Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 29 avqust tarixli 294 nömrəli qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 29 avqust tarixli 294 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1026) ilə təsdiq edilmiş “Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”nın 6.2-ci bəndinin birinci cümləsinə “Mədəniyyət və Turizm Nazirliyinə” sözlərindən sonra “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq” sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 29 noyabr 2017-ci il
№ 522