AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
17.11.2017
QEYDİYYAT NÖMRƏSİ
500
ADI
“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 22-11-2017, Nəşr Nömrəsi: 257), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2017, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 2164)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
360.030.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201711170500
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
23.11.2017
“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, gömrük-tarif mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi fəaliyyətin səmərəliliyinin artırılması, ölkədə rəqabətədavamlı məhsulların istehsalı, daxili bazarın qorunması və qeyri-neft sektorunun davamlı inkişafında dövlət dəstəyinin daha da gücləndirilməsi, idxal rüsumlarının çoxpilləli sistemdən azpilləli sistemə keçirilməsi, habelə “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə kodların Beynəlxalq Harmonik Sistemin yeni variantına uyğunlaşdırılması məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.5-ci və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanının 3.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 4, maddə 289, № 8, maddə 560; 2002, № 8, maddə 549, № 9, maddə 581, № 10, maddə 647; 2003, № 2, maddə 147, № 4, maddə 226, № 10, maddə 614, № 12 (II kitab), maddə 749; 2004, № 3, maddə 196, № 4, maddə 307, № 5, maddələr 389, 390, № 9, maddə 743; 2005, № 10, maddə 980; 2006, № 4, maddə 363, № 7, maddə 652; 2007, № 5, maddə 548, № 6, maddə 700, № 11, maddə 1187; 2008, № 4, maddə 325; 2009, № 11, maddə 938; 2010, № 1, maddə 68; 2012, № 9, maddə 928; 2013, № 7, maddə 871; 2014, № 1, maddə 65, № 2, maddə 197; 2016, № 4, maddə 823, № 8, maddələr 1430, 1445, № 9, maddə 1592, № 10, maddə 1698; 2017, № 1, maddələr 116, 119, № 3, maddə 511, № 4, maddə 644, № 7, maddə 1490, № 8, maddələr 1615, 1621; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 3 noyabr tarixli 479 nömrəli qərarı) 1-ci hissəsi ləğv edilsin.

3. Bu qərar 2018-ci il 1 yanvar tarixindən qüvvəyə minir.

 

Yaqub EYYUBOV,

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Bakı şəhəri, 17 noyabr 2017-ci il

    № 500


 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

AZƏRBAYCAN RESPUBLİKASININ XARİCİ İQTİSADİ FƏALİYYƏTİN MAL NOMENKLATURASI, İDXAL GÖMRÜK RÜSUMLARININ DƏRƏCƏLƏRİ VƏ İXRAC GÖMRÜK RÜSUMLARININ DƏRƏCƏLƏRİ [1]

 

XARİCİ İQTİSADİ FƏALİYYƏTİN MAL NOMENKLATURASININ ƏSAS ŞƏRHETMƏ QAYDALARI

 

Malların Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasına (bundan sonra - XİF MN) görə sinifləşdirilməsi aşağıdakı Qaydalara uyğun həyata keçirilir:

1. Bölmələrin, qrupların və alt qrupların adları yalnız XİF MN-dən istifadədə rahatlığı təmin etmək üçün verilir; hüquqi məqsədlər üçün XİF MN-da malların sinifləşdirilməsi mal mövqelərinə, bölmələrə və ya qruplara dair müvafiq qeydlərin mətnlərinin əsasında və bu mətnlərdə başqa hal nəzərdə tutulmadıqda, aşağıdakı müddəalara uyğun həyata keçirilir:

2. a ) Mal mövqeyinin adında hər hansı bir mala dair istənilən istinad komplekt və tamamlanmış malın əsas xüsusiyyətlərinə malik olan qeyri-komplekt və ya natamam halda olan mala dair istinad kimi də baxılmalıdır, həmçinin yığılmamış və ya sökülmüş halda təqdim olunmuş komplekt və ya tamamlanmış mala da istinad kimi baxılmalıdır (və ya bu Qaydaya əsasən müəyyən mal mövqeyində komplekt və ya tamamlanmış mala dair istinad kimi sinifləşdirilən mal kimi baxılmalıdır).

b) Mal mövqeyinin adında hər hansı bir materiala və ya maddəyə dair istənilən istinad bu materialın və ya maddənin digər materiallarla və ya maddələrlə qarışıqlarına və ya birləşmələrinə istinad kimi də baxılmalıdır. Müəyyən materialdan və ya maddədən olan mala dair istənilən istinad tamamilə və ya qismən bu materialdan və ya maddədən ibarət olan mallara istinad kimi də baxılmalıdır. Birdən çox materialdan və ya maddədən ibarət olan malların sinifləşdirilməsi 3-cü Qaydanın müddəalarına müvafiq həyata keçirilir.

3. 2 (b) Qaydaya və ya hər hansı bir başqa səbəblərə görə, prima facie, malların iki və ya daha çox mal mövqelərinə aid edilməsi mümkün olduğu halda belə malların sinifləşdirilməsi aşağıdakı qaydada həyata keçirilir:

a) Ümumi təsvirli digər mal mövqeləri ilə müqayisədə üstünlük malın təsviri daha konkret olan mal mövqeyinə verilir. Lakin, iki və ya daha çox mal mövqelərinin hər biri yalnız qarışığın və ya çoxkomponentli məmulatın materiallarının və ya maddələrinin bir hissəsinə, və ya pərakəndə satış üçün dəstdə təqdim olunmuş malların yalnız bir hissəsinə aid edilirsə, hətta mal mövqeyinin birində malın təsviri daha tam və dəqiq verildikdə, həmin mala münasibətində bu mal mövqeləri bərabər olan kimi baxılmalıdır.

b) Sinifləşdirilməsi 3 (a) Qaydasına uyğun mümkün olmayan müxtəlif materiallardan ibarət olan və ya müxtəlif komponentlərdən hazırlanmış qarışıqlar, çoxkomponentli məmulatlar, və pərakəndə satış üçün dəstlərdə təqdim olunmuş mallar, bu meyarın tətbiqi mümkün olduqda, bu mallara əsas xüssusiyyət verən materiala və ya tərkib hissəsinə görə sinifləşdirilməlidir.

c) 3 (a) və ya 3 (b) Qaydanın müddəalarına uyğun sinifləşdirilməsi mümkün olmayan mallar baxılması üçün eyni dərəcədə uyğun olan mal mövqelərinin kodlarının artımı qaydasında sonuncu mal mövqeyində sinifləşdirilməlidir.

