“İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli 227-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 noyabr 2017-ci il
№ 1654
|
Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir
|
İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların
SİYAHISI
S/S
|
Kod
|
Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları
|
1.
|
2601200000
|
Yandırılmış pirit
|
2.
|
2606000000
|
Alüminium filizləri və konsentratları
|
3.
|
2818200000
|
Alüminium oksidi, süni korunddan fərqli
|
4.
|
7203100000
|
Dəmir filizinin birbaşa reduksiya məhsulları
|
5.
|
7203900000
|
Dəmir filizinin birbaşa reduksiya məhsulları – digərləri
|
6.
|
7204491000
|
Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – xırdalanmış (doğranmış)
|
7.
|
7204499000
|
Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – digərləri
|
8.
|
8545110080
|
Sobalarda istifadə olunan elektrodlar – digərləri
|
9.
|
8545190001
|
Elektroliz qurğuları üçün elektrodlar
|
10.
|
1101 00 110 0
|
Bərk buğdadan un
|
11.
|
1101 00 150 0
|
Yumşaq buğdadan və pərincdən buğda unu
|
12.
|
1101 00 900 0
|
Buğda-çovdar unu
|
13.
|
2505 10 000 0
|
Kvarslı qum
|
14.
|
2506 20 000 0
|
Kvarsit
|
15.
|
2602 00 000 0
|
Tərkibində quru məhsula hesablanmış manqanın miqdarı 20 kütlə faiz və ya daha çox dəmirli manqan filizləri və konsentratları da daxil olmaqla, manqan filizləri və konsentratları
|
16.
|
2610 00 000 0
|
Xrom filizləri və konsentratları
|
17.
|
2701 12 900 0
|
Tozşəkilli və ya qeyri-tozşəkilli, lakin aqlomerasiya edilməmiş bitumlu daş kömürü (kokslaşan kömür istisna olunmaqla)
|
18.
|
2704 00 190 0
|
Aqlomerasiya edilmiş və ya edilməmiş daş kömürdən koks və yarımkoks (elektrodların istehsalı üçün nəzərdə tutulmuş istisna olunmaqla)
|
19.
|
3801 30 000 0
|
Elektrodlar üçün karbonlu pastalar və sobaların futerlənməsi üçün analoji pastalar
[1]
|
20.
|
2710121100
|
Emalın spesifik prosesləri üçün yüngül distilyatlar və məhsullar
|
21.
|
2711129100
|
Emalın spesifik prosesləri üçün propan
|
22.
|
2711129300
|
2711 12 910 0 alt yarımmövqeyində göstərilənlərdən başqa, proseslərdə kimyəvi çevrilmələr üçün propan
|
23.
|
2711129400
|
Təmizliyi 90%-dən çox, lakin 99%-dən az olan propan
|
24.
|
2711131000
|
Emalın spesifik prosesləri üçün butanlar
|
25.
|
2711133000
|
2711 13 100 0 alt yarımmövqeyində göstərilənlərdən başqa, proseslərdə kimyəvi çevrilmələr üçün butanlar
|
26.
|
2711139100
|
Təmizliyi 90%-dən çox, lakin 95%-dən az olan butanlar
|
27.
|
2711139700
|
butanlar - digərləri
[2]
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
1 iyul 2019-cu il tarixli 574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
2.
1 iyul 2019-cu il tarixli 763 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №7, maddə 1212)
3.
27 mart 2020-ci il tarixli 974 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №3, maddə 250)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
1 iyul 2019-cu il tarixli 574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 10-19 hissələr əlavə edilmişdir.
[2]
1 iyul 2019-cu il tarixli 763 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №7, maddə 1212) ilə 20-27-ci hissələr əlavə edilmişdir.
27 mart 2020-ci il tarixli 974 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №3, maddə 250) (dəyişiklik 2020-ci il iyulun 1-dək qüvvədədir) ilə “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”na yeni məzmunda 28 – 30-cu hissələr əlavə edilmişdir.