AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
10.10.2017
QEYDİYYAT NÖMRƏSİ
1628
ADI
“Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 11-10-2017, Nəşr Nömrəsi: 222), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2017, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1795)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.10.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
340.070.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201710101628
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
11.10.2017
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 oktyabr 2017-ci il

     № 1628

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

 

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin

 

NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi (bundan sonra – Məktəb) ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.

1.2. Məktəb hüquqi şəxsdir, müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, o cümlədən hərbi əmlaka, xəzinə və bank hesablarına, döyüş bayrağına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra - Müdafiə Nazirliyi) və özünün adı həkk olunmuş möhürə, ştamplara və blanklara malikdir.

1.3. Məktəbin fəaliyyətinin əsas məqsədi Azərbaycan Ordusu üçün xüsusi ixtisaslar üzrə ali təhsilli zabit kadrları hazırlamaq və müvafiq elmi sahələr üzrə tədqiqat işləri aparılmasını təşkil etməkdir.

1.4. Məktəb öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası müdafiə nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini və bu Nizamnaməni rəhbər tutur.

1.5. Məktəb dövlət orqanları və digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

1.6. Məktəb “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyə hesabatlarını təqdim edir, fəaliyyətinin nəticələri barədə Müdafiə Nazirliyinə hesabat verir.

1.7. Məktəb Bakı şəhərində yerləşir.

 

2. Məktəbin fəaliyyətinin əsas istiqamətləri

 

2.1. Məktəbin fəaliyyətinin əsas istiqamətləri tədris, təlim-tərbiyə, metodik, elmi tədqiqat və redaksiya-nəşriyyat işlərindən ibarətdir.

2.2. Tədris işi hərbi-nəzəri və hərbi-praktiki biliklərə yiyələnmiş, intellektual təfəkkürə malik, taktiki səviyyədə komanda və digər vəzifələrdə xidmət etmək üçün ali təhsilli zabit kadrları hazırlamaqdan, əlavə təhsili və təlim məşğələlərini həyata keçirməkdən, kurs və buraxılış işlərinə, təcrübi məşğələlərə rəhbərlik etməkdən ibarətdir.

2.3. Təlim-tərbiyə işi şəxsiyyətin formalaşması üçün mütəşəkkil təşkil olunmuş məqsədyönlü prosesdir və hərbi vətənpərvərlik, mənəvi-əxlaqi, estetik tərbiyə, hüquqi və fiziki hazırlıq məsələlərinin həllinə kompleks yanaşma əsasında tədris prosesi ilə birgə aparılır.

2.4. Təlim-tərbiyə işinin mahiyyəti aşağıdakılardan ibarətdir:

2.4.1. dəyişən heyətə vətənpərvərlik hissləri aşılamaq, onları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət ruhunda tərbiyə etmək;

2.4.2. dəyişən heyətə dövlətə, xalqa sədaqət, xidməti borcun yerinə yetirilməsinə məsuliyyətlə yanaşma, yüksək intizam və mənəviyyat, mətinlik, fiziki dözümlülük və hərbi peşəkarlıq keyfiyyətlərini aşılamaq;

2.4.3. dəyişən heyətin hərbi nizam-intizamını, döyüş hazırlığını təmin etmək;

2.4.4. dəyişən heyətin milli və ümumbəşəri dəyərlərə yiyələnməsini təmin etmək.

2.5. Metodik işin məqsədi bütün növ tədris məşğələlərinin keçirilməsi metodikasını təkmilləşdirmək, onun keyfiyyətini və effektivliyini artırmaq, rəhbər heyətin, professor-müəllim heyətinin və təhsilalanların komandirlərinin peşə səviyyəsini artırmaqdır.

2.6. Metodik işin əsas formaları aşağıdakılardır:

2.6.1. tədris məşğələlərinin, təlim-tərbiyə işinin aparılması və təminatı üçün tədris-metodik sənədlərin işlənilməsi;

2.6.2. rəhbər heyətin, professor-müəllim heyətinin və təhsilalanların komandirlərinin pedaqoji ustalıqlarının artırılması, bu məqsədlə tədris-metodiki toplantı, müşavirə, elmi-metodik konfrans, seminar və metodiki məşğələlərin keçirilməsi;

2.6.3. tədris məşğələlərinə nəzarətin təşkili və aparılması;

2.6.4. pedaqoji (metodiki) təcrübənin keçirilməsi və onun nəticələrinin tədris prosesinə tətbiqi;

2.6.5. tədris və təlim-tərbiyə prosesi metodikasına elmi şura, fakültə və kafedra iclaslarında baxılması.

2.7. Məktəbin elmi fəaliyyəti elmin müvafiq sahələrinin inkişafına və elmi tədqiqatların nəticələrinin tədris prosesində tətbiqinə yönəldilir.

2.8. Elmi tədqiqat işinin mahiyyəti aşağıdakılardır:

2.8.1. dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, məcmuələr, elmi məqalələr, mühazirə, elmi-metodik və konfrans materialları, məlumat bülletenləri hazırlamaq;

2.8.2. elmi araşdırmalar aparmaq;

2.8.3. elmi tədqiqat işlərinin aparılmasını təşkil etmək və həmin sahədə metodik kömək göstərmək.

2.9. Redaksiya-nəşriyyat işinin mahiyyəti dərsliklərin, dərs vəsaitlərinin, tədris-metodik vəsaitlərin, monoqrafiyaların, məcmuələrin, elmi məqalələrin, elmi-metodik və konfrans materiallarının, məlumat bülletenlərinin və digər materialların redaktə edilməsi və nəşrindən ibarətdir.