4. Yuxarıda göstərilən Qaydaların müddəalarına uyğun sinifləşdirilməsi mümkün olmayan mallar daha oxşar (yaxın) mallara uyğun mal mövqeyində sinifləşdirilir.

5. Yuxarıda göstərilən müddəalara əlavə olaraq aşağıda adları çəkilən mallar üçün aşağıdakı Qaydalar tətbiq edilməlidir:

a) Fotoaparatlar, musiqi alətləri, silahlar, çertyoj ləvazimatları, boyunbağılar üçün çexollar və futlyarlar, həmçinin müvafiq məmulatların və ya məmulatlar dəstinin yerləşdirilməsi üçün xüsusi forması olan və ya uyğunlaşdırılmış, uzun müddətli istifadə üçün yararlı olan və istifadəsi nəzərdə tutulmuş məmulatlarla birlikdə təqdim olunmuş analoji tara, adətən satışa bu məmulatlarla birlikdə təqdim olunduğu halda onlarda qablaşdırılmış məmulatlarla birlikdə sinifləşdirilməlidir. Lakin, bu Qayda qablaşdırılmış məmulatla ayrılmaz bir vahid təşkil edən və ona əsas xüsusiyyət verən taraya tətbiq edilmir.

b) Yuxarıdakı 5 (a) Qaydanın müddəalarına riayyət etmək şərti ilə, adətən bu malların qablaşdırılması üçün istifadə olduğu halda onlarda yerləşdirilmiş mallarla birlikdə təqdim olunmuş qablaşdırma materialı və tara ilə birlikdə sinifləşdirilməlidir. Lakin, belə qablaşdırma materialı və ya tara açıq-aydın təkrar istifadə üçün yararlı olduqda bu müddəanın tətbiqi mütləq deyil.

6. Hüquqi məqsədlər üçün mal mövqelərin yarımmövqelərində malların sinifləşdirilməsi yarımmövqelərin adları və yarımmövqelərə dair qeydlərə, həmçinin, mutatis mutantis, yalnız bir səviyyədə olan yarımmövqelər müqayisəli olması şərti ilə, yuxarıda göstərilən Qaydalara müvafiq həyata keçirilməlidir. Kontekstə başqa şərt qoyulmadığı halda bu Qaydanın məqsədləri üçün bölmələrə və qruplara dair müvafiq qeydlər də tətbiq oluna bilər.

 


 

QISALTMALAR VƏ SİMVOLLAR

 

Bk

bekkerel

V

volt

Vt

vatt

Hs

hers

GHs

giqahers

dteks

desiteks

K

kelvin

kVA

kilovolt-amper

kVt

kilovatt

kHs

kilohers

kqg

kiloqram-güc

km

kilometr

kN

kilonyuton

kPa

kilopaskal

kkal

kilokalori

a.g.

at gücü

kütlə %

kütlə faizi

Mbit

1 048 576 bit

m-

meta-

mq

milliqram

mm

millimetr

mkKü

mikroküri

mH

millinyuton

m3/saat

saatda kubmetr

mekv

milliekvivalent

N

nyuton

nm

nanometr

həcm%

həcm faizi

o-

orto-

p-

para-

saniyə

san (saniyə)

sm

santimetr

sm2

kvadratsantimetr

sN

santinyuton

sm/san

saniyədə santimetr

t

ton

°C

Selsi dərəcəsi

ASTM

materialların sınağı üzrə Amerika Cəmiyyəti

INN

İnternational Nonpropritary Name, Beynəlxalq qeyri-fərdi ad

INNM

İnternational Nonpropritary Name Modified, Beynəlxalq modifikasiya edilmiş qeyri-fərdi ad

ISO

İnternational Organization for Standardization, Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat

 


 

XİF MN-də TƏTBİQ EDİLƏN ÖLÇÜ VAHİDLƏRİ

 

Ölçü vahidinin adı

Rəmzi işarələr

Ölçü vahidinin kodları

ƏSAS VAHİD

Kiloqram

kq

166

ƏLAVƏ ÖLÇÜ VAHİDLƏRİ

Qram

qr

163

Parçalanan izotopların qramı

q P/İ

306

Tonda yükgötürmə qabiliyyəti

t ygq

185

Kvadratmetr

m2

055

Kiloqram azot

kq N

861

Kiloqram kalium hidroksid

kq KOH

859

Kiloqram natrium hidroksid

kq NaOH

863

Kiloqram kalium oksid

kq K2O

852

Kiloqram hidrogen peroksid

kq H2O2

841

Kiloqram fosfor 5-oksid

kq P205

865

90 %-li quru maddənin kiloqramı

kq 90% q.m.

845

Kiloqram uran

kq U

867

Kubmetr

m3

113

Küri

305

Litr

l

112

Təmiz (100 %) spirtin litri

L/100% spirt

831

Metr

m

006

Metrik karat (1 karat= 2x10-4 kq)

kar

162

Cüt

cüt

715

Yüz ədəd

100 əd

797

Min ədəd

1000 əd

798

Ədəd

əd

796

1000 kilovatt-saat

1000 kVt·saat

246

1000 kubmetr

1000 m3

114

1000 litr

1000 l

130

 

 


 

I BÖLMƏ

 

DİRİ HEYVANLAR; HEYVAN MƏNŞƏLİ MƏHSULLAR

 

Qeydlər:

 

1. Başqa qeyd olmadığı halda, bu bölmədə heyvanın müəyyən cinsinə və ya növünə edilən hər hansı bir istinad, eyni zamanda həmin cinsli və ya növlü cavan heyvanlara da şamil edilir.

2. Başqa qeyd olmadığı halda, bütün Nomenklaturada “qurudulmuş” məhsullar termini, həmçinin susuzlaşdırılmaya, buxarlandırılmaya və ya sublimasiyalı qurudulmaya məruz qalmış məhsulları ifadə edir.

