“İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı”nın və “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının 2-ci hissəsinin üçüncü abzasına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə).
3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bir ay müddətində “Pulsuz müalicə-profilaktik yeməklərin rasionunu və vitaminli preparatların tərkibi”ni təsdiq etsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 14 dekabr 2017-ci il
№ 550
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2017-ci il 14 dekabr tarixli 550 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
1 nömrəli əlavə
|
İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların
SİYAHISI
1. Aşağıdakı siyahıda göstərilən istehsalat sahələrində çalışan işçilərə iş yerlərinin attestasiyasının nəticələri əsasında müalicə-profilaktik yeməklər verilir:
|
2. Aşağıdakı kimyəvi maddələrlə bağlı iş yerlərində çalışan işçilərə iş yerlərinin attestasiyasının nəticələri əsasında pulsuz süd və ona bərabər tutulan məhsullar verilir:
2.2. alifatik və alitsiklik karbohidrogenlər (doymuş və doymamış):
2.1.1. metan sırası karbohidrogenləri: butan, izobutan, pentan, izopentan, heksan, oktan, izooktan, ionan;
2.1.2. etilen sırası karbohidrogenləri: butilenlər, amilenlər, izobutilenlər;
2.1.3. tsiklik, doymamış karbohidrogenlər: tsiklopentadiyen, ditsiklopentadiyen, tsiklopentadiyeniltrikarbonil permanqanat;
2.1.4. bir və iki nüvəli aromatik karbohidrogenlər: benzol, ksilol, toluol, etilbenzol, kumol, diizopropilbenzol, stirollar, difenil, naftalin və onların törəmələri;
2.2. yağlı karbohidrogen sırasının halogenli birləşmələri:
2.2.1. flüorlu törəmələr: flüoretilen, diflüoretilen, triflüoretilen, tetraflüoretilen, triflüorpropilen, diflüoretan, dekaflüorbutan;
2.2.2. xlorlu törəmələr: metilxlorid, metilenxlorid, xloroform, karbon-4xlorid, etilxlorid, dixloretan, trixloretan, tetraxlorpropan, tetraxlorpentan, vinilxlorid, dixloretilen, trixloretilen, tetraxloretilen, heksaxlortsiklopentadiyen, allozan, xloropren, allilxlorid, butilenxlorid, heksaxlorbutadiyen və bu sıradan digərləri;
2.2.3. bromlu törəmələri: metilenbromid, metilbromid, etilbromid, dibrometan, tetrabrometan, dibrompropan, broform və digərləri;
2.2.4. yodlu törəmələri: metilyodid, yodoform, etilyodid və digərləri;
2.3. aromatik karbohidrogen sırasının halogenli birləşmələri: xlorbenzol, dixlorbenzol, trixlorbenzol, tetraxlorbenzol, heksaxlorbenzol, benzilxlorid, bezotrixlorid, xlorstirol, brombenzol, benzilbromid və bu sıranın digər halogenli birləşmələri;
2.4. çoxnüvəli monotsiklik karbohidrogenlərin xlorlu birləşmələri: xlorlaşmış difenillər, difenilin xloroksidi, xlorindan, xlornaftalinlər, heptaxlor, DDT, heksaxlortsikloheksan, polixlorpinin, polixlorkamfen, xlorten, sinazin, artazin;
2.5. spirtlər:
2.5.1. yağlı karbohidrogenlərin doymuş və doymamış spirtləri və qlikolları: metil spirti, allil və krotil spirtləri və digər spirtlər;
2.5.2. yağlı karbohidrogen spirtlərinin halogenli törəmələri: ortaflüoramil, tetraflüorpropil və digər spirtlər;
2.5.3. alitsiklik və aromatik sıra spirtləri: benzil spirti, tsikloheksanol və digərləri;
2.6. fenollar: fenol, xlorfenollar, pentaxlorfenol, krezollar, hidroxinon, natripentaxlorfenolyat və digərləri;
2.7. alitsiklik və alifatik sıranın efirləri və onların halogenli törəmələri: dimetil, dietil, diizopropil, dibutil, vinilbutil, divinil, monoxlordimetil, dixlordietil, tetraxlordietil, etilenqlikol, propilenqlikol, qliserin və poliqlikolların efirləri;
2.8. fenol efirləri: qvayakol, hidroxinonun monobenzil efiri, dinil və bu sıradan başqaları;
2.9. üzvi oksid və pereoksidlər: etilen, propilen oksidləri, epixlorhidrin, izopropilbenzolun hidroperoksidi, benzol, peroksid, metiletilketon, tsikloheksanon oksidləri və bu sıradan digər maddələr;
