340.000.000
Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə ilk ordu hissəsi "Əlahiddə Azərbaycan korpusu"nun təşkil olunduğunu əsas tutaraq Müstəqil Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranması gününü qeyd etmək məqsədi ilə qərara alıram:
1. Hər il iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri günü kimi qeyd edilsin.
2. "9 oktyabrın Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli 217 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 22 may 1998-ci il
N 707