 

QRUP 01

 

DİRİ HEYVANLAR

 

Qeyd:

 

1. Bu qrupa aşağıdakılardan başqa bütün diri heyvanlar daxil edilir:

(a) 0301, 0306, 0307 və ya 0308 mal mövqeyinin balıqları, xərçəngkimiləri, molyuskları və digər su onurğasızları;

(b) 3002 mal mövqeyinin mikroorqanizmlərin kulturaları və digər məhsulları; və

(c) 9508 mal mövqeyinin heyvanları.

 

XİF MN üzrə kod

Mal mövqelərinin adları

Əlavə ölçü vahidi

Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)

1

2

3

4

0101

Diri atlar, ulaqlar, qatırlar və at qatırları:

 

 

 

– atlar:

 

 

0101 21 000 0

– – safqanlı cins heyvanlar

əd

0

0101 29

– – digərləri:

 

 

0101 29 100 0

– – – ətlik

əd

15

0101 29 900 0

– – – digərləri

əd

15

0101 30 000 0

– ulaqlar

əd

15

0101 90 000 0

– digərləri

əd

15

0102

Diri iribuynuzlu mal-qara:

 

 

 

– ev qaramalı:

 

 

0102 21

– – safqanlı cins heyvanlar:

 

 

0102 21 100 0

– – – düyələr (birinci balalamaya qədər iribuynuzlu dişi mal-qara)

əd

0

0102 21 300 0

– – – inəklər

əd

15 (0% -31.12.2023-cü il tarixədək) [2]

0102 21 900 0

– – – digərləri

əd

15 (0% -31.12.2023-cü il tarixədək)

0102 29

– – digərləri:

 

 

0102 29 050 0

– – – Bibos yarımcinsli və ya Poephagus yarımcinsli

əd

15

 

– – – digərləri:

 

 

0102 29 100 0

– – – – çəkisi 80 kq-dan çox olmayan [3]

əd

5

 

– – – – çəkisi 80 kq-dan çox olan, lakin 160 kq-dan çox olmayan:

 

 

0102 29 210 0

– – – – – ətlik

əd

15

0102 29 290 0

– – – – – digərləri

əd

15

 

– – – – çəkisi 160 kq-dan çox olan, lakin 300 kq-dan çox olmayan:

 

 

0102 29 410 0

– – – – – ətlik

əd

15

0102 29 490 0

– – – – – digərləri

əd

15

 

– – – – çəkisi 300 kq-dan çox olan:

 

 

 

– – – – – düyələr (birinci balalamaya qədər iribuynuzlu dişi mal-qara):

 

 

0102 29 510 0

– – – – – – ətlik

əd

15

0102 29 590 0

– – – – – – digərləri

əd

15

 

– – – – – inəklər:

 

 

0102 29 610 0

– – – – – – ətlik

əd

15

0102 29 690 0

– – – – – – digərləri

əd

15

 

– – – – – digərləri:

 

 

0102 29 910 0

– – – – – – ətlik

əd

15

0102 29 990 0

– – – – – – digərləri

əd

15

 

– camışlar:

 

 

0102 31 000 0

– – safqanlı cins heyvanlar

əd

0

0102 39

– – digərləri:

 

 

0102 39 100 0

– – – ev növləri

əd

15

0102 39 900 0

– – – digərləri

əd

15

0102 90

– digərləri:

 

 

0102 90 200 0

– – safqanlı cins heyvanlar

əd

0

 

– – digərləri:

 

 

0102 90 910 0

– – – ev növləri

əd

15

0102 90 990 0

– – – digərləri

əd

15

0103

Diri donuzlar:

 

 

0103 10 000 0

– safqanlı cins heyvanlar

əd

0

 

– digərləri:

 

 

0103 91

– – çəkisi 50 kq-dan az olan: [4]

 

 

0103 91 100 0

– – – ev növləri

əd

15

0103 91 900 0

– – – digərləri

əd

15

0103 92

– – çəkisi 50 kq və ya daha çox olan:

 

 

 

– – – ev növləri:

 

 

0103 92 110 0

– – – – ən azı bir dəfə balalamış, çəkisi 160 kq-dan az olmayan anac donuzlar

əd

15

0103 92 190 0

– – – – digərləri

əd

15

0103 92 900 0

– – – digərləri

əd

15

0104

Diri qoyunlar və keçilər:

 

 

0104 10

– qoyunlar:

 

 

0104 10 100 0

– – safqanlı cins heyvanlar

əd

0

 

– – digərləri:

 

 

0104 10 300 0

– – – quzular (bir yaşa qədər)

əd

15

0104 10 800 0

– – – digərləri

əd

15

0104 20

– keçilər:

 

 

0104 20 100 0

– – safqanlı cins heyvanlar

əd

0

0104 20 900 0

– – digərləri

əd

15

0105

Diri ev quşları, yəni ev toyuqları (Gallus domesticus), ördəklər, qazlar, hindtoyuqları və firəngtoyuqları:

 

 

 

– çəkisi 185 q-dan çox olmayan:

 

 

0105 11

– – ev toyuqları (Gallus domesticus):

 

 

 

– – – ana və əcdad cinsi xətti ilə çoxaldılan cücələr:

 

 

0105 11 110 0

– – – – yumurtlayan növlər

əd

5 (0% -31.12.2023-cü il tarixədək)

0105 11 190 0

– – – – digərləri

əd

15 (0% -31.12.2023-cü il tarixədək)

 

– – – digərləri:

 

 

0105 11 910 0

– – – – yumurtlayan növlər

əd

15

0105 11 990 0

– – – – digərləri

əd

15

0105 12 000 0

– – hindtoyuqları

əd

15

0105 13 000 0

– – ördəklər

əd

15

0105 14 000 0

– – qazlar

əd

15

0105 15 000 0

– – firəngtoyuqları

əd

15

 

– digərləri:

 

 

0105 94 000 0

– – ev toyuqları (Gallus domesticus)

əd

15

0105 99

– – digərləri:

 

 

0105 99 100 0

– – – ördəklər

əd

15

0105 99 200 0

– – – qazlar

əd

15

0105 99 300 0

– – – hindtoyuqları

əd

15

0105 99 500 0

– – – firəngtoyuqları

əd

15

0106

Digər diri heyvanlar:

