AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
19.12.2017
QEYDİYYAT NÖMRƏSİ
1743
ADI
Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 20-12-2017, Nəşr Nömrəsi: 281), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2017, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2311)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.12.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
13201712191743
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201712191743
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
20.12.2017
“Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın, “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği”nin və “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın m

Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği” təsdiq edilsin (əlavə olunur). [2]

3. “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği” təsdiq edilsin (əlavə olunur).

3-1. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydası” təsdiq edilsin (əlavə olunur). [3]

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 dekabr 2017-ci il

1743

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 19 dekabr tarixli Fərmanı ilə 1743 nömrəli

təsdiq edilmişdir

 

Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-1-ci maddəsinə əsasən hazırlanmışdır və açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisində isə Dənizkənarı Bulvar İdarəsi tərəfindən (bundan sonra – müvafiq qurum) həyata keçirilir. [4]

1.3. Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. [5]

1.4. Açıq məkanda reklam daşıyıcısı dedikdə, reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan daşınmaz və daşınar (o cümlədən ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları) əmlak nəzərdə tutulur. [6]

1.5. Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanları, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və ya yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. [7]

1.6. Açıq məkanda yerləşdirilməsinə icazə verilən, həmçinin bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yerləşdirilməsinə icazə alınması tələb olunmayan reklam “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının, Şuşa şəhərinin ərazisində həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verməlidir. [8]

1.7. Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi ilə bağlı bu Qayda ilə tənzimlənməyən məsələlər “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

1.8. Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsinin xüsusiyyətləri Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə” ilə müəyyən edilir.

1.9. Müvafiq qurum açıq məkanda yayımlanan reklamların uçotunu və elektron bazasını aparır.

1.10. Müvafiq qurumun hərəkət və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

 

2. Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi

 

2.1. Açıq məkanda reklam yerləşdirilməsinə icazə (bundan sonra – icazə) alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır.

2.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir (müvafiq qurum özü bu Qaydanın 2.2.1-2.2.3-cü yarımbəndlərində nəzərdə tutulmuş sənədlər barədə məlumatları “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsində nəzərdə tutulmuş qaydada əldə edə bildikdə həmin sənədlərin ərizəyə əlavə edilməsi tələb olunmur):

2.2.1. reklam yayıcısı hüquqi şəxs, yaxud xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

2.2.2. reklam yayıcısı fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;

2.2.3. reklam yayıcısının vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

2.2.4. reklamın yerləşdiriləcəyi yerdə rəngli fotomontajı, reklamın yerləşdiriləcəyi yerin rəngli fotosu (sxemi) və vəziyyət planı; [9]

2.2.5. reklamın eskizi və ölçüləri;

2.2.6. istehsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan əmtəələrin reklamı yerləşdirilərkən müvafiq lisenziya, yaxud sertifikatın və ya digər icazənin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

2.2.7. reklamda əmtəə nişanı və coğrafi göstərici xarici dildə yerləşdiriləcəyi halda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin verdiyi qeydiyyat şəhadətnaməsi. [10]

2.3. Müvafiq qurum reklam yayıcısının təqdim etdiyi ərizənin, ona əlavə edilmiş sənədlərin bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərinin, həmçinin 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən etibarən 5 iş günündən gec olmayaraq müvafiq qurum onların aradan qaldırılması üçün reklam yayıcısına bildiriş təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar reklam yayıcısına, eyni zamanda bildirilməlidir.

2.4. Reklam yayıcısı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman icazənin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət icazənin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırıldığı barədə reklam yayıcısının müraciətindən sonra müddətin axımı bərpa olunur.

2.5. Reklam yayıcısı ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, müvafiq qurum ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 iş günü müddətində reklam yayıcısına təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

2.6. Müvafiq qurum icazə verilməsindən aşağıdakı hallarda imtina edir:

2.6.1. ərizə və ona əlavə olunmuş sənədlər bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərinin tələblərinə uyğun olmadıqda (aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar istisna olmaqla);

2.6.2. icazə istənilən reklam bu Qaydanın 1.6-cı bəndinin tələblərinə cavab vermədikdə.

2.7. Müvafiq qurum təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq reklam yayıcısına icazə üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə bildiriş göndərir və ya icazənin verilməsindən imtina haqqında inzibati akt qəbul edir. İcazənin verilməsindən imtina haqqında inzibati akt müvafiq qurumun rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində reklam yayıcısına təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. İcazənin verilməsindən imtina haqqında inzibati akt bu Qaydanın 2.6-cı bəndində nəzərdə tutulmuş imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır.

2.8. Reklam yayıcısı aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra icazə alınması üçün müvafiq quruma ərizə ilə təkrar müraciət edə bilər.

