AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
09.10.2017
QEYDİYYAT NÖMRƏSİ
3287
ADI
“Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 10-10-2017, Nəşr Nömrəsi: 221), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2017, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1832)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
10.10.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
060.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201710093287
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
10.10.2017
“Məntəqə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsinə dair

“Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə dövlət orqanları arasında daha səmərəli koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə, “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:

1. “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planının icrasını əlaqələndirsin və icranın gedişi barədə hər yarımildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 oktyabr 2017-ci il

                    № 3287

 

 


 

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair [2]

 

Tədbirlər Planı

 

Sıra

№-si

Tədbirlərin adı

İcraçılar

İcra müddəti

Gözlənilən nəticə

1. Normativ hüquqi aktların təkmilləşdirilməsi

1.1. [3]

Qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda və digər normativ hüquqi aktlarda dəyişikliklər barədə layihələr hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi

 

Tövsiyə edilir: Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

2018-ci ilin iyul ayınadək

qeyri-formal məşğulluğun qarşısının alınması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi

1.2.

Vergi və məcburi dövlət sosial sığorta haqqının ödənişlərindən yayınma məqsədilə əmək münasibətləri prosesində mülki-hüquqi münasibətlər formasından sui-istifadə hallarının qarşısının alınmasını təmin etmək üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda dəyişikliklər barədə layihələr hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi

 

Tövsiyə edilir: Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

2018-ci ilin iyul ayınadək

əmək və mülki münasibətlərin fərqləndirilməsi nəticəsində işçilərin sosial müdafiə hüquqlarının təmin edilməsi

1.3. [4]

Məcburi dövlət sosial sığorta yükünün işəgötürənlər və işçilər arasında optimal bölünməsi ilə əlaqədar beynəlxalq təcrübənin öyrənilməsi əsasında qanunvericilikdə dəyişikliklər barədə layihələr hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi

 

Tövsiyə edilir: Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

2018-ci ilin iyul ayınadək

işəgötürənlərin qeyri-formal məşğulluqdan çəkindirilməsinin stimullaşdırılması

1.4.

Yeni yaradılmış kiçik və orta sahibkarlıq subyektlərinə işçi sayından və əməkhaqqı fondundan asılı olaraq, müvəqqəti vergi güzəştlərinin tətbiqi istiqamətində tədbirlər görülməsi

Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi

 

Tövsiyə edilir: Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

2018-ci ilin iyul ayınadək

işəgötürənlərin işçilərin əmək münasibətlərini rəsmiləşdirməyə stimullaşdırılması

1.5.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində aşağıdakılarla bağlı dəyişikliklərin edilməsi istiqamətində tədbirlər görülməsi:

a) vergi krediti sisteminin tətbiq edilməsi;

b) sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ ödəyənlərin fəaliyyətini tənzimləyən prosedurların sadələşdirilməsi;

c) fəaliyyət sahələrinin əhatə dairəsinin genişləndirilməsi

Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi

 

Tövsiyə edilir: Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

2018-ci ilin sentyabr ayınadək

əmək münasibətlərinin rəsmiləşdirilməsi və sistemləşdirilməsi mexanizminin təkmilləşdirilməsi

1.6. [5]

Qeyri-formal məşğulluğun aşkar edilərək qarşısının alınmasında icbari tibbi sığortanın imkanlarından istifadə edilməsi məqsədilə tədbirlər görülməsi

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

2018-ci ilin noyabr ayınadək

əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün əlavə təminat sisteminin yaradılması

1.7.