 

 

 

– məməlilər:

 

 

0106 11 00

– – primatlar:

 

 

0106 11 001 0

– – – elmi tədqiqat məqsədləri üçün

əd

0

0106 11 009 0

– – – digərləri

əd

15

0106 12 00

– – balinalar, delfinlər və dəniz donuzları (Cetacea dəstəsindən məməlilər); lamantinlər və dyoqonlar (Sirenia dəstəsindən məməlilər); suitilər, dəniz şirləri və morjlar (Pinnipedia yarımdəstəsinin məməliləri):

 

 

0106 12 001 0

– – – elmi tədqiqat məqsədləri üçün

əd

0

0106 12 009 0

– – – digərləri

əd

15

0106 13 00

– – dəvələr və digər dəvələr fəsiləsinin heyvanları (Camelidae):

 

 

0106 13 001 0

– – – elmi tədqiqat məqsədləri üçün

əd

0

0106 13 009 0

– – – digərləri

əd

15

0106 14

– – evdovşanları və dovşanlar:

 

 

0106 14 10

– – – evdovşanları:

 

 

0106 14 101 0

– – – – elmi tədqiqat məqsədləri üçün

əd

0

0106 14 109 0

– – – – digərləri

əd

15

0106 14 90

– – – digərləri:

 

 

0106 14 901 0

– – – – elmi tədqiqat məqsədləri üçün

əd

0

0106 14 909 0

– – – – digərləri

əd

15

0106 19 00

– – digərləri:

 

 

0106 19 001 0

– – – elmi tədqiqat məqsədləri üçün

əd

0

0106 19 009 0

– – – digərləri

əd

15

0106 20 00

– sürünənlər (ilanlar və tısbağalar da daxil olmaqla):

 

 

0106 20 001 0

– – elmi tədqiqat məqsədləri üçün

əd

0

0106 20 009 0

– – digərləri

əd

15

 

– quşlar:

 

 

0106 31 00

– – yırtıcı quşlar:

 

 

0106 31 001 0

– – – elmi tədqiqat məqsədləri üçün

əd

0

0106 31 009 0

– – – digərləri

əd

15

0106 32 00

– – tutuquşukimilər (tutuquşular, uzunquyruqlu tutuquşular, ara və kakadu daxil olmaqla):

 

 

0106 32 001 0

– – – elmi tədqiqat məqsədləri üçün

əd

0

0106 32 009 0

– – – digərləri

əd

15

0106 33 00

– – dəvəquşular; emu (Dromaius novaehollandiae):

 

 

0106 33 001 0

– – – elmi tədqiqat məqsədləri üçün

əd

0

0106 33 009 0

– – – digərləri

əd

15

0106 39

– – digərləri:

 

 

0106 39 100 0

– – – göyərçinlər

əd

15

0106 39 80

– – – digərləri:

 

 

0106 39 801 0

– – – – elmi tədqiqat məqsədləri üçün

əd

0

0106 39 809 0

– – – – digərləri

əd

15

 

– həşəratlar:

 

 

0106 41 000 0

– – arılar

əd

15

0106 49 000 0

– – digərləri [5]

əd

15

0106 90 00

– digərləri:

 

 

0106 90 001 0

– – elmi tədqiqat məqsədləri üçün heyvanlar

əd

0

0106 90 009 0

– – digərləri

əd

15

 

 


 

QRUP 02

 

ƏT VƏ QİDAYA YARARLI ƏLAVƏ ƏT MƏHSULLARI

 

Qeydlər:

 

1. Bu qrupa aşağıdakılar daxil edilmir:

(a) 0201-0208 və ya 0210 mal mövqelərindəki qida üçün yararsız olan məhsulları;

(b) yeyilə bilən, canlı olmayan həşəratlar (0410 mal mövqeyi); [6]

(c) heyvanların bağırsaqları, kisələri və ya mədələri (0504 mal mövqeyi) və ya heyvan qanı (0511 və ya 3002 mal mövqeləri); və ya

(d) 0209 mal mövqeyindəki məhsullardan başqa, heyvan piyi (15-ci qrup).

 

Əlavə qeydlər:

 

1. (A) Aşağıdakı terminlər ifadə edir:

(a) 0201 10 və 0202 10 yarımmövqelərində nəzərdə tutulmuş “iribuynuzlu mal-qaranın cəmdəkləri” - başı ilə və ya başsız, ayaqları ilə və ya ayaqlarsız, digər ayrılmamış əlavə ət məhsulları ilə və ya onlarsız idxal edilən kəsilmiş heyvanların qansızlaşdırılmış, içalatı çıxarılmış və dərisi soyulmuş bütöv cəmdəklərdir. Cəmdək başsız idxal edildilkdə, baş cəmdəkdən atlant-peysər oynaq nahiyəsində ayrılmalıdır. Cəmdəklər ayaqlarsız idxal edildikdə, ayaqlar bilək-əl darağı oynağı və ya ayaq darağının arxa oynağı nahiyəsində ayrılmalıdır; “cəmdəyə” onun bütün sümükləri olan ön hissəsi və boyun əti daxildir, bu zaman boyun hissəsində və kürək hissəsinin qabırğa kənarında 10 cütdən çox qabırğa olmalıdır;

(b) 0201 10 və 0202 10 yarımmövqelərində nəzərdə tutulmuş “iribuynuzlu mal-qaranın şaqqası” - bütöv cəmdəyin boyun, döş, bel və oma fəqərələrinin ortasından, döş və yan-qasıq birləşməsinin mərkəzindən simmetrik olaraq ayrılması nəticəsində alınan məhsuldur; “şaqqa”ya bütün sümükləri və boyun əti daxildir, bu zaman boyun və kürək hissəsinin qabırğa kənarında 10-dan çox qabırğa olmalıdır;

(c) 0201 20 200 0 və 0202 20 100 0 alt yarımmövqelərində nəzərdə tutulmuş “kompensasiya edilmiş yarımşaqqalar” aşağıdakıların birindən ibarət olan cəmdək hissəsidir:

- boyun əti ilə boyun hissəsi ilə, 10-cu qabırğa səviyyəsində kəsilmiş kürək hissəsinin qabırğa tərəfi ilə birlikdə bütün sümükləri olan ön yarımşaqqa, və bud və bud ətrafı ilə birlikdə bütün sümükləri olan 3-cü qabırğa səviyyəsində kəsilmiş arxa yarımşaqqa; və ya

- boyun əti ilə boyun hissəsi ilə, bütöv paşina və döş əti ilə 5-ci qabırğa səviyyəsində kəsilmiş kürək hissəsinin qabırğa kənarları ilə birlikdə bütün sümükləri olan ön yarımşaqqa, və bud və bud ətrafı ilə birlikdə bütün sümükləri olan 8-ci qabırğa səviyyəsində kəsilmiş arxa yarımşaqqa;

“Kompensasiya edilmiş yarımşaqqa”nı təşkil edən ön və arxa yarımşaqqalar eyni zamanda və eyni miqdarda idxal olunmalıdır. Bu zaman ön yarımşaqqaların ümumi çəkisi arxa yarımşaqqaların ümumi çəkisinə bərabər olmalıdır. Bununla belə, mal partiyasının bu iki hissəsinin (ön və arxa yarımşaqqaların) çəkisində müəyyən fərq ola bilər, bir şərtlə ki, həmin fərq daha ağır hissənin çəkisinin 5 %-dən artıq olmasın;

(ç) 0201 20 300 0 və 0202 20 300 0 alt yarımmövqelərində nəzərdə tutulmuş “bölünməmiş ön yarımşaqqalar” - boyun əti ilə boyun hissəsi ilə, minimum 4 maksimum 10 cüt qabırğa olmaqla (birinci dörd qabırğa bütöv, digərləri isə doğranmış ola bilər) paşina ilə birlikdə və ya paşinasız kürək hissəsinin qabırğa tərəfi ilə birlikdə bütün sümükləri olan cəmdəyin ön hissəsidir;

(d) 0201 20 300 0 və 0202 20 300 0 alt yarımmövqelərində nəzərdə tutulmuş “bölünmüş ön yarımşaqqalar” - boyun əti ilə boyun hissəsi ilə, minimum 4 maksimum 10 qabırğa olmaqla (birinci dörd qabırğa bütöv, digərləri isə doğranmış ola bilər) paşina ilə birlikdə və ya paşinasız kürək hissəsinin qabırğa tərəfi ilə birlikdə bütün sümükləri olan yarımşaqqanın ön hissəsidir;

(e) 0201 20 500 0 və 0202 20 500 0 alt yarımmövqelərində nəzərdə tutulmuş “bölünməmiş arxa yarımşaqqalar” - file hissəsi daxil olmaqla, bud və bud ətrafları ilə, minimum 3 cüt bütöv və ya doğranmış qabırğaları olan, baldırla birlikdə və baldırsız, paşina ilə birlikdə və ya paşinasız bütün sümükləri olan cəmdəyin arxa hissəsidir;

(ə) 0201 20 500 0 və 0202 20 500 0 alt yarımmövqelərində nəzərdə tutulmuş “bölünmüş arxa yarımşaqqalar” - file hissəsi daxil olmaqla, bud və bud ətrafları ilə, minimum 3 bütöv və ya doğranmış qabırğaları olan, baldırla birlikdə və baldırsız, paşina ilə birlikdə və ya paşinasız bütün sümükləri olan yarımşaqqanın arxa hissəsidir;

(f) (1) 0202 30 500 0 alt yarımmövqeyində nəzərdə tutulmuş “kürək” və “boyun-kürək” parçaları - döşün birinci seqmentinin birinci qabırğa ilə birləşmə nöqtəsindən onuncu qabırğada diafraqmanın büküş yerinə qədər düz xətt üzrə cəmdəyin doğranması yolu ilə, minimum 4, maksimum 10 qabırğa ilə birlikdə ön yarımşaqqadan alınmış, kürək hissəsinin onurğa tərəfinin yuxarı hissəsi də daxil olmaqla ön yarımşaqqanın bel hissəsidir.

(2) 0202 30 500 0 alt yarımmövqeyində nəzərdə tutulmuş “döş əti” parçası – döş hissəsinin ön və arxa hissələri də daxil olmaqla, ön yarımşaqqanın aşağı hissəsidir.

(B) Bu qrupa dair 1(A) (a - ə) əlavə qeydində göstərilən məhsullar bel sütunu ilə birlikdə və ya bel sütunu olmadan da təqdim edilə bilər.

(C) 1 (A) bəndinə uyğun olaraq göstərilmiş bütöv və ya doğranmış qabırğaların sayının müəyyən edilməsi zamanı yalnız bel sütunundan ayrılmamış qabırğalar nəzərə alınır. Bel sütunu olmadığı halda, olmayan bel sütunu ilə birləşən mövcud bütöv və ya doğranmış qabırğalar nəzərə alınmalıdır.

2. (A) Aşağıdakı terminlər ifadə edir:

(a) 0203 11 100 0 və 0203 21 100 0 alt yarımmövqelərində nəzərdə tutulmuş “cəmdək və şaqqalar” – qansızlaşdırıldıqdan və daxili orqanları çıxarıldıqdan, tükləri və dırnaqları təmizləndikdən sonra cəmdək şəklində kəsilmiş ev donuzlarıdır. Şaqqalar bütöv cəmdəyin boyun, döş, bel və oma fəqərələrindən və döş sümüyünün və yan-qasıq birləşməsi boyunca kəsilməsi yolu ilə əldə edilir. Bütöv cəmdəklər və ya şaqqalar başlı və ya başsız, ayaqlarla, böyrək piyi ilə, böyrəklərlə, quyruqla, diafraqma ilə və ya onsuz ola bilər. Şaqqalarda onurğa beyni, beyin və ya dil çıxarıla və ya çıxarılmaya bilər. Anac donuzların bütöv cəmdəklərində və şaqqalarında yelin (süd vəziləri) saxlanıla və ya çıxarıla bilər.

