×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
17.11.2017
QEYDİYYAT NÖMRƏSİ
884-VQD
ADI
Azərbaycan Respublikasının “Rəşadət” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 06-12-2017, Nəşr nömrəsi: 269), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2017, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2242)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.12.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.270.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201711170884
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
07.12.2017
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının “Rəşadət” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1.Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12, I kitab, maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311) 1-ci maddəsində “Azərbaycan bayrağı” ordeni;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

“Rəşadət” ordeni;”.

Maddə 2. “Azərbaycan Respublikasının “Rəşadət” ordeninin statutu” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Azərbaycan Respublikasının “Rəşadət” ordeninin təsviri” təsdiq edilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 noyabr 2017-ci il

               № 884-VQD

 


 

 

Azərbaycan Respublikasının 2017-ci il

17 noyabr tarixli 884-VQD nömrəli Qanunu ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının “Rəşadət” ordeninin statutu

 

Maddə 1. Təltif edilən şəxslər

1.1. Azərbaycan Respublikasının “Rəşadət” ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı xidmətlərinə görə təltif edilirlər:

1.1.1. Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;

1.1.2. əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə görə;

1.1.3. Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə görə;

1.1.4. həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə;

1.1.5. fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə görə;

1.1.6. dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.

1.2. Azərbaycan Respublikasının “Rəşadət” ordeninin üç dərəcəsi vardır.

1.3. Azərbaycan Respublikasının 1-ci dərəcəli “Rəşadət” ordeni ən yüksək dərəcəlidir.

1.4. Azərbaycan Respublikasının “Rəşadət” ordeninin dərəcələri ardıcıllıqla verilir.

Maddə 2. Taxılma qaydası

Azərbaycan Respublikasının “Rəşadət” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri olduqda “Azərbaycan bayrağı” ordenindən sonra taxılır.

 


 

 

Azərbaycan Respublikasının 2017-ci il

17 noyabr tarixli 884-VQD nömrəli Qanunu ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının “Rəşadət” ordeninin təsviri

 

Maddə 1. Ordenin ümumi təsviri

1.1. Azərbaycan Respublikasının “Rəşadət” ordeni (bundan sonra - orden) hər bir guşəsi qabarıq ikipilləli formalı, diametri 40 mm olan səkkizguşəli ulduz şəklində lövhədən ibarətdir. Ulduzun ikipilləli guşələrinin arasında ucları kürəcikli relyefli elementlər yerləşdirilmişdir.

1.2. Ordenin 1-ci dərəcəsi qızıldan, 2-ci dərəcəsi gümüşdən, 3-cü dərəcəsi bürüncdəndir.

Maddə 2. Ordenin ön tərəfi

Səkkizguşəli ulduzun ön tərəfində iki dairə ilə əhatə olunmuş lövhə yerləşdirilmişdir. Birinci dairə ilə ikinci dairənin arasında ağ minalı fonda yuxarı hissədə qövs boyunca “RƏŞADƏT” sözü, aşağı hissədə qövs boyunca palıd yarpaqlarından ibarət çələng təsvir olunmuşdur. “RƏŞADƏT” sözünün hər iki tərəfində kompozisiyanı tamamlayan xətt vardır. İkinci dairənin daxilində tünd göy minalı fonda kəsişən iki qılıncın arasında kiçik səkkizguşəli ulduz yerləşdirilmişdir. “RƏŞADƏT” sözü, palıd yarpaqlarından ibarət çələng və səkkizguşəli ulduz relyeflidir.

Maddə 3. Ordenin arxa tərəfi

Ordenin arxa tərəfinin səthi hamardır, aşağı hissəsində ordenin seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Ordenin elementləri

4.1. Orden paltara bərkidilmək üçün elementi olan, 37 mm x 28 mm ölçülü, yuxarı hissəsi düzbucaqlı, aşağı hissəsi qövs formalı xara lentə ilgək və 2 halqa vasitəsilə birləşdirilir. Xara lentin mərkəzində ordenin 1-ci dərəcəsi üçün eni 5 mm olan bir qızılı zolaq; ordenin 2-ci dərəcəsi üçün hər birinin eni 2,5 mm olan iki qızılı zolaq və onların arasında eni 1 mm olan tünd göy rəngli bir zolaq; ordenin 3-cü dərəcəsi üçün hər birinin eni 1,5 mm olan üç qızılı zolaq və onların arasında hər birinin eni 1 mm olan tünd göy rəngli iki zolaq təsvir edilmişdir. Qızılı zolaqların kənarlarında – sağ və sol tərəflərində ordenin 1-ci dərəcəsi üçün eni 8,5 mm , 2-ci dərəcəsi üçün eni 8 mm , 3-cü dərəcəsi üçün eni 7,75 mm olan tünd göy rəngli zolaq, həmin zolağın yanında isə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərini əks etdirən və hər birinin eni 1,5 mm olan mavi, qırmızı və yaşıl rəngli üç zolaq və ardıcıl olaraq tünd göy, qızılı və tünd göy rəngli (hər birinin eni 1mm) daha üç zolaq vardır. Lentin üzərindəki zolaqların hamısı şaqulidir. Lentin alt hissəsinə üzərində dəfnə yarpaqlarından ibarət çələng əks olunmuş, ordenin dərəcəsinə uyğun metaldan hazırlanmış relyefli qövsvari lövhə bərkidilmişdir. Lövhənin mərkəzində eni 3 mm olan şaquli zolaq vardır.

4.2. Ordenə paltara bərkidilmək üçün elementi olan, ordenin dərəcəsinə uyğun xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.


 

 


 


 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status