İşsizlikdən sığorta sisteminin tətbiqinin sürətləndirilməsi

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2017-ci ilin sonunadək

rəsmi əmək münasibətlərinin dəstəklənməsi və stimullaşdırılması

1.8. [6]

Sifarişçi ilə podratçı, podratçı ilə subpodratçı arasında bağlanılan tikinti və təmir müqavilələrində tikinti və təmirin ümumi dəyəri, əməkhaqqı fondu, əmək məsrəfi (işçilərin sayı), təqvim planı, əldə olunacaq mənfəətin (gəlirin), vergi və sosial sığorta haqlarının həcmi ilə bağlı müddəaların məcburi əks etdirilməsi ilə əlaqədar qanunvericilikdə dəyişikliklər edilməsinə dair təkliflərin hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi

 

Tövsiyə edilir: Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası

2018-ci ilin iyul ayınadək

tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması mexanizminin təkmilləşdirilməsi

1.9. [7]

Qeyri-formal məşğulluğun aşkar olunması və bununla əlaqədar cərimə və sanksiyaların tətbiqi ilə yanaşı, həmin şəxslərin cərimə tətbiq edildiyi tarixdən bir il müddətinə dövlət satınalmasında iştirakının məhdudlaşdırılmasının qanunvericilikdə təsbit olunmasına dair təkliflərin hazırlanması

İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

Tövsiyə edilir: Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

2018-ci ilin iyul ayınadək

qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində işəgötürənlərin məsuliyyətinin artırılması

1.10.

Büdcədən maliyyələşdirilən təşkilatlarda tətbiq olunan əməyin ödənişi sisteminə yenidən baxılması, əməkhaqqının məbləğinə iqtisadi risklərin təsirlərini və əməyin keyfiyyət parametrlərini nəzərdə tutan vahid və çevik əməyin ödənişi sisteminin yaradılması ilə bağlı təkliflərin hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi

 

Tövsiyə edilir: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

2018-ci ilin iyul ayınadək

rəsmi əmək münasibətlərinin dəstəklənməsi və stimullaşdırılması

1.11.

Qeyri-formal məşğulluğun xarakterik olduğu iqtisadi fəaliyyət sahələrində (pərakəndə ticarət, iaşə, nəqliyyat, turizm, xidmət və s.) qeydiyyatsız əmək fəaliyyətinin qarşısının alınması məqsədilə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və həmin sahələrdə fəaliyyətin gücləndirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi

2018-ci ilin iyul ayınadək

ayrı-ayrı iqtisadi fəaliyyət sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması üçün təsirli və spesifik mexanizmlərin yaradılması

1.12.

Qeyri-formal məşğulluğun qarşısının alınması üzrə həyata keçirilən nəzarət tədbirlərində videoçəkilişlərin aparılması və elektron protokolların tərtibi ilə bağlı qanunvericilik aktlarında dəyişikliklər edilməsi ilə əlaqədar təkliflərin təqdim edilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi

 

Tövsiyə edilir: Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

2018-ci ilin iyul ayınadək

qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində nəzarət mexanizminin gücləndirilməsi

1.13.

Peşə standartlarının normativ hüquqi bazasının yaradılması və əhatə dairəsinin genişləndirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

2018-ci il oktyabr ayınadək

əmək bazarında səriştəli işçi qüvvəsinin artımı və onların əmək hüquqları və vəzifələri haqqında yüksək maariflənmə səviyyəsinə nail olması

2. İnzibatçılığın təkmilləşdirilməsi

2.1. [8]

Qeyri-formal məşğulluğun leqallaşdırılmasını könüllü təmin edən sahibkarlıq subyektlərinə münasibətdə sosial sığorta amnistiyasının tətbiq edilməsi mexanizminin hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi

 

Tövsiyə edilir: Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası

2018-ci ilin iyul ayınadək

işəgötürənlərin əmək münasibətlərini rəsmiləşdirməyə həvəsləndirilməsi

2.2. [9]

Qeyri-formal məşğulluğun leqallaşdırılması ilə bağlı əmək müfəttişliklərində hüquqi yardım mərkəzlərinin yaradılması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2018-ci ilin iyul ayınadək

qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində çalışanların peşəkarlığının artırılması

2.3.