2.10. tiospirtlər, tiofenollar və tioefirlər: metil və etilmerkaptanlar, trixlorfenol və pentaxlortiofenol, 2,4-trixlorfenoksisirkə turşusunun duzları;
2.11. əvəzləyici və əvəzləyicisiz aldehid və ketonlar: asetaldehid, formaldehid, benzoldehid, akrolein, aseton, bromaseton, xloraseton, pentaxloraseton, heksaxloraseton və bu sıradan başqaları;
2.12. üzvi turşular, onların anhidridləri, amidləri və hallogenan-hidridləri: malein ftal anhidridi, turşular: qarışqa, sirkə, propion və onların anhidridləri, naften turşuları, benzoilxlorid, xlorfenoksisirkə turşusu, karbomon turşusunun birləşmələri, tio və ditikarbamid turşuları, dimetilfermamid və həmin qrupdan qalanları, həmçinin diazobirləşmələr, diazoketonlar və diazoefirlər;
2.13. mürəkkəb efirlər: nitrit, nitrat, sulfat, xlorsulfanol, qarışqa, sirkə, propion, akril, metakril turşuları, efirləri və onların halogenli törəmələri;
2.14. fosfat turşusunun mürəkkəb efirləri və amidləri: trikrezilfosfat, tiofos, metefos, metiletiltiofos, merkaptofos, metilmerkaptofos, flüorofos, tabun, zonan, zarin, oktametil, karbofos, M-81, №74 preparatları DDVF, fosfamid, dietilxlormonofosfat, metildixlortiofosfat, dimetilxlortiofosfat və digər fosfor üzvi zəhərləyici maddələr;
2.15. yağlı polietilen sırasının nitro və amino birləşmələri və onların törəmələri: nitroolefinlər, nitroetan, nitrometan, nitropropan, nitrobutan, nitrofoks, xlorpikrin, nitrosikloheksan, metilamin, dimetilamin, trimetilamin, etilamin, dietilamin, etilenimin, polietilepilin, polietilenpoliamin, heksametilendiamin, etanolamin, tsikloheksilalin və bu sıradan digərləri;
2.16. aromatik sıranın nitro və amin birləşmələri və onların törəmələri: nitrobenzollar, nitrotoluollar, nitroksilol, dinok, dinoseb, nitronaftalinlər, nitrofenollar, nitro- və aminozollar, animen, asetonamilin, xloranilinlər, finilendiaminlər, benzidin,parafenetizin;
2.17. benzoxinonlar, naftaxinon, antraxinon, benzatren, parabezoxenon və dixlornaftaxinon;
2.18. üzvi boyalar: nitroxinon, nitro və nitroazoboyalar, azoboyalar, azin boyaları, 2-metilfuran (silvan);
2.19. hetrotsiklik birləşmələr istehsalında: furan, tetrahidrofuran, furfurol, tiofen, indol, piridin, pirazalen, purin, piridin və purin əsasları, pikolinlər, nikotin turşusu, dioksanlar, piperidin, morfomen, heksogen, barturatlar;
2.20. alkaloidlər: atropin, kokain, tiryək, morfin, kodein, strixnin, pilokarpin, skopolazin, salsolin, olekopos, papaverin, nikotin, anatazin, həmçinin tərkibində bu maddələr olan xammal və hazır məhsullar (narkotik-tütün, siqaret, siqaret istehsalı, tütünün fermentləşdirilməsi);
2.21. bor karbohidrogenləri;
2.22. halogenlər və halogen törəmələri: flüor, xlor, brom, yod, xlorlu, bromlu, flüorlu hidrogen, flüor turşusu, silisiumlu hidrogen flüorid turşusu, flüor oksidi, 1 və 2 xlor oksidi, triflüoridxlor, yodxlorid, karbonxlor oksidi (fosgen);
2.23. kükürd birləşmələri: hidrogensulfid, karbonsulfid, xlorsulfon turşusu, kükürdün xlor anhidridləri, sulfid və sulfat anhidridləri;
2.24. selen və onun birləşmələri: selen anhidridi, selenit turşusu, selenat turşusu, onların duzları, selenxloroksidi, selenin üzvi birləşmələri;
2.25. tellur və onun birləşmələri;
2.26. azot birləşmələri: hidrozin və onun birləşmələri, azot oksidi, azot turşusu, natrium azit, ammonyak, natrium nitrat, azotxlorid, nitrozilxlorid, hidroksilamin;
2.27. sarı (ağ) fosfor və onun birləşmələri: fosfor anhidridi, fosfat turşusu və onun duzları;
2.28. mərgümüş (arsen) və onun birləşmələri: arsen anhidridi və ona oxşar anhidridlər, kalsium arsenit, kalsium arsenat, natrium arsenit, Paris yaşılı, asarsol, iprit;
2.29. sürmə və onun birləşmələri: sürmə anhidridi və sürməli, sürməli hidrogen, sürmə xlorid;
