AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
13.11.2017
QEYDİYYAT NÖMRƏSİ
489
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 15-11-2017, Nəşr Nömrəsi: 251), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2017, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 2153)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.11.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.020.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201711130489
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.11.2017
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 462-VQD nömrəli Qanununun tətbiqi və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 yanvar tarixli 1189 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 391; 2005, № 4, maddə 377, № 6, maddə 548; 2007, № 2, maddələr 197, 201; 2008, № 2, maddə 105, № 9, maddə 862; 2009, № 11, maddə 936; 2012, № 1, maddə 44; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955, № 9, maddə 1596; 2017, № 6, maddə 1237; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 27 oktyabr tarixli 472 nömrəli qərarı) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.3-cü bəndə “Nazirlər Kabinetinə” sözlərindən sonra “və Azərbaycan Respublikasının Hesablama Palatasına kağız və elektron daşıyıcılar formasında” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 4.4-cü bənd əlavə edilsin:

“4.4. Növbəti büdcə ili üzrə dövlət büdcəsi mətbuatda dərc edildikdən sonra dövlət büdcəsinin gəlirlərinin və xərclərinin (funksional, iqtisadi və inzibati təsnifatların paraqrafları səviyyəsində) təsnifatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edilir.”.

3. V hissə üzrə:

3.1. 5.3-cü bəndə “bölmələrinə” sözündən sonra “, habelə Azərbaycan Respublikasının Hesablama Palatasına kağız və elektron daşıyıcılar formasında” sözləri əlavə edilsin;

3.2. 5.4-cü bəndə “Maliyyə Nazirliyinə” sözlərindən sonra “, habelə Azərbaycan Respublikasının Hesablama Palatasına kağız və elektron daşıyıcılar formasında” sözləri əlavə edilsin;

3.3. aşağıdakı məzmunda 5.5-3-cü bənd əlavə edilsin:

“5.5-3. Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirlərinin və funksional, iqtisadi və inzibati təsnifat üzrə xərclərinin bölgüsündə dəyişiklik edildiyi təqdirdə, bu barədə məlumatlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edilir.”;

3.4. 5.31-ci, 5.33-cü və 5.36-cı bəndlərin birinci cümlələrinə “Nazirlər Kabinetinə” sözlərindən sonra “və Azərbaycan Respublikasının Hesablama Palatasına kağız və elektron daşıyıcılar formasında” sözləri əlavə edilsin;

3.5. 5.33-cü bəndin ikinci cümləsinə “icrasının” sözündən sonra “həmin dövr üçün təsdiq olunmuş təyinatla” sözləri əlavə edilsin;

3.6. 5.36-cı bəndin ikinci cümləsinə “istifadə” sözündən sonra “, məqsədli büdcə fondlarının və yerli gəlirlərin vergi və digər ödəniş növləri üzrə icrası” sözləri əlavə edilsin.

 

Yaqub Eyyubov

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Bakı şəhəri, 13 noyabr 2017-ci il

                      № 489

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status