İşçilərin rəsmi məşğulluğa marağının artırılması məqsədilə ipoteka kreditlərinin verilməsində və digər sosial layihələrdə əmək stajı müddətinin stimullaşdırıcı amil kimi nəzərə alınması imkanlarının araşdırılması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi [10]

2018-ci ilin iyul adadək

işçilərin əmək münasibətlərini rəsmiləşdirməyə marağın gücləndirilməsi

2.4. [11]

Tikintiyə elektron hökumət portalı üzərindən icazə verilməsinə dair xüsusi elektron qeydiyyat sisteminin yaradılması və həmin sistemə Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışının təmin edilməsi istiqamətində tədbirlər görülməsi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları

2018-ci ilin iyul ayınadək

tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində mexanizmin təkmilləşdirilməsi

2.5.

Sahibkarlıq subyektlərinin təqdim etdiyi dövri hesabatların “Elektron hökumət” portalı vasitəsilə “bir pəncərə” prinsipi əsasında təqdimatına dair təkliflərin hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Statistika Komitəsi

 

Tövsiyə edilir: Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası

2018-ci ilin iyul ayınadək

biznes mühitinin yaxşılaşdırılması, müəssisələrin inzibati xərclərinin azaldılması

2.6. [12]

Aktiv məşğulluq tədbirlərinin, xüsusilə özünüməşğulluğun genişləndirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

 

Tövsiyə edilir: Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

davamlı

əhalinin gəlirlərinin artırılması, ələbaxımlığın azaldılması, işaxtaran və işsiz şəxslərin dövlətin sosial-iqtisadi inkişafına fəal cəlb edilməsi və iqtisadiyyatda əlavə dəyərin yaradılması prosesində birbaşa iştirakı

3. Qeyri-formal məşğulluğun qarşısının alınmasında nəzarət tədbirlərinin gücləndirilməsi [13]

3.1.

Mövcud nəzarət mexanizminin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, yeni və müasir nəzarət metodlarının hazırlanması və tətbiqi

Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

 

Tövsiyə edilir: Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

2018-ci ilin sonunadək

məşğulluğun rəsmiləşdirilməsinə nəzarət mexanizminin təkmilləşdirilməsi

3.2. [14]

Qeyri-formal məşğulluğun leqallaşdırılması ilə bağlı nəzarət funksiyaları olan orqanların birgə fəaliyyətinin və koordinasiyasının təmin edilməsi və qeyri-formal məşğulluğun aşkar edilməsi məqsədilə yoxlamaların həyata keçirilməsi formalarının təkmilləşdirilməsi və səmərəsinin artırılması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

 

Tövsiyə edilir: Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası [15]

davamlı

qeyri-formal məşğulluğun qarşısının alınmasında dövlət qurumlarının fəaliyyətinin koordinasiyası

3.3.

Əmək müqavilələri bildirişi üzrə elektron informasiya sisteminin digər dövlət qurumlarının əmək ehtiyatları ilə əlaqəli olan informasiya ehtiyatlarına inteqrasiyası əsasında ölkə üzrə əmək münasibətlərinə vahid elektron nəzarət informasiya ehtiyatının formalaşdırılması istiqamətində tədbirlər görülməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

2018-ci ilin iyul ayınadək

məşğulluğun rəsmiləşdirilməsinə nəzarət mexanizminin təkmilləşdirilməsi

3.4. [16]

Məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələrinin fəaliyyətinin gücləndirilməsi

Yerli icra hakimiyyəti orqanları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

davamlı

regional səviyyədə qeyri-formal məşğulluğa nəzarətin gücləndirilməsi

3.5. [17]

İctimai təşkilatların və sosial tərəfdaşların qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində fəaliyyətinin dəstəklənməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

 

Tövsiyə edilir: Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

davamlı

qeyri-formal məşğulluğun qarşısının alınmasında ictimai nəzarət mexanizminin təmin edilməsi

3.6. [18]

Əmək müfəttişliyinin potensialının və fəaliyyətinin səmərəliliyinin artırılması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi

2018-ci ilin iyul ayınadək

qeyri-formal məşğulluğun qarşısının alınmasında inzibatçılığın gücləndirilməsi

4. Monitorinq və qiymətləndirmə sisteminin qurulması

4.1.

