AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
29.11.2017
QEYDİYYAT NÖMRƏSİ
1702
ADI
Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlığın gələcək inkişafı haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 30-11-2017, Nəşr Nömrəsi: 264), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2017, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 2041)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.11.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
450.010.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201711291702
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.12.2017
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlığın gələcək inkişafı haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlığın gələcək inkişafı haqqında 2017-ci il avqustun 8-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Energetika Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 noyabr 2017-ci il

                  № 1702


Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında

energetika sahəsində əməkdaşlığın gələcək inkişafı haqqında

 

ANLAŞMA MEMORANDUMU

 

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti,

energetika sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə səylərini təsdiq edərək,

beynəlxalq hüququn normaları və hər iki dövlətin qanunvericiliyinə uyğun olaraq, bərabərlik və qarşılıqlı fayda prinsiplərini rəhbər tutaraq,

Xəzər dənizində öz suveren hüquqlarının həyata keçirilməsi üçün əlverişli şərtləri təmin etməyə, həmçinin Xəzər dənizi dibinin və təkinin mineral ehtiyatlarının səmərəli istifadəsi ilə bağlı məsələlərin qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunda tənzimlənməsinə səy göstərərək,

Xəzər dənizinin dibi və təkinin mineral ehtiyatlarının tədqiqi və istifadə olunmasında Tərəflərin maraqlarından çıxış edərək, aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Tərəflər iki dövlətin enerji potensialının inkişafı üçün qarşılıqlı faydalı şərtlərin yaradılmasına, birgə neft-qaz layihələrinin həyata keçirilməsinə, enerji mənbələrinin və enerji ehtiyatlarının beynəlxalq bazarlara nəql edilməsi yollarının diversifikasiyasına yardım edəcəklər.

 

Maddə 2

 

Tərəflər energetika və neft-qaz komplekslərində elmi-texniki və qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı və möhkəmləndirilməsini təmin etmək üçün zəruri tədbirlərin görülməsi niyyətini ifadə etdilər.

 

Maddə 3

 

Tərəflər həmçinin Tərəf dövlətlərin neft-qaz çıxarılması və neft-qaz emalı, istehsalı sahəsində əməkdaşlığının inkişaf etdirilməsi və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı niyyətini ifadə etdilər.

 

Maddə 4

 

Tərəflər energetika, neft, qaz, mineral ehtiyatlar və neft-qaz sənayesi məsələləri üzrə məlumat mübadiləsinə və məsləhətləşmələrin aparılmasına yardım edəcəklər.

 

Maddə 5

 

Tərəflər təkin istifadəsi və dibin və təkin ehtiyatlarının mənimsənilməsi ilə bağlı digər qanunauyğun təsərrüfat-iqtisadi fəaliyyət üzrə suveren hüquqlarının həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsinin beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları nəzərə alınaraq orta xətt əsasında Tərəflərin razılaşması ilə həyata keçirilməsində razılığa gəldilər.

Bu məqsədlə Tərəflər Azərbaycan Respublikası və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə birgə işçi qrup yaradırlar.

Bölgü xəttinin döngə nöqtələrinin və çıxış bazis nöqtələrin coğrafi koordinatları Tərəflər arasında razılaşdırılmış kartoqrafik materiallar əsasında müəyyən ediləcək və Tərəflərin Sazişində əks olunacaqdır.

Perspektiv struktur və yataqlardan bölgü xəttinin keçdiyi təqdirdə, onların kəşfiyyatı və tədqiqi məsələləri Tərəflər arasında ayrıca sazişlərin predmeti olacaqdır.

Tərəflər özlərinin sektorlarının hüdudlarında Xəzər dənizi dibinin və təkinin ehtiyatlarının kəşfiyyatı, tədqiqi və idarə olunması, Xəzər dənizinin dibi ilə sualtı kabellərin və boru kəmərlərinin çəkilməsi, süni adaların, bermaların, dambaların, estakadaların, platformaların və digər mühəndis qurğularının yaradılması, habelə dibin və təkin mənimsənilməsi ilə bağlı digər qanunauyğun təsərrüfat-iqtisadi fəaliyyətlə məşğul olmaq məqsədilə suveren hüquqlarını həyata keçirirlər.

 

Maddə 6

 

Hazırkı Memorandum hər hansı hüquq və öhdəliklərin yaranmasını, həmçinin Tərəf dövlətlərin iştirakçısı olduqları istənilən beynəlxalq müqavilələr çərçivəsində Tərəflərin hüquq və öhdəliklərinin dəyişdirilməsini ehtiva etmir.

 

Maddə 7

 

Tərəflərin qarşılıqlı razılığı əsasında hazırkı Memoranduma dəyişiklik və əlavələr onun ayrılmaz tərkib hissəsi olan protokollarla rəsmiləşdirilə bilər.

 

Maddə 8

 

Hazırkı Memorandumun müddəalarının təfsiri və tətbiqi ilə bağlı mübahisə yarandığı təqdirdə, Tərəflər onları danışıqlar və məsləhətləşmələr yolu ilə həll edəcəklər.

 

Maddə 9

 

Hazırkı Memorandum imzalandığı gündən qüvvəyə minir.

Bakı şəhərində 8 avqust 2017-ci il tarixində, hər biri Azərbaycan, türkmən və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır. Bütün mətnlər eyni qüvvəyə malikdir. Fikir ayrılığı yarandığı təqdirdə, Tərəflər rus dilində olan mətni əsas götürəcəklər.

 

Azərbaycan Respublikası

Türkmənistan

Hökuməti adından

Hökuməti adından

(imza)

(imza)

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status