 

3. Məktəbin vəzifələri və hüquqları

 

3.1. Məktəbin vəzifələri aşağıdakılardır:

3.1.1. Azərbaycan Ordusu üçün xüsusi ixtisaslar üzrə ali təhsilli zabit kadrları hazırlamaq, tələbata uyğun olaraq əlavə təhsili həyata keçirmək;

3.1.2. təhsil proqramlarını və tədris planlarını hazırlamaq;

3.1.3. dəyişən heyətin attestasiyasını keçirmək;

3.1.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, təhsil haqqında dövlət sənədlərini və təhsilə dair digər sənədləri vermək; [2]

3.1.5. tədris prosesinin maddi-texniki təminatını həyata keçirmək, bina və otaqları mövcud norma və tələblərə uyğun qurmaq;

3.1.6. təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək, dəyişən heyətin intellektual, mədəni və mənəvi inkişafını təmin etmək, peşəkarlıq xüsusiyyətlərini formalaşdırmaq;

3.1.7. fəaliyyət sahəsi üzrə elmi tədqiqat işlərinin aparılmasını təşkil etmək;

3.1.8. Məktəbə ayrılan maliyyə vəsaitinin təyinatı üzrə istifadə olunmasını təmin etmək;

3.1.9. təhsil prosesinin təmin edilməsi üçün tədris, tədris-metodik, elmi ədəbiyyat, köməkçi materiallar hazırlamaq və nəşr etmək, maddi-tədris bazasını təkmilləşdirmək və inkişaf etdirmək;

3.1.10. dövlət sirrinin və məxfilik rejiminin qorunması və təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlər görmək;

3.1.11. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

3.2. Məktəbin aşağıdakı hüquqları vardır:

3.2.1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq, tədris prosesini sərbəst həyata keçirmək;

3.2.2. Məktəbin tədris, metodik, elmi tədqiqat və analitik-informasiya fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək;

3.2.3. tədris prosesinin metodiki təminatını təşkil etmək və təkmilləşdirmək, təlimin forma və metodlarını müəyyən etmək;

3.2.4. iclaslar, seminarlar, konfranslar təşkil etmək və həyata keçirmək;

3.2.5. Müdafiə Nazirliyinin və Məktəbin fəaliyyəti ilə bağlı redaksiya-nəşriyyat işlərini həyata keçirmək;

3.2.6. Məktəbin hərbi qulluqçularına və işçilərinə fəxri adlar, dövlət təltifləri və mükafatlar verilməsi üçün Müdafiə Nazirliyi qarşısında vəsatət qaldırmaq;

3.2.7. Müdafiə Nazirliyinin təlim mərkəzlərindən istifadə etmək;

3.2.8. Məktəbin strukturunun təkmilləşdirilməsi, ştat cədvəlində dəyişikliklər edilməsi və maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı Müdafiə Nazirliyinə təkliflər vermək;

3.2.9. Məktəbin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən zəruri məlumatların alınması barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.10. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, beynəlxalq təşkilatlarla, xarici dövlətlərin təhsil müəssisələri və müvafiq qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;

3.2.11. Məktəbin fəaliyyətinin təşkili məqsədi ilə qanunvericiliyə zidd olmayan aktlar qəbul etmək;

3.2.12. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

4. Məktəbin strukturu və idarə olunması

 

4.1. Məktəbin strukturunu, ştat cədvəlini və xərclər smetasını Azərbaycan Respublikasının müdafiə naziri (bundan sonra–müdafiə naziri) təsdiq edir.

4.2. Məktəbin strukturuna komandanlıq, tədris şöbəsi, fakültələr, kafedralar, kursant taborları və bölükləri, digər şöbələr və xidməti bölmələr daxildir.

4.3. Məktəbin komandanlığı Məktəbin rəisindən və onun müavinlərindən ibarətdir.

4.4. Məktəbin rəisi müdafiə nazirinin təqdimatına əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Məktəb rəisinin müavinlərini müdafiə naziri vəzifəyə təyin və vəzifədən azad edir.

4.5. Məktəbin fəaliyyətinə ümumi rəhbərliyi Müdafiə Nazirliyi həyata keçirir.

4.6. Məktəbin fəaliyyətinə bilavasitə rəhbərliyi Məktəbin rəisi həyata keçirir.

4.7. Məktəbin rəisi:

4.7.1. bütün şəxsi heyətin birbaşa rəisi olmaqla, Məktəbin fəaliyyətini təşkil edir və Məktəbə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır;

4.7.2. Məktəbin təhsil, təlim-tərbiyə, tədris-metodik, elmi tədqiqat, redaksiya-nəşriyyat və maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edir;

4.7.3. Məktəbin struktur bölmələrinin fəaliyyətini tənzimləyən sənədləri təsdiq edir;

4.7.4. Məktəbdə daxili intizam və günün nizam qaydalarını təsdiq edir;

4.7.5. Azərbaycan Respublikasının dövlət orqanları və digər qurumları ilə, habelə beynəlxalq təşkilatlarla münasibətdə Məktəbi təmsil edir;

4.7.6. Məktəbin rəis müavinlərinin və digər vəzifəli şəxslərinin vəzifə borclarını müəyyən edir;

4.7.7. Məktəbin ştat cədvəli, struktur bölmələrinin yaradılması, yenidən təşkili və ləğvi barədə Müdafiə Nazirliyinə təkliflər verir;

4.7.8. Məktəbdə maddi vəsaitlərin uçotunu təşkil edir;

4.7.9. müdafiə nazirinin və onun müavinlərinin əmr və sərəncamlarında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;

4.7.10. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində Məktəbin şəxsi heyəti üçün icrası məcburi olan əmr və göstərişlər verir;

4.7.11. şəxsi heyətə hərbi rütbələrin verilməsi, şəxsi heyətin vəzifələrə təyin olunması və təltif edilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırır;

4.7.12. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə uyğun olaraq, Məktəbin müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına növbəti “kiçik çavuş” və “çavuş” hərbi rütbələri verir;

4.7.13. daimi və dəyişən heyətin pul təminatını, əməyinin ödənilməsini və mükafatlandırılmasını təşkil edir;

4.7.14. kargüzarlıq və arxiv işinin aparılmasını, dövlət sirrinin qorunmasını, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini və məxfilik rejiminə riayət olunmasını təmin edir;

4.7.15. Məktəbin fəaliyyəti ilə bağlı onun Elmi Şurasının səlahiyyətlərinə aid edilməyən digər məsələləri həll edir;

4.7.16. Məktəbin Elmi Şurasının tərkibinə dair müdafiə nazirinə təkliflər verir, Məktəbin Elmi Şurasının işini təşkil edir və digər məşvərətçi orqanlarına rəhbərlik edir;

4.7.17. vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir.