Məşğulluqla bağlı statistik göstəricilərin təkmilləşdirilməsi, regionlar və iqtisadi sahələr, cins və yaş qrupları üzrə statistikanın formalaşdırılması

Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi

davamlı

məşğulluq sahəsində statistikanın təkmilləşdirilməsi

4.2. [19]

Qeyri-formal məşğulluğun səviyyəsinin müəyyənləşdirilməsi üçün qeyri-formal məşğulluqla bağlı monitorinq və qiymətləndirmələrin aparılması

Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi

davamlı

qeyri-formal məşğulluğun səviyyəsinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi

4.3.

Yeni iş yerlərinin yaradılması barədə məlumatların yalnız dövlət məşğulluq xidməti orqanlarına verilən vakansiyalarla təsdiq olunduqdan sonra dövlət məşğulluq orqanları tərəfindən Dövlət Statistika Komitəsinə təqdim edilməsi qaydasının tətbiqi

Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2018-ci ilin iyul ayınadək

statistikanın və nəzarətin təkmilləşdirilməsi

4.4.

Ölkədə əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi və əmək statusunun monitorinqinin təkmilləşdirilməsi

Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Vergilər Nazirliyi

2018-ci ilin iyul ayınadək

əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərlə bağlı statistikanın və nəzarətin təkmilləşdirilməsi

4.5. [20]

Ölkədaxili miqrasiya üzrə statistik göstəricilərin hazırlanması, əmək resurslarının ölkədaxili miqrasiyasının monitorinqinin aparılması imkanlarının araşdırılması və təşkili

Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları, Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi

2018-ci ilin iyul ayınadək

qeyri- formal məşğulluğun qarşısını almaq məqsədilə ölkədaxili əmək miqrasiyasının izlənilməsi və qiymətləndirilməsi

4.6.

Hər il üçün əmək ehtiyatları balansının tərtib edilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, yerli icra hakimiyyəti orqanları

2019-cu ildən başlayaraq

respublikada mövcud olan əmək resurslarından effektiv istifadə edilməsi, əmək ehtiyatlarının mobilliyinin təmin olunması

5. Qeyri-formal məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkili [21]

5.1. [22]

Qeyri-formal məşğulluqla mübarizə tədbirləri barədə genişmiqyaslı maarifləndirmə, məlumatlandırma və təbliğat kampaniyasının keçirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti

 

Tövsiyə edilir: İctimai Televiziya, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

davamlı

qeyri-formal məşğulluğun aradan qaldırılmasında maarifləndirmə işinin artırılması

5.2.

Qeyri-formal məşğulluğun aradan qaldırılmasına dair konfransların və seminarların keçirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi [23]

 

Tövsiyə edilir: Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

davamlı

qeyri-formal məşğulluğun aradan qaldırılmasında təbliğatın artırılması

5.3.

Qeyri-formal məşğulluğun mənfi nəticələrinin, formal məşğulluğun üstünlüklərinin kütləvi informasiya vasitələri ilə ictimaiyyətin diqqətinə çatdırılması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti

 

Tövsiyə edilir: İctimai Televiziya və Radio Yayımları Şirkəti, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

davamlı

qeyri-formal məşğulluğun qarşısının alınmasında kütləvi informasiya vasitələrinin rolunun artırılması

5.4. [24]

Qeydiyyatdan yayınma hallarına daha çox rast gəlinən iqtisadiyyat sahələrindəki fəaliyyət subyektlərində qeyri-formal məşğulluğun ictimai qınaq obyektinə çevrilməsinə hədəflənən təşviqat kampaniyasının təşkili

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

 