2.30. sianidlər: hidrogensianid, kalium və natrium sianidlər, disian, xlorsian, bromsian, kalsiumsianid, sianurxlorid, benzilsianid;
2.31. nitrollar: asetonitril, asetonsianhidrin, akrilonitril, etilensianhidrin, bezonitril və başqaları;
2.32. izosianatlar, fenilizosianit, heksametilen, diizosianat, tolyilendiizosianat və başqaları;
2.33. tərkibində 10%-dən çox sərbəst kristallik silisium 2-oksid olan aerozol şəkilli silisium birləşmələri;
2.34. civə və onun üzvi, qeyri-üzvi birləşmələri: metal-civə, civə-sianid, civə-nitrat, guruldayıcı civə, dimetilcivə, etilmerkurxlorid, etilmerkurfosfat, dietilcivə, xlorfenolcivə, merkurasetet, merkuran və civənin digər birləşmələri;
2.35. manqan və onun birləşmələri: manqan oksidi, sulfat, xlorid və manqansulfat və onun başqa birləşmələrinin aerozolları;
2.36. berillium və onun birləşmələri: berillium oksidi, berillium oksidinin hidratı, berillium karbid, berillium sulfat, berillium xlorid, berillium flüor oksidi və başqa birləşmələrinin aerozolları;
2.37. tallium və onun birləşmələri: tallium xlorid, tallium sulfat, tallium asetat, tallium nitrat, tallium karbonat və digərləri;
2.38. titan və onun birləşmələri;
2.39. vanadium və onun birləşmələri: vanadium-5 oksid və 3-oksid, ammonium, natrium və kalsium vanadatları, vanadium xloridləri;
2.40. xrom və onun birləşmələri: xrom-3 oksid, xrom oksidi, xrom zəyi, natrium bixromat və başqaları;
2.41. molibden və onun birləşmələri: molibden-3 oksid, ammonium molibdat;
2.42. nikel və onun birləşmələri: nikeloksid, nikel 3-oksid, nikel 2-oksidin hidratı;
2.43. metanol;
2.44. qalay, bor və silisium üzvi birləşmələri;
2.45. qurğuşun və onun birləşmələri;
2.46. nikel, kobalt, manqan metallarının karbonilləri;
2.47. litium, sezium, rubidium və digər qələvi elementləri və onların birləşmələri;
2.48. nadir torpaq elementləri (lantanidlər) və onların birləşmələri.
2.49. Kadmium oksid və onun digər birləşmələri;
2.50. bioloji baytarlıq preparatları, heyvanların çimizdirilmə vasitələri, akarasidlər və ərazinin dezinfeksiyasında işlədilən baytarlıq preparatları; antibiotiklər: biomisin, tetrasiklin, sintomisin, levomisetin və digərləri;
2.51. mikrobioloji mənşəli komponentlər: bakterioloji toksinlər, kimya-toksikoloji, virusoloji, seroloji və radioloji maddələr, mikotoksinlər;
2.52. güclü təsir edən zəhərli maddələrin aerozolları (“A” və “B” siyahısına daxil olanlar);
2.53. bütün növ dudaların istehsalı;
2.54. pestisidlər;
2.55. birinci və ikinci dərəcəli işlərdə açıq şəkildə istifadə olunan radioaktiv maddələr.
3. Pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar verilən yeraltı əmək şəraitli iş yerləri iş yerlərinin attestasiyasının nəticələri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 20 fevral tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş “İşləri yerin altında görülən yeraltı istehsalatların, şaxtaların, tunellərin, qurğuların və digər iş yerlərinin Siyahısı”na əsasən müəyyən edilir.
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2017-ci il 14 dekabr tarixli 550 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
2 nömrəli əlavə
|
İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı”na (bundan sonra - Siyahı) uyğun olaraq, işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalar mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublika ərazisində yerləşən bütün müəssisələrdə tətbiq edilir.
1.3. İşçilərə pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar iş yerlərinin attestasiyasının nəticələrinə əsasən həmin iş yerləri zərərli və ağır və ya xüsusilə zərərli və xüsusilə ağır qiymətləndirildikdə verilir.
Siyahının 1-ci hissəsində göstərilən istehsalat sahələrində çalışan işçilərə pulsuz müalicə-profilaktik yeməklər, 2-ci hissəsində göstərilən iş yerlərində çalışan işçilərə isə süd və ona bərabər tutulan məhsullar verilir.