2.9. İcazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu müvafiq qurumun verdiyi bildiriş alındığı tarixdən 5 iş günü ərzində reklam yayıcısı tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq quruma təqdim olunur. [11]

2.10. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənədi reklam yayıcısı müvafiq quruma təqdim etdikdən sonra 2 iş günündən gec olmayaraq icazə reklam yayıcısına verilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. İcazənin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. [12]

2.11. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. Bu Qaydanın 2.2.6-cı yarımbəndində nəzərdə tutulmuş əmtəələrə münasibətdə icazə müvafiq lisenziyada (sertifikatda və ya digər icazədə) müəyyən edilmiş müddətdən artıq verilə bilməz. Daimi xarakter daşıyan reklama (xidmət, ticarət və ya digər obyektlərin adları və s.) icazə altı aydan az olmayan müddətə verilir. [13]

2.12. İcazədə aşağıdakılar göstərilir:

2.12.1. icazənin verilmə tarixi və qeydiyyat nömrəsi;

2.12.2. müvafiq qurumun adı və ünvanı;

2.12.3. texniki şərtlər (reklam daşıyıcısının yerləşdiyi ünvan və ya koordinat, reklam daşıyıcısının növü, ölçüsü və tərəflərinin sayı, reklamın sahəsi (kv.m.), reklam yayımı zonası (olduqda), reklamın effektivlik dərəcəsinin kateqoriyası (olduqda), əmsal, reklamın eskizi və ölçüləri, reklamın yerləşdiriləcəyi yerdə rəngli fotomontajı, reklamın yerləşdiriləcəyi yerin rəngli fotosu (sxemi) və vəziyyət planı); [14]

2.12.4. icazənin sahibi barədə məlumatlar (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, hüquqi şəxsin, yaxud xarici hüquqi şəxsin filialının və ya nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı);

2.12.5. icazənin müddəti (müddətin başlama və başa çatma tarixləri göstərilməklə);

2.12.6. açıq məkanda reklam yayımına görə haqqın və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələ; [15]

2.12.7. istehsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan əmtəələrin reklamına icazə verilərkən müvafiq lisenziya, yaxud sertifikatın və ya digər icazənin verilmə tarixi, qeydiyyat nömrəsi, müddəti (olduqda). [16]

2.13. İcazə müvafiq qurumun rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

2.14. Açıq məkanda reklam yerləşdirilməsinə icazə hər bir reklam daşıyıcısına münasibətdə ayrıca verilir. [17]

2.15. Reklam yayıcısı reklam yerləşdirilməsinə icazə verilmiş reklam daşıyıcısında icazənin qüvvədə olduğu müddətdə digər reklamı yerləşdirmək niyyəti barədə müvafiq qurumu məlumatlandırmalıdır. Bunun üçün yeni reklam yerləşdirilməzdən əvvəl müvafiq quruma bu Qaydanın 2.2.5‒2.2.7-ci yarımbəndlərində nəzərdə tutulmuş sənədlər təqdim edilir. Müvafiq qurum sənədlərin alındığı tarixdən 5 iş günündən gec olmayaraq bu Qaydanın 2.6.2-ci yarımbəndində nəzərdə tutulmuş halları müəyyən etdikdə, onların aradan qaldırılması üçün reklam yayıcısına bildiriş təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir. Qeyd edilən müddət ərzində müvafiq qurum iradlarını bildirmədikdə, habelə bildirilmiş iradları aradan qaldırdıqdan sonra reklam yayıcısı bu bəndin birinci cümləsində nəzərdə tutulmuş digər reklamı yerləşdirə bilər. İstehsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan yeni əmtəələrin reklamı yerləşdirildiyi halda isə mövcud icazə bu Qaydanın 2.21-ci bəndinə uyğun olaraq yenidən rəsmiləşdirilir.

2.16. Yerdəyişməyə (o cümlədən eyni ünvan çərçivəsində) məruz qalmış, həmçinin ölçüləri, hündürlüyü, istiqaməti dəyişdirilmiş və ya digər konstruktiv dəyişikliklər edilmiş reklam qurğusunda reklam yerləşdirmək üçün reklam yayıcısı yenidən bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir.

2.17. İcazə müqaviləsi bağlanılmadıqda, verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. 2017-ci il avqustun 1-dək icazə almış və icazəsi qüvvədə olan reklam yayıcıları müvafiq qurumla 2018-ci il yanvarın 1-dək icazə müqaviləsi bağlamalıdırlar. Müvafiq qurum 2017-ci il avqustun 1-dək icazə almış və icazəsi qüvvədə olan reklam yayıcılarına icazə müqaviləsinin bağlanılması zərurəti barədə bildiriş göndərir. [18]

2.18. İcazə müqaviləsi bağlanılmadıqda:

2.18.1. icazə və texniki şərtlər pasportu müvafiq qurum tərəfindən ləğv edilir (bu Qaydanın 2.18.2-ci yarımbəndində nəzərdə tutulmuş inzibati aktlar istisna olmaqla) və bu barədə məlumat 2 iş günü müddətində reklam yayıcısına təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir;

2.18.2. açıq məkanda reklam yerləşdirilməsinə dair 2017-ci il avqustun 1-dək reklam yayıcısına münasibətdə qəbul edilmiş inzibati aktların etibarsız sayılması və ya ləğvi üçün müvafiq qurum tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görülür.

2.19. Reklam yayıcısı açıq məkanda reklam yayımına görə müvafiq quruma haqq ödəyir. Haqqın məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. Haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısı ilə bağlanan icazə müqaviləsində müəyyən edilir. [19]

2.20. Reklam daşıyıcısının söküldüyü, icazənin dayandırıldığı və ya ləğv edildiyi, həmçinin reklam yayımının reklam yayıcısının öz təşəbbüsü ilə dayandırıldığı hallarda ödənilmiş haqq geri qaytarılmır.

