“Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 8 oktyabr tarixli 325 nömrəli qərarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Energetika Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 8 oktyabr tarixli 325 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1296) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“1. Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:
Kollegiyanın sədri
|
|
Şahbazov Pərviz Oqtay oğlu
|
- Azərbaycan Respublikasının energetika naziri
|
Kollegiyanın üzvləri:
|
|
Cavadov Gülməmməd Süleyman oğlu
|
- Azərbaycan Respublikası energetika nazirinin müavini
|
Abbasov Natiq Balaş oğlu
|
- Azərbaycan Respublikası energetika nazirinin müavini
|
Hüseynov İftixar Hüseyn oğlu
|
- Azərbaycan Respublikası Energetika Nazirliyinin Aparatının rəhbəri
|
Ağayev İbrahim Hümbət oğlu
|
- Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının hüquqi münasibətlər şöbəsinin müdiri
|
Nağıyev Fazil Mirağa oğlu
|
- Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının dövlət proqramlarının hazırlanması və icrasına nəzarət şöbəsinin müdiri
|
Məsimova Xalidə Məhəmməd qızı
|
- Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələri şöbəsinin müdiri
|
Hüseynov Cəfər Əlisəf oğlu
|
- Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin rəisi
|
Sadıqov Hacıqulu Rəvan oğlu
|
- Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin rəisi”.
|
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 3 noyabr 2017-ci il
№ 474