1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 20 fevral tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş “İşləri yerin altında görülən yeraltı istehsalatların, şaxtaların, tunellərin, qurğuların və digər iş yerlərinin Siyahısı” ilə müəyyən edilmiş iş yerləri iş yerlərinin attestasiyasının nəticələrinə əsasən xüsusilə zərərli və xüsusilə ağır qiymətləndirildikdə, bu iş yerlərində çalışan işçilərə müvafiq rasion üzrə pulsuz müalicə-profilaktik yeməklər, həmin iş yerləri zərərli və ağır qiymətləndirildikdə isə süd və ona bərabər tutulan məhsullar verilir.
1.5. Həyata keçirilən əməyin mühafizəsi tədbirləri nəticəsində iş yerlərinin attestasiyası zamanı zərərli və ağır əmək şəraitinin aradan qaldırıldığı müəyyən edildikdə, işçilərə müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi dayandırılır.
2. Müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi normaları və şərtləri
2.1. Əmək şəraiti zərərli və ağır qiymətləndirilən iş yerlərində çalışan işçilərə iş vaxtı (növbəsi) ərzində 0,5 litr pulsuz süd verilir.
2.2. Pulsuz müalicə-profilaktik yeməklər və süd əvəzinə işçilərə pul kompensasiyasının ödənilməsi qadağandır.
Pulsuz müalicə-profilaktik yemək verilən işçilərə süd verilmir.
2.3. Pulsuz müalicə-profilaktik yeməklər iş vaxtı (növbəsi) ərzində iş yerinə yaxın bufetlərdə və ya yeməkxanalarda istirahət və nahar fasiləsi zamanı yeyilməlidir.
Süd və ona bərabər tutulan məhsullar iş vaxtı (növbəsi) ərzində iş yerinə yaxın bufetlərdə, yeməkxanalarda və ya sanitariya-gigiyena tələblərinə cavab verən otaqlarda paylanmalı, istirahət və nahar fasiləsi və ya qısa fasilələr zamanı içilməli və ya yeyilməlidir.
2.4. Zülal hesabı ilə aşağıdakı yeyinti məhsulları 0,5 litr südə bərabər tutulur və süd əvəzinə onların verilməsinə yol verilir:
2.4.1. qatıq məhsulları (kefir və s.) - 500 qram;
2.4.2. kəsmik, xama - 150 qram;
2.4.3. yağlılığı 24 faizindən az olmayan pendir - 60 qram.
2.5. Südün əvəzinə bu Qaydalarla müəyyən edilməyən digər yeyinti məhsullarının verilməsinə icazə verilmir.
2.6. Qurğuşunun qeyri-üzvi birləşmələri ilə daimi təmasda olan işçilərə süd əvəzinə qatıq verilməsi tövsiyə edilir və onlara süddən və ya qatıqdan əlavə saflaşdırılmış və konservləşdirilmiş bitki mənşəli yeyinti məhsulları, meyvə şirəli içkilər şəklində 2 qram pektin verilməlidir (pektinin faktiki miqdarı istehsalçı zavod tərəfindən malın üstündə göstərilən faizlə müəyyən edilir). Bu miqdarda pektini əvəz etmək məqsədi ilə işçilərə kələmdən, yerkökündən, ağ turpdan, qırmızı turpdan, çuğundurdan hazırlanmış salat və ya tərkibində 250-300 milliqram mət olan natural meyvə şirələri verilməsinə icazə verilir.
Tərkibində pektin olan yeyinti məhsulları, meyvə şirələri, içkilər işə başlamazdan qabaq verilməli və iş gününün başlanğıcında içilməli və ya yeyilməlidir.
2.7. Antibiotiklərin istehsalında və emalında çalışan işçilərə süd əvəzinə qatıq və ya üzlü süd əsasında hazırlanmış kolibakterin verilməlidir.
2.8. Bu Qaydalarla müəyyən edilmiş normalar dövlət təminatının minimum normalarıdır. Bu normalar çərçivəsində işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla bağlı xərclər buraxılan məhsulun və ya göstərilən xidmətin maya dəyəri xərclərinə aid edilir. Büdcədən maliyyələşdirilən müəssisələrdə işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla bağlı xərclər gəlirdən çıxılan xərclərin tərkibində nəzərdə tutulmaqla ödənilir.
2.9. Kollektiv müqavilələrdə, kollektiv müqavilənin bağlanmadığı hallarda isə əmək müqaviləsində və ya işəgötürənlə həmkarlar ittifaqları arasında razılaşmalarla bu Qaydalarla müəyyən edilmiş normalardan yüksək miqdarda, habelə bu Qaydalar şamil edilməyən zərərli və ağır əmək şəraitli iş yerlərində çalışan işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi nəzərdə tutularsa, normadan artıq xərclər məhsulun maya dəyərinə daxil edilmir və müəssisənin gəliri hesabına ödənilir.