(b) 0203 12 110 0, 0203 22 110 0, 0210 11 110 0 və 0210 11 310 0 alt yarımmövqelərində “bud” (arxa bud) – ayaqla və ya ayaqsız, baldırla, gönlə və dərialtı piylə və ya onlarsız, sümüklər də daxil olmaqla, şaqqanın arxa (quyruq) hissəsidir.

Bud (arxa bud) şaqqanın digər hissələrindən ən çoxu son bel sümüyünün fəqərəsindən keçən xətt boyu ayrılır.

(c) 0203 19 110 0, 0203 29 110 0, 0210 19 300 0 və 0210 19 600 0 alt yarımmövqelərində “ön hissə” – ayaq, ön ətrafın sümüksüz əti, gönü, dərialtı piyi ilə birlikdə və onlarsız sümüklər də daxil olmaqla şaqqanın başsız ön (baş) hissəsidir.

Ön hissə şaqqanın qalan hissəsindən ən çoxu 5-ci döş fəqərəsini əhatə edən xətt boyu ayrılır.

Bitişik əzələlərlə birlikdə kürək sümüyü ilə və ya onsuz (təzə halda boyun hissəsi və ya bekon yarısının boyun hissəsi duzlanmış halda) ön hissənin yuxarı (kürək) hissəsi, ön hissəsinin aşağı (qarın) hissəsindən ən çoxu bilavasitə bel sütununun altından keçən xətt boyu kəsildikdə can əti parçası sayılır.

(ç) 0203 12 190 0, 0203 22 190 0, 0210 11 190 0 və 0210 11 390 0 alt yarımmövqelərində “kürək” (ön bud) - sümüklər də daxil olmaqla, ön ətrafının sümüksüz əti ilə, gön və dərialtı piy ilə birlikdə və ya onlarsız, bitişik əzələlərlə birlikdə kürək sümüyü ilə və ya onsuz ön hissənin aşağı hissəsidir.

Ayrıca idxal edilən bitişik əzələlərlə birlikdə kürək sümüyü bu alt yarımmövqeyinə ön budun bir hissəsi kimi daxil edilir.

(d) 0203 19 130 0, 0203 29 130 0, 0210 19 400 0 və 0210 19 700 0 alt yarımmövqelərində “can əti” – sümüklər də daxil olmaqla, bonfile, kürək sümüyü, dərialtı piy, dəri ilə birlikdə və ya onlarsız, birinci boyun fəqərəsindən quyruq fəqərələrinə qədər olan şaqqanın üst hissəsidir.

Can əti şaqqanın aşağı hissəsindən bilavasitə onurğa sümüyünün altından keçən xətt boyunca ayrılır;

(e) 0203 19 150 0, 0203 29 150 0, 0210 12 110 0 və 0210 12 190 0 alt yarımmövqelərində “döş əti” - ön və arxa budların ətarasında yerləşən, adətən “striklər” (bekon yarısının döş hissəsi) adı ilə tanınan, sümüklü və ya sümüksüz, lakin dəri və dərialtı piylə birlikdə olan şaqqanın alt hissəsidir;

(ə) 0210 19 100 0 alt yarımmövqeyində “bekon yarısı” – baş, gıdık, ayaqlar, baklar, quyruq, böyrək piyi, böyrəklər, bonfile, kürək sümüyü, döş sümüyü, bel sütunu, çanaq sümüyü və diafraqması olmayan donuzun şaqqasıdır.

(f) 0210 19 100 0 alt yarımmövqeyində “spenser” – sümüksüz və ya sümüklü, bud ətrafı olmayan bekon yarısıdır;

(g) 0210 19 200 0 alt yarımmövqeyində “donuzun yan tərəfinin 3/4-ü” - sümüksüz və ya sümüklü ön hissəsiz bekon yarısıdır;

(ğ) 0210 19 200 0 alt yarımmövqeyində “donuzun ortası” - sümüksüz və ya sümüklü, bud ətrafısız və ön hissəsiz bekon yarısıdır.

Bu alt yarımmövqeyinə, həmçinin bütövlüklə donuz ortasının təbii tərkibinə mütənasib olan can ətinin və döş ətinin toxumalarından ibarət olan donuz ortasının kəsikləri də daxil edilir.

(B) 2 (A) (e) bəndində göstərilən kəsiklərin hissələri tərkibində dəri və dərialtı piy olduqda da eyni alt yarımmövqeyinə daxil edilir.

0210 11 110 0 və 0210 11 190 0, 0210 11 310 0, 0210 11 390 0, 0210 19 300 0 və 0210 19 600 0 alt yarımmövqelərinə daxil edilən parçalar 2 (A) (ə) bəndində adıçəkilən sümüklər çıxarılmış bekon yarısından alındığı halda, kəsilmə xətləri 2 (A) (b, c, ç) bəndində göstərilmiş xətlər üzrə aparılmalıdır; hər bir halda bu parçalarda və onların hissələrində sümük olmalıdır.

(C) 0206 49 200 0 və 0210 99 490 0 alt yarımmövqelərinə, həmçinin beyni, yanağı və ya dili çıxarılmış və ya çıxarılmamış ev donuzlarının başları, başlarının yarısı və ya onların hissələri daxil edilir.

Baş şaqqanın digər hissəsindən aşağıdakı qaydada ayrılır:

- kəlləyə paralel düz kəsiklə; və ya

- göz səviyyəsinə qədər kəlləyə paralel kəsiklə və daha sonra gıdıkın şaqqada saxlanılmaq şərtilə ön hissəyə meyilli aparılan kəsiklə.

Yanaqlar, donuz burunları və qulaqları, eləcə də xüsusilə arxa tərəfdən başa bitişik ət başın hissələrinə aid edilir. Lakin bir parça şəklində təqdim olunmuş ön hissənin sümüksüz əti (gıdıklar, baklar, və ya gıdıklar və baklar birlikdə) konkret şərtlərdən asılı olaraq, 0203 19 550 0, 0203 29 550 0, 0210 19 500 0 və ya 0210 19 810 0 alt yarımmövqeyinə daxil edilir.

