834-VQD - “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
31.10.2017
QEYDİYYAT NÖMRƏSİ
834-VQD
ADI
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 17-12-2017, Nəşr nömrəsi: 279), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2017, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2202)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.12.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201710310834
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.12.2017
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddə üzrə:

1.1. 1.0.3-cü və 1.0.13-cü maddələrdə “elmi-pedaqoji” sözü “elmi” sözü ilə əvəz edilsin;

1.2. 1.0.4-cü və 1.0.53-cü maddələrə “fundamental” sözündən sonra “, nəzəri-metodoloji, pedaqoji-metodiki” sözləri əlavə edilsin;

1.3. 1.0.20-ci maddəyə “ali təhsil müəssisəsi” sözlərindən sonra “və elmi müəssisə” sözləri əlavə edilsin;

1.4. 1.0.37-ci maddədə “elmlər dоktоrlarına verilən elmi ad, ali təhsil müəssisəsində seçkili vəzifə” sözləri “elmi və pedaqoji kadrlara verilən elmi ad” sözləri ilə əvəz edilsin.

2. 22-ci maddə üzrə:

2.1. 22.1-ci maddəyə “mütəxəssislərin” sözündən sonra “, elmi” sözü əlavə edilsin;

2.2. 22.2-ci maddəyə “mütəxəssislər” sözündən sonra “, elmi” sözü əlavə edilsin;

2.3. 22.3-cü maddənin dördüncü cümləsində “elmi-tədqiqat” sözləri “elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilsin.

3. 23-cü maddə üzrə:

3.1. 23.1-ci maddədən “və elmi-pedaqoji” sözləri çıxarılsın;

3.2. 23.2-ci maddənin birinci və ikinci cümlələrində “və elmi” sözləri “, elmi müəssisə və” sözləri ilə əvəz edilsin;

3.3. 23.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“23.5. Doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna uyğun olaraq, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.”;

3.4. 23.6-cı maddədən “formada dövlət nümunəli sənəd” sözləri “formalı dövlət sənədi” sözləri ilə əvəz edilsin;

3.5. 23.7-ci maddənin birinci cümləsində “elmi və” sözləri “elmi müəssisə və təşkilatlarda və” sözləri ilə, ikinci cümləsində “və elmi tədqiqat müəssisələrinə” sözləri “, elmi müəssisə və təşkilatlara” sözləri ilə əvəz edilsin;

3.6. 23.10-cu maddəyə “ali təhsil müəssisəsinin” sözlərindən sonra “və elmi müəssisənin” sözləri əlavə edilsin.

4. 25.2-ci maddəyə “fundamental” sözündən sonra “, nəzəri-metodoloji, pedaqoji-metodiki” sözləri əlavə edilsin.

5. 29-cu maddə üzrə:

5.3. 29.0.4-cü maddədə “yüksək dərəcəli” sözləri “yüksəkixtisaslı elmi və” sözləri ilə əvəz edilsin;

5.4. 29.0.31-ci maddəyə “təhsil müəssisələrində” sözlərindən əvvəl “ali” sözü əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 oktyabr 2017-ci il

                № 834-VQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status