4.8. Məktəb rəisinin müavinləri Məktəbin rəisinə tabedirlər və Məktəbin şəxsi heyətinin birbaşa rəisləridirlər. Məktəbin rəisi olmadıqda və ya üzrlü səbəblərdən öz səlahiyyətlərini icra edə bilmədikdə, Məktəb rəisinin müavinlərindən biri onun səlahiyyətlərini həyata keçirir.

4.9. Məktəbdə tədris, tədris-metodik və elmi tədqiqat işləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Müdafiə Nazirliyinin normativ hüquqi aktlarına uyğun təşkil edilir.

4.10. Məktəbin fəaliyyətinin mühüm məsələlərinin müzakirəsi üçün ali idarəetmə orqanı – Məktəbin Elmi Şurası (bundan sonra - Elmi Şura) yaradılır.

4.11. Elmi Şuranın tərkibini Məktəb rəisinin təqdimatı ilə Müdafiə Nazirliyinin Aparatının strukturunda Məktəbin fəaliyyətinə cavabdeh olan rəis (bundan sonra – Məktəbin tabe olduğu rəis) təsdiq edir. Elmi Şuranın tərkibinə Məktəbin rəisi (Elmi Şuranın sədri), Məktəb rəisinin müavinləri, elmi katib, şöbə, fakültə və kafedra rəisləri daxildirlər. Elmi Şuranın professor-müəllim heyətindən və elmi əməkdaşlardan olan digər üzvləri müvafiq kollektivlərin iclaslarında gizli səsvermə yolu ilə seçilirlər. Məktəb rəisinin vəsatətinə əsasən, Elmi Şuranın tərkibinə digər şəxslər də daxil edilə bilərlər.

4.12. Məktəb rəisinin tədris işlərinə cavabdeh olan müavini Elmi Şura sədrinin müavinidir. Elmi Şura üzvlərindən biri Elmi Şuranın katibi seçilir. Elmi Şuranın səlahiyyət müddəti 3 ildir. Elmi Şuranın üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar Elmi Şuranın üzvlərinin azı üçdə iki hissəsinin səs çoxluğu ilə qəbul edilir.

4.13. Elmi Şuranın fəaliyyəti Müdafiə Nazirliyinin və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin normativ hüquqi aktlarına uyğun təşkil edilir. Elmi Şura ictimai əsaslarla fəaliyyət göstərir.

4.14. Elmi Şuranın qərarları Məktəb rəisinin əmrləri ilə təsdiq edilir.

4.15. Elmi Şura:

4.15.1. Məktəbin perspektiv inkişaf planının layihələrini müzakirə edir və qərarlar qəbul edir;

4.15.2. təhsil, elm, metodiki iş, təlim-tərbiyə işi, maddi-tədris bazası, redaksiya-nəşriyyat, döyüş və səfərbərlik hazırlığı sahələrində məsələləri müzakirə edir və qərarlar qəbul edir;

4.15.3. Məktəb, fakültə, kafedra, təhsilalanların bölmələri (tabor, bölük və s.) üzrə hesabatları dinləyir və qərarlar qəbul edir;

4.15.4. bu Nizamnamədə dəyişikliklər edilməsinə dair təkliflər hazırlayır;

4.15.5. daimi və dəyişən heyətin vəzifə borclarını müzakirə edir və qərarlar qəbul edir;

4.15.6. professor-müəllim heyətinin müvafiq vəzifələrə təyini üçün seçkilər keçirir və qərarlar qəbul edir;

4.15.7. professor-müəllim heyətinə elmi adların verilməsi ilə bağlı vəsatətlər verir, Akademiyanın fəxri adlarını təsis edir və verir;

4.15.8. Məktəbin fəaliyyət sahələri üzrə müzakirələr keçirir və qərarlar qəbul edir.

4.16. Təhsilalanlarda Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə əməletmə vərdişi yaratmaq və Məktəbdə nizam-intizamı təmin etmək məqsədilə intizam orqanları – Ali İntizam Şurası və Tabor İntizam Şurası yaradılır. İntizam orqanlarının quruluşu, vəzifələri və hüquqları Məktəbin tabe olduğu rəis tərəfindən təsdiq edilən “İntizam Təlimatı” ilə tənzimlənir.

4.17. Məktəbin tədris şöbəsi tədris prosesinin və tədris-metodiki işin planlaşdırılmasını, təşkilini və həmin sahədə nəzarəti həyata keçirir.

4.18. Fakültə Məktəbin əsas təhsil və elm bölməsi olub, bir və ya bir neçə ixtisas üzrə kadrların hazırlanmasını, həmçinin əlavə təhsil proqramlarını həyata keçirir.

4.19. Kafedra Məktəbin əsas tədris-elm struktur bölməsi olub, bir və ya bir neçə yaxın fənlər üzrə tədris, metodiki, elmi-pedaqoji, elmi tədqiqat fəaliyyətini və əlavə təhsili həyata keçirir.

 

5. Məktəbə qəbul

 

5.1. Azərbaycan Respublikası vətəndaşlarının Məktəbə qəbulu “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun həyata keçirilir.

5.2. Məktəbə daxil olmaq üçün namizədlərin seçilməsi Müdafiə Nazirliyi tərəfindən onların sağlamlıq vəziyyətinin müayinəsi nəticələrinə əsasən həyata keçirilir.

5.3. Məktəbə ali təhsilin bakalavriat səviyyəsinə tam orta təhsili və ya orta ixtisas təhsili olan şəxslər, zabit hərbi rütbəsi olmayan hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul olunurlar.