2.21. İcazə müddətinin uzadılması icazə sahibinin müraciəti əsasında bu Qaydanın 2.11-ci bəndinə və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, icazənin yenidən rəsmiləşdirilməsi qaydasında həyata keçirilir.

2.22. İcazənin müddəti bitdiyi halda reklam yayıcısı reklam yayımını dərhal dayandırmalıdır. Müddəti bitmiş icazə, onun müddəti uzadılmadığı halda, müvafiq qurumun inzibati aktı ilə ləğv edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində reklam yayıcısına təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

 

3. Açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi

 

3.1. Müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür. [20]

3.2. Müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir.

3.3. Reklam yayıcısının, bu Qaydanın 3.2-ci bəndinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq, pozuntuların aradan qaldırıldığı barədə müvafiq quruma məlumat verdiyi tarixdən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən ən geci 3 iş günü ərzində müvafiq qurum pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır.

3.4. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq qurum:

3.4.1. reklamın yerləşdirilməsinə verilmiş icazəyə (o cümlədən bu Qaydanın 2.15-ci bəndinə uyğun olaraq, reklamı müvafiq qurumu məlumatlandırmadan yayımlayan reklam yayıcısının malik olduğu icazəyə) münasibətdə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci və 26-cı maddələrində nəzərdə tutulmuş tədbirlər görür (icazə ləğv edildiyi halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); [21]

3.4.2. bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yerləşdirilməsinə icazə alınması tələb olunmayan reklamın, həmçinin bu Qaydanın 3.4.1-ci yarımbəndinə uyğun olaraq yayımı dərhal dayandırılmayan reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür.

3.5. Müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan və ya müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: [22]

3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır);

3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür.

3.6. Açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir.

3.7. Müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir.

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 19 dekabr tarixli Fərmanı ilə 1743 nömrəli

təsdiq edilmişdir

 

Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği

 

1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 33-1-ci və 33-2.2-ci maddələrinə uyğun olaraq, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə bir kvadratmetr üçün (icazənin müddəti və reklam daşıyıcısının növü nəzərə alınmaqla) dövlət rüsumunun məbləğləri aşağıdakı kimi təsdiq edilsin:

 

Sıra nömrəsi

Reklam daşıyıcısının növü

İcazənin müddəti

Dövlət rüsumunun məbləği

(manatla)

1.1.

Fərdi layihələr əsasında hazırlanmış reklam qurğuları (hava şarları, dirijabllar, aerostatlar və s.)

1 il

100,0

1.2.

Elektron (rəqəmsal) daşıyıcılar (monitor, ekran, tablo və s.)

1 il

50,0

1.3.

Təsvirin dinamik dəyişdiyi daşıyıcılar:

 

 

1.3.1.

roller

1 il

40,0

1.3.2.

prizmatron və s.

1 il

17,0

1.4.

Hərəkətsiz daşıyıcılar:

 

 

1.4.1. [23]

transparant, körpüüstü reklam

1 il

20,0

1.4.2.

ayrıca dayaqlı lövhə və qutu (o cümlədən ictimai nəqliyyat dayanacaqlarına inteqrasiya olunmuşlar), tumba, ödəniş terminalları və avtomatlaşdırılmış satış köşkləri (vending)

1 il

17,0

1.4.3.

bilbord, meqabord

1 il

15,0

1.4.4. [24]

kronşteyn panel, divar panosu (brandmauer), binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları, çətir, tent, bayraq, afişa stendi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulmuş digər reklam daşıyıcıları (1.4.1–1.4.3-cü yarımbəndlərdə nəzərdə tutulmuş reklam daşıyıcıları istisna olmaqla)

1 il

10,0

 

 

2. Reklam daşıyıcısının quraşdırıldığı zonadan asılı olaraq, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:

2.1. Bakı şəhəri üzrə - 1;

2.2. Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə - 0,8;

2.3. Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə - 0,7;

2.4. digər şəhər (rayon), qəsəbə və kənd üzrə - 0,5.

3. Müəyyən edilsin ki:

3.1. həcmli fəza konstruksiyaları və mürəkkəb formalı qurğular üçün reklam sahəsi kimi reklamın konturu ilə əhatə olunmuş sahə qəbul edilir;

3.2. birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran ölçüsü 1 kvadratmetrdən artıq olan lövhəyə (yazıya) görə dövlət rüsumu onun ümumi ölçüsünə uyğun ödənilir; [25]

3.3. müvəqqəti xarakter daşıyan reklama verilmiş icazənin müddəti bir ildən az olduqda, dövlət rüsumunun məbləği on ikiyə bölünərək icazə istənilən ayların sayına vurulur və alınan nəticəyə 2-ci hissədə nəzərdə tutulmuş müvafiq əmsal tətbiq olunur; [26]

3.4. icazə müddətinin uzadılması, həmçinin istehsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan yeni əmtəələrin reklamının yerləşdirilməsi hallarında mövcud icazənin yenidən rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödənilir.