(Ç) 0209 00 110 0 və 0209 00 190 0 alt yarımmövqelərində “dərialtı donuz piyi” cəmdəyin hansı hissəsindən alınmasından asılı olmayaraq, heyvanın dərisinin altında əmələ gələn və ona bitişik olan piy toxumalarını bildirir; hər bir halda piy toxumalarının çəkisi dəri çəkisindən artıq olmalıdır.

Bu alt yarımmövqelərinə, həmçinin donuzun dərisindən ayrılmış dərialtı piy də daxildir.

(D) 0210 11 310 0, 0210 11 390 0, 0210 12 190 0 və 0210 19 600 0 – 0210 19 890 0 alt yarımmövqelərində ətdə su/zülal nisbəti 2,8 (zülal = azotun miqdarı x 6,25) və ya daha az olan məhsullar “qurudulmuş və ya hisə verilmiş” kimi sayılır.

3. (A) 0204 mal mövqeyində istifadə edilən terminlər aşağıdakıları bildirir:

(a) 0204 10, 0204 21, 0204 30, 0204 41 mal mövqelərində və 0204 50 110 0 və 0204 50 510 0 alt yarımmövqelərində “cəmdəklər” - qansızlaşdırılmış, daxili orqanları çıxarıldılmış və gönü soyulmuş, başlı və ya başsız, ayaqlarla və ya ayaqlarsız, digər ayrılmamış ətin əlavə məhsulları ilə və ya onlarsız kəsilmiş heyvanların bütöv cəmdəkləridir. Cəmdək başsız idxal edildikdə baş cəmdəkdən atlant-peysər oynağı nahiyəsindən ayrılmalıdır. Cəmdəklər ayaqlarsız idxal edildikdə, onlar bilək-əl darağı oynağı və ya ayaq darağının arxa oynağı nahiyəsindən ayrılmalıdır;

(b) 0204 10, 0204 21, 0204 30, 0204 41 mal mövqelərində və 0204 50 110 0, 0204 50 510 0 alt yarımmövqelərində “şaqqalar” - bütöv cəmdəyin hər bir boyun, döş, bel və oma fəqərəsinin ortasından və döş və yan-qasıq birləşməsinin ortasından simmetrik olaraq doğranması nəticəsində alınan məhsuldur;

(c) 0204 22 100 0, 0204 42 100 0, 02 04 50 130 0 və 0204 50 530 0 alt yarımmövqelərində “qısa ön yarımşaqqalar” - bel sütunu ilə düz bucaq altında doğranmış və minimum beş, maksimum yeddi cüt bütöv və ya doğranmış qabırğalardan ibarət olan, döş əti ilə və ya onsuz, bütün sümükləri və kürəkləri, ön ətrafının əti, boyun əti və boyun-bel hissəsi ilə birlikdə cəmdəyin ön hissəsidir;

(ç) 0204 22 100 0, 0204 42 100 0, 0204 50 130 0 və 0204 50 530 0 alt yarımmövqelərində “qısa ön yarımşaqqa” - bel sütunu ilə düz bucaq altında doğranmış və minimum 5, maksimum 7 cüt bütöv və ya doğranmış qabırğalardan ibarət olan, döş əti ilə və ya onsuz, bütün sümükləri və kürəkləri, ön ətrafının əti, boyun əti və boyun-bel hissəsi ilə birlikdə şaqqanın ön hissəsidir;

(d) 0204 22 300 0, 0204 42 300 0, 0204 50 150 0 və 0204 50 550 0 alt yarımmövqelərində “bel hissəsinin onurğa tərəfi və (və ya) böyrək hissəsi” - baldırlı çanaq-bud hissələrinin və ya böyrəklərlə və ya böyrəklərsiz qısa ön yarımşaqqaların ayrılmasından sonra cəmdəyin qalan hissəsi; böyrək hissələrinin ayrılması zamanı bel hissənin onurğa tərəfinın minimum 5 bel fəqərəsi olmalıdır; onurğa tərəflərindən ayrılmış böyrək hissələrinin isə minimum 5 cüt bütöv və ya doğranmış qabırğaları olmalıdır;

(e) 0204 22 300 0, 0204 42 300 0, 0204 50 150 0 və 0204 50 550 0 alt yarımmövqelərində “bel hissəsinin onurğa tərəfi və (və ya) böyrək hissələri” - baldırlı çanaq-bud hissəsinin və ya böyrəklə və ya böyrəksiz qısa ön yarımşaqqaların ayrılmasından sonra şaqqanın qalan hissəsidir; böyrək hissəsinin ayrılması zamanı bel hissənin onurğa tərəfinın minimum 5 bel fəqərəsi olmalıdır; onurğa tərəfindən ayrılmış böyrək hissəsinin isə minimum 5 bütöv və ya doğranmış qabırğaları olmalıdır;

(ə) 0204 22 500 0, 0204 42 500 0, 0204 50 190 0 və 0204 50 590 0 alt yarımmövqelərində “baldırlı çanaq-bud hissələri” - bel sütununa düz bucaq altında altıncı bel fəqərəsi səviyyəsində bilavasitə çanaq sümüyünün üst altından doğranmış və ya dördüncü oma fəqərəsi səviyyəsində çanaq sümüyünün üzərindən yan-qasıq birləşməsi istiqamətində doğranmış, bütün sümüklər və arxa baldırlar da daxil olmaqla cəmdəyin arxa hissəsidir;

(z) 0204 22 500 0, 0204 42 500 0, 0204 50 190 0 və 0204 50 590 0 alt yarımmövqelərində “baldırlı çanaq-bud hissəsi” - bel sütununa düz bucaq altında altıncı bel fəqərəsi səviyyəsində bilavasitə çanaq sümüyünün üst altından doğranmış və ya dördüncü oma fəqərəsi səviyyəsində çanaq sümüyünün üzərindən yan-qasıq birləşməsi istiqamətində doğranmış, bütün sümüklər və arxa baldır da daxil olmaqla, şaqqanın arxa hissəsidir;

(B) 3 (A) bəndinə uyğun bütöv və ya doğranmış qabırğaların sayı müəyyən edildikdə, yalnız bel sütunundan ayrılmamış qabırğalar nəzərə alınır.