5.4. Məktəbə qəbul biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

5.5. Abituriyentlərin Məktəbə qəbul edilməsi Məktəb rəisinin əmri ilə təsdiq olunur.

5.6. Hərbi qulluqçuların Məktəbdə əlavə təhsili müdafiə nazirinin müvafiq əmri ilə həyata keçirilir.

5.7. Məktəbə qəbul edilən və əvvəllər hərbi and içməmiş təhsilalanlar qanunla müəyyən olunmuş qaydada hərbi and içirlər.

5.8. Məktəbə xarici ölkələrin silahlı qüvvələrində xidmət edən hərbi qulluqçuların qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.

5.9. Məktəbə müvafiq ixtisaslar üzrə qəbulu Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. [3]

 

6. Məktəbdə tədris işinin təşkili

 

6.1. Məktəbdə tədris işi bu Nizamnaməyə və müdafiə naziri tərəfindən təsdiq edilən “Xüsusi təyinatlı ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında Təlimat”a əsasən təşkil olunur və aparılır.

6.2. Məktəb ali təhsilin bakalavriat səviyyəsi və əlavə təhsil üzrə təhsil proqramlarını həyata keçirir.

6.3. Məktəbdə təhsilin müddəti, məcburi auditoriya dərsləri, həftəlik tədris işi, ali təhsilin dövlət standartlarına müvafiq olaraq, tədris proqramlarına və tədris planlarına əsasən müəyyən edilir.

6.4. Məktəbdə təhsil əyani formada, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil olunur və Azərbaycan dilində aparılır.

6.5. Məktəbdə tədris məşğələlərinə mühazirə, seminar, praktik və laboratoriya məşğələləri, qrup çalışması və qrup məşğələsi, taktiki (xüsusi-taktiki) məşğələ, taktiki (xüsusi-taktiki) təlim, komanda-qərargah təlimləri, hərbi oyun və kurs işi (layihəsi, tapşırığı) daxildir. Tədris məşğələlərinin növləri tədris planı ilə müəyyən olunur.

6.6. Məktəbə qəbul olunana qədər qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılmamış və ya çağırılmış, lakin qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət müddətini tam keçməmiş kursantlar (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilənlər istisna olmaqla) Məktəbdən xaric edildikdə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər.

 

7. Məktəbin elmi tədqiqat fəaliyyəti

 

7.1. Məktəbin elm sahəsində fəaliyyəti Müdafiə Nazirliyinin fəaliyyətinin aktual problemləri üzrə elmi tədqiqat işlərinin aparılmasına, Məktəbin profilinə uyğun olaraq elmin müvafiq sahələrinin inkişafına, elmi tədqiqatların nəticələrinin tədris prosesində tətbiqinə yönəldilir.

7.2. Məktəbdə aparılan elmi tədqiqat işləri tətbiqi xarakter daşıyır.

7.3. Məktəb apardığı elmi tədqiqat işlərinin nəticələrinin Müdafiə Nazirliyinin fəaliyyətində və tədris prosesində (mühazirə, məşğələ, seminar və laboratoriya dərslərində, kurs layihələrində, kurs və buraxılış işlərində) tətbiqini və onların monoqrafiyalar, elmi məqalələr, metodik vəsaitlər şəklində dərc olunmaqla, elmi forumlarda məruzə edilərək yayılmasını təşkil edir.

7.4. Məktəbdə həyata keçirilən elmi tədqiqat fəaliyyətinin məqsədi aşağıdakılardan ibarətdir:

7.4.1.tətbiqi-nəzəri araşdırmalar aparılmasını, elmi tədqiqat və elmi-texniki işlərin həyata keçirilməsini təmin etmək;

7.4.2. elmi xarakterli tapşırıqları icra etmək;

7.4.3. kadrların elmi potensialından səmərəli istifadə etməklə təlimin keyfiyyətini yüksəltmək;

7.4.4. professor-müəllim heyətinin ixtisas səviyyəsini artırmaq;

7.4.5. elmi tədqiqatların nəticələrinin və nailiyyətlərinin tətbiqini təşkil etmək;

7.4.6. tədris və elmi proseslərin vəhdətini təmin etmək;

7.4.7. elmi tədqiqat işlərinin nəticələrini tədris prosesində və Müdafiə Nazirliyinin fəaliyyətində tətbiq etmək;

7.4.8. elmi tədqiqat işlərinin əsas istiqamətləri üzrə milli və beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və bu tətbiqi zəruri hesab edilən təcrübə barədə Müdafiə Nazirliyinə təkliflər vermək;

7.4.9. müraciət əsasında Müdafiə Nazirliyi üçün analitik, məsləhət və proqnozlaşdırma fəaliyyəti həyata keçirmək;

7.4.10. normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;

7.4.11. dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, məqalələr, məruzələr, təkliflər və rəylər hazırlamaq;

7.4.12. milli və xarici ekspertlərin iştirakı ilə elmi seminarlar, konfranslar, simpoziumlar və konqreslər keçirmək.

7.5. Akademiyada elmi tədqiqat işlərinin istiqamətlərini Elmi Şura müəyyən edir.

7.6. Akademiyanın elmi tədqiqat fəaliyyəti Elmi Şuranın Müdafiə Nazirliyi ilə razılaşdırmaqla təsdiq etdiyi perspektiv və cari planlara uyğun olaraq həyata keçirilir.

 

8. Məktəbin daimi heyəti

 

8.1. Məktəbin daimi heyəti komandanlıqdan, təhsilalanların komandirlərindən, professor-müəllim heyətindən və elmi işçilərdən, vəzifələri ştat cədvəli ilə təsdiq edilmiş digər hərbi qulluqçulardan və işçilərdən ibarətdir.

8.2. Daimi heyətdən olan hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə müvafiq olaraq, müdafiə naziri vəzifəyə təyin və vəzifədən azad edir. Daimi heyətin tərkibinə daxil olan digər işçiləri Məktəbin rəisi işə qəbul və işdən azad edir.

8.3. Daimi heyətdən olan hərbi qulluqçuların hüquq və vəzifələri “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu və hərbi xidmət sahəsində Azərbaycan Respublikasının digər qanunları, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin aktları, bu Nizamnamə, Məktəbin daxili intizam qaydaları və Müdafiə Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur.