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 19 dekabr tarixli Fərmanı ilə 1743 nömrəli

təsdiq edilmişdir

 

Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə əsasən hazırlanmışdır və açıq məkanda reklam yayımına görə haqqın məbləğinin müəyyən edilməsi ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Açıq məkanda reklam yayımına görə haqq, yayımın müddəti, reklam daşıyıcısının növü, reklam yayımı zonası və reklamın effektivlik dərəcəsinin kateqoriyası nəzərə alınmaqla, yayımlanan reklamın 1 kvadratmetri üçün müəyyən edilir.

1.3. Açıq məkanda reklam yayımına görə haqqın tutulması Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (bundan sonra – Agentlik), Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisində isə Dənizkənarı Bulvar İdarəsi tərəfindən həyata keçirilir. [27]

1.4. Açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısı ilə bağlanan icazə müqaviləsində müəyyən edilir. [28]

 

2. Açıq məkanda reklam yayımına görə haqqın müəyyən edilməsi

 

2.1. Açıq məkanda reklam yayımına görə haqqın müəyyən edilməsi məqsədilə ölkə ərazisi aşağıdakı reklam yayımı zonalarına bölünür:

2.1.1. Bakı şəhəri üzrə A, B və C zonaları;

2.1.2. Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə A, B və C zonaları;

2.1.3. Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və Xaçmaz rayonunun Nabran qəsəbəsi;

2.1.4. digər şəhər (rayon), qəsəbə və kənd.

2.2. Bu Qaydanın 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərində göstərilən reklam yayımı zonaları əhalinin sıxlığı, nəqliyyatın intensivliyi, yaşayış və ticarət obyektlərinin, onları birləşdirən prospekt, küçə və meydanların sıxlığı, ətrafındakı ərazilərin təyinatı nəzərə alınmaqla müəyyən edilir.

2.3. Bu Qaydanın 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərində göstərilən şəhərlər üzrə (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisi istisna olmaqla) reklam yayımı zonalarının bölgüsü Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi nəzərə alınmaqla Agentlik tərəfindən həyata keçirilir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun və Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisi Bakı şəhəri üzrə A zonasına, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisi isə Bakı şəhəri üzrə C zonasına aid edilir. [29]

2.4. Agentlik bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq müəyyən etdiyi reklam yayımı zonalarının xəritələrini öz internet səhifəsində yerləşdirir.

2.5. Bu Qaydanın 2.1.1-ci yarımbəndində göstərilən zonalar daxilində reklamın effektivlik dərəcəsi tətbiq edilir. Reklamın yerləşdiyi yerdən, şəraitindən, ətrafından və auditoriyasının miqyasından asılı olaraq Agentlik (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisində isə Dənizkənan Bulvar İdarəsi) tərəfindən reklamın effektivlik dərəcəsinin 1, 2 və 3 kateqoriyaları müəyyən edilir. [30]

 

3. Açıq məkanda reklam yayımına görə haqqın hesablanma qaydası

 

3.1. Açıq məkanda reklam yayımına görə haqq hər ay reklamın 1 kvadratmetri üçün reklam daşıyıcısının növləri üzrə aşağıdakı məbləğdə hesablanır:

 

Sıra nömrəsi

Reklam daşıyıcısının növü

Reklam yayımına görə haqq (manatla, ƏDV-siz)

3.1.1.

Fərdi layihələr əsasında hazırlanmış reklam qurğuları (hava şarları, dirijabllar, aerostatlar və s.)

17,0

3.1.2.

Elektron (rəqəmsal) daşıyıcılar (monitor, ekran, tablo və s.)

 

1.

20 kvadratmetrədək olduqda

hər kvadratmetrinə görə 12,0

2.

50 kvadratmetrədək olduqda

240 manat + 21 – 50 kvadratmetrlik hissəsinin hər kvadratmetrinə görə 9,0

3.

100 kvadratmetrədək olduqda

510 manat + 51 – 100 kvadratmetrlik hissəsinin hər kvadratmetrinə görə 7,0

4.

100 kvadratmetrdən artıq olduqda

860 manat + 100 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə 5,0 [31]

3.1.3.

Təsvirin dinamik dəyişdiyi daşıyıcılar:

 

1.

roller

10,0

2.

prizmatron və s.

6,0

3.1.4.

Hərəkətsiz daşıyıcılar:

 

1. [32]

transparant, körpüüstü reklam

7,0

2.

ayrıca dayaqlı lövhə və qutu (o cümlədən ictimai nəqliyyat dayanacaqlarına inteqrasiya olunmuşlar), tumba, ödəniş terminalları və avtomatlaşdırılmış satış köşkləri (vending)

6,0

3.

bilbord, meqabord

5,0

4. [33]

kronşteyn panel, divar panosu (brandmauer), binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları, çətir, tent, bayraq, afişa stendi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulmuş digər reklam daşıyıcıları (3.1.4-cü yarımbəndin 1–3-cü abzaslarında nəzərdə tutulmuş reklam daşıyıcıları istisna olmaqla)

2,5

 

