AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
16.06.1998
QEYDİYYAT NÖMRƏSİ
133
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-1998, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 429)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.06.1998
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
280.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə

Azərbaycan Respublİkasının Nazİrlər KabİnetİNİN QƏRARI

 

«Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrələri Fərmanına əsasən Azərbaycan Respublikasının  Nazirlər Kabineti qərara alır:

 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər edilmiş və qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının siyahısı təsdiq edilsin (əlavə olunur).

 2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ

Bakı şəhəri, 16 iyun 1998-ci il

                    № 133

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1998-ci il 16 iyun tarixli 133 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər edilmiş və qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının

SİYAHISI

 

1. «Azərbaycan SSR ərazisində yeraltı sulardan istifadə edilməsinə dövlət nəzarətinin gücləndirilməsi və onların qorunması tədbirləri  haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1959-cu il 29 sentyabr tarixli 830 nömrəli qərarının birinci bölməsinin 1-ci bəndinin a)  yarımbəndinin axırıncı abzasından «sudan xüsusi məqsədlər üçün istifadə etməyə» sözləri çıxarılsın.

2. «Sudan xüsusi məqsədlər üçün istifadəyə icazənin razılaşdırılması və verilməsi qaydası haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1977-ci il 2 iyul tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan SSR Hökumətinin qərarlarına edilən dəyişikliklər»in 1-ci bəndinin  b) yarımbəndindən «sudan xüsusi məqsədlər üçün istifadə etməyə» sözləri çıxarılsın.

3. «Yeraltı sulardan istifadə edilməsinin və onların qorunmasının nizama salınması tədbirləri haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1980-ci il 23 oktyabr tarixli 447 nömrəli qərarının 2-ci bəndində «Azərbaycan SSR Nazirlər Sovetinin icazəsi ilə» sözləri «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə» sözləri ilə əvəz olunsun, 3-cü bəndi çıxarılsın. [1]

4. «Təbiətin mühafizəsinin gücləndirilməsi və təbii ehtiyatlardan istifadə olunmasının yaxşılaşdırılması haqqında» Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1973-cü il 13 aprel tarixli 136 nömrəli qərarının birinci bölməsinin 1-ci bəndinin j) yarımbəndi və 7-ci  bəndi, üçüncü bölməsinin z) bəndi.

5. «Suların və onların işlədilməsinin dövlət uçotu haqqında Əsasnamənin təsdiq edilməsi barədə» SSRİ Nazirlər Sovetinin 1975-ci il 10 mart tarixli 197 nömrəli qərarı haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1975-ci il 27 mart tarixli 78 nömrəli qərarı.

6. «Su obyektlərinin ayrıca istifadəyə verilməsi və ayrıca istifadədən alınması haqqında təkliflər verilməsi və bu təkliflərə baxılması qaydası barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1975-ci il 14 noyabr tarixli 363 nömrəli qərarı.

 7. «Sudan xüsusi məqsədlər üçün istifadəyə icazənin razılaşdırılması və verilməsi qaydası haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1977-ci il 2 iyul tarixli 216 nömrəli qərarı (dördüncü bölmə istisna olmaqla).

 8. «Suların istifadəsi və mühafizəsi üzərində dövlət nəzarəti haqqında Əsasnamənin təsdiq edilməsi barədə» SSRİ Nazirlər Sovetinin 1979-cu il 22 iyun tarixli 591 nömrəli qərarı haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1979-cu il 19 iyul tarixli 280 nömrəli qərarının birinci  bölməsinin 1-ci bəndi.

 9. «Azərbaycan SSR Nazirlər Sovetinin «Sudan xüsusi məqsədlər üçün istifadəyə icazənin razılaşdırılması və verilməsi qaydası haqqında» 1977-ci il 2 iyul tarixli 216 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 25 fevral  tarixli 119 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər edilmiş və qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının Siyahısı"nın 3-cü bəndində "Azərbaycan Respublikasının Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin" sözləri "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status