4. Aşağıdakı terminlər bildirir:

(a) 0207 13 200 0 - 0207 13 600 0, 0207 14 200 0 – 0207 14 600 0, 0207 26 200 0 – 0207 26 700 0, 0207 27 200 0 – 0207 27 700 0, 0207 44 210 0 – 0207 44 710 0, 0207 45 210 0 – 0207 45 710 0, 0207 54 210 0 - 0207 54 710 0, 0207 55 210 0 - 0207 55 710 0 və 0207 60 210 0 - 0207 60 610 0 alt yarımmövqelərində “sümüklü cəmdək hissələri” - bütün sümükləri olan hissələrdir;

(b) bəndində göstərilən, lakin sümükləri qismən çıxarılmış cəmdək hissələri 0207 13 700 0, 0207 14 700 0, 0207 26 800 0, 0207 27 800 0, 0207 44 810 0, 0207 45 810 0, 0207 54 810 0, 0207 55 810 0 və ya 0207 60 810 0 alt yarımmövqelərinə daxil edilir;

(c) 0207 13 200 0, 0207 14 200 0, 0207 26 200 0, 0207 27 200 0, 0207 44 210 0, 0207 45 210 0, 0207 54 210 0, 0207 54 210 0, 0207 55 210 0 və 0207 60 210 0 alt yarımmövqelərində “yarım” - ev quşlarının döş sümüyünün və onurğasının uzununa kəsilməsi ilə alınan cəmdək yarısıdır;

(ç) 0207 13 200 0, 0207 14 200 0, 0207 26 200 0, 0207 27 200 0, 0207 44 210 0, 0207 45 210 0, 0207 54 210 0, 0207 54 210 0, 0207 55 210 0 və 0207 60 210 0 alt yarımmövqelərində “çeyrək” - cəmdələrin yarısılarının bölünməsi yolu ilə alınmış ayaq və ya döş çeyrəkləridir;

(d) 020713 300 0, 0207 14 300 0, 0207 26 300 0, 0207 27 300 0, 0207 44 310 0, 0207 45 310 0, 0207 54 310 0, 0207 55 310 0 və 0207 60 310 0 alt yarımmövqelərində “nazik uclu və ya onsuz bütöv qanadlar” - bitişik əzələlərlə birlikdə çiyin, mil və dirsək sümüklərindən ibarət olan cəmdək hissələri. Əl sümüyünün nazik ucu ayrıla bilər. Bu parçalar oynaqlardan ayrılmalıdır;

(e) 0207 13 500 0, 0207 14 500 0, 0207 26 500 0, 0207 27 500 0, 0207 44 510 0, 0207 45 510 0, 0207 54 510 0, 0207 55 510 0 və 0207 60 510 0 alt yarımmövqelərində “döş əti” - hər iki tərəfi qabırğalı döş sümüyündən ibarət olan bitişik ətraf əzələləri ilə cəmdək hissələridir;

(ə) 0207 13 600 0, 0207 14 600 0, 0207 44 610 0, 0207 45 610 0, 0207 54 610 0, 0207 55 610 0 və 0207 60 610 0 alt yarımmövqelərində “ayaqlar” - bud, böyük baldır və kiçik baldır sümüklərindən ibarət olan bitişik ətraf əzələləri ilə birlikdə cəmdək hissələridir. Bu parçalar oynaqlardan ayrılmalıdır;

(f) 0207 26 600 0 və 0207 27 600 0 alt yarımmövqelərində “hindtoyuğu baldırları” - böyük baldır və kiçik baldır sümüklərindən ibarət olan bitişik ətraf əzələləri ilə birlikdə hidtoyuqlarının tikələridir. Bu parçalar oynaqlardan ayrılmalıdır;

(g) 0207 26 700 0 və 0207 27 700 0 alt yarımmövqelərində “baldırlar istisna olmaqla hindtoyuğu ayaqları” - bitişik ətraf əzələləri ilə birlikdə bud sümüyündən və ya bitişik ətraf əzələləri ilə birlikdə bud, böyük baldır və kiçik baldır sümüklərindən ibarət olan hindtoyuğu tikələri. Bu parçalar oynaqlardan ayrılmalıdır.

(ğ) 0207 44 710 0, 0207 45 710 0, 0207 54 710 0 və 0207 55 710 0 alt yarımmövqelərində “paletotlar” - yolunmuş və ya daxili orqanları tamamilə çıxarılmış, başsız və ayaq daraqlarsız, skelet sümükləri (döş sümüyü, qabırğalar, onurğa və oma sümüyü) çıxarılmış, lakin bud, baldır və çiyin sümükləri saxlanılmış cəmdəklər.

5. (a) İstilik tətbiq olunmadan kulinar yolla hazırlanmış ədviyyatlı ət 16-cı qrupa daxil edilir. “Ədviyyatlı ət” - açıq-aydın gözlə görünən və ya dadı hiss olunan məhsulun daxilində və ya bütün səthində ədviyyat olan istilik tətbiq olunmadan kulinar yolla hazırlanmamış ətdir.

(b) ədviyyat onların fərqləndirici əlamətlərini dəyişdirmədiyi halda hazırlanma zamanı ədviyyat əlavə olunmuş 0210 mal mövqeyinin məhsulları bu mal mövqeyinə daxil edilir.

6. 02 10 11 - 02 10 93 yarımmövqelərində “duzlu, duzlu suda olan ət və qida üçün yararlı olan ətin əlavə məhsulları” termini ümumi duzun miqdarı 1,2 kütlə % və ya daha çox olan, duzlama məhsulun uzun müddət saxlanmasını təmin etdiyi halda, bütün hissələri dərin və bərabər duzla hopdurulmuş əti və qida üçün yararlı olan ətin əlavə məhsullarını bildirir. 02 10 99 yarımmövqeyində “duzlu, duzlu suda olan ət və qida üçün yararlı olan ətin əlavə məhsulları” termini ümumi duzun miqdarı 1,2 kütlə% və ya daha çox olan, bütün hissələri dərin və bərabər duzla hopdurulmuş əti və qida üçün yararlı olan ətin əlavə məhsullarını bildirir.

 

XİF MN üzrə kod

Mal mövqelərinin adları

Əlavə ölçü vahidi

Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)

1

2

3

4