Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 19 oktyabr tarixli 237 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 646-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1357 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 19 oktyabr tarixli 237 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 10, maddə 1018; 2015, № 5, maddə 642) ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci bəndə “Məcəlləsinin” sözündən sonra “(bundan sonra – Məcəllə)” sözləri əlavə edilsin.
2. 1.4-cü bənddə “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin” sözləri “Məcəllənin” sözü ilə əvəz edilsin.
3. 3.10-cu bənddə “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fonduna köçürülür” sözləri “Məcəllənin 334-cü maddəsinə uyğun olaraq istifadə olunur” sözləri ilə əvəz edilsin.
4. 3.12-ci bənddə “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fonduna ödənilən məbləğə” sözləri “Məcəllənin 334-cü maddəsində nəzərdə tutulan vəsaitə” sözləri ilə əvəz edilsin.
Yaqub Eyyubov
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Bakı şəhəri, 17 noyabr 2017-ci il
№ 496