Tövsiyə edilir: İctimai Televiziya və Radio Yayımları Şirkəti, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

davamlı

qeyri-formal məşğulluğa qarşı təbliğatın gücləndirilməsi

5.5. [25]

Qeyri-formal məşğulluğa qarşı reklam çarxlarının, stendlərin, broşürlərin, məlumat vərəqələrinin hazırlanması və nümayişi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti

 

Tövsiyə edilir: İctimai Televiziya və Radio Yayımları Şirkəti, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası

davamlı

qeyri-formal məşğulluğun yaratdığı fəsadlar barədə əhalinin məlumatlandırılması

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 10 may 2018-ci il tarixli 52 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 may 2018-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 920)
  2. 1 iyun 2018-ci il tarixli 106 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1196)
  3. 14 iyun 2019-cu il tarixli 1247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 iyun 2019-cu il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1085)
  4. 4 avqust 2022-ci il tarixli nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 iyun 2019-cu il tarixli 1247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 iyun 2019-cu il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1085) ilə adında və 1-ci hissədə “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilmişdir.

 

[2] 14 iyun 2019-cu il tarixli 1247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 iyun 2019-cu il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1085) ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın adında “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilmişdir.

 

[3] 14 iyun 2019-cu il tarixli 1247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 iyun 2019-cu il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1085) ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 1.1-ci bəndin “Tədbirlərin adı” sütununda “Qeyri-rəsmi” sözləri “Qeyri-formal" sözləri ilə əvəz edilmişdir, “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilmişdir.

 

[4] 14 iyun 2019-cu il tarixli 1247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 iyun 2019-cu il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1085) ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 1.3-cü bəndin “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilmişdir.

 

[5] 14 iyun 2019-cu il tarixli 1247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 iyun 2019-cu il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1085) ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 1.6-cı bəndin “Tədbirlərin adı” sütununda “Qeyri-rəsmi” sözləri “Qeyri-formal” sözləri ilə əvəz edilmişdir.

 

[6] 14 iyun 2019-cu il tarixli 1247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 iyun 2019-cu il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1085) ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 1.8-ci bəndin “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilmişdir.

 

[7] 14 iyun 2019-cu il tarixli 1247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 iyun 2019-cu il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1085) ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 1.9-cu, 1.11-ci və 1.12-ci bəndlərin “Tədbirlərin adı” sütununda “Qeyri-rəsmi” sözləri “Qeyri-formal” sözləri ilə əvəz edilmişdir, “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi” sözləri "qeyri-formal” sözləri ilə əvəz edilmişdir.

 

[8] 14 iyun 2019-cu il tarixli 1247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 iyun 2019-cu il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1085) ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 2.1-ci bəndin “Tədbirlərin adı” sütununda “Qeyri-rəsmi əmək münasibətlərinin” sözləri “Qeyri-formal məşğulluğun” sözləri ilə əvəz edilmişdir.

 

[9] 14 iyun 2019-cu il tarixli 1247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 iyun 2019-cu il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1085) ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 2.2-ci bəndin “Tədbirlərin adı” sütununda “Qeyri-rəsmi əmək münasibətlərinin” sözləri “Qeyri-formal məşğulluğun” sözləri ilə əvəz edilmişdir, “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilmişdir.

 

[10] 10 may 2018-ci il tarixli 52 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 may 2018-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 920) ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 2.3-cü bəndinin “İcraçılar” sütununda “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” sözləri ilə əvəz edilmişdir.

 

1 iyun 2018-ci il tarixli 106 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1196) ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 2.3-cü bəndinin “İcraçılar” sütunundan “Prezidenti yanında” sözləri çıxarılmışdır.

 

[11] 14 iyun 2019-cu il tarixli 1247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 iyun 2019-cu il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1085) ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 2.4-cü bəndin “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilmişdir.