8.4. Daimi heyətdən olan digər işçilərin, o cümlədən Məktəbin inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat, mühəndis-texniki, tədris-köməkçi heyətinə aid şəxslərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Nizamnamə və Müdafiə Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur.

8.5. Daimi heyətdən olan işçilər vəzifə borclarının yerinə yetirilməsi, təlim-tərbiyə prosesinin aparılması və ya təmin edilməsi ilə bağlı olmayan tədbirlərdə Məktəbin tabe olduğu rəisin icazəsi ilə iştirak edə bilərlər.

8.6. Professor-müəllim heyətinə fakültə və kafedra rəisləri (müdirləri), onların müavinləri, silsilə rəisləri, professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutan hərbi qulluqçular və işçilər aiddirlər.

8.7. Professor-müəllim heyətinin say tərkibini tədris yükündən asılı olaraq, müdafiə naziri müəyyən edir.

8.8. Professor-müəllim heyəti vəzifələrinin mülki işçilərlə komplektləşdirilməsi müsabiqə yolu ilə həyata keçirilir.

8.9. Professor-müəllim heyəti və elmi işçi vəzifələrinə peşə hazırlığına, sağlamlığına və mənəvi keyfiyyətlərinə görə müasir tələblərə uyğun dərs keçmək və elmi tədqiqatlar aparmaq bacarığı olan şəxslər təyin olunurlar. Elmi dərəcəsi və elmi adı, vəzifənin profilinə uyğun ali təhsili, pedaqoji təcrübəsi olan şəxslər professor-müəllim heyəti vəzifələrinə təyinat zamanı üstünlüyə malikdirlər.

8.10. Professor-müəllim heyəti məşğələlərin keçirilməsi zamanı təhsilalanların rəisləri hesab olunur. Professor-müəllim heyətinin tədris məşğələlərinin keçirilməsi zamanı verdikləri göstərişlər təhsilalanlar üçün məcburidir.

8.11. Professor-müəllim heyəti tədris, təlim-tərbiyə, metodiki və elmi tədqiqat işlərini kafedraların planları, həmçinin tədris ili üçün fərdi planlar əsasında həyata keçirir.

8.12. Professor-müəllim heyəti və elmi işçilər təlim-tərbiyə sahəsində uğurlarına görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrində, Müdafiə Nazirliyinin normativ hüquqi aktlarında nəzərdə tutulmuş həvəsləndirmə tədbirləri ilə bərabər dövlət mükafatları, fəxri adlar, orden və medallar, döş nişanları, fəxri fərmanlarla mükafatlandırıla bilərlər.

8.13. Professor-müəllim heyətinə və elmi işçilərə hərbi və əmək intizamını pozduqlarına görə intizam tənbehi tədbirləri hərbi qulluqçulara münasibətdə – “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”ndə, digər işçilərə münasibətdə –Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada tətbiq edilir.

8.14. Professor-müəllim heyətinin və elmi işçilərin beynəlxalq tədbirlərdə iştirakına, onların kütləvi informasiya vasitələrində Məktəbin adından çıxışlarına Məktəbin tabe olduğu rəis icazə verir.

8.15. Təhsilalanların komandirləri (rəisləri) onların birbaşa rəisləridirlər. Onlar təhsilalanların tədris və tərbiyə işlərinin, hərbi intizamının vəziyyətinə, hərbi nizamnamələrin tələblərini bilmələrinə və onlara əməl etmələrinə, günün nizam qaydalarına riayət olunmasına, bölməyə aid olan silah, hərbi texnika və digər hərbi əmlakın qorunub saxlanılmasına cavabdehdirlər.

 

9. Məktəbin dəyişən heyəti

 

9.1. Məktəbin dəyişən heyəti Məktəbdə təhsil alan kursantlar, dinləyicilər, həmçinin tədris prosesini təmin edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularıdır.

9.2. Kursantlar – Məktəbdə ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş və əyani formada təhsil alan, həqiqi hərbi xidmət keçən vətəndaşlardır.

9.3. Dinləyicilər – Məktəbdə əlavə təhsil proqramları üzrə təhsil alan hərbi qulluqçulardır.

9.4. Tədris prosesini təmin edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – Məktəbdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdə həqiqi hərbi xidmət keçən çavuş və əsgərlərdir.

9.5. Dinləyicilərin əlavə təhsil alması “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq həyata keçirilir.

9.6. Hərbi liseylərin məzunları və hərbi rütbəsi olmayan mülki şəxslər sırasından Məktəbə qəbul edilmiş kursantlara “əsgər” hərbi rütbəsi verilir.

9.7. Dəyişən heyətin tərkibinə daxil olan hərbi qulluqçuların pul, əşya, ərzaq, tibbi və yaşayış yeri (yataqxana) təminatı dövlət tərəfindən həyata keçirilir.

9.8. Dəyişən heyətin təhsil müddəti dövründə hüquq və vəzifələri “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu və hərbi xidmət sahəsində Azərbaycan Respublikasının digər qanunları, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin aktları, bu Nizamnamə və Müdafiə Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur.

9.9. Tədris qruplarının və manqalarının komandirləri Məktəb rəisinin əmri ilə müvafiq kursun kursantlarından təyin olunurlar. Bu vəzifələrə təyin edilmiş kursantlara müəyyən olunmuş qaydada “kiçik çavuş” və “çavuş” hərbi rütbəsi verilir.

9.10. İstirahət və bayram günləri kursantların Məktəbin yerləşdiyi ərazidən buraxılışı Məktəbin rəisi tərəfindən təsdiq edilən qaydalara əsasən həyata keçirilir.

9.11. Dəyişən heyətdən olan hərbi qulluqçular təhsildə və təlimdə əldə etdikləri yüksək göstəricilərə, elmi tədqiqat işlərində fəal iştiraka və hərbi xidməti borcun nümunəvi yerinə yetirilməsinə görə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”ndə və Müdafiə Nazirliyinin normativ hüquqi aktlarında nəzərdə tutulmuş qaydada həvəsləndirilirlər.

