![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASININ DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ KOLLEGİYASININ QƏRARI |
Qəbul edildiyi tarix |
17.11.2017 |
Qeydiyyat nömrəsi |
8 |
Adı |
“Xaricdə yaşayan azərbaycanlıların müraciətlərinin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2015-ci il 7 dekabr tarixli 4 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
24.11.2017 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
010.240.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201711170008 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
23.11.2017 |
“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 may tarixli 1399 nömrəli Fərmanının 2.4-cü bəndinin icrasının təmin edilməsi məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 17-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin Kollegiyası
QƏRARA ALIR:
1. “Xaricdə yaşayan azərbaycanlıların müraciətlərinin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2015-ci il 7 dekabr tarixli 4 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. preambulada “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.
1.2. Həmin Qərarla təsdiq edilmiş “Xaricdə yaşayan azərbaycanlıların müraciətlərinin qəbulu üzrə inzibati reqlament” üzrə:
1.2.1. 1.3.5-ci yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin;
1.2.2. 3.4.3-cü yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin.
2. Hüquq təminatı, ümumi və kadrlar şöbəsi bu Qərarı qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsin.
Kollegiyanın sədri Nazim İbrahimov