti
QƏBUL EDİLDİYİ TARİX
26.09.2017
QEYDİYYAT NÖMRƏSİ
23
ADI
Bəzi normativ hüquqi aktlarda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.10.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.310.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201709260023
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
05.10.2017
Bəzi normativ hüquqi aktlarda dəyişikliklər edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı

Qəbul edildiyi tarix

26.09.2017

Qeydiyyat nömrəsi

23

Adı

Bəzi normativ hüquqi aktlarda dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

06.10.2017

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.310.010

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201709260023

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

05.10.2017

 

 

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 may tarixli 1399 nömrəli Fərmanının 2.4-cü bəndinin icrası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyası

 

QƏRARA ALIR:

 

1. “Cərimələrin internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının 2013-cü il 27 noyabr tarixli 23 nömrəli Qərarının preambulasında və həmin Qərar ilə təsdiq olunmuş “Cərimələrin internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament”in 1.3.3-cü yarımbəndində “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.

2. “Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyasının 2014-cü il 4 noyabr tarixli 09 nömrəli Qərarının preambulasında və həmin Qərar ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 1.3.3-cü yarımbəndində “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.

3. “Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyasının 2014-cü il 09 dekabr tarixli 11 nömrəli Qərarının preambulasında və həmin Qərar ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 1.3.3-cü yarımbəndində “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.

4. “Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyasının 2014-cü il 09 dekabr tarixli 12 nömrəli Qərarının preambulasında və həmin Qərar ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 1.3.3-cü yarımbəndində “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.

5. “Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyasının 2015-ci il 17 sentyabr tarixli 21 nömrəli Qərarının preambulasında və həmin Qərar ilə təsdiq olunmuş “Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 1.3.3-cü yarımbəndində “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.

6. “Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin müddətinin uzadılması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyasının 2015-ci il 17 sentyabr tarixli 22 nömrəli Qərarının preambulasında və həmin Qərar ilə təsdiq olunmuş “Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin müddətinin uzadılması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 1.3.3-cü yarımbəndində “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.

7. “Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyasının 2015-ci il 19 noyabr tarixli 28 nömrəli Qərarının preambulasında və həmin Qərar ilə təsdiq olunmuş “Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 1.3.4-cü yarımbəndində “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.

8. “Miqrasiya orqanlarında qulluğa qəbul olunmaq üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının 2016-cı il 30 iyun tarixli 6 nömrəli Qərarının preambulasında və həmin Qərar ilə təsdiq olunmuş “Miqrasiya orqanlarında qulluğa qəbul olunmaq üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 1.3.2-ci yarımbəndində “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.

9. “Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının 2016-cı il 8 iyul tarixli 7 nömrəli Qərarının preambulasında və həmin Qərar ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 1.3.3-cü yarımbəndində “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.

10. “Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyasının 2016-cı il 03 avqust tarixli 8 nömrəli Qərarının preambulasında və həmin Qərar ilə təsdiq olunmuş “Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 1.3.4-cü yarımbəndində “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.

11. Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.

 

Azərbaycan Respublikası

Dövlət Miqrasiya Xidmətinin rəisi

 

II dərəcəli dövlət

miqrasiya xidməti müşaviri

Firudin  Nəbiyev

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status