3.2. Bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş məbləğ, reklam yayımı zonalarından, Bakı şəhəri üzrə isə həmçinin reklamın effektivlik dərəcəsinin kateqoriyasından asılı olaraq aşağıdakı əmsallara vurulur:

3.2.1. Bakı şəhəri üzrə:

 

Zona

Kateqoriya

Əmsal

A

1

5

2

4

3

3,4

B

1

2,9

2

2,5

3

2,1

C

1

1,8

2

1,5

3

1,3

 

3.2.2. Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə:

 

Zona

Əmsal

A

1

B

0,8

C

0,6

 

3.2.3. Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə əmsal - 0,6;

3.2.4. digər şəhər (rayon), qəsəbə və kənd üzrə əmsal - 0,5;

3.2.5. respublika əhəmiyyətli “M” indeksli avtomobil yollarının (Bakı şəhərində istisna olmaqla) torpaq sahələri üzrə əmsal ‒ 1. [34]

3.3. Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran ölçüsü 1 kvadratmetrdən artıq olan lövhəyə (yazıya) görə haqq onun ümumi ölçüsünə uyğun ödənilir. [35]

 

4. Açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi qaydası [36]

 

4.1. Açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısına verilən icazədə müəyyən edilir.

4.2. Reklam yayıcısı reklam yayımına görə aylıq haqqı müvafiq ayın bitməsindən sonra, növbəti ayın ilk 3 iş günündən gec olmayaraq, bu Qaydanın 1.3-cü bəndində nəzərdə tutulmuş aidiyyəti qurumlara ödəyir.

4.3. Reklam yayıcısı icazə alarkən icazənin qüvvədə olduğu müddətdə açıq məkanda reklam yayımına görə ödəməli olduğu haqqın aşağıda göstərilən hissəsini əvvəlcədən ödədiyi halda, ödənilmiş hissəyə aşağıdakı güzəşt tətbiq edilir:

4.3.1. 12‒36 aylıq haqq əvvəlcədən ödənildikdə ‒ 10 faiz;

4.3.2. 6‒12 aylıq haqq əvvəlcədən ödənildikdə ‒ 5 faiz.

4.4. Reklam yayıcısı Agentliyin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və ya Dənizkənarı Bulvar İdarəsinin müraciəti əsasında bayramların, beynəlxalq və dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi ilə əlaqədar razılaşdırılmış müddətlərdə reklam daşıyıcısında müvafiq mövzularda plakatların (yazıların) yerləşdirilməsini və yayımını təşkil etdikdə (həmin vaxt reklam daşıyıcısı kommersiya məqsədləri üçün istifadə olunmur), reklam yayımına görə haqqın müvafiq yerləşdirmənin (yayımın) müddətinə düşən hissəsi ödənilmir. [37]

4.5. Açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi nağdsız qaydada həyata keçirilir.

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2019-cu il 17 oktyabr tarixli 843 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi [38]

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydasını tənzimləyir.

1.2. Bu Qayda “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş açıq məkanda reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetrdən az olan reklam qurğularına (bundan sonra – reklam qurğusu) şamil edilir.

1.3. Reklam qurğusunun quraşdırılması və sökülməsi sahəsində nəzarəti Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisinə münasibətdə isə Dənizkənarı Bulvar İdarəsi (bundan sonra – müvafiq qurum) həyata keçirir. [39]

 

2. Reklam qurğusunun quraşdırılması

 

2.1. Reklam qurğusunun quraşdırılması “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi reklam qurğularının yol kənarında yerləşdirilməsi standartlarına, reklam qurğularına aid texniki tələblərə və qaçan sətirlə yayımlanan reklamın təqdimolunma qaydasına, digər qanunvericilik aktlarına, Şuşa şəhərinin ərazisində həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmalıdır. [40]

2.2. Şəxs reklam qurğusunun quraşdırılması niyyəti barədə müvafiq qurumu məlumatlandırmalıdır. Bunun üçün reklam qurğusunun quraşdırılmasından əvvəl şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizəni müvafiq qurum “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun qəbul edir və qeydiyyata alır. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

2.2.1. şəxs hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın, fərdi sahibkar olduqda şəxsiyyət vəsiqəsinin surəti;

2.2.2. şəxsin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

2.2.3. reklam qurğusunun yerləşəcəyi daşınmaz əmlak üzərində mülkiyyət hüququnu, yaxud “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-2-ci maddəsinə uyğun olaraq icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;

2.2.4. reklam qurğusunun sxemi və eskizi (qrafik təsviri və qabarit ölçüləri);

2.2.5. reklam qurğusunun yerləşdiriləcəyi yerdə rəngli fotomontaj (hava şarına, aerostata və dirijabla münasibətdə istisna olmaqla).

2.3. Müvafiq qurum şəxsin təqdim etdiyi ərizənin, ona əlavə edilmiş sənədlərin bu Qaydanın 2.2-ci bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və reklam qurğusunun quraşdırılmasına imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən etibarən 5 iş günündən gec olmayaraq müvafiq qurum onların aradan qaldırılması üçün şəxsə bildiriş təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar şəxsə eyni zamanda bildirilməlidir.

2.4. Şəxs bildirişi aldığı tarixdən ən geci 10 iş günü ərzində həmin çatışmazlıqları aradan qaldırmalıdır.