9.12. Dərs əlaçıları olan, elmi tədqiqat işlərində fəal iştirak edən kursantlar adlı təqaüdlərlə mükafatlandırılırlar.

9.13. Dəyişən heyətdən olan hərbi qulluqçulara hərbi və tədris intizamını pozduqlarına görə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”ndə nəzərdə tutulmuş qaydada intizam tənbehi tədbirləri tətbiq edilir.

9.14. Məktəbin təhsilalanları xarici ölkələrin ali hərbi təhsil müəssisələrində Müdafiə Nazirliyinə ayrılmış yerlərdə təhsil almaq məqsədi ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, həmin ölkələrə ezam oluna bilərlər.

9.15. Dəyişən heyətdən olan şəxslər vəzifə borclarının yerinə yetirilməsi, təlim-tərbiyə prosesinin aparılması və ya təmin edilməsi ilə bağlı olmayan tədbirlərdə yalnız Məktəbin tabe olduğu rəisin icazəsi ilə iştirak edə bilərlər.

9.16. Təhsilalanlar Məktəbdən aşağıdakı hallarda xaric edilirlər:

9.16.1. öz arzusu ilə;

9.16.2. səhhətinə görə (hərbi-həkim komissiyasının qərarına əsasən);

9.16.3. təhsildə müvəffəqiyyətsizliyinə görə;

9.16.4. şəxsi intizamsızlığına görə;

9.16.5. hərbi qulluqçuların şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə;

9.16.6. törətdiyi cinayət əməlinə görə məhkum olunduqda.

9.17. Kursantlar Məktəbdən digər ali təhsil müəssisəsinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada köçürülürlər.

9.18. Təhsil almaq məqsədilə xarici ölkəyə ezam olunmuş kursant göndərildiyi hərbi təhsil müəssisəsindən oxumaq istəmədiyinə, səhhətinə, təhsildə müvəffəqiyyətsizliyinə və şəxsi intizamsızlığına görə xaric olunduqda, Məktəbdən də eyni əsasla xaric edilir. Digər səbəblərdən xarici ölkələrin hərbi təhsil müəssisəsindən xaric olunmuş təhsilalanların Məktəbdə təhsil alması məsələsinə Elmi Şurada baxılır.

9.19. Məktəbdə təhsilini başa vurmayan şəxslərə onların müraciəti əsasında “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan arayış verilir. [4]

9.20. Dövlət attestasiyasına daxil olan bütün sınaqlardan müvəffəqiyyətlə keçmiş kursantlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi (diplom) və döş nişanı, habelə hərbi-uçot ixtisasları üzrə 3-cü məharət dərəcəsi və sertifikat, eləcə də müdafiə nazirinin əmri ilə “leytenant” hərbi rütbəsi verilir. [5]

9.21. Əlavə təhsil üzrə kursların proqramını mənimsəmiş və imtahanlardan müvəffəq qiymət almış təhsilalanlara əlavə təhsilin istiqaməti üzrə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sənəd verilir. [6]

 

10. Məktəbin daimi və dəyişən heyətinin vəzifələri və hüquqları

 

10.1. Məktəbin professor-müəllim heyətinin və elmi işçilərinin vəzifələri aşağıdakılardır:

10.1.1. təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək; [7]

10.1.2. ixtisas və elmi-pedaqoji səviyyələrini yüksəltmək, elmi araşdırmalar aparmaq, qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər keçirmək; [8]

10.1.3. elmi tədqiqatla məşğul olmaq, elmi tədqiqat işlərinin nəticələrindən Elmi Şuranın tövsiyəsi ilə tədris prosesində istifadə etmək və bu nəticələrin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin praktik fəaliyyətində tətbiq olunmasına kömək göstərmək;

10.1.4. dərslik və dərs vəsaitlərinin, tədrisin qabaqcıl forma və metodlarını təmin edən elmi-metodiki materialların işlənib hazırlanmasında, müasir texniki vasitələrin tətbiqində iştirak etmək;

10.1.5. vətəndaşlıq və xidməti borcunu ləyaqətlə yerinə yetirmək, Məktəbin daxili qaydalarına əməl etməklə, başqalarına şəxsi nümunə olmaq; [9]

10.1.6. dəyişən heyətdə fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq; [10]

10.1.7. təhsilalanları elmi fəaliyyətə cəlb etmək;

10.1.8. şəxsi nümunəsi ilə dəyişən heyətdə Azərbaycan Respublikasının müstəqilliyinə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq; [11]

10.1.9. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək; [12]

10.1.10. təhsilalanlar tərəfindən tədris materiallarının yüksək səviyyədə mənimsənilməsini təmin edən üsul və vasitələri seçmək;

10.1.11. dəyişən heyətin fərdi keyfiyyətlərini öyrənmək, onların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq, onlardan dərs tapşırıqlarının yerinə yetirilməsini və hərbi nizam-intizama riayət olunmasını tələb etmək;

10.1.12. dəyişən heyəti zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək; [13]

10.1.13. dəyişən heyətin müstəqil hazırlığına, tədris materiallarının onlar tərəfindən mənimsənilməsinə kömək göstərmək;

10.1.14. attestasiyadan keçmək;

10.1.14-1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; [14]

10.1.14-2. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;

10.1.14-3. Məktəbin rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, dəyişən heyətin təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;

10.1.15. bu Nizamnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

10.2. Məktəbin professor-müəllim heyətinin və elmi işçilərin aşağıdakı hüquqları vardır:

10.2.1. normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti ilə, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;

10.2.2. bu Nizamnaməyə uyğun olaraq, təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, təkliflər irəli sürmək; [15]

10.2.3. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

10.2.4. Məktəbdə vəzifə tutmaq, uyğun olduqda Elmi Şuraya və digər seçkili vəzifələrə seçmək və seçilmək; [16]

10.2.5. əlavə təhsil almaq və elmi dərəcəsini yüksəltmək; [17]

10.2.6. Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq, mükafatlandırılmaq və təltif olunmaq;

10.2.7. Müdafiə Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əməli fəaliyyətini əks etdirən aidiyyəti materiallarla tanış olmaq;

10.2.8. bu Nizamnaməyə uyğun olaraq, müəssisə və təşkilatlarda əvəzçiliklə elmi və pedaqoji fəaliyyətlə məşğul olmaq;

10.2.8-1. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq; [18]

10.2.9. bu Nizamnamədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

10.3. Daimi heyətin vəzifə borcları bu Nizamnaməyə və müdafiə nazirinin aktlarına uyğun hazırlanır və Məktəbin tabe olduğu rəis tərəfindən təsdiq edilir.

