AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
06.12.2017
QEYDİYYAT NÖMRƏSİ
529
ADI
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 08-12-2017, Nəşr Nömrəsi: 271), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2017, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2477)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.12.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
240.070.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201712060529
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
12.12.2017
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərar

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanının 4.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 588, № 10, maddə 934; 2014, № 7, maddə 912; 2016, № 4, maddə 789, № 7, maddə 1361) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-3-cü hissələrdən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın;

1.2. həmin qərara 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansına verilən abidələrin, dövlət mülkiyyətinə məxsus qeyri-yaşayış binalarının, tikililərin və binaların qeyri-yaşayış sahələrinin Siyahısı”nın və 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansında olan abidələrin, qeyri-yaşayış binalarının, tikililərin və binaların qeyri-yaşayış sahələrinin Siyahısı”nın adlarından “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 150 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 860; 2015, № 10, maddə 1241; 2016, № 3, maddə 596) ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”nin 1.2-ci bəndindən “(bundan sonra - İdarə)” sözləri çıxarılsın, 1.4-cü bəndində “İdarədə” sözü “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində (bundan sonra - İdarə)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 oktyabr tarixli 285 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1206; 2015, № 10, maddə 1240; 2016, № 3, maddə 575, № 9, maddə 1559) ilə təsdiq edilmiş “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə”nin 1.6-cı bəndindən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 102 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 470; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 oktyabr tarixli 465 nömrəli qərarı) ilə təsdiq edilmiş “Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması Qaydası”nın 3.2-ci bəndindən və 3.6.2-ci yarımbəndindən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 128 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 614) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nın 3.1-ci bəndindən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 may tarixli 196 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 772) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”nın 1.2-ci, 1.3-cü, 2.1-ci, 2.3-cü, 3.1-ci, 3.3-cü və 4.1-ci bəndlərindən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 26 may tarixli 204 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 779; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 oktyabr tarixli 420 nömrəli qərarı) ilə təsdiq edilmiş “Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi Qaydası”nın 1.8-ci, 2.5-ci, 3.3-cü, 6.1-ci, 7.1-7.3-cü, 8.1-ci, 8.2-ci, 9.1-ci, 9.2-ci bəndlərindən və 8.3.2-ci yarımbəndindən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 iyul tarixli 266 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 897; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 oktyabr tarixli 421 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 3.3-cü, 3.4-cü, 3.5-ci, 4.1-ci (birinci və ikinci cümlələrində), 7.4-cü, 8.4-cü, 8.7-ci, 9.4-cü (birinci və ikinci cümlələrində), 9.5-ci (birinci və ikinci cümlələrində) bəndlərindən və 5.3.1-ci, 5.3.2-ci yarımbəndlərindən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 20 avqust tarixli 287 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 972; 2016, № 11, maddə 1976) ilə təsdiq edilmiş “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nın 1.2-ci bəndindən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 fevral tarixli 28 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 371) ilə təsdiq edilmiş “Milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə verilən Təminatlar”ın 3.1-ci, 4.3-cü və 5.1-5.3-cü bəndlərindən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 may tarixli 208 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 967) ilə təsdiq edilmiş “Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Qaydası”nın 4.1-ci bəndindən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli 368 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1593) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı Qaydası”nın 1.4-cü bəndindən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 6 dekabr 2017-ci il

     № 529

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status