2.5. Şəxs ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, müvafiq qurum ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 iş günü müddətində şəxsə təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir.

2.6. Qanunla reklam qurğusunun quraşdırılmasına aidiyyəti dövlət orqanının (qurumunun) rəyi (razılığı) tələb olunduqda, müvafiq qurum rəy (razılıq) alınması üçün aidiyyəti dövlət orqanına (qurumuna) müraciət edir və bu barədə şəxsə məlumatı təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir. Aidiyyəti dövlət orqanı (qurumu) həmin müraciətə 5 iş günü müddətində baxaraq cavab verir. Həmin müddət bu Qaydanın 2.7-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş müddətə daxil edilmir. Göstərilən müddət ərzində rəy (razılıq) bildirilmədikdə, rəy müsbət və razılıq verilmiş hesab olunur. Mənfi rəy, habelə razılığın verilməsindən imtina müvafiq qanuna istinad edilməklə, əsaslandırılmalıdır.

2.7. Müvafiq qurum təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmanın nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq reklam qurğusunun quraşdırılmasının bu Qaydanın 2.1-ci yarımbəndində nəzərdə tutulmuş tələblərə cavab verməməsini müəyyən etdikdə, onların aradan qaldırılması üçün şəxsə bildiriş təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir. Qeyd edilən müddət ərzində müvafiq qurum irad bildirmədikdə və ya şəxs bildirilmiş iradları aradan qaldırdıqdan sonra reklam qurğusu quraşdırıla bilər.

2.8. Reklam qurğusunun yerinin (o cümlədən eyni ünvan çərçivəsində), həmçinin ölçülərinin, hündürlüyünün, istiqamətinin dəyişdirilməsi və ya reklam qurğusunda digər konstruktiv dəyişikliklər edilməsi hallarında da bu Qaydanın 2.2‒2.7-ci bəndlərinin müddəaları tətbiq edilir.

 

3. Reklam qurğusunun sökülməsi

 

3.1. Müvafiq qurum reklam qurğusunun quraşdırılması zamanı bu Qaydanın 2-ci hissəsinin tələblərinin pozulması hallarını aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə şəxsə icrası məcburi olan yazılı göstəriş təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir.

3.2. Şəxs yazılı göstərişə uyğun olaraq:

3.2.1. müvafiq qurumu məlumatlandırmadan quraşdırılmış (o cümlədən bu Qaydanın 2.8-ci bəndində nəzərdə tutulmuş hallarda) reklam qurğusuna görə bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq tədbirlər görür;

3.2.2. müvafiq qurumu məlumatlandırmaqla quraşdırılmış reklam qurğusunda aşkar edilmiş bu Qaydanın 2.1-ci yarımbəndində nəzərdə tutulan tələblərin pozulması hallarını aradan qaldırır və nəticəsi barədə müvafiq quruma məlumat verir.

3.3. Müvafiq qurum bu Qaydanın 3.2.2-ci yarımbəndində nəzərdə tutulmuş məlumatın verildiyi gündən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyənləşdirilmiş müddətin başa çatdığı gündən ən geci 2 iş günü ərzində pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır və pozuntuların aradan qaldırılmadığını müəyyən etdikdə, akt tərtib edir.

3.4. Müvafiq qurum bu Qaydanın 2-ci hissəsinin tələbləri pozulmaqla quraşdırılmış reklam qurğusunun aid olduğu şəxsi müəyyən edə bilmədiyi halda aidiyyəti orqanlara (qurumlara) bununla bağlı müraciət edir.

3.5. Müvafiq qurum aşağıdakı hallarda reklam qurğusunun sökülməsi barədə qərar qəbul edir:

3.5.1. bu Qaydanın 3.2.1-ci yarımbəndində nəzərdə tutulmuş tədbirlərin şəxs tərəfindən görülmədiyini müəyyən etdikdə;

3.5.2. bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulmuş akt tərtib edildikdə;

3.5.3. bu Qaydanın 3.4-cü bəndinə əsasən edilmiş müraciət nəticəsində reklam qurğusunun aid olduğu şəxsi müəyyən etmək mümkün olmadıqda.

3.6. Müvafiq qurum bu Qaydanın 3.5.1-ci və 3.5.2-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda reklam qurğusunun sökülməsi barədə qərarı şəxsə təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir.

3.7. Şəxs sökülməsi barədə qərar qəbul edilmiş reklam qurğusunu 5 gün müddətində sökmədikdə və bu Qaydanın 3.5.3-cü yarımbəndində nəzərdə tutulmuş halda həmin reklam qurğusunu müvafiq qurum sökür.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.          27 noyabr 2018-ci il tarixli 376 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2289)

2.          17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588)

3.          29 dekabr 2021-ci il tarixli 1539 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1404)

4.          30 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 30 mart 2023-cü il, “Xalq” qəzeti, 31 mart 2023-cü il, № 65)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə Fərmanın adı yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

“Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın, “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği”nin və “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi haqqında

 

[2] 29 dekabr 2021-ci il tarixli 1539 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1404) ilə 2-ci hissə ləğv edilmişdir.

 

[3] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə yeni məzmunda 3-1-ci hissə əlavə edilmişdir.