10.4. Məktəbin dəyişən heyətinin vəzifələri aşağıdakılardır:

10.4.1. dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək, biliklərini artırmaq və dərinləşdirmək;

10.4.2. tədris tapşırıqlarını vaxtında yerinə yetirmək, təhsil proqramlarında nəzərdə tutulmuş imtahanları vermək; [19]

10.4.3. daimi heyətin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

10.4.4. qanunlara, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək, hərbi andın, hərbi nizamnamələrin, müdafiə nazirinin əmr, təlimat, göstəriş və sərəncamlarının, bu Nizamnamənin, habelə Məktəbin daxili nizam qaydalarının tələblərini bilmək və yerinə yetirmək; [20]

10.4.5. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək; [21]

10.4.6. məxfilik qaydalarına əməl etmək;

10.4.7. Məktəbin əmlakına qayğı ilə yanaşmaq;

10.4.7-1. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək; [22]

10.4.7-2. sağlam həyat tərzi keçirmək;

10.4.8. bu Nizamnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

10.5. Dəyişən heyətin aşağıdakı hüquqları vardır:

10.5.1. mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartına uyğun keyfiyyətli təhsil almaq; [23]

10.5.2. Məktəbin mövcud infrastrukturundan (tədris, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman komplekslərindən, tibb məntəqəsindən, yataqxanalardan, laboratoriyalardan, kitabxanalardan) istifadə etmək; [24]

10.5.3. şərəf və ləyaqəti aşağılayan fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq; [25]

10.5.4. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

10.5.5. Məktəbin elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq; [26]

10.5.6. təhsilin, intizamın və məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlərin müzakirəsində, Elmi Şuranın işində, Məktəbdə fəaliyyət göstərən özünüidarəetmə orqanlarında, hərbi-elmi cəmiyyətin işində, idman bölmələrində iştirak etmək;

10.5.6-1. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək; [27]

10.5.6-2. həyat və sağlamlığı üçün təhlükəsiz, zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

10.5.6-3. biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

10.5.6-4. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;

10.5.6-5. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;

10.5.7. bu Nizamnamədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

11. Məktəbin maliyyə-təsərrüfat fəaliyyəti

 

11.1. Məktəb Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiə Nazirliyi üçün ayrılan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

11.2. Məktəb maddi və pul vəsaitlərinin vəziyyəti, onların istifadəsi barədə Müdafiə Nazirliyinin müvafiq qurumları qarşısında hesabat verir, cari mühasibat uçotunu həyata keçirir.

11.3. Məktəbin maddi-tədris bazası müəyyən olunmuş ixtisaslar üzrə tədris planlarına, proqramlarına və müasir tədris metodikasına uyğun olaraq, təhsilalanların hazırlığını təmin etmək üçün nəzərdə tutulmuş maddi və texniki vasitələr kompleksidir.

11.4. Məktəbin maddi-tədris bazasını torpaq sahələri, binalar, tikililər, müxtəlif qurğular, silah və hərbi texnika, hərbi-tədris əmlakı, laboratoriya avadanlıqları, tədrisin texniki vasitələri, tədris-metodik materiallar, elmi və bədii ədəbiyyat, xüsusi texnika, nəqliyyat vasitələri, avadanlıqlar, tədris-idman bazaları, təlim mərkəzi və digər hərbi obyektlər, habelə başqa qiymətli maddi-texniki təchizat vasitələri təşkil edir.

11.5. Məktəbin maddi-tədris bazası dövlət əmlakı hesab olunur və ondan səmərəli istifadə edilməlidir.

11.6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və müdafiə nazirinin razılığı olmadan, Məktəb tərəfindən istifadə edilən bina və qurğuların, torpaq sahələrinin xidməti təyinatının dəyişdirilməsinə icazə verilmir.

11.7. Məktəbin maddi-tədris bazasının inkişafı və təkmilləşdirilməsi müdafiə naziri tərəfindən təsdiq edilən perspektiv planlar və Məktəbin rəisi tərəfindən təsdiqlənən illik planlar əsasında həyata keçirilir.

 

12. Beynəlxalq əməkdaşlıq

 

Məktəbin xarici əlaqələri və beynəlxalq əməkdaşlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, o cümlədən Müdafiə Nazirliyi ilə xarici ölkələrin dövlət orqanları arasında bağlanmış sazişlər əsasında həyata keçirilir.

 

13. Məktəbin yenidən təşkili və ləğvi

 

13.1. Məktəbin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

13.2. Məktəb ləğv edildikdə, onun əmlakı barədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sərəncam verilir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       1 mart 2019-cu il tarixli 563 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 mart 2019-cu il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 404)

2.       5 fevral 2021-ci il tarixli 1284 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2 maddə 126)

3.       5 mart 2022-ci il tarixli 1626 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 mart 2022-ci il tarixli 1626 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv edilmişdir.

 

[2] 5 fevral 2021-ci il tarixli 1284 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2 maddə 126) ilə “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 3.1.4-cü yarımbəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

3.1.4. təhsil haqqında diplomlar, habelə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsilə dair digər sənədlər vermək;

 

[3] 1 mart 2019-cu il tarixli 563 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 mart 2019-cu il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 404) ilə “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 5.9-cu bəndində “qəbul planını” sözləri “müvafiq ixtisaslar üzrə qəbulu” sözləri ilə əvəz edilmişdir.