 

[12] 14 iyun 2019-cu il tarixli 1247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 iyun 2019-cu il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1085) ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 2.6-cı bəndin “Tədbirlərin adı" sütununda “proqramlarının” sözü “tədbirlərinin” sözü ilə əvəz edilmişdir, “Gözlənilən nəticə” sütununda “vətəndaşların” sözü “şəxslərin” sözü ilə əvəz edilmişdir.

 

[13] 14 iyun 2019-cu il tarixli 1247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 iyun 2019-cu il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1085) ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 3-cü hissənin adında “Qeyri-rəsmi” sözləri “Qeyri-formal” sözləri ilə əvəz edilmişdir.

 

[14] 14 iyun 2019-cu il tarixli 1247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 iyun 2019-cu il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1085) ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 3.2-ci bəndin "Tədbirlərin adı” sütununda “Qeyri-rəsmi əmək münasibətlərinin” sözləri “Qeyri-formal məşğulluğun” sözləri ilə və “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilmişdir, “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilmişdir.

 

[15] 4 avqust 2022-ci il tarixli 3408 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164) ilə “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 3.2-ci, 4.1-ci, 4.2-ci, 5.1-ci, 5.3-cü və 5.4-cü bəndlərin “İcraçılar” sütunundan “, Vergilər Nazirliyi” sözləri çıxarılmışdır.

 

[16] 14 iyun 2019-cu il tarixli 1247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 iyun 2019-cu il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1085) ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 3.4-cü bəndin “Tədbirlərin adı” sütununda “Yerli icra hakimiyyəti orqanları yanında məşğulluğa kömək üzrə” sözləri “Məşğulluğa kömək göstərən yerli” sözləri ilə əvəz edilmişdir, “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilmişdir.

 

[17] 14 iyun 2019-cu il tarixli 1247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 iyun 2019-cu il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1085) ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 3.5-ci bəndin “Tədbirlərin adı” sütununda “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilmişdir, “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilmişdir.

 

[18] 14 iyun 2019-cu il tarixli 1247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 iyun 2019-cu il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1085) ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 3.6-cı bəndin “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi” sözləri “qeyri- formal” sözləri ilə əvəz edilmişdir.

 

[19] 14 iyun 2019-cu il tarixli 1247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 iyun 2019-cu il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1085) ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 4.2-ci bəndin “Tədbirlərin adı” sütununda “Qeyri-rəsmi” sözləri “Qeyri-formal” sözləri ilə və “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilmişdir, “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi" sözləri “qeyri-formal” sözləri ilə əvəz edilmişdir.

 

[20] 14 iyun 2019-cu il tarixli 1247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 iyun 2019-cu il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1085) ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 4.5-ci bəndin “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilmişdir.

 

[21] 14 iyun 2019-cu il tarixli 1247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 iyun 2019-cu il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1085) ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 5-ci hissənin adında “Qeyri-rəsmi” sözləri “Qeyri-formal” sözləri ilə əvəz edilmişdir.

 

[22] 14 iyun 2019-cu il tarixli 1247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 iyun 2019-cu il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1085) ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 5.1–5.3-cü bəndin “Tədbirlərin adı” sütununda “Qeyri-rəsmi” sözləri “Qeyri-formal” sözləri ilə əvəz edilmişdir, “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilmişdir.

 

[23] 4 avqust 2022-ci il tarixli 3408 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164) ilə “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 5.2-ci və 5.5-ci bəndlərin “İcraçılar” sütununda “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilmişdir.

 

[24] 14 iyun 2019-cu il tarixli 1247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 iyun 2019-cu il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1085) ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 5.4-cü bəndin “Tədbirlərin adı” sütununda “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilmişdir, “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilmişdir.

 

[25] 14 iyun 2019-cu il tarixli 1247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 iyun 2019-cu il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1085) ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 5.5-ci bəndin “Tədbirlərin adı” sütununda “Qeyri-rəsmi” sözləri “Qeyri-formal” sözləri ilə əvəz edilmişdir, “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status