Bakı şəhərinin Xəzər rayonundakı Türkan qəsəbə Mədəniyyət Evinə Ağaxan Abdullayevin adının verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Bakı şəhərinin Xəzər rayonundakı Türkan qəsəbə Mədəniyyət Evinə görkəmli muğam ustası, Azərbaycan Respublikasının Xalq artisti Ağaxan Abdullayevin adı verilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 749; 2015, № 3, maddələr 333, 338, № 4, maddə 455, № 6, maddə 801, № 10, maddə 1220, № 11, maddə 1425; 2016, № 6, maddə 1195, № 10, maddə 1731, № 11, maddə 1944, № 12, maddə 2243; 2017, № 4, maddə 635) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “I. Büdcədən maliyyələşdirilən qurumlar” bölməsinin “5. Mədəniyyət mərkəzləri, evləri və klubları” hissəsinin 5.1.17-ci yarımbəndinə “Türkan” sözündən əvvəl “Ağaxan Abdullayev adına” sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 27 noyabr 2017-ci il
№ 512