AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
19.05.1998
QEYDİYYAT NÖMRƏSİ
804
ADI
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan şərab (o cümlədən ilkin şərab emalı), şampan və konyak zavodlarının, tütün fermentləşdirici fabriklərin və tütün kombinatının, çay emalı və çayçəkici fabriklərinin özəlləşdirilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-1998, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 326)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.05.1998
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.000.000
120.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan şərab (o cümlədən ilkin şərab emalı), şampan və konyak zavodlarının, tütün fermentləşdirici fabriklərin və tütün kombinatının, çay emalı və çayçəkici fabriklərinin özəlləşdirilməsi ha

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan şərab (o cümlədən ilkin şərab emalı), şampan və konyak zavodlarının, tütün fermentləşdirici fabriklərin və tütün kombinatının, çay emalı və çayçəkici fabriklərinin özəlləşdirilməsi haqqında

 Azərbaycan Respublİkası Prezİdentİnİn Sərəncamı

 

 Azərbaycan Respublikasının 1995-ci il 29 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında 1995—1998-ci illərdə  dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı»na uyğun olaraq qərara alıram:

 1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan şərab (o cümlədən ilkin şərab emalı), şampan və konyak zavodları, tütün fermentləşdirici fabrikləri və tütün kombinatı, çay emalı və çayçəkici fabrikləri özəlləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin sərəncamına verilsin. [1]

 2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun sərəncamına verilən müəssisələrin səhmdar cəmiyyətlərinə çevrilməsini və özəlləşdirilməsini təmin etsin.

 3. Bu sərəncamın 1-ci bəndində göstərilən müəssisələrin özəlləşdirilməsində Azərbaycan Respublikasının sərmayəçiləri ilə yanaşı xarici  sərmayəçilərin də iştirakına icazə verilsin.

 4. Müəyyən edilsin ki, bu sərəncamın 1-ci bəndində göstərilən dövlət müəssisələrinin iştirakı ilə yaradılmış müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən mövcud qanunvericiliyə uyğun  olaraq özəlləşdirilir. [2]

 5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi ilə birlikdə özəlləşdirməyə dair dövlət proqramının 11 saylı əlavəsinin 7-ci  bəndinin tələblərinə uyğun olaraq bu sərəncamın 1-ci bəndində göstərilən müəssisələrin özəlləşdirilməsində «Qızıl səhm»  buraxılmasının məqsədəuyğunluğunu müəyyən etsin;

  bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 6. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti   HEYDƏR ƏLİYEV

 Bakı şəhəri, 19 may 1998-ci il

                      № 804


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 4 avqust 2022-ci il tarixli 3410 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 911)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 4 avqust 2022-ci il tarixli 3410 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 911) ilə 1 – 2-ci hissələrdə ismin müvafiq hallarında “Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[2] 4 avqust 2022-ci il tarixli 3410 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 911) ilə 4-cü hissədə “Dövlət Əmlak Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status