 

[4] 5 fevral 2021-ci il tarixli 1284 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2 maddə 126) ilə “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 9.19-cu bəndində “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada və formada” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraqTəhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri ilə əvəz edilmişdir.

 

[5] 5 fevral 2021-ci il tarixli 1284 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2 maddə 126) ilə “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 9.20-ci bəndinə “təhsil haqqında” sözlərindən əvvəl “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilmişdir.

 

[6] 5 fevral 2021-ci il tarixli 1284 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2 maddə 126) ilə “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 9.21-ci bəndində “dövlət sənədi” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sənəd” sözləri ilə əvəz edilmişdir.

 

[7] 5 fevral 2021-ci il tarixli 1284 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2 maddə 126) ilə “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 10.1.1-ci yarımbəndinə “proqramlarının” sözündən sonra “(kurikulumların)” sözü və “etmək” sözündən sonra “, keyfiyyətli təhsil vermək” sözləri əlavə edilmişdir.

 

[8] 5 fevral 2021-ci il tarixli 1284 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2 maddə 126) ilə “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 10.1.2-ci yarımbəndinə “aparmaq” sözündən sonra “, qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər keçirmək” sözləri əlavə edilmişdir.

 

[9] 5 fevral 2021-ci il tarixli 1284 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2 maddə 126) ilə “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 10.1.2-ci yarımbəndinə “aparmaq” sözündən sonra “, qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər keçirmək” sözləri əlavə edilmişdir.

 

[10] 5 fevral 2021-ci il tarixli 1284 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2 maddə 126) ilə “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 10.1.6-cı yarımbəndinə “vətənpərvərlik” sözündən sonra “və azərbaycançılıq” sözləri və “tərbiyə etmək” sözlərindən sonra “, müstəqil həyata” sözləri əlavə edilmişdir.

 

[11] 5 fevral 2021-ci il tarixli 1284 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2 maddə 126) ilə “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 10.1.8-ci yarımbəndindən “şəxsi nümunəsi ilə” sözləri çıxarılmışdır və həmin yarımbəndə “cəmiyyətə” sözündən sonra “, ətraf mühitə” sözləri əlavə edilmişdir.

 

[12] 5 fevral 2021-ci il tarixli 1284 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2 maddə 126) ilə “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 10.1.9-cu yarımbəndinə “pedaqoji” sözündən əvvəl “etik davranış qaydalarına,” sözləri əlavə edilmişdir.

 

[13] 5 fevral 2021-ci il tarixli 1284 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2 maddə 126) ilə “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 10.1.12-ci yarımbəndinə “çəkindirmək” sözündən sonra “, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək” sözləri əlavə edilmişdir.

 

[14] 5 fevral 2021-ci il tarixli 1284 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2 maddə 126) ilə “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nə yeni məzmunda 10.1.14-1 – 10.1.14-3-cü yarımbəndlər əlavə edilmişdir.

 

[15] 5 fevral 2021-ci il tarixli 1284 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2 maddə 126) ilə “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 10.2.2-ci yarımbəndinə “etmək” sözündən sonra “, təkliflər irəli sürmək” sözləri əlavə edilmişdir.

 

[16] 5 fevral 2021-ci il tarixli 1284 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2 maddə 126) ilə “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 10.2.4-cü yarımbəndindən “uyğun olduqda Elmi Şuraya və digər” sözləri çıxartmışdır.

 

[17] 5 fevral 2021-ci il tarixli 1284 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2 maddə 126) ilə “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 10.2.5-ci yarımbəndində “əlavə təhsil almaq” sözlərindən sonra “və elmi dərəcəsini yüksəltmək” sözləri əlavə edilmişdir.

 

[18] 5 fevral 2021-ci il tarixli 1284 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2 maddə 126) ilə “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nə yeni məzmunda 10.2.8-1-ci yarımbənd əlavə edilmişdir.

 

[19] 5 fevral 2021-ci il tarixli 1284 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2 maddə 126) ilə “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 10.4.2-ci yarımbəndindən “tədris tapşırıqlarını vaxtında yerinə yetirmək,” sözləri çıxarılmışdır.

 

[20] 5 fevral 2021-ci il tarixli 1284 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2 maddə 126) ilə “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 10.4.4-cü yarımbəndinə “əməl etmək” sözlərindən əvvəl “, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara” sözləri əlavə edilmişdir.

 

[21] 5 fevral 2021-ci il tarixli 1284 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2 maddə 126) ilə “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 10.4.5-ci yarımbəndində “və cəmiyyət” sözləri “, cəmiyyət, ailə və özü” sözləri ilə əvəz edilmişdir.

 

[22] 5 fevral 2021-ci il tarixli 1284 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2 maddə 126) ilə “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nə yeni məzmunda 10.4.7-1-ci və 10.4.7-2-ci yarımbəndlər əlavə edilmişdir.

 

[23] 5 fevral 2021-ci il tarixli 1284 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2 maddə 126) ilə “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 10.5.1-ci yarımbəndinə “dövlət” sözündən əvvəl “mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə” sözləri əlavə edilmişdir.

 

[24] 5 fevral 2021-ci il tarixli 1284 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2 maddə 126) ilə “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 10.5.2-ci yarımbəndinə “kitabxanalardan” sözündən əvvəl “laboratoriyalardan,” sözü əlavə edilmişdir.

 

[25] 5 fevral 2021-ci il tarixli 1284 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2 maddə 126) ilə “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 10.5.3-cü yarımbəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

10.5.3. insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

 

[26] 5 fevral 2021-ci il tarixli 1284 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2 maddə 126) ilə “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 10.5.5-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

10.5.5. Məktəbin elmi, ictimai, sosial və mədəni həyatında iştirak etmək, o cümlədən elmi-praktik konfranslar, seminarlar, yığıncaqlar və görüşlər, habelə təhsil həyatı ilə bağlı digər tədbirlərdə iştirak etmək;

 

[27] 5 fevral 2021-ci il tarixli 1284 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2 maddə 126) ilə “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nə yeni məzmunda 10.5.6-1 – 10.5.6-5-ci yarımbəndlər əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status