 

[4] 27 noyabr 2018-ci il tarixli 376 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2289) ilə “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 1.2-ci bəndindən “isə” sözü çıxarılmışdır. və həmin bəndə “Qoruğu İdarəsi” sözlərindən sonra “, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisində isə Dənizkənarı Bulvar İdarəsi” sözləri əlavə edilmişdir.

30 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 30 mart 2023-cü il, “Xalq” qəzeti, 31 mart 2023-cü il, № 65) ilə “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 1.2-ci bəndinə “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilmişdir.

 

[5] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 1.3-cü bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.3. Açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir.

 

[6] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 1.4-cü bəndində “əmlak, ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları” sözləri “(o cümlədən ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları) əmlak” sözləri ilə əvəz edilmişdir.

 

[7] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 1.5-ci bəndində “divarında” sözü “fasadında (divarında, hasarında)” sözləri ilə, 2 rəqəmi “ 1 rəqəmi ilə, “daşıyıcıları” sözü “qurğuları” sözü ilə əvəz edilmişdir və həmin bəndə “hüquqi” sözündən sonra “(o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin)” sözləri əlavə edilmişdir.

 

[8] 30 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 30 mart 2023-cü il, “Xalq” qəzeti, 31 mart 2023-cü il, № 65) ilə “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 1.6-cı bəndinə “qanunvericilik aktlarının” sözlərindən sonra “, Şuşa şəhərinin ərazisində həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri əlavə edilmişdir.

 

[9] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.2.4-cü və 2.2.5-ci yarımbəndləri yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.2.4. reklam yerləşdiriləcək reklam daşıyıcısının yerləşdiyi ərazinin rəngli fotosu və vəziyyət planı;

2.2.5. reklamın layihəsi (eskizi);

 

[10] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.2.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.2.7-ci yarımbənd əlavə edilmişdir.

 

[11] 29 dekabr 2021-ci il tarixli 1539 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1404) ilə Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.9-cu bəndində “Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi” sözləri “Qanunu ilə müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

 

[12] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.10-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.10. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd reklam yayıcısı tərəfindən müvafiq quruma təqdim edildikdən sonra 2 iş günündən gec olmayaraq:

2.10.1. icazə, həmçinin reklama dair texniki şərtlər pasportu hazırlanaraq reklam yayıcısına təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir;

2.10.2. reklam yayıcısı ilə icazə müqaviləsi bağlanılır.

 

[13] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.11-ci bəndin birinci cümləsində “bir” sözü “üç” sözü ilə əvəz edilmişdir və həmin bəndə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[14] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.12.3-cü yarımbəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.12.3. texniki şərtlər pasportunun verilmə tarixi və nömrəsi;

 

[15] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.12.6-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.12.6. reklam daşıyıcısının növü və yerləşdiyi ünvan;

 

[16] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.12.7-ci yarımbəndində “olduğu halda” sözləri “olduqda” sözü ilə əvəz edilmişdir.

 

[17] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.14-cü, 2.15-ci və 2.16-cı bəndləri yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.14. Açıq məkanda reklam yerləşdirilməsinə icazə hər bir reklam daşıyıcısına münasibətdə ayrıca verilir. Reklam qurğusunun yerdəyişməsi (o cümlədən eyni ünvan çərçivəsində), həmçinin ölçülərinin, hündürlüyünün, istiqamətinin dəyişdirilməsi və ya reklam qurğusunda digər konstruktiv dəyişikliklərin edilməsi zərurəti yarandıqda, reklam yayıcısı:

2.14.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq qurumdan icazə almalıdır;

2.14.2. yerdəyişməyə və konstruktiv dəyişikliklərə məruz qalmış reklam qurğusunda reklam yerləşdirmək üçün yenidən bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir.

2.15. Reklam yayıcısı reklam yerləşdirilməsinə icazə verilmiş reklam daşıyıcısında icazənin qüvvədə olduğu müddətdə digər reklamın yerləşdirilməsini müvafiq qurumla razılaşdırmalıdır. Bunun üçün müvafiq quruma ərizə və bu Qaydanın 2.2.4-2.2.6-cı yarımbəndlərində nəzərdə tutulmuş sənədlər təqdim edilir. Ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılarkən bu Qaydanın 2.3-2.5-ci bəndlərinin müddəaları tətbiq edilir. Müvafiq qurum ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq, bu Qaydanın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində nəzərdə tutulmuş halların olub-olmamasından asılı olaraq, digər reklamın yerləşdirilməsinə yazılı şəkildə razılıq verir və ya razılıq verilməsindən imtina edir, istehsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan yeni əmtəələrin reklamı yerləşdirildiyi halda isə mövcud icazə bu Qaydanın 2.21-ci bəndinə uyğun olaraq yenidən rəsmiləşdirilir.

2.16. Reklama dair texniki şərtlər pasportunun etibarlılıq müddəti və icazə müqaviləsinin qüvvədə olma müddəti icazənin müddətindən artıq olmamalıdır. İcazənin və reklama dair texniki şərtlər pasportunun forması, həmçinin icazə müqaviləsinin forması və bağlanılma qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

 

[18] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.17-ci və 2.18-ci bəndləri edilmişdir.

 

[19] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.19-cu bəndin üçüncü cümləsi çıxarılmışdır.

 

[20] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.1-ci bəndinə “qaydada” sözündən sonra “, həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq” sözləri əlavə edilmişdir.

 

[21] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.4.1-ci yarımbəndində “qurumla razılaşdırmadan” sözləri “qurumu məlumatlandırmadan” sözləri ilə əvəz edilmişdir.

 

[22] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.5-ci bəndindən “icazə müqaviləsi bağlanılmadan və ya” sözləri çıxarılmışdır.

 

[23] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği”nin 1.4.1-ci yarımbəndinə “transparant” sözündən sonra “, körpüüstü reklam” sözləri əlavə edilmişdir.

 

[24] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği”nin 1.4.4-cü yarımbəndində “digər fasad reklamları, çətir, tent, bayraq, afişa stendi və ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin üzərində yerləşdirilən və ya həmin obyektlərə məxsus (aid)” sözləri “çətir, tent, bayraq, afişa stendi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulmuş” sözləri ilə əvəz edilmişdir.

 

[25] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği”nin 3.2-ci bəndində “divarında” sözü “fasadında (divarında, hasarında)” sözləri ilə, 2” rəqəmi “ 1 rəqəmi ilə əvəz edilmişdir.

 

[26] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği”nin 3.3-cü bəndinə “icazənin” sözündən əvvəl “müvəqqəti xarakter daşıyan reklama verilmiş” sözləri əlavə edilmişdir.

 

[27] 27 noyabr 2018-ci il tarixli 376 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2289) ilə “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”nin 1.3-cü bənddən “isə” sözü çıxarılmışdır və həmin bəndə “Qoruğu İdarəsi” sözlərindən sonra “, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisində isə Dənizkənarı Bulvar İdarəsi” sözləri əlavə edilmişdir.

30 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 30 mart 2023-cü il, “Xalq” qəzeti, 31 mart 2023-cü il, № 65) ilə “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”n 1.3-cü bəndinə “(bundan sonra – Agentlik),” sözlərindən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilmişdir.

 

[28] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”nin 1.4-cü bənd ləğv edilmişdir.

 

[29] 27 noyabr 2018-ci il tarixli 376 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2289) ilə “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”nin 2.3-cü bəndin birinci cümləsinə “qoruqlarının” sözündən sonra “, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın” sözləri, ikinci cümləsinə “Tarix-Memarlıq Qoruğunun” sözlərindən sonra “və Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın” sözləri əlavə edilmişdir.

 

17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”nin 2.3-cü bəndin birinci cümləsindən “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi nəzərə alınmaqla” sözləri çıxarılmışdır

 

[30] 27 noyabr 2018-ci il tarixli 376 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2289) ilə “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”nin 2.5-ci bəndin ikinci cümləsindən “isə” sözü çıxarılsın və həmin cümləyə “Qoruğu İdarəsi” sözlərindən sonra “, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisində isə Dənizkənan Bulvar İdarəsi” sözləri əlavə edilmişdir.

 

[31] 29 dekabr 2021-ci il tarixli 1539 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1404) ilə “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”nin 3.1.2-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.1.2.

Elektron (rəqəmsal) daşıyıcılar (monitor, ekran, tablo və s.)

12,0

 

[32] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”nin 3.1.4-cü yarımbəndin 1-ci abzasına “transparant” sözündən sonra “, körpüüstü reklam” sözləri əlavə edilmişdir.

 

[33] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”nin 3.1.4-cü yarımbəndin 4-cü abzasında “digər fasad reklamları, çətir, tent, bayraq, afişa stendi və ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin üzərində yerləşdirilən və ya həmin obyektlərə məxsus (aid)” sözləri “çətir, tent, bayraq, afişa stendi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulmuş” sözləri ilə əvəz edilmişdir.

 

[34] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”nin 3.2.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 3.2.5-ci yarımbənd əlavə edilmişdir.

 

[35] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”nin 3.3-cü bəndində “divarında” sözü “fasadında (divarında, hasarında)” sözləri ilə, “ 2” rəqəmi “ 1 rəqəmi ilə əvəz edilmişdir.

 

[36] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”nə yeni məzmunda 4-cü hissə əlavə edilmişdir.

 

[37] 30 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 30 mart 2023-cü il, “Xalq” qəzeti, 31 mart 2023-cü il, № 65) ilə “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”n 4.4-cü bəndinə “Agentliyin,” sözündən sonra “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin,” sözləri əlavə edilmişdir.

 

[38] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2019-cu il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1588) ilə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydası” yeni redaksiyada təsdiq edilmişdir.

 

[39] 30 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 30 mart 2023-cü il, “Xalq” qəzeti, 31 mart 2023-cü il, № 65) ilə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydası”nın 1.3-cü bəndinə “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilmişdir.

 

[40] 30 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 30 mart 2023-cü il, “Xalq” qəzeti, 31 mart 2023-cü il, № 65) ilə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydası”nın 2.1-ci bəndində “həmçinin digər qanunvericilik aktlarına” sözləri “digər qanunvericilik aktlarına, Şuşa şəhərinin ərazisində həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status